Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5674/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənişin qəbul edilməsi və borcun olmamasına dair maliyyə arayışının verilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanındakı 4 nömrəli binanın 9-cu mərtəbəsində yerləşən 56 nömrəli mənzilə (bundan sonra – mənzil) dair tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilsin, mənzil boşaldılaraq "xxxx" MMC-yə təhvil verilsin, müqavilə üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88.282 manat cərimə alınaraq MMC-yə verilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105.904 manat ödənişin Cavabdeh qəbul edilməsi və mənzilə dair Cavabdeh borcunun olmaması barədə maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, Cavabdeh 1.000 manat cərimə alınaraq MMC-yə ödənilsin, ilk iddianın qalan hissəsi təmin edilməsin, qarşılıqlı iddia təmin edilsin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105.904 manat ödənişin Cavabdeh qəbul edilməsi və mənzilə dair Cavabdeh borcunun olmaması barədə maliyyə arayışının verilməsi vəzifəsi MMC-nin üzərinə qoyulsun. Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh 1.000 manat cərimə alınaraq MMC-yə ödənilməsinə aid hissədə ləğv edilsin və həmin tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin 1.000 manat cərimə tutulmasına aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə görə, MMC üzərinə öhdəlik götürüb ki, mənzili Cavabdeh verəcək, Cavabdeh isə üzərinə öhdəlik götürüb ki, mənzilin dəyərini vaxtında ödəyəcək. Müqavilənin 1 nömrəli əlavəsinə görə, cəmi ödənilməli məbləğ 174.104 manat, ilkin ödəniş 20.000 manat təşkil edir, qalan 154.104 manat xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2022-ci ilədək olan müddətdə (18 ay ərzində) hər ay 8.562 manat, sonuncu ay isə 8.550 manat olmaqla ödəniləcək. Müqavilənin 1 nömrəli əlavəsində qeyd olunub ki, alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir. Cavabdeh müqavilə üzrə ödənişləri gecikdirib, ona görə də MMC cərimənin ödənilməsini tələb edir. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, ödəmələrdə gecikmə olmayıb. Apellyasiya şikayəti əsassızdır. Belə ki, öhdəliyin vaxtında icra edildiyini sübut etməyə yükü borclunun üzərinə düşür, lakin Cavabdeh bunu sübut edə bilmir. Odur ki, Cavabdeh öhdəliyin icrasının gecikdirilməsinə görə məsuliyyət daşıyır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən olunub və lazımi qaydada əsaslandırılıb. Birinci instansiya məhkəməsi MMC-nin tələb etdiyi cəriməni tənasübsüz surətdə yüksək hesab edərək onu 1.000 manata qədər azaldıb. Cərimənin bu məbləğdən az müəyyən edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462 və 467-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 1.000 manat cərimə alınaraq MMC-yə ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1.000 (min) manat cərimə tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5674/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5674/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver