Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-566/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi,. Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-752/2019 saylı iş üzrə qəbul etdiyi 05 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, 10 iyul 2018-ci il tarixdə Cavabdeh ona qarşı fiziki zor tətbiq etməsi nəticəsində ona məxsus olan əşyalara dəymiş ümumilikdə 835 (beş yüz otuz beş) manat maddi zərər, habelə şərəf və ləyaqətini alçaltdığı üçün mənəvi zərər olaraq 5000 manat məbləğində pul tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyul 2018-ci il tarixdə, saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” MTK binasının pilləkən meydançasında əvvəllər tanıdığı Cavabdeh sabiq həyat yoldaşı X2 qısqanaraq, hər ikisi yumruq və təpik zərbələri ilə ona qarşı fiziki zor tərbiq etmiş, həmçinin Cavabdeh hadisənin baş verdiyi zaman ona məxsus olan “İphone 5 S GOLD” marakalı mobil telefonu, “Samsung Galaxy J 1” markalı mobil telefonları əlindən alaraq yerə çırpmış, “İphone 5 S Gold” markalı mobil telefonun şüşə ekranı və idarə etmə düyməsi öz funksiyasını itirmiş, 200 (iki yüz) manat məbləğində təmirə pul sərf edərək, onu əvvəlki işlək vəziyyətinə qaytarmışdır. Bundan başqa, hadisə zamanı “Samsung Galaxy J 1” markalı mobil telefonun ekranı çatlamış, həmin mobil telefonun ekranının dəyişdirilməsi üçün 50 manat pul tələb edilmiş, lakin maddi imkanı olmadığı üçün halhazırda işlək vəziyyətdə deyildir. Əlavə olaraq, bildirir ki, hadisə baş verən zaman Cavabdeh onun üzərində olan “Mango” markalı uzun donu cıraraq, yararsız vəziyyətə salmışdır. Həmin don hadisədən 10 gün əvvəl onun tərəfindən “Gənclik Mail” ticarət mərkəzindən 190 manat pul ödənilməklə alınmışdır. Hadisə baş verən zaman Cavabdeh ona məxsus dəri materialından olan çantanın qulpunu qırmış, çanta halhazırda yararsız vəziyyətə düşmüşdür. Hansı ki, həmin çanta onun tərəfindən 95 manat pul ödənilməklə alınmışdır. Həmçinin bildirir ki, hadisə zamanı Cavabdeh onun sol qulaq nahiyyəsinə fiziki zor tətbiq etməsi nəticəsində “Sol qulaqda orta dərəcə neyro sensor tip ağıreşitmə” ilə müşaiət olunan xəsarət almışdır. Bununla bağlı Azərbaycan Tibb Universitetinin X1 Mərkəzində müalicə almışdır. Həmin yerdə müalicə olunmaq üçün, habelə dərman pereparatlarına 300 (üç yüz) manat məbləğində pul vəsaiti sərf etmişdir. Bundan başqa qeyd etmək istəyir ki, hadisənin baş verdiyi Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B ünvanında yaşayan şəxslərin əksəriyyəti onu tanıdığı üçün hadisə baş verən zaman onların ona qarşı cavabdehin fiziki zor tətbiq etmələri və nalayiq sözlərlə təhqir etmələri barədə məlumatları olmuş, hadisədən sonra isə onların yanında nüfuzu aşağı düşmüş, bu səbəbdən də ora getmək imkanı olmamışdır. Məhkəmə gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, “Gənclik Mall” Ticarət Mərkəzindən alınmış “Mango” markalı donun və ya onun 190 manat məbləğində əvəzinin, 95 manata alınmış “Mango” markalı çantanın və ya onun əvəzinin, habelə “Sino R” eşitmə cihazının və ya onun 880 manat dəyərinin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses gedişatında Cavabdeh cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın qismən, yəni paltarın yırtılmasına görə 100 manatın ondan tutularaq, ilk iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın tam həcmdə təmin edilməsi, ilk iddiaçıdan ona vurduğu mənəvi zərərə görə tutulmalı olan 10.000 (bir on min) manatın 7.000 (yeddi) min manatın kimsəsiz uşaqlar evinə köçürülməsi üçün, yerdə qalan 3.000 (üç) min manatın ilk İddiaçı tutularaq, ona ödənilməsi və qətnamənin icrasının eyni vaxta həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyul 2018-ci il tarixdə saat 19:30 radələrində o, qapının gözlüyünə baxdıqda gördü ki, ilk iddiaçı mənzilin qapısında duraraq həyat yoldaşını telefonla yığır. Mənzilin ünvan 3 ünvanında yerləşən “xxxx” MTK binasının pilləkən meydançasında əvvəllər tanımadığı, lakin ərindən əl çəkmədiyi üçün onunla ərinin telefonu vasitəsi ilə ondan əl çəkməsini, ailə dağıdan olmamasını, balalarına yazığı gəlməsini, əks təqdirdə onun valideynlərinə bildirəcəyini demişdi. Sonradan ilk iddiaçı ərini şantaj etməyə və onu hər yanda izləməyə başladı. İlk iddiaçı göstərir ki, Cavabdeh «sabiq» həyat yoldaşı X2 qısqanaraq «hər ikisi» yumruq və təpik zərbələri ilə ona qarşı fiziki zor tətbiq etmişlər. İlk iddiaçının ona məxsus olan “iphone 5 S GOLD” markalı mobil telefonu, “Samsung Galaxy J 1” markalı mobil telefonu əlindən alaraq, yerə çırpmağına dair iddiasındakı göstərdikləri ilə qəti razı deyil, “iphone 5 S GOLD” markalı mobil telefonun şüşə ekranı və idarə etmə düyməsi öz funksyasını itirməsinə görə 200 (iki yüz) manat məbləğində pul sərf edərək onu əvvəlki işlək vəziyyətinə gətirməsi tamamilə yalandır. Belə ki, o, onun telefonuna əl belə uzatmamışdır. Bundan başqa, “Samsung Galaxy J 1” markalı mobil telefonun ekranının çatlaması, ekranının dəyişdirilməsi üçün 50 manat pul lazım olması barədə göstərilənlərlə də razı deyil. O cümlədən hadisə baş verən zaman tərəfindən ona məxsus dəri materialından olan çantanın qulpunu qırmağıyla bağlı ilk iddiaçının göstərdikləri ilə də razılaşmır. Belə ki, onlar dalaşan zaman onun üzərində çanta olmamışdır. Bnunla yanaşı, mübahisə edənzaman onun ilk iddiaçının üzərində olan (“Mango” markalı uzun don olduğu ona məlum deyil) donun cırılması deyil çiyin aşırma kəndirinin qopmasını qəbul edir. Belə ki, o da onun donunu cırmışdır. Lakin həmin donun 190 manat olmasını yəqin ki, ilk iddiaçı məhkəmədə sübut edəcəkdir. Və yaxud onun neçəyə olması müəyyənləşəcəkdir. Daha sonra ilk iddiaçı bildirir ki, hadisə zamanı Cavabdeh onun sol qulaq nahiyyəsinə fiziki zor tətbiq etməsi nəticəsində “Sol qulaqda orta dərəcə neyro sensor tip ağıreşitmə” ilə müşaiət olunan xəsarət aldığını, bununla bağlı Azərbaycan Tibb Universitetinin TədrisX3 Mərkəzində müalicə aldığını, müalicə olunmaq və habelə dərman preparatlarına 300 (üç yüz) manat məbləğində pul vəsaiti sərf etmişdir. Qarşılıqlı zərbələr birinin digərinə yetirməsi halı baş vermiş, bu məhkəmə qərarında da öz əksini tapmışıdır. Ola bilər, lakin həmin dərəcəsi müəyyən edilməyən xəsarətə görə dövlət hesabına işləyən tibb müəssisəsində ona pullu xidmət edilməsini və ondan buna görə 300 manat alınmasını ilk iddiaçı sübut etmiş olarsa ödəməyə hazırdır. İlk iddianın onu güldürən, təəccüb doğuran və anlamağa çalışdığı hissəsinə toxunaraq bildirir ki, hadisənin baş verdiyi ünvan 5 ünvanında yaşayan şəxslərin əksəriyyəti ilk iddiaçını deyil onu və yoldaşını tanıyırlar. Nonsens-bu tələbə sözün bitdiyi yer deyərlər. Belə çıxır ki, o, onun həyat yoldaşının evinə gələrək qalmaqal salmış, o, onun həyat yoldaşı ilə görüşmək istəmişdir. Mənəvi iztirab o keçirmişdir. Hesab edir ki, ilk iddiaçı ona mənəvi zərər vurmuşdur. Belə ki, bütün qonşuları və həmçinin «Xəzər» TV-nin izləyiciləri onu ekranlardan tanıyır və o müxbir olaraq, çalışmağı səbəbindən ictimaiyyətdə ona qarşı mənfi fikirlərin formalaşmasını arzu edə və buna yol verə bilməz. Ona vurulmuş mənəvi zərərin dəyəri ölçülməzdir. Lakin hesab edir ki, ilk iddiaçı tərəfindən ona vurulmuş mənəvi zərər 10.000 manatdır. Bu məbləğin isə 7000 manatını kimsəsiz uşaqlar evinə köçürülməsini digər 3000 manatın ilk iddiaçıdan tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-752/2019 saylı iş üzrə qəbul etdiyi 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh “Mango” markalı donun və ya onun dəyərinin, habelə “Sino R” eşitmə cihazının və ya onun dəyərinin alınaraq, İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin “Sino R” eşitmə cihazının dəyərinin ondan tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə qərarlarına əsasən iddiaçıya 440 manat məbləğində ziyan dəydiyi müəyyən edilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq ondan eşitmə cihazının dəyərini tutmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, iddiaçının qulağına heç bir zərər yetirməmişdir. O yalnız iddiaçının telefonuna zərər yetirmiş və onun da xərcini ödəmiş, paltarına ziyan vursa da, onun dəyəri (nə markası, nə də qiyməti barədə) barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin “Cavabdeh “Sino R” eşitmə cihazının və ya onun dəyərinin alınaraq, İddiaçı verilməsi” hissəsinə yönəldiyindən, kollegiya qətnamənin həmin hissədə qanuniliyini və əsaslılığını yoxlayır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1294/2018, 04 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair 02 avqust 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Qərarla müəyyən edilmişdir ki, o, 10 iyul 2018-ci il tarixdə, saat 19:30 radələrində ünvan 6 ünvanında yerləşən “xxxx” MTK binasının pilləkən meydançasında şəxsi münasibətlər zəminində İddiaçı döymüş, nəticədə zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qərarı ilə Cavabdeh həmin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Habelə, Bakı şəhəri Yasamal RPl-nin 29-cu Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Kamil Rəhmanov tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasını rədd edilməsi haqqında 27 avqust 2018-ci il tarixli qərarından görünür ki, qeyd olunan hadisə zamanı İddiaçı məxsus mobil telefon və paltarına ümumilikdə 440 (dörd yüz qırx) manat maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası birinci instansiya cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması barədə məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir: belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə qüvvəyə minmiş qərar hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Bununla belə kollegiya birinci instansiya məhkəməsinin “Cavabdeh “Sino R” eşitmə cihazının və ya onun dəyərinin alınaraq, İddiaçı verilməsi” barədə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apellaysiya baxışı zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, eskpert qarşısında “Cavabdeh tərəfindən İddiaçı sol göz yuvası nahiyəsinə endirilən zərbədən aldığı xəsarətlə sonuncuda “Sol qulaqda orta dərəcə neyro sensor tip ağıreşitmə” ilə müşaiət olunan xəsarət əmələ gəlməsi arasında səbəbli əlaqə mövcuddurmu?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 29 yanvar 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı sol göz yuvası nahiyəsindəki qançırdan sonra onun sol qulağında müəyyən edilmiş orta dərəcəli neyrosensor tipli ağıreşitmənin yaranması mümkün deyildir. Belə ki, həmin nahiyədə xəsarətin aşkar edilməməsi və ağıreşitmənin sinir tipli olması bunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi səhv olaraq “Cavabdeh “Sino R” eşitmə cihazının və ya onun dəyərinin alınaraq, İddiaçı verilməsi nəticəsinə gəlmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi Cavabdeh tərəfindən İddiaçı sol göz yuvası nahiyəsinə endirilən zərbədən aldığı xəsarətlə sonuncuda “Sol qulaqda orta dərəcə neyro sensor tip ağıreşitmə” ilə müşaiət olunan xəsarət əmələ gəlməsi arasında səbəbli əlaqə mövcud deyildir. Kollegiya qətnamənin “Cavabdeh “Mango” markalı donun və ya onun dəyərinin alınaraq, İddiaçı verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, sözügedən dona cavabdeh tərəfindən zərər yetirməsini tərəflər mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi həmin donun dəyərinin cavabdeh tutulması nəticəsinə gəlsə də, donun dəyərini müəyyən etməmiş, bununla da qətnamənin nəticə hissəsində qeyri-müəyyənlik yaranmışdır. Bununla belə kollegiya qeyd edir ki, bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Buna görə də kollegiya hesab edir ki, donun dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməli, “Mango” markalı donun dəyəri isə iddiaçının özünün bildirdiyi kimi 190 manat müəyyən edilməldir. Belə ki, hazırda donun qiymətini müəyyən etmək üçün iddiaçının özünün bildirdiyi qiymətdən başqa bir sübut yoxdur. Yuxarıda gösətirlənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə idda tələbi qismən təmin edilməli, Cavabdeh “Mango” markalı donun dəyəri olan 190 manat alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-752/2019 saylı iş üzrə qəbul etdiyi 05 aprel 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh “Mango” markalı donun dəyəri olan 190 manat alınaraq, İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Elşad Şamayev Məmməd Məmmədov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-566/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-566/2020
11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver