Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5669/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yetirilməsi və sair” tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X18 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilə üzrə öhdəliyin yetirilməsi və sair, müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28, Cavabdeh “X41” MMC-nin direktoru (əvvəlki) X32 və təsisçisi X11 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1668/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs T.Əmirmətov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2013cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildə onun təmir-tikinti işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Lakin Cavabdeh MMC öhdəliyini yerinə yetirmədiyinə görə, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin təhvil verilməsini tələb etmişdir. Həmin vaxt cinayət işinin istintaqı aparıldığına görə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin təhvil verilməsinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Digər mənzilin təhvil verilməsinə dair ərizəsinə baxılmış və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mövcuddur. Qətnamə icra edilmiş və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı 151 nömrəli mənzil İddiaçı təhvil verilmişdir. Hazırda cinayət işinin istintaqı başa çatmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC-nin Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin alıcı İddiaçı qanuni əsaslarla satıldığı təsdiq edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC-nin verdiyi xx.xx.2013cü il tarixli 124 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün Cavabdeh MMC-yə borcu yoxdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2016cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin ona təhvil verilməsi, mənzilin onun istifadəsinə və sahibliyinə verilməsi, mənzildə onun təmir-tikinti və əlavə tikili işlərinin aparılmasına şərait yaradılması, bağlanmış müqavilə üzrə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili X8 məxsus olmuşdur. O, həmin mənzili X5 qardaşı X6 45.000 manata almışdır, 1.000 manat gecikməyə görə dəbbə pulu ödəmişdir. O, mənzilin alınması üçün pulu X12 ödəmişdir. Bundan sonra həmin mənzilə dair Cavabdeh MMC ilə onun arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləni Cavabdeh MMC-nin adından Maksim Zeynalov imzalamışdır. xx.xx.2017-ci il tarixdə ona borcun olmamasına dair maliyyə arayışı verilmişdir. O, mənzili alarkən mənzilin başqa şəxsə məxsus olmasını bilməmişdir. 2018ci ildə Cavabdeh MMC-nin keçmiş təsisçisi Maksim Zeynalov ona zəng edərək, ona satılmış mənzillə bağlı məhkəmə mübahisəsi olduğunu bildirmişdir. Həmin vaxt Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin təhvil verilməsinə dair iddia ərizəsi məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Digər Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil isə məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı təhvil verilmişdir. Cavabdeh MMC-nin təsisçiləri Maksim Zeynalov və Şahid ona bildirmişlər ki, onlar Niyazi Bayramova 2 ədəd qaraj verməklə mübahisəni həll edəcəklər, o, mənzildə təmir edə bilər. O, bundan sonra mənzili təmir etmək üçün inşaat materialları almış və mənzilə yığmışdır. İddiaçı nümayəndəsi X16 ona mənzildə təmiri dayandırmağı və məhkəməyə müraciət edəcəyini bildirmişdir. O, X9 xahişini nəzərə alaraq mübahisə olduğuna görə təmir dayandırmışdır. Ona satılmış mənzil 2008-ci ildə Mehriban adlı şəxsin adına olmuş, daha sonra xx.xx.2014-cü ildə X5 adına keçirilmişdir. xx.xx.2016-cı ildə isə X5 qardaşı Rəşad Şirəliyev həmin mənzili 45.000 manat ona satmışdır. Cinayət işinə baxılan zaman Mehribanın adına olan müqaviləyə qiymət verilməmişdir. Cavabdeh MMC tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 150 nömrəli mənzilinə dair İddiaçı adına maliyyə arayışı yoxdur. Bu səbəbdən o, polisə şikayət etmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı adına həmin mənzilə dair maliyyə arayışı vardır. Hesab edir ki, o, qanuni əsaslarla mənzili əldə etmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən mənzil ona təhvil verilməlidir.
5. Birinci instansiya məhkəmə X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
6. Yasamal Rayon Məhkəməsinin 2(004)-1668/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Vahid Hacıyev) ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi və mənzildə İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılmasına şərait yaradılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X18 Cavabdeh MMC-yə qarşı “X28 və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin X21 təhvil verilməsi, mənzilin X18 istifadəsinə və sahibliyinə verilməsi, mənzildə X28 tərəfindən təmir-tikinti və əlavə tikili işlərinin aparılmasına şərait yaradılması, bağlanmış müqavilə üzrə öhdəliyin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə İddiaçı və X28 tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Müstəqil tələb irəli sürən üçüncü şəxs T.Əmirmətov apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, o, həmin mənzili X5 qardaşı X6 45.000 manata almışdır, 1.000 manat gecikməyə görə dəbbə pulu ödəmişdir. O, mənzilin alınması üçün pulu X12 ödəmişdir. Bundan sonra həmin mənzilə dair Cavabdeh MMC ilə onun arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləni Cavabdeh MMCnin adından Maksim Zeynalov imzalamışdır. xx.xx.2017-ci il tarixdə ona borcun olmamasına dair maliyyə arayışı verilmişdir. O, mənzili alarkən mənzilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Mənzil alınarkən onun tərəfindən qanunsuzluğa yol verilməmişdir. MMC ilə onun arasında mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin saxta olmasından və səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını bilməmişdir. O, vicdanlı alıcıdır, ona görə MM-in 152-ci maddəsinin tələbinə əsasən, onun həmin mənzil üzərində istifadə və sahiblik hüquqları var. Həmçinin qeyd edir ki, Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev onun iddia tələbini rədd edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd olunan hökmünə istinad etmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs kimi həmin hökmlə razılaşmadığı üçün ondan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti vermişdir, həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Anar Tanrıverdiyevin icraatındadır. Həmin hökm qanuni qüvvəsini almamışdır. Qanuni qüvvəsini almamış hökmə isə istinad oluna bilməz.
8. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs T.Əmirmətov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, hökmə əsasən mənzilin üçüncü şəxs T.Əmirmətova saxta sənədlər əsasında satılması müəyyən edilmişdir, dələduzluq edən şəxslər başqaları kimi T.Əmirmətovu da aldadaraq pulunu ələ keçirmişlər, işin bu halı hökmlə müəyyən olunub, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X41” MMC-nin direktoru (əvvəlki) E.Məmmədov apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, o formal direktor olmuşdur, mənzilləri əslində təsisçilər özləri satırdı, özü ancaq müqavilələri imzalayırdı, kimə hansı mənzilin satıldığını bilmir və xatırlamır, şikayət üzrə məhkəmənin mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X41” MMC-nin təsisçisi M.Zeynalov apellyasiya şikayəti ilə razılaşmayaraq məhkəmənin mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi.
13. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş üçüncü şəxs R.Mirzəyeva məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
15. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
16. Cavabdeh MMC-nin verdiyi xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün Cavabdeh MMC-yə borcu yoxdur. Arayışı Cavabdeh MMC-nin direktoru Elnur Məmmədov imzalamışlar və Cavabdeh MMC-nin möhürü ilə təsdiq etmişdir.
17. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Asim Yusifov tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli könüllü təqdim edilmiş sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Asim Yusifovun ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixli qərarına əsasən X3 təqdim etdiyi, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinin və həmin ünvanda yerləşənn 102,4 kv.m ölçülü mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair sonuncu ilə Cavabdeh MMC-nin direktoru X22 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrin əsli, həmçinin 96,3 kv.metrlik mənzilə görə İddiaçı şirkətə borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışının əsli götürülərək protokola əlavə edilmişdir (cinayət işi cild 02, i.v. 107-112a).
18. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışının əslləri Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-59/2023 nömrəli cinayət işinin materiallarına tikilmişdir (cild 01, i.v. 107-112).
19. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, cinayət işinin materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilədən, eyni tarixli 124 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metrdən ibarət olan üç otaqlı mənzil dəyəri ödənilməklə İddiaçı adına rəsmiləşdirilmişdir (cinayət işi cild 01, i.v. 107-112).
20. Cavabdeh MMC-nin təsisçiləri və vəzifəli şəxsləri olmuş X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 311.3.2, 313 və 320.1-ci, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.2 və 313-cü, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 320.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etməklə, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışı əsasında X2, sonuncunun gəlini İddiaçı adına onun imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmiş müqavilə tərtib olunmaqla rəsmiləşdirdiyini bildiyi, mənzilin dəyəri Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd 150 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını və digər hər hansı bir sahibinin olmamasını, mənzil almaq üçün 2014-cü iin yanvar ayının əvvəllərində Şahid müraciət edən X12 yalandan bildirib, həmin mənzili ona 44.500 manata sata biləcəyini Maksim Zeynalovla və Şahidlə birlikdə Bakı şəhəri Nərimanov rayonu M.Araz 130B ünvanda yerləşən «Avesta Konserni»ndəki ofisdə aldatmaqla deyib, inandırmaq üçün Maksim Zeynalovla və Şahidlə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə bilə-bilə mənzilin xx.xx.2014-cü il tarixdə guya Rəşad Şirəliyevin bacısı X1 dair bilə-bilə yalan məlumat daxil etməklə özünün adından eyni tarixli 10/01/14 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli və nömrəli maliyyə arayışı hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «Meqa-Siti Holdinq MMC-nin direktoru: E.A.Məmmədov» qrafalarının qarşısında Şahid imzalamaqla Cəmiyyətin dairəvi möhürü ilə təsdiq etdikdən sonra Rəşad Şirəliyevə həmin saxta rəsmi sənədləri təqdim edib, mənzilin satılması adı ilə ondan Şahidlə və Maksim Zeynalovla birlikdə Nərimanov rayonu, M.Araz 130B ünvanda yerləşən «Avesta Konserni»ndəki ofisdə həmin gün saat 11 radələrində 44.500 manat pul vəsaitini alıb, Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Rəşad Şirəliyevə məxsus cəmi 44.500 manat pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı edib, daha sonra, cinayətdən xəbərsiz olan X17 tərəfindən mənzilin X21 45.000 manata satılmasına şərait yaradaraq, tamah niyyəti ilə mənzilin guya xx.xx.2016-cı ildə Tural Əmirmətova satılmasına dair Maksim Zeynalovla və Şahidlə birlikdə məzmununa ünvan 5 ünvanda inşa edilən bir girişli, iyirmi bir mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ofisdə biləbilə yalan məlumat daxil etməklə eyni tarixli müqaviləni, mənzilin dəyərinin ödənilməsinə dair xx.xx.2017-ci il tarixli 09 nömrəli maliyyə arayışını və mənzildə təmir aparılmasına icazə verilməsi haqqında xx.xx.2018-ci il tarixli arayışı hazırlayıb həmin sənədlərin mətnində olan «Rəhbər: Zeynalov M.A.», «X40 MMC-nin Rəhbəri Zeynalov M» və «X40 MMCnin Təsisçisi: Zeynalov M.A.» yazılarının qarşısında Maksim Zeynalov tərəfindən imza edilməklə Aqil Qədirovun və özünün istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Maksim Zeynalovun vasitəsi ilə Tural Əmirmətova təqdim etməklə, sonuncuya məxsus 45.000 manat pul vəsaitinin xx.xx.2016- cı ildən xx.xx.2017-ci il tarixədək olan müddətdə Bakı şəhəri ərazisində üçüncü şəxs, yəni Rəşad Şirəliyevə ödənilməsinə nail olmaqla Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Tural Əmirmətova vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı edib, cinayət əməlini müəyyən müddət gizlətmək məqsədilə mənzili Tural Əmirmətova təhvil verib, Niyazi Bayramovun öz əmlakından sərbəst şəkildə birgə yaşayış qaydalarına uyğun istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə Maksim Zeynalov və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət törətmişlər.
21. İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin pay dəyərini Cavabdeh MMC-yə tam ödəmişdir, lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili İddiaçı mülkiyyətinə təhvil verməmişdir.
22. 2(004)-589/2018 nömrəli mülki iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə və qərardaddan müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilələr üzrə cavabdeh tərəfindən Bakı şəhəri Yeni-Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 kv.m ibarət olan 3 otaqlı mənzili və xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus olan Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m ibarət olan 3 otaqlı mənzili onun istifadəsinə və sahibliyinə verilməsi, eyni zamanda həmin mənzillərdə tərəfindən təmir-tikinti və əlavə tikili işlərinin aparılmasına şəraitin yaradılması, həmin mənzilləri müqavilə üzrə ona təhvil verilməsi, bağlanmış müqavilə üzrə öhdəliyin icra edilməsinin mülki iş üzrə Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
23. 2(004)-589/2018 nömrəli mülki işə baxılarkən iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın qismən müdafiə edərək, iddianın 96,3 kv.m ibarət olan 3 otaqlı mənzilə dair hissəsində baxılmamış saxlanılmasını, 102.4 kv.m ibarət olan 3 otaqlı mənzil hissəsində isə təmin olunmasını xahiş etmişdir.
24. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 589/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri YeniYasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m ibarət olan 3 otaqlı mənzilə dair hissəsində baxılmamış saxlanılmışdır.
25. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-589/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 14 mart 2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m ibarət olan 3 otaqlı mənzilin İddiaçı qızna təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir.
26. Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilir ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı X5 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən səlahiyyəti olmayan şəxs Şahid imzalamış və möhür vurmuşdur.
27. Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə göstərilir ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı X18 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən səlahiyyəti olmayan şəxs Maksim Zeynalov imzalamış və möhür vurmuşdur.
28. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinin qanuni əsaslarla ilk olaraq xx.xx.2013-cü il tarixdə İddiaçı satılması, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinə dair Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin və Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin saxta olması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü ilə təsdiq edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
30. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, o, Cavabdeh MMC-ni 2007-ci ilin aprel ayında təsis etmişdir. 2007-ci ilin avqust ayında X29 və X19 hər birinə 20 payı satmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Cavabdeh MMC-yə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda 2 ədəd 22 girişli 22 mərtəbəli bina tikməyə icazə verilmişdir. Onlar binanın inşasına başlamışlar və 1-ci binanın 9 mərtəbəsini inşa etmişlər. 72 mənzil tikilmişdi. xx.xx.2008-ci ildə X26 Cavabdeh MMC-yə direktor təyin etmişdir və həmin gün möhürü Elnur Məmmədova təhvil vermişdir. 2008-ci ilin sentyabr ayında digər təsisçi X35 ilə ayrılmışlar. Aralarındakı razılaşmaya əsasən o, ikinci binanı tikməyi öz öhdəsinə götürmüşdür. 1-ci binadakı mənzilləri şifahi razılıq əsasında o, Məzahir, Qədir, Aqil hər birinə 6 mənzil götürmüşlər. Sonra o, X20 ilə şərikli olan topaq sahəsini satmış və 2 nömrəli binanı tikməyə başlamışdır. Bu zaman Rövşən torpaq sahəsini ucuz satmasını bildirmiş və ona bir mənzil hədiyyə etməyi xahiş etmişdir. O, Rövşənlə razılaşmış və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 150 nömrəli mənzilə dair Rövşənin bacısı X4 adına xx.xx.2008-ci il tarixli müqavilə yazmış və Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən imza etməklə möhür vurmuşdur. O, 2008-ci ilin sentyabr ayında 1 nömrəli binadakı payını götürüb faktiki ayrılsa da, möhürü yenidən Elnurdan geri almışdır. Həmin vaxt 62 mənzil satılmışdı. Aralarındakı razılaşmaya əsasən 1 nömrəli binada mənzil satılanda Elnur Məmmədov direktor kimi müqaviləni imzaladıqdan sonra ona verməli idi, o, müaviləni nömrəliməli və qeydiyyata alaraq möhür vurmalı idi. 2 nömrəli binadakı mənzillərlə qarışdırılmasın deyə, möhürü özündə saxlamışdır. 1 nömrəli binanın hər mərtəbəsində 2 ədəd 50 kv.m, 2 ədəd 91,4 kv.m, 2 ədəd 96,3 kv.m və 2 ədəd 102,4 kv.m-dən ibarət olmaqla, cəmi 8 mənzil olmuşdur. Rövşən Ukraynada yaşayırdı və ABŞ-a köçməsi ilə bağlı mənzilini satmağı ondan xahiş etmişdir. O, həmin mənzili X12 44.500 manata satmışdır və Rəşadın təklifi ilə mənzili bacısı X5 adına xx.xx.2014-cü il tarixli müqavilə yazmış və Cavabdeh MMCnin direktoru Elnur Məmmədovun əvəzindən imza etməklə möhür vurmuşdur. 2019-cu ildə öyrənmişdir ki, həmin mənzil 2 nəfərə satılıb. Korrupsiyaya qarşı Mübarizə İdarəsində Əmirmətov Turalı görmüş və Ruhanənin həmin mənzili Turala satdığını öyrənmişdir. İstintaq zamanı o, Mehribanın adına olan müqaviləni tapa bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh MMC-nin rəhbərlərinin və onun barəsində olan cinayət işinə baxılan zaman Rəsulova Mehribanın adına yazdığı müqavilənin surəti tapmış və aparıb məhkəməyə vermişdir. O, mənzili Rəşada satmışdır, Turalı tanımır. O, 2008-ci ildə Cavabdeh MMC-dən ayrılan zaman 1 nömrəli binadakı öz payını Maksim Zeynalova satmışdır. Maksim Zeynalovun xx.xx.2016- cı il tarixli müqaviləni imzalamağa səlahiyyəti yox idi. Elnur Məmmədov 2008-2019-cu illərdə Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi olub. Tətbiq edilən maddi hüquq normaları:
31. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
39. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini müstəqil tələb irəli sürən üçüncü şəxs T.Əmirmətovun apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Hazırda tərəflər arasında mübahisə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzillə bağlıdır.
43. Qeyd edilən mənzilə dair iddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, mənzilin 1 kv.m üçün razılaşdırılmış 450 manat olmaqla, cəmi 43.335 manat pulu xx.xx.2013-cü il tarixdə tam şəkildə Cavabdeh MMC-yə ödəmişdir. Müqaviləni Cavabdeh MMCnin direktoru Elnur Məmmədov və İddiaçı imlamışlar və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
44. Həmin mənzilə dair Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilir ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı R.Mirzəyevanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən səlahiyyəti olmayan şəxs Şahid imzalamış və möhür vurmuşdur.
45. Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə göstərilir ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı X18 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən səlahiyyəti olmayan şəxs Maksim Zeynalov imzalamış və möhür vurmuşdur.
46. Müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2013-cü il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışına əsasən, dəyərini tam ödəməklə əldə etdiyi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinə dair Cavabdeh MMC ilə X14 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə, həmçinin Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə saxta olmaqla etibarsız əqdlərdir.
47. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinin qanuni əsaslarla ilk olaraq xx.xx.2013-cü il tarixdə İddiaçı satılması, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinə dair Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin və Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin saxta olması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü ilə bir daha təsdiq edilmişdir.
48. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
49. Rayon məhkəməsinin mövqeyi ilə razılaşmayan üçüncü şəxs T.Əmirmətovun apellyasiya şikayətinin iki əsas dəlili var. Birinci dəlili onun həmin mənzilin başqa şəxsə məxsus olmasından, eləcə də həmin mənzilə görə onunla müqavilə bağlayan MMC-nin nümayəndəsinin buna səlahiyyəti olmadığını bilmədiyindən, onun vicdanlı alıcı olması ilə bağlıdır.
50. Kollegiya onun bu dəlili üzrə qeyd edir ki, MM-in 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
51. Göründüyü kimi, daşınmaz əmlaka münasibətdə vicdanlı alıcı reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası ilə bağlıdır, hazırkı halda qeyd edilən mənzilə münasibətdə reyestrdə qeydiyyat olmadığından, üçüncü şəxsin vicdanlı alıcı olması barədə dəlili əsassızdır.
52. Üçüncü şəxsin apellyasiya şikayətinin ikinci dəlili rayon məhkəməsinin istinad etdiyi hökmdən apellyasiya şikayəti verməsi, həmin hökmün hələ qüvvəyə minməməsi ilə bağlıdır.
53. Kollegiya həmin dəlillə də bağlı bildirir ki, həqiqətən də qətnamə qəbul olunarkən qüvvəyə minməsə də, hazırda Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü həmin hissədə (mənzilə dair Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin və Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin saxta olması hissədə) dəyişdirilmədən saxlanılmışdır, ki bununla da məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü qeyd edilən hissədə qüvvəyə mindiyindən, üçüncü şəxs T.Əmirmətovun apellyasiya şikayətinin həmin dəlili daha çox formal xarakter daşıyır və MPM-in 385.2-ci maddəsinin tələbinə görə də qətnamənin ləğvi üçün əsas ola bilməz.
54. Beləliklə də müəyyən olunur ki, iddiaçıya məxsus olan mənzilin qanunsuz olaraq -saxta sənədlər əsasında üçüncü şəxs T.Əmirmətova satılması qanuni qüvvəsini almış hökmə əsasən müəyyən edildiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
55. Kollegiya onu da qeyd edir ki, üçüncü şəxs T.Əmirmətov tərəfindən həmin mənzilə görə 45.000 manat ödənilməsi mübahisəsiz qaydada müəyyən edildiyindən, ona, dəymiş zərər (real zərər, əldən çıxmış fayda və sair xərclərlə bağlı) əvəzinin ödənilməsinə dair ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Nəticə:
56. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, İddiaçı iddiasını təmin, müstəqil tələb irəli sürən üçüncü şəxs X18 iddiasını təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Müstəqil tələb irəli sürən üçüncü şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1668/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X18 özünə aid edilsin. T.Əmirmətov tərəfindən həmin mənzilə görə 45.000 manat ödənilməsi mübahisəsiz qaydada müəyyən edildiyindən, ona, dəymiş zərərin (real zərər, əldən çıxmış fayda və sair xərclərlə bağlı) əvəzinin ödənilməsinə dair ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov