Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-567/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X8 və X5 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X1, İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əbdül-Lətif oğlunun və Cavabdeh1vəkili və nümayəndəsi X3iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 464/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətçinin mənzil hüquqlarının müdafiəsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (ev 27, mənzil 111) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan tikintinin qanunsuz hesab edilərək, cavabdehlər Əliyev Əbdül- lətif Mustafa oğlunun, Cavabdeh2 və Cavabdeh3 öz hesablarına sökülməsi, ona məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinə təbii işiğın düşməsinin və təbii havalandırmanın təmin edilməsi məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə hər-hansı tikinti-quraşdirma işlərinin aparılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qadağan edilməsi, iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1996-cı il tarixdən onun istifadəsindədir və 2014-cü il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışına əsasən mülkiyyətində olmaqla, qeyd olunan tarixdən də, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Həmin mənzil 1967-ci il tarixdə inşa edilmiş, evin sol tərəfi qonşu ilə birləşik olduğundan, yəni hər iki evin arasında bir ümumi divar olduğundan, sol tərəfə evin pəncərələri olmamışdır. Evin sağ hissəsi, yəni cavabdehlərə düşən (ünvan 2 ünvanı) tərəfinə isə 1967-ci il tarixdən (evin iki otağının hər birinin bir pəncərəsi olmaqla) iki pəncərəsi olmuş və hal-hazırda da vardır. Ona məxsus fərdi yaşayış evi tikildiyi 1967-ci il tarixdən evin sağ hissəsi boş ərazi olduğundan iki otağın da pəncərələri həmin tərəfə qoyulmuşdur. O, 112 nömrəli evdə 1996-cı il tarixdən yaşayır. Cavabdehlər 1988-ci il tarixdə qaçqın kimi qeyd olunan evdə məskunlaşmışlar və həmin evin qarşısındakı ərazini də, həyətyanı sahə kimi istifadə etmişlər. Cavabdehlər dəfələrələ ona qohum olmadığı təqdirdə pəncərələri çoxdan bağlamaları ilə minnət qoyaraq, onların sağ tərəfində yerləşən qonşunun, onlara tərəf olan kiçik ölçülü (nəfəscik) pəncərəsini də, bağlatdırdıqlarını qeyd edərək onun da evinin pəncərələrini bağlayacaqlarını bildirirlər. Bu barədə onların aralarında bir neçə dəfə mübahisə olmuşdur. Lakin onlarla qohumluq münasibətləri olduğundan bu məsələni əvvəllər məhkəmə müstəvisinə qaldırmamışdır. 2018-ci ilin sentyabr ayından başlayaraq Cavabdeh2 və digər cavabdehlər həyətyanı kimi istifadə etdikləri yerdə, yəni onun evinin sağ tərəfə açılan pəncərəsinin qarşısında tikinti işləri aparmağa başladılar. Onlar evin sağ tərəfə olan divarının üst tərəfinin birləşik sərhədindən başlayaraq onlardan sağda yerləşən üçüncü qonşunun evin divarının yuxarı hissəsinə birləşən döşəmə tikmişlər və qeyd olunan döşəmənin üstü ilə isə ikinci mərtəbədə də mənzil inşa edirlər. Bununla da, həmin döşəmə tikilməklə onun evinin otaqlarının hər iki pəncərəsinə düşən təbii işiq və təbii havalandırma tamam kəsilməklə həmin pəncərələr cavabdehlərin yeni tikdiyi evin icərisəndə qalır (yeni tikilən evin içərisənə açılır). Eyni zamanda döşəmədən sonra ikinci mərtəbədə tikilən evlər də, tikildiyi təqdirdə, onun evinin otaqlarının hər iki pəncərəsinə düşən təbii işiq və havalandırma tamam kəsilir, həmçinin o da öz hüquqlarından istifadə etməklə qanunvericiliyə uyğun olaraq gələcəkdə evinin ikinci mərtəbəsini tikdiyi təqdirdə həmin otaqlara pəncərə qoymaq imkanları tam məhdudlaşdırılmış olur. Bu baradə cavabdehlərlə nə qədər danışıqlar apararaq onları bu qeyri- qanuni əməllərindən çəkindirmək istəsə də, onlar heç nəyə məhəl qoymadan qanunsuz tikinti işlərini davam etdirirlər. O, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nərimanov Rayon Mənzil İstismar Sahəsinə və ərazi üzrə müvafiq polis orqanına məlumat vermişdir, lakin cavabdehlər onunla aqressiv rəftar edərək, nalayiq söz və hərəkətlərlə onu oradan kənarlaşdıraraq öz qanunsuz əməllərini davam etdirirlər. Bununla da cavabdehlər öz qeyri-qanuni hərəkətləri ilə evinin otaqlarının hər iki pəncərəsinə düşən təbii işiğı və təbii havalandırmanı tamamilə kəsməklə, eyni zamanda onun da öz hüquqlarından istifadə edərək qanunvericiliyə uyğun gələcəkdə evinin ikinci mərtəbəsini tikdiyi təqdirdə həmin otaqlara da, pəncərə qoymaq imkanlarını tam məhdudlaşdırmaqla, o cümlədən Azərbaycan Respublikasının Mülki və Şəhərsalma və Tikinti Məcəllələrinin tələblərini, xüsusilə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci və 70.1-ci maddələrinin tələblərinə əməl etməməklə onun mülkiyyətçisi olduğu mənzilindən normal istifadə hüququnu kobud şəkildə pozurlar. Məhkəməyə müraciət edən zaman onun tərəfindən qanunla müəyyən edilmiş qaydada 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda, onun tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və yaşayış sahəsindən istifadə edilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 112 nömrəli evin, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 111 nömrəli evinə bitişik hissəsinə baxan hissəsinə qoyulmuş pəncərənin cavabdeh İddiaçı hesabına sökülməsi və Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 111 nömrəli evindən istifadə edilməsinə maneə törədilməsinin cavabdeh İddiaçı qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Əliyev Əbdül- Lətif Mustafa oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətçinin mənzil hüquqlarının müdafiəsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı, şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, mənzil 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (ev 27, mənzil 111) olan divan (otaqların və həyətin divarları) boyunca aparılan tikintinin qanunsuz hesab edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz hesablarına sökülməsi, ona məxsus evin cavabdehlərə tərəf olan ikİ ədəd pəncərələrinə təbii işiğin düşməsinin və təbii havalandırmanın təmin edilməsi məqsədi ilə evin cavabdehlə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə hər-hansı tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızma və qeyrilərinə qadağan edilməsi, iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdımıa və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 032696 nömrəli X11 Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 111 nömrəli mənzil onun xüsusi mülkiyyətinə keçirilmiş və xx xxxx 2005-ci il tarixdə 66 nömrəli reyestr kitabında qeydə alınmışdır. Son bir neçə ildir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, yaşadığı evin hasarına bitişik hissədə İnşa edilmiş ünvan 1 ünvanında yaşayır. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öz yaşadığı evinin onun evinə baxan hissəsinə pəncərə qoyulmuşdur. Həmin pəncərə birbaşa onun evinə və evinin həyətinə baxdığı üçün həmin pəncərənin sökülməsi barədə qarşılıqlı iddia üzrə cavabdehə xəbərdarlıq etsə də, heç bir müsbət təsiri olmamışdır. Beləliklə də, İddiaçı bu hərəkətlərinin nəticəsində evində və evinin həyətində sərbəst gəzmək, evindən təyinatı üzrə istifadə etmək mümkün olmamışdır. Beləliklə də, cavabdeh qanunvericiliklə müəyyən olunmuş qaydada tikinti işləri aparmamış, qanunsuz və tikinti normalarına zidd olaraq tikili inşa etdirmiş, onun qanunvericiliklə müəyyən olunmuş mülkiyyət hüququnu tapdalamış, heç bir icazə və razılıq olmadan özbaşına onun evinə baxan hissədə pəncərə qoyaraq Azərbaycan Respublikasının Qanunvericiliyinin bütün tələblərini pozmuşdur. Bundan başqa, İddiaçı onun və ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilkin iddia ərizəsi üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 464/2019 nömrəli qərardadı ilə X1 ilkin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair ərizəsi təmin edilərək, mülki iş üzrə ilkin İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (ev 27, mənzil 111) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan tikintinin qanunsuz hesab edilərək sökülməsi, ona məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması, həmin pəncərələrə və evin həyətinə təbii işığın düşməsinin və təbii havalandırmanın təmin edilməsi məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin ikinci mərtəbəsində və daha yuxarı hissəsində hər- hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qadağan edilməsi, iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 464/2019 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, ilk iddiaçı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, ilk iddiaçı X2 məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilməsi, ilk iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulması, iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı “qanunsuz tikilinin sökülməsi və yaşayış sahəsindən istifadə edilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005) 464/2019 saylı qətnaməsini ləğv edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyatorlar apelyasiya şikayətini onunla əsaslandırırlar ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qabul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmişdir ki, iş üzrə mövcud olan faktlar qətnamədə ziddiyyətli sübutlarla təsdiq edimişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2019-cu il tarixli 6668 nömrəli rəyinə əsaslanmışdır ki, həmin rəydə Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 nömrəli evin 111 nömrəli məznilinin “A” tikilisinin həyətyanı sahəsində quraşdırılmış pilləkan marşının və eləcə də həyətyanı sahənin üstündə (2-ci mərtəbədə) boşluqlu kərpic vasitəsi ilə inşa edilmiş tikilinin mənzilin texniki pasportunda əks olunmadığı və 111 nömrəli mənzildə edilmiş dəyişikliklərin 112 nömrəli mənzilə düşən günəş şüasının qarşısını alıb-almamasının tikinti ekspertizasının səlahiyyətlərinə aid olmadığı qeyd olunmuş, bu tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmaması və 112 nömrəli fərdi yaşayış evinin pəncərələrinin onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratması kimi hallara münasibət bildirilməmişdir. Eyni zamanda mübahisə ilə bağlı 38 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli aktında ünvan 3 ünvanında uerləşən 112 nömrəli fərdi yaşayış evinin 111 nömrəli fərdi yaşayış evinə tərəf olan otaqların divarlarına bitişik (ara məsafəsi saxlanılmadan) əlavə olaraq 111 nömrəli fərdi yaşayış evinin sakinləri tərəfindən kərpicdən divar hörgüsünün aparılması öz əksini tapsa da, hörgünün tikinti norma və qaydalarına uyğun olub-olmaması barədə rəy bildirilmiəsinin Sahənin səlahiyyətlərinə aid olmadığı göstərilməklə yenidən bu məsələyə və onun həyətinə açılan pəncərələrin mülkiyyət hüququnu həyata keçirməyi ilə əlaqədar maneələr yaratmasına hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qarsılıqlı tələb-yəni onun mülkiyyət hüququnun pozulması ilə bağlı hallar ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əbdül-Lətif oğlu və Cavabdeh1 vəkili və nümayəndəsi X7pelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kolegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X4 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılamsını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və qətnamə qismən ləğv olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 4 111 nömrəli ünvanında yerləşən fərdi yaşayış evi Əliyev Əbdül- lətif Mustafa oğlunun adına 2014-cü il tarixdə tərtib olunmuşdur; Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxx 2005-ci il tarixli, FM seriyalı 032696 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 ünvanında yerləşən 7 otaqlı 119,4 kv.metr yaşayış sahəsi, 190 kv.metr ümumi sahəsi olan 111 nömrəli fərdi yaşayış evi Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququ ilə 66 nömrəli reyestr kitabında 10012 nömrəli səhifəsində qeydiyyatdan keçirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X13 tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 112 nömrəli ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx xxxx 2014-cü il tarixdə tərtib olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxx 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 112 nömrəli fərdi yaşayış İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 24631 nömrəli vərəqində qeydiyyata alınmışdır; Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin İddiaçı ünvanladığı xx xxxxxx 2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş xx xxxxxx 2018-ci il tarixli məktub ilə qonşu tərəfindən tikinti işləri aparılması nəticəsində onun yaşadığı evin pəncərələrinin qarşısının bağlanılması, yaşayış otaqlarının təbii işıqlanmadan məhrum edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsinə köməklik göstərilməsinə dair müraciətə baxılmasıvə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Məlumat üçün bildirilmişdir ki, yerində baxış zamanı qonşuluğunda yerləşən Məmməd Arif küçəsi, ev 27, mənzil 111 ünvanında tikinti işlərinin tam başa çatdırıldığı müəyyən edilmişdir. Onun narazılığına səbəb olan hallar sonuncuların nəzərinə çatdırılmışdır. Mövcud qanunvericiliyə görə qonşular arasındakı mübahisəli məsələlər məhkəmə qaydasında baxılmalıdır. Buna görə də, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun olması izah edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 48,3 kv.metr sahəsi olan fərdi yaşayış evi X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 24631 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019- cu il tarixli 6668 nömrəli rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 nömrəli evin 111 nömrəli mənzilinin “A” tikilisinin həyətyanı sahəsində metal konstruksiyalar vasitəsilə quraşdırılmış pilləkan marşının və eləcə də həyətyanı sahənin üstündə (2-ci mərtəbədə) boşluqlu kərpic vasitəsilə inşa edilmiş uzunluğu 8 metr, eni bir tərəfdən 5,5 metr, digər tərəfdən 4,2 metr olan tikilinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evinin həyətyanı sahəsində quraşdırılmış pilləkan marşının, 112 nömrəli mənzildən 111 nömrəli mənzilin həyətinə tərəf açılan pəncərənin qarşısında inşa edildiyi müəyyən edilmişdir. Lakin 111 nömrəli mənzildə edilmiş dəyişikliklərin 112 nömrəli mənzilə düşən günəş şüasının qarşısını alıb-almaması tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən oluna bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat dəyərində hesablanmışdır; 38 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2019-cu il tarixli aktın məzmunundan görünür ki, ünvan 9 ünvanında yerləşən 112 və 111 nömrəli fərdi yaşayış evlərinə müvafiq sahənin əməkdaşları tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 112 nömrəli fərdi yaşayış evinin 111 nömrəli fərdi yaşayış evinə tərəf olan otaqların divarlarına bitişik (ara məsafəsi saxlanılmadan) əlavə olaraq 111 nömrəli fərdi yaşayış evinin sakinləri tərəfindən kərpicdən divar hörgüsü aparılmışdır (yenidən qurma işləri görməklə). Aparılmış divar hörgüsü, eləcə də tikintiquraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun olub-olmaması barədə rəy bildirmək Mənzil Kommunal İstismar Sahəsinin səlahiyyətinə aid deyildir. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 111 nömrəli fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işləri 112 nömrəli fərdi yaşayış evinin pəncərələrindən təbii günəş işığının düşməsinə və otaqların havalandırılmasına məhdudiyyət yaradır. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 112 nömrəli fərdi yaşayış evinin bayıra tərəf açılan iki ədəd pəncərəsi (hər otaqda bir ədəd pəncərə olmaqla) olmuşdur, hazırda hər iki pəncərə 111 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən bağlanılmışdır; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 10 ünvanında qeydiyyatdadır; İş üzrə apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx xxxxxx 2020-ci il tarixli 29850 nömrəli ekpertiza tədqiqatının nəticə hissəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evinin cavabdehlərə tərəf (ev 27, mənzil 111) olan divarı (otaqların və həyətin divarları) boyunca cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı mənzilə aid pəncərələrin boşluğunun bağlandığını nəzərə alaraq tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olunur.Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evinin cavabdehlərə tərəf iki ədəd pəncərə olduğu və həmin pəncərə boşluqları kərpic materialı ilə hörüldüyü müəyyən olunmuşdur.Cavabdehlərə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 nömrəli ev, mənzil 111 saylı fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işlərininin ərtafdakilar üçün ( həmin evdə yaşayanlar, qonşular və s.) təhlükənin olmadığı, lakin Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evinin işıqlandırılmasına və havalandırmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Cavabdehlərə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 nömrəli ev, mənzil 111 saylı fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işləri (iddiaçıya məxsus evin cavabdehlərlə sərhəd divarı (otaqların və həyətin divarları) boyunca hazırda və yekunlaşdığı təqdirdə iddiaçıya məxsus evin cavabdehlərə tərəf olan pəncərələrinə təbii işıqlandırmasına havalandırmasına məhdudiyyət yaratdığı müəyyən edilir. Cavabdehlərə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 nömrəli ev, mənzil 111 saylı fərdi yaşayış evində iddiaçıya məxsus evin (ev 27, mənzil 112) divarı (otaqların və həyətin divarları) boyunca aparılan tikinti və quraşdırma işləri ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla 1.05 m ara məsafəsində təmir-tikinti işləri aparıla bilər.Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evi 3 tərəfdən qonşu sahələrlə əhatə olunduğu nəzərə alaraq cavabdehlər tərəfindən aparılan tikintilər sökülmədən iddiaçının mənzilinə təbii (günəş) işığının düşməsi və ya evin havalandırması mümkün deyil. Məhkəmə kollegiyası ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs- küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Beləliklə, məhkəmə araşırması zamanı müəyyən edildi ki, Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 112 nömrəli fərdi yaşayış evinin 111 nömrəli fərdi yaşayış evinə tərəf olan otaqların divarlarına bitişik (ara məsafəsi saxlanılmadan) əlavə olaraq 111 nömrəli fərdi yaşayış evinin sakinləri tərəfindən kərpicdən divar hörgüsü aparılmışdır (yenidən qurma işləri görməklə). 111 nömrəli mənzilinin “A” tikilisinin həyətyanı sahəsində metal konstruksiyalar vasitəsilə quraşdırılmış pilləkan marşının və eləcə də həyətyanı sahənin üstündə (2-ci mərtəbədə) boşluqlu kərpic vasitəsilə inşa edilmiş tikilinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir.Tədqiq olunan yaşayış evinin həyətyanı sahəsində quraşdırılmış pilləkan marşının, 112 nömrəli mənzildən 111 nömrəli mənzilin həyətinə tərəf açılan pəncərənin qarşısında inşa edildiyi müəyyən edilmişdir. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 111 nömrəli fərdi yaşayış evində aparılan tikinti və quraşdırma işləri 112 nömrəli fərdi yaşayış evinin pəncərələrindən təbii günəş işığının düşməsinə və otaqların havalandırılmasına məhdudiyyət yaradır. Məmməd Arif küçəsi 27 ünvanında yerləşən 112 nömrəli fərdi yaşayış evinin bayıra tərəf açılan iki ədəd pəncərəsi (hər otaqda bir ədəd pəncərə olmaqla) olmuşdur, hazırda hər iki pəncərə 111 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən bağlanılmışdır.Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 112 saylı fərdi yaşayış evi 3 tərəfdən qonşu sahələrlə əhatə olunduğu nəzərə alaraq cavabdehlər tərəfindən aparılan tikintilər sökülmədən iddiaçının mənzilinə təbii (günəş) işığının düşməsi və ya evin havalandırması mümkün deyil. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi; 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar- epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi, cavabdeh şəxslər tərəfindən qeyd edilən mənzildə tikinti-quraşdırma işlərinin aparılması tikinti normalarının heç bir tələbinə cavab verməmişdir. Kollegiya, qeyd edilən hallarla bağlı 1-ci instansiya məhkəməsinin qənaəti ilə razılaşır, lakin iddiaçı X2 məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılması cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilməsi, nəticəsi ilə razılaşmır.Belə ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx xxxxxx 2020-ci il tarixli 29850 nömrəli ekpertiza tədqiqatının nəticə hissəsindən aydın olur ki, cavabdehlərə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 nömrəli ev, mənzil 111 saylı fərdi yaşayış evində iddiaçıya məxsus evin (ev 27, mənzil 112) divarı (otaqların və həyətin divarları) boyunca aparılan tikinti və quraşdırma işləri ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla 1.05 m ara məsafəsində təmir-tikinti işləri aparıla bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X1 hazırkı iddiası qismən əsaslıdır. Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, 1-ci instansiya məhkəməsi tərəfindən ilk iddia tam təmin edildiyindənBakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-464/2019 nömrəli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apelyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 464/2019 nömrəli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv olunsun. İlk iddia qismən təmin olunsun. ilk iddiaçı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikinti sökülsün. ilk iddiaçı X2 məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılsın və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 105 sm (1 metr 05 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılması cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilsin. İlk iddia qalan hissədə və apellyatorlara münasibətdə rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apelyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-567/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-567/2020
18.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver