Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-568/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(006)- 293/2020 saylı qətnaməsindən və 08 iyun 2021-ci il tarixli, 2(006)-4002/2021 saylı əlavə qətnaməsindən İddiaçı və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə və ona edilmiş əlavənin şərtlərinin yerinə yetirilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcləri və dövlət rüsumunun ödənilməsi və sair tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış müqavilə bağlanmışdır. Tərəflər xx.xx.2018-ci il tarixdə həmin müqaviləyə Əlavəni təsdiqləmişlər. Həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinə əsasən bağlanmışdır. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində özü tərəfindən Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan,ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (müqaviləyə əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib “Əmlak mülkiyyətçisi”nə təhvil verir. Həmin qeyri-yaşayış sahəsinin 70,0 kv.metrdən ibarət olan hissəsi “Əmlak mülkiyyətçisi”nin sökülən daşınmaz əmlakının əvəzi kimi verilir, qalan 22,0 kv.metrdən ibarət hissə isə ödənişli əsaslarla “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə satılır”. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan bu günə kimi sökülən daşınmaz əmlakından başqa əlavə 48000 manat pul almışdır. İddiaçı xx.xx.2018-ci il tarixli, GDG seriyalı, 442341 nömrəli kassa mədaxil orderinə əsasən 16000 manat, xx.xx.2018-ci il tarixli, GDG seriyalı, 442712 nömrəli kassa mədaxil orderinə əsasən 6000 manat, xx.xx.2019-cu il tarixli, GDG seriyalı, 442943 nömrəli kassa mədaxil orderinə əsasən 10000 manat, xx.xx.2019-cu il tarixli, GDG seriyalı, 584505 nömrəli kassa mədaxil orderinə əsasən 10000 manat və xx.xx.2019-cu il tarixli, GDG seriyalı, 584581 nömrəli kassa mədaxil orderinə əsasən 6000 manat cavabdehə ödəmişdir. Cavabdeh qeyd edilən müqavilənin 1.1.2-ci bəndinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh iddiaçıya təhvil verilməsi üçün nəzərdə tutduğu qeyri-yaşayış sahəsinin girişini yerdən (qarşısındakı Səməd Vurğun küçəsindən) təxminən bir metr aşağı səviyyədə quraşdırmışdır, həmin sahənin hündürlüyünü hal-hazırda dəmir konstruksiyalarla, şvellerlərlə iki yerə bölməyə başlamışdır, nəticədə birinci mərtəbənin hündürlüyü 3 metrə yaxın hündürlükdə olması planlaşdırılır. Cavabdeh iddiaçıya satdığı qeyri-yaşayış sahəsini yerdən aşağı səviyyədə inşa etmişdir və sahənin hündürlüyünü iki hissəyə bölərək onun yuxarı hissəsini ayrıca satıb əlavə qazanc əldə etmək niyyətindədir. Dəmir konstruksiyalar beton dayaqlara qaynaq vasitəsilə bərkidilir. Bu qaydada arakəsmənin quraşdırılması inşaat normalarına ziddir. Beton dayaqların içərisindəki armaturlar qaynaqla qızdırılır və onların keyfiyyəti aşağı salınır. Bundan başqa, müqavilənin əlavəsində və müqaviləyə olunan sxemdə iddiaçıya satılan qeyri-yaşayış sahəsinin Salatın Əsgərova küçəsinə çıxan divarında vitrinlərin olacağı qeyd olunmuşdur. Lakin, cavabdeh həmin vitrinlərin alt hissəsini ikiqat mişar daşı ilə hörmüşlər ki, həmin divarın üzərinə şvellerləri quraşdırsınlar və mərtəbəni iki hissəyə bölsün. Nəticədə iddiaçıya veriləcək qeyri-yaşayış sahəsinin Salatın Əsgərova küçəsinə baxan divarında vitrinlər ləğv olunmuş, sahənin təbii işıqlanması xeyli dərəcədə pisləşmişdir. İddiaçı bu hərəkətləri açıq-aşkar cavabdehin müqavilə üzrə öhdəliklərinin pozulması kimi qiymətləndirir. Bu hüquqazidd hərəkətlər iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurur, ona satılan əmlakın dəyəri müqavilədə təfsir olunan ilə müqayisədə xeyli dərəcədə aşağı salır, daha yüksək fayda əldə etmək imkanından məhrum edir. Satılan əmlak müqavilədə təfsir olunduğu qaydada inşa edilsə idi, onun dəyəri ******* manat olardı, onun icarəyə verilməsindən iddiaçı ayda 5000 manat gəlir götürə bilərdi. Lakin, cavabdehin müqavilə şərtləri pozması nəticəsində iddiaçının mülkiyyətinə vermək istədiyi qeyri-yaşayış sahəsinin dəyəri 600000 manat müqavilədə təvsir olunan əmlakın dəyərindən aşağıdır. Nəticədə iddiaçının əldə edə biləcəyi aylıq gəlir də 3000 manat azalmışdır. Beləliklə, on il ərzində iddiaçının itirəcəyi faydanın ümumi məbləği 3000*12*10=360000 manat təşkil edir. Beləliklə, iddiaçıya vurulan maddi ziyanın məbləği 960000 manat təşkil edir. Cavabdehin iddiaçıya verməli olduğu daşınmaz əmlakın girişini müqavilənin şərtlərinə zidd olaraq, yerin (qarşısındakı Səməd Vurğun küçəsinin) səviyyəsindən təxminən 1 (bir) metr aşağıda quraşdırması həmin əmlakın dəyərini 250000 manat aşağı salmışdır. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının hüquqlarının kobud surətdə pozulmasından o, mənəvi sarsıntı keçirmiş, çox əsəbiləşmiş, qan təzyiqi artmış, sağlamlığına zərər vurulmuşdur. İddiaçıya vurulan mənəvi ziyanı 100000 manat dəyərində qiymətləndirir. Qanunvericilik tikilinin həddlərini müəyyən etdikdə onun sahəsi ilə yanaşı həcminin də düzgün hesablanmasının, müəyyən olunmasının vacibliyini vurğulayır. Həcmi böyük olan tikintinin dəyəri həcmi kiçik olan tikintidən daha çoxdur. Məhz bu səbəbdən iddiaçı, cavabdeh ilə müqavilə bağladıqda ona təhvil veriləcək sahənin ölçüləri ilə yanaşı onun həcmini də müəyyən edən ölçüsünü hündürlüyünü müəyyən etmişdir. Cavabdehin iddiaçıya satdığı tikinti həcminə və sahəsinə müdaxilələr edir, onun ölçülərini azaldır. Belə ki, tikinti obyektinin hündürlüyünün 5,5 metrdən 3 metrəyə qədər azaldılması nəticəsində iddiaçıya veriləcək tikinti obyektinin həcmi 230 m3 (530m3-276m3=230m3) azaldılmışdır. Belə ki, müqaviləyə əsasən iddiaçıya veriləcək əmlakın həcmi 92m2*5,5m=506 m3 olmalı idi. Lakin, cavabdeh iddiaçıya verəcəyi obyektin həcmi 92*3m=276 m3 təşkil edəcəyini planlaşdırır. Eyni zamanda, iddiaçıya satılmış tikinti obyektinin həcminin daxilində əlavə mərtəbə inşa etmək üçün cavabdeh iddiaçının obyektinin Salatın Əsgərova küçəsinə baxan vitrinlərinin əvəzinə beton sütunların arasındakı boşluğu ikiqat mişar daşı ilə hörərək onun sahəsini də azaltmışdır. Belə ki, hörgü olan yerdə müqavilənin şərtlərinə əsasən, vitrinlər olmalı idi. Vitrinin eni 3-4 sm-dir, ikiqat hörgünün eni isə 40 sm-dir. Obyektin uzunluğu 18,4 metrdir. Beləliklə, yalnız ikiqat hörgü iddiaçının sahəsini 6,6 m2 azaltmışdır (0,40m-0,4m*18,4m). Həmin hörgünün üzərinə iddiaçının obyektinin həcmi daxilində quraşdırılan əlavə mərtəbənin (yarusun) döşəməsinin dayağı kimi istifadə olunur. Məhz bu hörgünün üzərinə dəmir şvellerlər quraşdırılmışdır. Sonra iddiaçı iddianı dəqiqləşdirərək Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin və ona edilmiş xx.xx.2018-ci il tarixli əlavənin şərtlərinə əməl etməsi, Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan,ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olanqeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 əməlindən xx.xx.2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində “22.0 metr ” sözləri “14,6 kv.m.” sözləri ilə; 1.1.5, 1.1.6 bəndlərində “143000” rəqəmi “95900” rəqəmi ilə, 1.1.5-ci bəndində “bir yüz qırx üç min” sözləri “doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6-cı bəndində 100000 (bir yüz min) manat” sözləri “51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi; 1.1.6-cı bəndində “Həmin binanın Vİ mərtəbəsinnin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın Vİİİ mərtəbəsinnin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın X mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat" sözlərinin çıxarılması; “20000 (iyirmi min) manat” sözləri “19900 (on doqquz min doqquz yüz) mananat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan,ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5,5 m hündürlükdən aşağıda) quraşdırılan inşaat konstruksiyalarının, Salatın Əsgərova küçəsinə baxan vitrinlərin ətrafında, beton sütunların arasındakı aşırımlarda mişar daşından hörgülərin sökülməsi, cavabdehdən daşınmaz əmlakın girişinin müqavilənin şərtlərinə zidd olaraq, yerin (qarşısındakı Səməd Vurğun küçəsinin) səviyyəsindən aşağıda quraşdırması nəticəsində vurduğu maddi zərərə görə 250000 manat, mənəvi ziyana görə 100000 manat, dövlət rüsumu 30 manat, hüquqi yardıma görə 5000 manat, cəmi 355030 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddianı dəqiqləşdirirərək, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin və ona edilmiş 7 aprel 2018-ci il tarixli əlavənin şərtlərinə əməl edilməsi, Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözləri “14,6 kv.m.” sözləri ilə; 1.1.5, 1.1.6 bəndlərində “143000” rəqəmi “95900” rəqəmi ilə, 1.1.5 bəndində “bir yüz qırx üç min” sözləri “doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində “100000 (bir yüz min) manat” sözləri “51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi; 1.1.6 bəndində “Həmin binanın Vİ mərtəbəsinnin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın Vİİİ mərtəbəsinnin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın X mərtəbəsinnin inşası başa çatan gün - 16000 (on altı min) manat” sözlərinin çıxarılması; “20000 (iyirmi min) manat” sözlərinin “19900 (on doqquz min doqquz yüz) manat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5.5 metr hündürlükdən aşağıda) quraşdırılan inşaat konstruksiyaların, Salatın Əsgərova küçəsinə baxan vitrinlərin ətrafında, beton sütunların arasındakı aşırımlarda mişar daşından hörgülərin sökülməsi, cavabdehdən daşınmaz əmlakın girişinin müqavilənin şərtlərinə zidd olaraq, yerin (qarşısındakı Səməd Vurğun küçəsinin) səviyyəsindən aşağıda quraşdırması nəticəsində vurduğu maddi zərərə görə 184000 manat, 4 oktyabr 2019-cu il tarixdən cavabdehin ödəməli olduğu aylıq ödəmələrə görə 21600 manat, mənəvi ziyana görə 100000 manat, dövlət rüsumu 30 manat, hüquqi yardıma görə 5000 manat, cəmi 310630 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulması, 4 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın cavabdeh tərəfindən iddiaçıya təhvil veriləcəyi tarixə qədər hər ay üçün cavabdehdən 1800 manat iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 m2-dən ibarət hündürlüyü 5,5 m olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5,5 m hündürlükdən aşağıda) inşaat konstruksiyalarının (yarusun) quraşdırılması, həmin yarusun üzərindəki sahənin özgəninkiləşdirilməsi, Salatın Əsgərova küçəsinə baxan vitrinlərin yerində beton sütunların arasındakı aşırımlarda mişar daşından divarın hörülməsi, həmin divarın üzlənməsi, işə nahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh2 MMC-yə qadağan edilmişdir. Həmçinin, "xxxx" MMC İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarına əsasən, adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyvətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli, 208 saylı "yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə “Pilot İnşaai-A" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir. "Pilot İnşaat-A” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və Qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı ilə Bakı şəhəri 51 saylı Notariat Kontorunda xx.xx.2017-ci il tarixində reyestrdə 3M-1058 nömrə ilə qeyd edilmiş müqavilə imzalanmış, həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini "Pilot İnşaat-A” MMC-yə sökülmək üçün təhvil vermiş, əvəzində Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsinin 3-cü girişində 70.0 kv.metr və daha əlavə öz vəsaiti ilə 22.0 kv.m, cəmi 92 kv.m. olmaqla (hündürlüyü 5.5 m olan) qeyri-yaşayış sahəsi verilmişdir. Daha sonra, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-yə müqaviləyə əlavə təqdim etmiş, həmin əlavədə 3-cü blok əvəzinə, 2ci blok göstərilmişdir. İnşa edilən hündürmərtəbəli binanın 2- ci və 3-cü blokların birinci mərtəbə hündürlüklərində fərq olmasına baxmayaraq, texniki səhv olaraq müqavilə əlavəsində hündürlük yenədə 5.5 metr olaraq yazılmışdır. Halbuki, Cavabdeh2 MMC-nin inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki binanın 2-ci girişinin birinci mərtəbəsində 5.5 m hündürlük heç bir halda nəzərdə tutulmamışdır. Göstərilənlərdən sonra, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və iddianın təmini tədbiri barədə ərizə vermiş, məhkəmə tərəfindən iddianın təmini tədbiri barədə ərizəsi təmin edilmişdir. Yalnız bundan sonra, Cavabdeh2 MMC tərəfindən İddiaçı ilə notarial qaydada bağlanılmış müqavilə və əlavə edilən sənədlərə diqqət edilmiş, məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMCdə hər hansı mülkiyyət sənədi və yaxud surəti mövcud deyildir. Bununla bağlı, həm şifahi qaydada, həm də yazılı şəkildə İddiaçı dəfələrlə müraciətlər edilərək, mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 58,0 kv.m. qeyri-yaşayış sahəsinin çıxarışını və texniki pasportunun surətini Cavabdeh2 MMC-yə təqdim edllməsini xahiş etsə də, müxtəlif bəhanələrlə sənədlərin surətləri təqdim edilməkdən imtina edilmişdir. "Pilot İnşaat-A” MMC-nin ilkin araşdırmalara əsasən, İddiaçı müqavilədə qeyri-yaşayış sahəsi kimi göstərdiyi ünvan 1 ünvanında yerləşən 58,0 kv.m. sahənin əslində qeyri-yaşayış sahəsi olmadığı faktı ortaya çıxmışdır və əslində həmin ünvanda vətəndaşın mülkiyyətində mənzil sahəsi olduğu anlaşılır, görünür notariat kontoru ilə əlbir olaraq müqavilədə qeyri-yaşayış sahəsi kimi göstərməklə "Pilot İnşaat-A” MMC-ni aldatmışlar. Belə ki, ərazidə geniş, kütləvi və surətli söküntü işləri həyata keçirildiyinə görə, o cümlədən tərəflər arasında müqavilə notarial qaydada bağlandığı üçün "Pilot İnşaat-A” MMC tərəfindən sənədlərə xüsusi diqqət göstərilməsinə zərurət qalmamış, bu fürsətdən İddiaçı öz xeyrinə istifadə etmişdir. Beləliklə, "Pilot İnşaat-A” MMC tərəfindən ona 58,0 kv.metr qeyri-yaşayış sahəsinin əvəzinə 20 % əlavə nəzərdə tutulmaqla 70,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi verilmişdir. İddiaçı öz vəsaiti hesabına əlavə 22,0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi almaqla, ümumiyyətlə belə bir fıkir formalaşdırmışdır ki, o, qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Halbuki, yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsi arasında ciddi fərqlər vardır. Belə ki, yaşayış sahəsinin bir kv.metrinin həmin dövrə olan qiyməti 1000- 1200 manat civarında, lakin qeyri-yaşayış sahəsinin qiyməti isə 6500-7000 manat civarında olmuşdur. Beləliklə, vacib yanılmanın təsiri altında Cavabdeh2 MMC tərəfindən İddiaçı yaşayış sahəsi əvəzinə qeyri-yaşayış sahəsi verilməklə, Cavabdeh2 MMC külli miqdarda maddi ziyana düşmüşdür. Ona görə də, hesab edir ki, müqavilə qismən ləğv edilməli, İddiaçı Cavabdeh2 MMC tərəfindən 58,0 kv.metr qeyri-yaşayış sahəsinin əvəzinə 70,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi verilməsi hissəsində etibarsız hesab edilməlidir. Cavabdeh2 MMC İddiaçı mülkiyyətində olmuş, hazırda sökülmüş mənzilin mövcud yaşayış sahəsinə 20 % əlavə etməklə inşa etdiyi tikinti kompleksində yeni mənzil və yaxud onun dəyərinin ödənilməsinə hazırdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin cavabdehlər İddiaçı və "xxxx" MMC İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-293/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə və ona edilmiş əlavənin şərtlərinin yerinə yetirilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcləri və dövlət rüsumunun ödənilməsi və sair tələbinə dair» iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3366/2021 saylı qərardadı ilə "xxxx" MMC-nin cavabdeh İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, qarşılqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş rayon məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4002/2021 saylı əlavə qətnaməsi ilə "xxxx" MMC-nin cavabdehlər İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 293/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilk iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh onun iştirakı olmadan işə baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizədən görünür ki, ilkin iddia üzrə iddiaçı iş üzrə məhz qətnamənin qəbul edilməsini tələb etmişdir. Belə olan halda məhkəmə qarşılıqlı iddia üzrə də qətnamə qəbul etməli idi. Bundan başqa, bir il yarım davam edən məhkəmə araşdırmalarından sonra qarşılıqlı iddia üzrə iddiaçının növbəti məhkəmə iclasına gəlməməsi qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas deyil. Ərizə o zaman baxılmamış saxlanılır ki, iddiaçı məhkəməyə iddia versə də, öz iddiasını müdafiə etdiyini, ona baxılmasını arzuladığını nümayiş etdirmir, öz iddiasını müdafiə etməsi barədə məhkəməyə zəruri izahatları vermir. Lakin, hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçı dələlərlə məhkəmə iclaslarında olmuşdur, izahatlar, şikayətlər vermişdir və qarşılıqlı iddiasını müdafiə etdiyini bildirmişdir. Belə olan halda məhkəmə qarşılıqlı iddiaya ilkin iddia ilə birlikdə baxıb hər ikisi barədə qətnamə qəbul etməli idi. Nəsimi Rayon Məhkəməsinin hakimi qətnaməsinin əsaslandırılmasında da kobud qanun pozuntularına yol vermişdir. Belə ki, hakim iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, guya iddiaçı müqavilə ilə öhdəliyin icrası üçün müəyyən edilmiş müddət gözlənilmədən məhkəməyə müraciət edildiyindən iddia təmin edilməməlidir. Bunun əsası kimi hakim müqavilənin 2.1.12-ci bəndinə istinad etmişdir. Həmin bəndə əsasən, bu müqavilə üzrə “Əmlak mülkiyyətçisi”nə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi 36 ay müddətində ona təhvil verilmədiyi təqdirdə o, bu müqaviləyə birtərəfli qaydada xitam verərək “Tikinti şirkəti"ndən öz mülkiyyətində olmuş 58,0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə görə kompensasiya tələb edə bilər. Halbuki, qeyd edilən bənd iddiaçının (“Əmlak mülkiyyətçisi“nin) məhv olmuş əmlakı üçün kompensasiya tələb etmək hüququnun yarandığı anı müəyyən edir. Müqavilədən görünür ki, tərəflər müqavilə üzrə öhdəliyin hissə-hissə icrasını şərtləndirmişlər. İcranın birinci hissəsi binanın ikinci mərtəbəsinin inşasının başa çatdığı andır. Cavabdehin iddiaçı üçün inşa etdiyi qeyri-yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir. İddiaçı məhkəməyə müraciət eldikdə binanın altıncı mərtəbəsi artıq inşa olunmuşdur. Beləliklə, birinci mərtəbə inşa olunduqda iddiaçı artıq cavabdehin yol verdiyi qüsurları müəyyən etmişdir və həmin andan da iddiaçının bu qüsurlarla bağlı məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə olan halda iddiaçının müqavilənin bağlandığı andan 36 ayın tamamını, yəni xx.xx.2020-ci il tarixi gözləməyə borclu deyildir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə, yəni məhkəmənin istinad etdiyi 36 aylıq müddətin bitməsindən sonra qəbul edilmişdir. Cavabdeh qeyri-yaşayış sahəsini Səməd Vurğun küçəsinin səviyyəsindən 51 sm aşağı səviyyədə quraşdırmaqla, qeyri-yaşayış sahəsini 7,4 kv.m. az inşa etməklə iddiaçıya zərər vurmuşdur. Cavabdeh qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində yarus inşa edərək əlavə sahə inşa etməklə əsassız varlanmaya cəhd etmişdir və eyni zamanda iddiaçıya yenə də zərər vurmuşdur. Cavabdehin iddiaçıya zərər vurmamaq və əsassız varlanmamaq öhdəliyi müqavilə bağlandığı ilk gündən əmələ gəlmişdir. Binadakı qeyri-yaşayış sahələri artıq fəaliyyət göstərir, sahiblərinə qazanc gətirir. Mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4002/2021 saylı əlavə qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC apellyasiya şikayəti vermiş, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, həmçinin əşyaların daşınması xərcləri ödənilmək şəirti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililəri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi ilə Cavabdeh2 MMC-yə vermiş, əvəzində Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində 70 kv.m və daha əlavə öz vəsaiti ilə 22 kv.m olan qeyri-yaşayış sahəsi verilmişdir. Müqavilə Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanılmış və müqavilədə İddiaçı mülkiyyətində yaşayış sahəsi yox, qeyri-yaşayış sahəsi olduğu göstərilmişdir. Həmin dövrdə Bakı şəhərində sürətli şəkildə pilot layihələrinə start verildiyindən, söküntü, köçürmə və digər işləri rayon icra hakimiyyətlərinin rəhbərliyi altında həyata keçirildiyindən, İddiaçı ilə müqavilənin notarial qaydada bağlanıldığından və müqavilədə də birmənalı olaraq vətəndaşın mülkiyyətində olan sahə qeyri-yaşayış sahəsi olaraq qeyd edildiyindən, Cavabdeh2 MMC-də heç bir şübhə yaratmamışdır. O cümlədən də, müqavilədə bəzi reallığı əks etdirməyən, digər standart müqavilələrində qeyd edilməyən şərtlər və əlavələr bu müqaviləyə daxil edilmiş, bəzi qeyri-müəyyənliklərə yol verilmişdir. İddiaçı əlavə olaraq 22,0 kv.m. qeyri-yaşayış sahəsini hissə-hissə ödəmək şərtilə aldığı üçün və müqaviləyə əsasən binanın mərtəbələri inşa edildikcə ödənişlər həyata keçiriləcəyi ilə şərtləndirildiyinə görə, vaxtında ödənişləri həyata keçirilmədiyi səbəbindən narazılıq yaranmış, tərəflərindən ona ödənişlərlə bağlı xəbərdarlıqlar edilmiş, o cümlədən, İddiaçı 27 may 2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsində Cavabdeh2 MMC-yə qarşı “müqaviləvə ona edilmiş əlavənin şərtlərinin yerinə yetirilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcləri və dövlət rüsumunun ödənilməsi və sair tələblərinə dair” iddia qaldırılmışdır. Göstərilənlərdən sonra, müqavilənin məzmunundan Cavabdeh2 MMC agah olmuş, dərhal İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Kontoruna qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İşə mahiyyəti üzrə başlanmadan İddiaçı tərəfindən iddia təmin tədbiri barədə ərizə verilmiş, Nəsimi Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(006)-4006/2019 saylı iddia təmin tədbirinin tətbiq edilməsinə dair qərardadı ilə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin pozulması tələbinə dair” iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, iddianın təmin tədbiri kimi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.m-dən ibarət hündürlüyü 5.5 m olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədə 5.5 m hündürlükdən aşağıda) inşaat konstruksiyalarının (yarusun) quraşdırılması, həmin yarusun üzərindəki sahənin özgəninkiləşdiıilməsi, Salatın Əsgərova küçəsinə baxan vitrinlərin yerində beton sütunların arasındakı aşırımlarda mişar daşından divarın hörülməsi, həmin divarın üzlənməsi, işə mahiyyəti üzə baxılıb qurtaranadək Cavabdeh2 MMC-yə qadağan olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10270/2019 saylı qərardadı ilə şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən mübahisəli qeyri yaşayış sahəsinin yerləşdiyi binanın təsdiq edilmiş layihəsində həmin qeyri-yaşayış obyektinin hündürlüyünün metal konstruksiyalar vasitəsi ilə iki yerə bölünməsi nəzərdə tutulmamışdır. Cavabdeh öz səlahiyyətindən birtərəfli qaydadda sui istifadə edərək iddiaçıya məxsus qeyri yaşayış sahəsinin hündürlüyünü qanunsuz olaraq iki hissəyə bölməklə onun yuxarı hissəsini ayrıca satıb qazanc əldə etmək niyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 MMC və Bakı şəhəri 51 saylı Notariat Ofisi iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti isə təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuni və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş faktiki halları aşağıdakılardan ibarətdir: İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 08 may 2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ilk iddia üzrə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 71 saylı binada yerləşən 3 otaqlı 17 saylı mənzili X1 almışdır. İşə əlavə olunmuş RX seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 71 ünvanında yerləşən 17 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 3-cü blokunun başlanğıc hissəsində, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (müqaviləyə əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib “Əmlak mülkiyyətçisi”nə təhvil verir. Həmin qeyri-yaşayış sahəsinin 70,0 kv.metrdən ibarət olan hissəsi “Əmlak mülkiyyətçisi”nin sökülən daşınmaz əmlakının əvəzi kimi verilir, qalan 22,0 kv.metrdən ibarət hissə isə ödənişli əsaslarla “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə satılır”. Müqavilənin 2.1.5-ci bəndinə əsasən "Əmlak mülkiyyətçisi"nin bu Müqavilədə göstərilən müddət bitdikdən sonra "Tikinti şirkəti"ndən razılaşdırılmış şərtlərə uyğun şəkildə qeyri-yaşayış sahəsini tələb etmək hüququ vardır. Müqavilənin 2.1.12-ci bəndinə əsasən bu müqavilə üzrə "Əmlak mülkiyyətçisi"nə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi 36 ay müddətində ona təhvil verilmədiyi təqdirdə o, bu Müqaviləyə birtərəfli qaydada xitam verərək "Tikinti şirkəti"ndən öz mülkiyyətində olmuş 58,0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə görə kompensasiya tələb edə bilər. 07 aprel 2018-ci il tarixli müqaviləyə əlavədən görünür ki, müqavilənin 1.1.2-ci bəndinə dəyişiklik edilmiş və nəzərdə tutulmuşdur ki, “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində özü tərəfindən Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan,ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (müqaviləyə əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib “Əmlak mülkiyyətçisi”nə təhvil verir. Həmin qeyri-yaşayış sahəsinin 70,0 kv.metrdən ibarət olan hissəsi “Əmlak mülkiyyətçisi”nin sökülən daşınmaz əmlakının əvəzi kimi verilir, qalan 22,0 kv.metrdən ibarət hissə isə ödənişli əsaslarla “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə satılır”. İşdə olan xx.xx.2018-ci il tarixli, GDG seriyalı, 442341 nömrəli; xx.xx.2018-ci il tarixli, GDG seriyalı, 442712 nömrəli; xx.xx.2019-cu il tarixli, GDG seriyalı, 442943 nömrəli; xx.xx.2019-cu il tarixli, GDG seriyalı, 584505 nömrəli və xx.xx.2019-cu il tarixli, GDG seriyalı, 584581 nömrəli kassa mədaxil orderlərindən görünür ki, iddiaçı tərəfindən 04 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən cavabdehə müvafiq olaraq 16000 manat, 6000 manat, 10000 manat, 10000 manat və 6000 manat məbləğlərində pul vəsaiti ödənilmişdir. Məhkəmə kollegiyası bildirir ki, ilk iddia üzrə iddiaçının iddia tələbi iddiaçı ilə bağlanmış müqavilənin və ona edilmiş 7 aprel 2018-ci il tarixli əlavənin şərtlərinə əməl edilməsindən; Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsindən; cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5.5 metr hündürlükdən aşağıda) quraşdırılan inşaat konstruksiyaların, Salatın Əsgərova küçəsinə baxan vitrinlərin ətrafında, beton sütunların arasındakı aşırımlarda mişar daşından hörgülərin sökülməsindən; cavabdehdən daşınmaz əmlakın girişinin müqavilənin şərtlərinə zidd olaraq, yerin (qarşısındakı Səməd Vurğun küçəsinin) səviyyəsindən aşağıda quraşdırması nəticəsində vurduğu maddi zərərə görə 184000 manatın, 4 oktyabr 2019-cu il tarixdən cavabdehin ödəməli olduğu aylıq ödəmələrə görə 21600 manatın, mənəvi ziyana görə 100000 manatın, dövlət rüsumu 30 manatın, hüquqi yardıma görə 5000 manatın, cəmi 310630 manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulmasından; Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözlərinin “14,6 kv.m.” sözləri ilə; 1.1.5, 1.1.6 bəndlərində “143000” rəqəmi “95900” rəqəmi ilə, 1.1.5 bəndində “bir yüz qırx üç min” sözləri “doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində “100000 (bir yüz min) manat” sözləri “51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi; 1.1.6 bəndində “Həmin binanın Vİ mərtəbəsinnin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın Vİİİ mərtəbəsinnin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın X mərtəbəsinnin inşası başa çatan gün - 16 000 (on altı min) manat” sözlərinin çıxarılması; “20000 (iyirmi min) manat” sözlərinin “19900 (on doqquz min doqquz yüz) manat sözləri” ilə əvəz edilməsindən; 4 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın cavabdeh tərəfindən iddiaçıya təhvil veriləcəyi tarixə qədər hər ay üçün cavabdehdən 1800 manat iddiaçının xeyrinə tutulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə belə qənaətə gəlmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından ilk iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası brinci instansiya məhkəməsinin ilk iddia tələbinin “Bakı şəhəri 51 saylı notariat ofisində 04 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin və ona edilmiş 07 aprel 2018ci il tarixli əlavənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin ilk iddia üzrə İddiaçı verilməsi, Bakı şəhəri 51 saylı notariat ofisində 04 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözlərinin “14,6 kv.m.” sözləri ilə, 1.1.5, 1.1.6 bəndlərində “143000” rəqəminin “95900” rəqəmi ilə, 1.1.5 bəndində “bir yüz qırx üç min” sözlərinin “doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində “100000 (bir yüz min) manat” sözlərinin “51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi, 1.1.6 bəndində “Həmin binanın Vİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın Vİİİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın X mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat” sözlərinin çıxarılması, “20000 (iyirmi min) manat” sözlərinin “19900 (on doqquz min doqquz yüz) manat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5,5 metr hündürlükdən aşağıda) metal konstruksiyalardan quraşdırılan atmaların sökülməsi” hissəsində təmin edilməməsi barədə mövqeyi ilə razılaşmır. Belə ki, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan,ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (müqaviləyə əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib “Əmlak mülkiyyətçisi”nə təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin qeyri-yaşayış sahəsinin 70,0 kv.metrdən ibarət olan hissəsi “Əmlak mülkiyyətçisi”nin sökülən daşınmaz əmlakının əvəzi kimi verilir, qalan 22,0 kv.metrdən ibarət hissə isə ödənişli əsaslarla “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə satılır”. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 12 may 2022-ci il tarixli, 10/238 saylı ekspertiza rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən mübahisəli qeyriyaşayış obyektinin faktiki sahəsi 84,06 kv.metr, ümumi hündürlüyü 7,0 metr, metal konstruksiyalara quraşdırılmış atmalara qədər olan hündürlüyü 3,5 metr təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi əsaslıdır, onun mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi işin halları ilə müəyyən edilir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş 04 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda olan sahəni Cavabdeh2 MMC-yə vermiş, ilk iddia üzrə cavabdeh həmin ünvanda yerləşən sahənin sökülməsini təmin edib, həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 3-cü blokunun başlanğıc hissəsində, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (müqaviləyə əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib əmlak mülkiyyətçisinə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" MMC İddiaçı müqavilədə nəzərdə tutulmuş sahədən az sahəsi olan qeyri-yaşayış obyekti inşa etmiş, həmin əmlakın hündürlüyü müqavilədə nəzərdə tutulan hündürlükdən aşağı olmuşdur, obyektin layihəsində nəzərdə tutulmadığı halda, qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5,5 metr hündürlükdən aşağıda) metal konstruksiyalardan atmalar quraşdırmışdır. Beləliklə ilk iddia üzrə cavabdeh podrat münasibətləri üzrə müqavilə öhdəliklərini lazımı qaydada icra etməmiş, müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən yaşayış binasının tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan hissənin (yerüstü hissənin) və bu səviyyədən aşağıda olan hissənin (yeraltı hissənin) tikinti həcminin cəmi kimi təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə Cavabdeh2 MMC tərəfindən İddiaçı təklif edilmiş obyektin faktiki sahəsi müqavilə üzrə şərtləşdirilmiş sahədən az, yəni 84,06 kv.metr təşkil etdiyindən İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğuna görə müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözləri “14,6 kv.m.” (84,06-70 =14,6) sözləri ilə əvəz edilməlidir. Tərəflər arasında əldə edilmiş razılaşmaya görə 1 kv.metr üçün 6500 manat müəyyən edildiyi üçün müqavilənin 1.1.5, 1.1.6-ci bəndlərində 143000 manat sözləri 95900 manat (14,6x6500=95900) sözləri əvəz edilməlidir. Obyektin faktiki sahəsinin 84,06 kv.metr olduğunu, razılaşmaya əsasən 7,4 kv.metr sahənin azaldığını nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı tərəfindən əlavə sahə üçün ödənilməli olan məbləğ azaldılmalı, müqavilənin 1.1.6 bəndində “100000 (bir yüz min) manat” sözləri “51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməlidir (7,4x6500=48100; 100000-48100=51900). İlk iddia üzrə iddiaçının apellyasiya şikayəti digər hissələrdə əsaslı olmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qalan hissələrdə təmin etməməkdə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, həmin apellyasiya şikayətinin əsaslı olmasını təsdiq edən sübutlar əlavə edilmədiyi üçün şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilərək qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən “Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən 04 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin və ona edilmiş 07 aprel 2018-ci il tarixli əlavənin şərtlərinə əməl edilməsi, Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözləri “14,6 kv.m.” sözləri ilə; 1.1.5, 1.1.6 bəndlərində “143000” rəqəmi “95900” rəqəmi ilə, 1.1.5 bəndində “bir yüz qırx üç min” sözləri “doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində “100000 (bir yüz min) manat” sözləri “51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi; 1.1.6 bəndində “Həmin binanın Vİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın Vİİİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın X mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat” sözlərinin çıxarılması; “20000 (iyirmi min) manat” sözlərinin “19900 (on doqquz min doqquz yüz) manat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5,5 metr hündürlükdən aşağıda) quraşdırılan inşaat konstruksiyalarının sökülməsinin cavabdehin üzərinə vəzifə qoyulması” hissələrində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi qeyd edilən hissələrdə qismən təmin olunsun. Bakı şəhəri 51 saylı notariat ofisində 04 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin və ona edilmiş 07 aprel 2018-ci il tarixli əlavənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin ilk iddia üzrə İddiaçı verilməsi, Bakı şəhəri 51 saylı notariat ofisində 04 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözlərinin “14,6 kv.m.” sözləri ilə, 1.1.5, 1.1.6 bəndlərində “143000” rəqəminin “95900” rəqəmi ilə, 1.1.5 bəndində “bir yüz qırx üç min” sözlərinin “doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində “100000 (bir yüz min) manat” sözlərinin “51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi, 1.1.6 bəndində “Həmin binanın Vİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın Vİİİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, “Həmin binanın X mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat” sözlərinin çıxarılması, “20000 (iyirmi min) manat” sözlərinin “19900 (on doqquz min doqquz yüz) manat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5,5 metr hündürlükdən aşağıda) metal konstruksiyalardan quraşdırılan atmaların sökülməsi vəzifəsi Cavabdeh2 MMC-yə həvalə edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-293/2020 saylı qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4002/2021 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-568/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-568/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver