Məhkəmə qərarları › İş №2(103)-5680/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5680/2021

22.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5680/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(011)-2856/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, 19.04.2012-ci il protokoldan çıxarış, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və 18.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.metr olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair 10.04.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; birgə nikah dövründə əldə edilən Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv.m olan mənzilə, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletə 1/2 (ikidə bir) hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək iddia tələbində qeyd edilən əmlak olan: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı 2/3 (üçdə iki) payı, Cavabdeh1 1/3 (üçdə bir) payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh1 07.03.2007-cı il tarixdə nikaha daxil olmuş, 19 sentyabr 2016-cı ildə 2 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsinin 97 nömrəli aktına əsasən nikah pozulmuşdur. Onların birgə nikahda olduğu müddət ərzində Cavabdeh1 03 aprel 2012-ci il tarixdə Cavabdeh3ndən ünvan 1 ünvanında 3 otaqlı, sahəsi 120,0 kv.m olan 16 mərtəbəli binadan müqavilə əsasında dəyəri 70000 (yetmiş min) AZN olan mənzil almışdır. İş materiallarına daxil olan Cavabdeh3 MTK-nın verdiyi maliyyə arayışına əsasən Cavabdeh1 16 aprel 2012-ci il tarixində həmin mənzilin dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. İddiaçının vəkili tərəfindən ünvan 1 ünvanında 3 otaqlı, sahəsi 120,0 kv,m olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə verilən sorğuya 27 yanvar 2020-ci il tarixli **********10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, həmin mülkiyyət Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, 19.04.2012-ci il protokoldan çıxarışı, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-cİ il tarixli maliyyə arayışı əsasında 18.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına çıxarış almışdır. Bundan sonra, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 02 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanmış və həmin mənzilə dair 10.04.2015ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına çıxarış almışdır. Hal-hazırda mənzil Cavabdeh1 mülkiyyətindədir. Lakin, Cavabdeh3 MTK-ya verilən sorğunun 31 yanvar 2020-ci il tarixli 04 nömrəli cavabında isə qeyd olunmuşdur ki, hazırda Kooperativdə 2012-ci il və ondan qabaq mövcud olmuş sənədlər saxlanılmadığından həmin mənzilin sənədləşdirilməsi bağlı məlumat vermək mümkün deyil. Həmçinin, birgə nikah dövründə **-VE-*** nömrə nişanlı “Crysler Concorde” seriyalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosiklet Cavabdeh1 adına əldə edilmişdir. İddiaçı X5 və Cavabdeh1 ilə birgə nikah dövründə Cavabdeh1 adına 03 aprel 2012-cİ il tarixdə “xxxx” Mənzil Tikinti Kooperativindən ünvan 1 ünvanında 3 otaqlı, sahəsi 120,0 kv.m olan 16 mərtəbəli binadan müqavilə əsasında dəyəri 70000 (yetmiş min) manat olan 16 aprel 2012-ci il tarixində maliyyə arayışına əsasən mənzilin dəyərini tam ödəmişdir. Lakin 3 (üç) gün sonra cavabdeh, birgə nikah dövrü ərzində iddiaçının xəbəri olmadan və notarial qaydada razılığı olmadan həmin mənzili Cavabdeh1 anası iş üzrə digər Cavabdeh2 adına rəsmiləşdirmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilən sorğuya 27 yanvar 2020-ci il tarixli **********10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, həmin mülkiyyət Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, 19.04.2012-ci il protokoldan çıxarışı, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışı əsasında 18.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına çıxarış almışdır. Həmçinin, sonradan Cavabdeh2 və Cavabdeh1 arasında 02 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanmış və həmin mənzilə dair 10.04.2015- ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına çıxarış almışdır. Bu bağışlama müqaviləsini bağlayaraq gələcək birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü zamanı həmin mənzil Cavabdeh1 hədiyyə şəklində verilməsi görüntüsü yaratmaq məqsədi olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, 19.04.2012-ci il tarixli protokoldan çıxarış, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilsin və 18.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair 10.04.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi, Birgə nikah dövründə əldə edilən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin üzərində İddiaçı ½ (ikidə bir) payı, Cavabdeh1 ½ (ikidə bir) payının müəyyən edilməsi, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı ½ (ikidə bir) payı, Cavabdeh1 ½ (ikidə bir) payı müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi və nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən müddətlərin başlanğıcını müəyyən edərkən işin hallarını ciddi araşdırmamış və bununla da maddi və prosessual hüquq normalarının tətbiqində kobud yanlışlığa yol vermişdir. Belə ki, etibarsız hesab edilməsi tələb edilən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev ЗА, 88 saylı mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 19 aprel 2012-ci il tarixli 05 nömrəli protokolundan çıxarışın, 19 aprel 2012-ci il tarixli 25 saylı Forma 2 arayışının və 19 aprel 2012-ci il tarixli 27 saylı maliyyə arayışının verildiyi tarixdən iddiaçının məhkəməyə müraciət eldiyi 2020-ci ilin mart ayınadək 7 il 11 ay müddət keçmiş və beləliklə əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Eyni zamanda, həmin əsas tələb üzrə iddia müddəti keçdiyindən onun əsasında əlavə tələb olan Cavabdeh2 adına verilmiş 18 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsinə dair iddia müddəti də keçirilmiş hesab edilir. Bundan başqa etibarsız hesab edilməsi tələb edilən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev ЗА, 88 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı 02 aprel 2015-ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi 2020-ci ilin mart ayınadək 4 il 11 ay müddət keçmiş və beləliklə əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Eyni zamanda, əsas tələb üzrə iddia müddəti keçdiyindən onun əsasında əlavə tələb olan həmin mənzilə dair Cavabdeh1 adına verilmiş 10 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsinə dair iddia müddəti də ötürülmüş hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, (Etibarsız əqdlər üzrə müddətlər) “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər”. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, (İddia müddətinin əlavə tələblərə tətbiqi) “Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir”. Belə ki, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, seyfdə olub sənədlər, açarı tapmışam, sonra açmışam və sənədlərin orijinalı əlimə keçib. Qeyd olunanlar məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Hansı ki, evdə ümumiyyətcə seyf heç bir vaxt olmayıb və sənədlər evdə Səidənin özündə olub. Bundan başqa məhkəmə tərəfindən **-VE-*** nömrə nişanlı Chrysler Condore seriyalı avtomobil və 10-B-367 nömrə nişanlı BMW S1000RR motosikletin üzərində İddiaçı ½ payının, Cavabdeh1 ½ payının müəyyən edilməsi qət edilərkən **-VE-*** nömrə nişanlı Chrysler Condore seriyalı avtomobilin və 10-B-367 nömrə nişanlı BMW S1000RR motosikletin isə hazırkı faktiki statusu barədə hər hansı araşdırma aparılmamışdır. İş materiallarında olan DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasından çıxarışından görünür ki, **-VE-*** nömrə nişanlı Chrysler Condore seriyalı avtomobil Cavabdeh1 adına adına 07 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin, qeyd edilməlidir ki, əvvəllər həmin avtomobil **-BE-*** nömrə nişanı ilə qeydiyyatda idi. Belə ki, iş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, **- BE-*** nömrə nişanlı Chrysler Condore seriyalı avtomobil üçün Cavabdeh1 tərəfindən qaynatası X6 21 dekabr 2019-cu il tarixdə nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ verən etibarnamə verilmişdir. Bundan başqa, Cəmil qaynatası X6 10-B-367 nömrə nişanlı BMW S1000RR motosiklet və 2002-ci il buraxilışlı **-SE-*** nömrə nişanlı İ320 BMW markalı avto maşınlara da baş etibarnamə vermişdi. Cavabdeh1 qaynatası Kamil Məlikova etibarnamənin verilmə səbəbi ondan ibarət idi ki, o, Azərbaycan Respublikasında olmadığı üçün lazım olarsa ondan xahiş olunduğu zaman hər hansısa avtomobillərlə bağlı sənədləşmə işini yubanmadan aparıla bilsin. Hazırda bilinmişdir ki, Cavabdeh1 qaynatası X2 xəbər vermədən Chrysler Condore seriyalı avtomobilin üzərində olan **-BE-*** nömrə nişanını digər ona məxsus **-SE-*** nömrə nişanlı İ320 BMW markalı avto maşınının üzərinə qoyulmuş və Chrysler Condore seriyalı avtomobilin üzərinə isə yeni nömrə olan **- VE-*** nömrə nişanı qoyulmuş və **-BE-*** nömrə nişanlı İ320 BMW markalı avtomobili İddiaçı adına rəsmiləşdirilmiş və mülkiyyətinə keçmişdir. Göründüyü kimi, **-VE-*** nömrə nişanlı Chrysler Condore seriyalı avtomobil Cavabdeh1 adına qeydiyyatda olmasına baxmayaraq, həmin nəqliyyat vasitəsi tərəflərin nikahlarının pozulduğu 19 sentyabr 2016cı il tarixdən 3 il 2 ay sonra, yəni 21 dekabr 2019-cu il tarixdə faktiki olaraq İddiaçı atası X1 Cəmil İlyas oğluna heç bir xəbər vermədən Chrysler Condore markalı və İ320 BMW markalı avtomobilə dair sənədləşmə işləri aparılmışdır. Bundan başqa iş materiallarında olan DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasından çıxarışından görünür ki, 10-B-367 nömrə nişanlı BMW S1000RR motosiklet Cavabdeh1 adına 18 avqust 2012-ci il tarixdə qeydiyyatda alınmış, həmin nəqliyyat vasitəsinə dair İddiaçı 25 iyul 2014 - 25 iyul 2015, 20 avqust 2016-20 avqust 2017-ci il tarixlərdə qüvvədə olan idarə olunması üçün etibarnamələr verilmiş, sonradan isə tərəflərin nikahlarının pozulduğu 19 sentyabr 2016-cı il tarixdən 3 il 2 ay sonra, yəni 21 dekabr 2019-cu il tarixdə İddiaçı atası X6 21 dekabr 2019 - 21 dekabr 2020-ci il tarixlərdə qüvvədə olan etibarnamə verilmişdir. Beləliklə, hər üç avtomobil o zaman da, hazırda da İddiaçı istifadəsindədir. Beləliklədə, yuxarıda göstərilən sübutlardan görünür ki, iddiaçının iddia tələbinin “Birgə nikah dövründə əldə edilən Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m. olan mənzilə, **-VE-*** nömrə nişanlı Chrysler Condore seriyalı avtomobil və 10-B-367 nömrə nişanlı BMW S1000RR motosiklet olan ½ hissəsinə İddiaçı payının müəyyən edilməsi” hissəsi ilə bağlı xüsusilə qeyd edilməlidir ki, bu tələblə bağlı iddiaçı tərəfindən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən 3 illik iddia müddəti ötürülmüşdür. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili X7 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2020ci il tarixli, 2(011)-2856/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətlərinə etiraz edərək, apelyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(011)-2856/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayətləri qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 07 mart 2007-ci il tarixdə nikaha daxil olmuş, 19 sentyabr 2016-cı il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsinin 97 nömrəli aktına əsasən nikahları pozulmuşdur. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış 100 nömrəli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m. olan mənzilə dair həmin müqavilə 03 aprel 2012-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Cavabdeh3 MTK-nın öhdəçilik 100 cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh3 MTK-ya 12 aprel 2012-ci il tarixdə yaşayış sahəsinin tam dəyərini təşkil edən 70000 manatdan ilkin pay miqdarı olan 47170 manat ödənilmiş və 22830 manat qalan borcun ödənilməsi öhdəsinə götürülmüşdür. İş materiallarında olan Cavabdeh3 MTK-nın arayışından görünür ki, Cavabdeh1 16 aprel 2012-ci il tarixdə 16-cı mərtəbə, 3 otaqlı, 88 saylı 120 kv.metrlik ümumi yaşayış sahəsinin tam dəyərini, yəni 70000 AZN məbləği kooperativə ödəmişdir və Cavabdeh3 MTK-ya heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin 27 yanvar 2020-ci il tarixli **********10 saylı məktubundan görünür ki, ünvan 1 ilkin olaraq Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli 19.04.2012-ci il tarixli protokolundan çıxarışa, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışına əsasən, 18.05.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli 02.04.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına 10.04.2015-ci il tarixdə qeydə alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 88 saylı mənzil 18 may 2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli 02.04.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 88 saylı mənzil 02 aprel 2015-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 88 saylı mənzil 10 aprel 2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 11.02.2020-ci il tarixli arayışına əsasən İddiaçı 20.04.2015- ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 88 saylı mənzildə qeydiyyatdadır. Cavabdeh2 və Cavabdeh1 həmçinin, həmin mənzildə qeydiyyatdadır. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 18.03.2020-ci il tarixli 26058-1220 nömrəli məktubuna və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Cavabdeh1 adında **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı, 10-B- 367 nömrə nişanlı “BMW S1000RR” markalı motosikl, “BMW 525 minik” markalı nəqliyyat vasitəsi qeydiyyatdadır. Birinci instansiya məhkəməsi qeyd edilən sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 07 mart 2007-ci il tarixdə nikaha daxil olmuş, 19 sentyabr 2016-cı il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsinin 97 nömrəli aktına əsasən nikahları pozulmuşdur. Tərəflərin birgə nikahda olduqları müddətdə Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m. olan mənzilə dair 100 nömrəli müqavilə 03 aprel 2012-ci il tarixdə bağlanmışdır. Sonradan, ünvan 1 ilkin olaraq Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli 19.04.2012-ci il tarixli protokolundan çıxarışa, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışına əsasən, 18.05.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, 43 saylı DNK-nın 4ə-103 reyestr nömrəli 02.04.2015- ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına 10.04.2015-ci il tarixdə qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Tərəflərin birgə nikahı dövründə cavabdehin adına həmçinin, **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı, 10-B-367 nömrə nişanlı “BMW S1000RR” markalı motosikl rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsi müəyyən edilmiş işin hallarına əsasən hesab etmişdir ki, iddia tələbi 18.05.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınması üçün əsas olan Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli 19.04.2012-ci il tarixli protokolundan çıxarışı, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012- ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 225.6-cı maddələrinin tələblərinə əsaslanaraq gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qeyd edilən mənzillə bağlı Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə, 100 nömrəli 03 aprel 2012-ci il tarixli müqavilə bağlandığı, habelə tərəflərin həmin mənzilə birgə hüququnun yarandığı halda, sonradan Cavabdeh3 MTKnın üzvlərinin ümumi iclasının 05 nömrəli 19.04.2012-ci il tarixli protokolundan çıxarışı, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışı əsasında həmin mənzil 18.05.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, 19.04.2012-ci il protokoldan çıxarış, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1, 337.1, 337.4, 337.5-ci maddələrinin tələblərinə istinad edərək hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, 19.04.2012-ci il protokoldan çıxarış, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışının etibarsızlığı məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən onun əsasında verilmiş 18.05.2012ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatı ləğv edilməli; mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair 10.04.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatı ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin yuxarıda qeyd edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu səbəbdən apelyasiya şikayətlərini iddia tələbinin təmin edilən həmin hissəsinin qanunsuz və əsassız olması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, apelyatorlar birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissəsi ilə bağlı gəldiyi nəticənin qanunsuz və əsassız olması barədə izahatlardan başqa hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Kollegiya apelyatorların iddia tələbinin həmin hissəsi ilə bağlı dəlillərini isə formal mülahizə kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi iddia tələbinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı 2/3 (üçdə iki) payı, Cavabdeh1 1/3 (üçdə bir) payının müəyyən edilməsi hissəsində belə nəticəyə gəlmişdir ki, adıçəkilən əmlakların tərəflərin birgə nikahı dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. İddiaçı birgə nikah dövründə əldə edilmiş sözügedən əmlak üzərində payların qeyri-bərabər olmaqla, 2/3 hissədə İddiaçı, qalan 1/3 hissədə isə Cavabdeh1 payının müəyyən edilməsini tələb etsə də, iddiaçı bu cür bölgünün aparılmasını zəruri edən halların mövcud olduğuna dair məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Odur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzil və **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosiklet tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlak üzərində tərəflərin bərabər payları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsi ilə bağlı gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, Ailə Məcəlləsinin 32.2.2, 32.3, 37.1, 37.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissəsi ilə bağlı gəldiyi nəticəni qismən, yəni **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı avtomobilə payın müəyyən edilməsi hissəsində əsassız hesab edir və həmin hissədə apelyatorların dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı avtomobilə payın müəyyən edilməsi hissəsində iddianı əsaslı hesab edərkən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 18.03.2020-ci il tarixli 26058-1220 nömrəli məktubunda göstərilən məlumatlardan istifadə etmişdir. Lakin cavabdehin nümayəndəsinin apelyasiya icraatı zamanı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəkil sorğusuna verdiyi 18.02.2021-ci il tarixli məktubuna əlavə edilən nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, mübahisə predmeti olan **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı avtomobil 07.01.2020-ci il tarixdə (qətnamə 23 oktyabr 2020-ci il tarixdə çıxarılıb) qətnamə çıxarılmazdan xeyli müddət əvvəl iddiaçının əmisinin adına özgəninkiləşdirilmişdir. Lakin iddiaçı bildirmişdir ki, iddia qaldırılan vaxt həmin avtomobil cavabdehin mülkiyyətində olduğu üçün payın müəyyən edilməsini xahiş etmişdir. Kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisə predmeti olan **-VE- *** nömrə nişanlı “Crysler minik” markalı avtomobil mübahisəyə baxılan vaxt cavabdehin mülkiyyətində olmadığından, həmin avtomobilə münasibətdə iddia tələbinin təmin edilməsi üçün əsas olmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, apelyasiya şikayətinin **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı avtomobilə payın müəyyən edilməsinin qanunsuz olması barədə dəlili əsaslı hesab edilərək, həmin hissədə apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı avtomobilə payın müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Cavabdehlərin apelyasiya şikayətlərinin digər dəlillərindən biri, iddia müddətinin tətbiqi barədə ərizələrinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız hesab edilməsidir. Birinci instansiya məhkəməsi cavabdehlərin nümayəndələrinin hazırki mübahisəyə iddia müddətinin tətbiqi barədə müraciətlərinin rədd edilməsini aşağıdakılarla əsaslandırmışdır: İşin faktiki hallarında əsasən, İddiaçı mübahisəli əmlaka dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, 19.04.2012-ci il protokoldan çıxarış, 19.04.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı 19.04.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və 18.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; həmin mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair 10.04.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi tələbi üzrə iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı tərəfin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt, onun 2020-ci ilin yanvar ayında Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış 03 aprel 2012-ci il tarixli 100 nömrəli müqaviləni və əlavə sənədləri aşkar etdiyi və iddiaçı tərəfin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 21.01.2020-ci il tarixli sorğunu verdiyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin 27 yanvar 2020-ci il tarixli **********10 saylı məktubunu aldığı vaxtdır. Odur ki, hazırki iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Həmin qərarda müəyyən edilmiş hüquqi mövqeyə görə, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məhkəmə tərəflərin ümumi əmlakının bölünməsi haqqında iddia tələbinə 3 illik iddia müddətinin tətbiq edilməsi barədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İddiaçı tərəfin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt, onun 2020-ci ilin yanvar ayında Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış 03 aprel 2012-ci il tarixli 100 nömrəli müqaviləni və əlavə sənədləri aşkar etdiyi və iddiaçı tərəfin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 21.01.2020-ci il tarixli sorğunu verdiyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin 27 yanvar 2020-ci il tarixli **********10 saylı məktubunu aldığı vaxtdır. Odur ki, hazırki iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Odur ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciətləri nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehlərin müraciətlərinin nəzərə alınmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu səbəbdən də cavabdehin apelyasiya şikayətinin həmin dəlillərini rədd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətləri qismən, **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı avtomobilə payın müəyyən edilməsi hissəsində təmin edilməli, həmin hissədə qətnamə ləğv edilərək, həmin hissədə iddia rədd edilməli, apelyasiya şikayətləri digər hissələrdə təmin edilməməlidir. İddiaçının apelyasiya icraatı zamanı xüsusi qərardadın çıxarılması barədə vəsatətini müzakirə edən kollegiya hesab edir ki, məhkəmə iş materiallarında hər hansı bir cinayət əlamətləri aşkar etmədiyindən və vəsatətdə göstərilən hallar əsaslı hesab edilmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(011)-2856/2020 saylı qətnaməsi qismən, yəni **-VE-*** nömrə nişanlı “Crysler minik” markalı avtomobilə payın müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar