Məhkəmə qərarları › İş №2(103)-5681/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5681/2022

25.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5681/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı2 və İddiaçı1 Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qətnaməsindən, qətnamə ilə maraqlarına toxunulan şəxslər kimi tanınmış Şamayev Şay və Şamayeva Jeyla tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X15 miras əmlak kimi qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45 nömrəli binanın 2 saylı (köhnə ünvan üzrə ünvan 1 binanın 30 saylı) mənzilinə, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli binanın 2 saylı mənzilinə və “Lexus 570” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə (Buraxılış ili 2010; mühərrik № 3UR3080638; ban № JT JHY00W5B4060395) dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, mərhum X16 valideynləri olmaqla onun qanun üzrə vərəsələridirlər, İsrail dövlətinin vətəndaşıdırlar və orada yaşayırlar. X21 Şamayeviç Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan yaşamış, xx.xx.2020-ci il tarixdə qəflətən vəfat etmişdir. Ondan miras əmlak kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45 nömrəli binanın 2 saylı (köhnə ünvan üzrə ünvan 2nanın 30 saylı) mənzili, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli binanın 2 saylı mənzili və “Lexus 570” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil (Buraxılış ili 2010; mühərrik № 3UR3080638; ban № JTJHY00W5B4060395) qalmış, övladları vəfat etdiyi zaman Azərbaycan Respublikasında geniş yayılmış “COVİD-19” virusu ilə bağlı karantin rejimi elan edildiyindən, eləcə də İkinci Qarabağ müharibəsi başladığından Azərbaycan Respublikasına gələ bilməmiş və miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə təqdim edə bilməmişlər. Həmçinin İsrail dövlətinin vətəndaşları olduqları üçün Azərbaycan Respublikası Qanunlarını da bilməmişlər. Bir müddət sonra onlara məlum olmuşdur ki, digər vərəsələr arasında mübahisə mövcuddur. Bundan sonra vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış, vəkil xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanlayaraq mərhum X15 miras qalmış bütün daşınmaz və daşınar əmlaklar üzrə vərəsəlik payını qəbul etdiklərini və ümumi qaydada vərəsəlik payı müəyyən edib onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsində köməklik göstərilməsini xahiş etmiş, lakin notarius Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 aylıq müddətin ötürüldüyünü bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, 03 fevral 2022-ci il tarixli qətnamə ilə isə iddia tələbi təmin olunmuşdur. Qətnamədən, qətnamənin maraqlarına toxunduğunu irəli sürən Şamayev Şay və Şamayeva Jeyla apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçılar məhkəməyə yalan məlumat verərək məhkəməni yanıltmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsində təmin olunmayan iddialarına yenidən baxılmasına nail olmuş, məhkəmə isə zəruri araşdırma aparmayaraq qanunsuz qərar çıxarmışdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında X3 Bakı şəhəri 21 saylı notariat ofisinə, İddiaçı1 Yakovleviçə, İsakova (Şamayeva) Salima Moiseyevnaya, X22 və X7rşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi, mülkiyyət və vərəsəlik hüquqlarının tanınması və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə ilkin, X18 və Şamayeva Jeyla X1, X19, İddiaçı1 Yakovleviçə və X9rşı “miras əmlakın vərəsələr arasında bölünməsi” barədə qarşılıqlı, İddiaçı1 Yakovleviçin və İsakova Salima X2, X22, X13 və Bakı şəhəri 21 saylı notariat ofisinə qarşı “miras əmlaka pay hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə qarşılıqlı iddialarına dair mülki iş olmuş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 iddiası və X18 və X4rşılıqlı iddiaları qismən təmin edilərək X16 miras əmlakı olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, giriş 45, mərtəbə 9, 2 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küşəsi, ev 6, 2 saylı mənzilə, "Lexus 570” markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobilə, ləğv prosesində olan "Royalbank” ASC-də X16 adına **********00876 nömrəli hesabda olan 505 ABŞ dolları məbləğində vəsaitə X17, X18 və X10 hər birinin 1/3 hissədə paylarının müəyyən olunması, qeyd olunan daşınmaz əmlakların müvafiq qaydada mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, qalan hissədə iddianın və qarşılıqlı iddianın, eləcə də İddiaçı1 Yakovleviçin və X5rşılıqlı iddialarının təmin edilməməsi qət olunmuş, həmin qətnamədən X3, X18 və X10 verdikləri apellyasiya şikayətləri əsasında apellyasiya icraatı başlanılmış, Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Emin Mehdiyev) xx.xx.2022-ci il tarixli qərardadı ilə işin icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılmışdır. İşin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması”, habelə prosessual qənaət prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 və İddiaçı1 Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması” tələblərinə dair 2(103- 5681/2022 saylı mülki iş, X3 Bakı şəhəri 21 saylı notariat ofisinə, İddiaçı1 Yakovleviçə, İsakova (Şamayeva) Salima Moiseyevnaya, X22 və X7rşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi, mülkiyyət və vərəsəlik hüquqlarının tanınması və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə ilkin, X18 və Şamayeva Jeyla X1, X19, İddiaçı1 Yakovleviçə və X9rşı “miras əmlakın vərəsələr arasında bölünməsi” barədə qarşılıqlı, İddiaçı1 Yakovleviçin və İsakova Salima X2, X22, X13 və Bakı şəhəri 21 saylı notariat ofisinə qarşı “miras əmlaka pay hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə qarşılıqlı iddialarına dair 2(103)-3076/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar