Məhkəmə qərarları › İş №2(103)-5687/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5687/2022

25.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5687/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilində quraşdırılmış qaz sayğacından əlavə tutulmaların dayandırılıması, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyaların ləğv edilməsi, hesablanmış 1790 (min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin silinməsi, dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli və ******* saylı xx.xx.2021-ci il tarixli aktların etibarsız hesab edilməsi, aktlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, həmin mənzil faktiki mülkiyyətindədir. Ailələri aztəminatlı ailə olmaqla, maddi rifahları olduqca aşağıdır, övladları heç bir yerdə çalışmır, özü isə müəllimə işləyir, ailənin bütün maddi tələbatlarını tək qadın olaraq o, ödəyir. xx.xx.2021-ci il tarixində mənzilinə quraşdırılmış qaz sayğacının qaz kartına pul yükləmiş, həmin gün pul məbləğini sözügedən qaz kartı vasitəsilə sayğaca köçürmək istəyərkən ödəniş etdiyi məbləğin yarisının sayğaca yükləndiyini görmüşdür. Bununla bağlı Cavabdeh “185” qaynar xətti ilə əlaqə yaradaraq mövcud problemi onların nəzərinə çatdırmış, cavabdehin məsul vəzifəli əməkdaşı tərəfindən ona, barəsində 2 müxtəlif tarixli aktların tərtib edildiyi, buna görə də cərimə olunduğu bildirilmişdir. Həmin quruma müraciət etdikdə ona sayğacdan kənar qaz xəttinin aşkar edildiyini və bunun nəticəsi olaraq da, 1790 (min yeddi yüz doxsan) manat məbləğində cərimə olunduğunu bildirmiş, ******* saylı xx.xx.2020-ci il tarixli və ******* saylı xx.xx.2021-ci il tarixli aktların surətlərini ona vermişlər. Buna yazılı şəkildə etiraz edərək, Bakı Regional Qazın Satışı Departamentinə ərizə ilə müraciət etmiş, lakin qanuni müraciətlərinə cavab ala bilməmişdir. Mənzilində hər hansı bir sayğacdan kənar qaz xətti mövcud deyildir. Belə ki, qaz paylayıcı tərəfindən sonuncu sayğaclaşma zamanı yeni qaz xətləri çəkilmiş, köhnə qaz xətləri isə istifadəsiz olaraq qalmışdır. Bir sıra qonşuları yeni qaz xətləri çəkildikdən sonra mənzilindəki istifadəsiz köhnə qaz borularını çıxararaq, həmin boruların mənzilin daxilindən keçən hissələrini təmir etmişlər. Onun isə maddi rifahı pis olduğu üçün həmin köhnə və istifadəsiz qısa qaz borusunu mənzilindən çıxarmamışdır. Çünki bunun üçün təmir və usta pulu olmaqla müəyyən məbləğdə pul vəsaitinə ehtiyac vardır ki, buna da onun maddi rifahı yetmir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş 1745,20 (bir min yeddi yüz qırx beş manat 20 qəpik) manat məbləğində zərərin və 37,46 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1782,66 (bir min yeddi yüz səksən iki manat 66 qəpik) manat tutularaq İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli AK-2/25015 nömrəli, daha sonra xx.xx.2021-ci il tarixində AKX- 03604xx/xx-2021 nömrəli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış, tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xətti üzərində isə “Smart G-4 İtron Diafraqma” markalı 1702AZ**********70 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifa qaydalarının tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayan şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və fakt Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 360 manat və xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1490,40 manat olmaqla, cəmi 1850,40 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Hesablanmış 1850,40 manat məbləğində zərərdən cavabdeh tərəfindən 105,20 manat məbləğində ödəniş edilmiş, 1745,20 manat məbləğində zərər ödənilməmiş qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1745,2 (bir min yeddi yüz qırx beş manat iyirmi qəpik) manatın İddiaçı **********00000 saylı abunə hesabından silinməsi, dövlət rüsumunun 30 (otuz) manat hissəsinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə, habelə Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, İddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən ilkin iddiaçı şikayət verməmiş, qarşılıqlı iddiaçı isə qətnamənin yalnız qeyd olunan hissələrini mübahisələndirmişdir. Bu o deməkdir ki, ilkin iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini bu kontekstdə araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə AK-2/25015 nömrəli “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, abonentə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmış, xx.xx.2021-ci il tarixdə tərəflər arasında AKX-03604xx/xx-2021 nömrəli yeni müqavilə rəsmiləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlarda ünvan 3 ünvanında istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə halının aşkar edildiyi göstərilmiş, aktlar əsasında ona ümumilikdə 1850,40 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar olunmamışdır. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiyanın qənaətinə görə Cavabdeh İB ilkin iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar ilkin iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş, onlarda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-414/2022 saylı iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar