Məhkəmə qərarları › İş №2(103)-5692/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5692/2024

14.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5692/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “torpaq sahəsinə dair alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(001)-2915/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Torpağa Mülkiyyət Hüquna Dair JN-254 nömrəli Dövlət Aktından görünür ki, Abşeron Rayon Aqrar İslahatı Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə Abşeron Rayonu Məmmədli Kəndində 0.40 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. xx.xx.2013-cü il tarixli Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilən, reyestrdə 7E/2838 nömrə ilə qeyd edilən etibarnamədən görünür ki, Abşeron 1 NK-nun xx.xx.2013-cü il tarixli, 7E/2404 reyestr nömrəli etibarnamə əsasında İddiaçı adından çıxış edən Cavabdeh2 Torpağın Mülkiyyətə Verilməsinə X16 JN-254 KOD 30800108 əsasən Abşeron rayonu, Məmmədli Kəndində yerləşən 0.40 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı bağışlamağı, dəyişməyi, idarə etməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX ərazi İdarələrində 1-saylı arayış almağı, aldığına dair imza etməyi, dövlət notariat kontorunda onların adından bütün əqdlər bağlamağı, imza etməyi, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı, digər səlahiyyətli orqanlarda nümayəndəsi olmağı, bu tapşırığın yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri etməyi Cavabdeh3 xx.xx.2063-cü ilədək etibar etmişdir. İddiaçı Eyyub oğlu tərəfindən ünvan ünvanlanan xx.xx.2013-cü il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı Eyyub oğlu 2013-cü ildə Dövlət Aktı ilə adına olan pay torpağını etibarnamə ilə Cavabdeh2 vermişdir və xx.xx.2023-cü ildən öz istəyilə Cavabdeh2 verdiyi etibarnamə ləğv olunsun. xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Abşeron rayon 1 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 7E-2838 reyestr nömrəli etibarnamə əsasında satıcı İddiaçı adından Həsənov X7 rayon, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.40 ha olan torpaq sahəsini 15700 manata Cavabdeh4 satmışdır. xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əliyeva X11 rayon, Məmmədli kəndində ümumi sahəsi 0.3977 ha torpaq sahəsini Cavabdeh5 20000 manata satmışdır. Bundan sonra Cavabdeh5 həmin torpaq sahəsinin tamamını hissə-hissə müqavilələrə əsasən Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh15, Cavabdeh12, Cavabdeh14 satmışdır. Daha sonra Cavabdeh5 aldıqları torpaq sahələrini Cavabdeh12 Cavabdeh16, Məlikov X8 Lalə Yusif qızına, Cavabdeh6 isə Cavabdeh13 satmışdır. Hazırda iddiaçı müqavilələrin etibarsız hesab edilməsini və mülkiyyət hüququnun bərpa edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,40 ha təşkil edən torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılan 18 mart 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanılan 05 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh6 və Cavabdeh7 arasında bağlanılan 24 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh8 arasında bağlanılan 31 yanvar 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh9 arasında bağlanılan 06 noyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh10 və X2 arasında bağlanılan 14 fevral 2015ci il tarixli AN- İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh12 arasında bağlanılan 03 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh14 arasında bağlanılan 22 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə X3 arasında bağlanılan 19 dekabr 2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh13 arasında bağlanılan 16 aprel 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh15 Bəhaləddin oğlu aralarında 0,02 ha toraq sahəsinə dair bağlanılan 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh12 ilə Cavabdeh16 arasında 0,04 ha torpaq sahəsinə dair bağlanılan 14 sentyabr 2021-ci il tarixli alqı- satqı müqaviləsi, Cavabdeh10 ilə Cavabdeh17 arasında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 22 noyabr 2021-ci il tarixli AN-İ №1004804 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edlməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X1, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı qismən mümkün hesab edilmiş və iddia ərizəsinin Cavabdeh3 aid hissəsinin icraata qəbul edilməsindən imtina edilmişdir (Cavabdeh3 xx.xx.2013-cü ildə vəfat etdiyindən). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən və cizgidə göstərilən sərhəd daxilində 0,40 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpağı kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin pay torpağı üzərində onun mülkiyyət hüquqları 16 fevral 1998-ci ildə dövlət aktı qeydiyyat kitabında 491 nömrə ilə qeydiyyata alınmış və ona JN254 kod 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Bu məqsədlə o “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, ərazi üzrə reyestr xidmətinə müraciət edərək Abşeron Rayon Aqrar İslahat Komisiyyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ona və ailə üzvlərinə pay torpağı kimi ayrılan və 16 fevral 1998-ci ildə dövlət aktı qeydiyyat kitabında 491 nömrə ilə qeydiyyata alınan, JN-254 kod 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndində yerləşən və cizgidə göstərilən sərhəd daxilində 0,40 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almağı və bu barədə reyestrdən çıxarış verməyi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2023-ci il tarixli 3-21-3-32/2-14-0100-8/2023 saylı məktubla torpaq sahəsinə olan hüququn dövlət reyestrində qeydə alınmasından və çıxarış verilməsindən imtina etdiyi üçün o çıxarışın verilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İşə Sumqayıt İnzibati Məhkəməsində baxılarkən cavabdeh təşkilat iddia tələbini qəbul etməmiş və məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli məktubla ona məxsus torpaq sahəsinin ayrı-ayrı şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında rəsmiləşdirildiyini bildirmiş və həmin alqı-satqı müqavilələrinin və çıxarışların təstiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin həmin iş üzrə 20 oktyabr 2023-ci il tarixdə keçirilən iclasında iclasa sədrlik edən hakim ( Hakim-Ceyhun Məmmədov) həmin məktubu və əlavə olunan müqavilə və çıxarışları tərəflərə elan etmiş və həmin iclasda ona təqdim etmişdir. Təqdim edilən sənədlərdən görünür ki, ona məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,40 ha təşkil edən torpaq sahəsi onun adından Abşeron 1 saylı NK-nın xx.xx.2013-cü il tarixli 7E/2838 reyestrli etibarnamə əsasında imza edən Cavabdeh3 tərəfindən 18 mart 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müaviləsi əsasında Cavabdeh4 15700 manata satılmış, sonuncu isə həmin torpaq sahəsinə dair xx.xx.2013cü il tarixli çıxarış aldıqdan sonra 05 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı alqısatı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh5 satmışdır. Cavabdeh5 isə öz növbəsində 24 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh6, 0,02 ha torpaq sahəsini isə Cavabdeh7, 31 yanvar 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh8 06 noyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,1 ha hissəsini Cavabdeh9, 14 fevral 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh10, 0,03 ha hissəsini cavabdeh X1, 03 iyul 2014cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh12, 22 sentyabr 2014-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,08 ha hissəsini Cavabdeh14, 19 dekabr 2017-ci il tarixli AN- İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini cavabdeh X1, 16 aprel 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh13, 2021-ci il tarixli müqavilə əsasında ( çıxarış var, müqavilə isə əldə edilməmişdir) torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh15 Bəhaləddin oğluna satmışdır. Sonradan cavabdehlərdən Cavabdeh12 0,04 ha torpaq sahəsini 14 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh16, Cavabdeh10 isə özünün 0,02 ha torpaq sahəsini 22 noyabr 2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh17 satmışdır. Aşağıda göstərilən əsaslara görə iddiaçı hesab edir ki, ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0, 40 ha təşkil edən torpaq sahəsinə dair cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılan 18 mart 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh4 Cavabdeh5 arasında bağlanılan 05 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh6 və Cavabdeh7 arasında bağlanılan 24 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 Qəşəm qızı arasında bağlanılan 31 yanvar 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh9 arasında bağlanılan 06 noyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh10 və X3 arasında bağlanılan 14 fevral 2015ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh12 arasında bağlanılan 03 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh14 arasında bağlanılan 22 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə X3 arasında bağlanılan 19 dekabr 2017-ci tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh13 arasında bağlanılan 16 aprel 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh15 Bəhaləddin oğlu arasında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh12 ilə Cavabdeh16 arasında 0,04 ha torpaq sahəsinə dair bağlanılan 14 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh10 ilə Cavabdeh17 arasında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 22 noyabr 2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Abşeron rayonu Məmmədli kıəndində yerləşən iddiaçıya məxsus 0,40 ha torpaq sahəsini onun adından satan Cavabdeh3 tanımır və ona heç vaxt etibarnamə verməmişdir. Bildirir ki, 2013-cü ilin əvvəlində o həmin torpaq sahəsinə dair çıxarış almaq istəyirmiş. Amma bunun üçün vaxtı yox idi. Ona yaxın olan bir tanışı bildirmişdir ki, İlqar adlı şəxs torpaqların sənədləşdirilməsi işini yaxşı bilir və ona məsləhət görüb ki, həmin şəxsə müraciət etsin. O İlqar adlı şəxsi əvvəllər tanımamışdır. Buna baxmayaraq, həmin şəxslə, yəni Cavabdeh2 adlı şəxslə görüşmüş və ona nə istədiyini bildirmişdir. Cavabdeh2 həmin torpaq sahəsinə dair çıxarışın alınması üçün ona etibarnamə verməli olduğunu, etibarnamə verərsə, ən çoxu 2 aya onun adına çıxarış ala biləcəyini bildirmişdir. İddiaçı həmin şəxsə tam inanmışdır. Çünki bu sahədə təcrübəli olduğunu, bir çox insanların oxşar problemlərini həll etdiyini inandırıcı şəkildə ona bildirmişdir. Hətta başqa şəxslərin ona verdikləri etibarnamələri də ona göstərərək, onların çıxışlarını da eyni üsulla, yəni etibarnamə verilməsi yolu ilə aldığını bildirirdi. İddiaçı da inanaraq ona etibarnamə verməyə razı olmuşdur. Bundan sonra İlqar xx.xx.2013-cü il tarixdə onun yaşadığı evə notariusla gələrək elə evdə ondan etibarnamə almışdır. Etibarnamənin məzmunu və müddəti barədə notariusa heç bir göstəriş verməmişdir. Notarius etibarnamədə imza edəcəyi yeri göstərib orada imza etməli olduğunu demişdir. İddiaçı onun dediklərini etmişdir. Etibarnamə hazır olduqdan sonra İlqar 2-3 ay ərzində onun adına reyestrdən çıxarışı alıb verəcəyini vəd edib getmişdir. Sonrakı 1 ay ərzində o İlqarla danışmamışdır. Amma 2-ci ayın ortalarından İlqarla əlaqə yaradıb işlərin necə getdiyini soruşmuşdur. O da iddaçıya bildirmişdir ki, 1-2 aya sənəd hazır olacaqdır. 2013-cü ilin iyul ayının axırlarında o İlqarla görüşərək işlərin hansı mərhələdə olduğunu soruşmuşdur. İlqar iddiaçıdan 10-15 gün vaxt istəmişdir. Ona bildirmişdir ki, əgər çıxarış həmin vaxt ərzində hazır olmasa, daha bu işlə məşğul olmasın. Həmin müddət tamam olduqda o, İlqarla əlaqə yaradıb bu işlə məşğul olmamasını tapşırmaq istəmiş, lakin əlaqə yarada bilməmişdir. Bundan sonra o 19 avqust 2013-cü ildə ünvan gedərək Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmişdir. İddiaçı bütün bunları qeyd etməklə bildirmək istəyir ki,o Cavabdeh3 adlı şəxsi tanımır və ona etibarnamə verməmişdir. Ümumiyyətlə, onun həmin torpaq sahəsini satmaq niyyəti olmamışdır. Lakin hazırda əldə etdiyi sənədlərdən görünür ki, Cavabdeh2 iddiaçının ona verdiyi etibarnamədən mənimsəmə niyyəti ilə istifadə edərək başqa şəxsə-yəni Cavabdeh3 etibarnamə vermiş, sonuncu da ona məxsus torpaq sahəsini Cavabdeh4 satmışdır. Cavabdeh4 da torpaq sahəsini aldıqdan az sonra başqa şəxslərə satmışdır. Sumqayıt İnzibti Məhkəməsində iddiaçıya təqdim edilən sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digərləri iddiaçıya məxsus torpaq sahəsini qısa müddət ərzində bir-birinə satmaqla torpaq sahəsinin geri qaytarılmasına qarşı hüquqi əngəllər yaratmaq niyyəti güdmüş, bu məqsədlə birgə hərəkət etmiş, torpaq sahəsini qanunsuz yolla ələ keçirmək məqsədilə əvvəlcədən düşünülmüş plan üzrə bir neçə dəfə təkrar alqı-satqı müqavilələri bağlamışlar. Cavabdehlərin iddiaçıya qarşı bu hərəkətləri hüquqdan sui-istifadədir, qanunsuz və etibarsızdır. Bununla bağlı iddiaçı bildirir ki, o, Cavabdeh2 etibarnamə verəndə ona torpaq sahəsini satmaq tapşırığı verməmişdir. Ümumiyyətlə, onun torpaq sahəsini satmaq niyyəti olmamışdır. Cavabdeh2 iddiaçının tapşırığından kənara çıxaraq qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsinin satılmasını təşkil etmişdir. Cavabdeh2 digər Cavabdeh3 etibarnamə verəndə də, bu barədə iddiaçıya məlumat verməmiş, nəticədə ona məxus 0,40 ha torpaq sahəsinin qanunsuz və əsassız olaraq iddiaçının mülkiyyətindən çıxmasına səbəb olmuşdur. Cavabdeh2 bununla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364-cü maddəsinin də tələlərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Cavabdeh2 iddiaçının adından 3-cü şəxsə-Cavabdeh3 etibarnamə verməklə və bu barədə iddiaçıya məlumat verməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, ona verdiyi etibarnamədən irəli gələn hüquqlardan sui-istifadə etmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı Cavabdeh2 etibar edərək ona məxsus torpağa dair çıxarış almağı ona tapşırmış və həvalə etmişdir. Lakin o, iddiaçının ona olan etibarından sui-istifadə etmiş, tapşırığı icra etməmiş, 3-cü şəxsə etibarnamə verərək torpağı satdırmışdır. İddiaçının adından verilən etibarnamədə geniş səlahyyətlər olsa da, Cavabdeh2 tapşırılan əsas və yeganə vəzifə torpağa dair çıxarış almaq olmuşdur. Lakin Cavabdeh2 bu vəzifəni yerinə yetirməmiş və ona verilən hüquqlardan sui-istifadə etmişdir. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Bütün bunları qeyd edərək iddiaçı hesab edir ki, ona məxsus 0,40 ha torpaq sahəsinə dair bağlanılan alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Çünki əldə edilən sənədlərdən göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qabacadan və ya sonradan əlbir olaraq pis niyyətlə razılığa gəlib onun əmlakını mənimsəmişlər. İddiaçı X5 tanımır və heç vaxt görməmişdir. Cavabdeh2 bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Onlar iddiaçıya qarşı birlikdə əlbir hərəkət etmiş və onun əmlakına dair qanunsuz əqdlər bağlanılmasını təşkil etmişlər. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinə dair bağlanılan bütün alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqavilələri barədə ilk 20 oktyabr 2023cü il tarixində məlumat əldə etmişdir. Cavabdeh4 nümayəndəsi-vəkili Vəkil1 iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(001)- 2915/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək, satmaq bağışlamaq, dəyişmək, idarə etmək, ipoteka (girov) qoymaq, pulunu almaq, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX ərazi İdarələrində 1-saylı arayış almaq, aldığına dair imza etmək, dövlət notariat kontorunda onların adından bütün əqdlər bağlamaq və.s hərəkətlər etmək üçün Cavabdeh2 xx.xx.2013-cü il tarixdə etibarnamə vermişdir. İddiaçı Cavabdeh2 yalnız mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə bağlı tapşırıq verdiyini iddia etsə də, etibarnamədən torpaq sahəsinə dair sərəncam əqdinin bağlanılması ilə bağlı tapşırığın verildiyi müəyyən edilir. Yəni torpaq sahəsini satmaq tapşırığın məzmununa daxil olmuşdur. Bundan sonra vəkalət alan Cavabdeh2 isə etibarnamə ilə ona verilmiş səlahiyyətləri xx.xx.2013-cü il tarixdə Cavabdeh3 vermişdir. Sonuncu isə iddiaçının adından verilmiş səlahiyyətlər daxilində xx.xx.2013-cü il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini digər Cavabdeh4, o isə xx.xx.2013-cü ildə Cavabdeh5 satmışdır. Cavabdeh5 isə 40 sot torpaq sahəsini hissə-hissə, müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Göründüyü kimi əqdin formasına dair, subyekt tərkibinə dair, məzmununa dair şərtə əməl edilmişdir. İradə ifadəsinin zədələnməsi və bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi barədə isə iddiaçı hər hansı sübut təqdim etməmiş, tələbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 birgə hərəkət edərək, torpaq sahəsini qanunsuz yolla ələ keçirmək məqsədilə əvvəlcədən düşünülmüş plan üzrə bir neçə dəfə təkrar alqı-satqı müqavilələri bağladıqlarını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı ünvan ünvanladığı ərizəsində Dövlət Aktı ilə adına olan torpağını etibarnamə ilə Cavabdeh2 vermiş olduğunu göstərmiş və hazırda öz istəyi ilə Cavabdeh2 verdiyi etibarnamənin ləğv olunmasını xahiş etmişdir. Üstəlik etibarnamə 50 il müddətinə verilmişdir və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı tapşırığın 50 il müddətinə verilməsi inandırıcı deyildir. Üstəlik iddiaçı tapşırığın icrası ilə bağlı vəkalət alana 3500 manat pul verdiyini bildirsə də, tapşırığı icra etmədiyindən əmin olan vəkalət alandan 10 il ərzində verdiyini tələb etməməsi onun hazırda alqı-satqı müqavilələrini mübahisələndirməklə hüquqdan sui-istifadə etdiyi təəssüratını yaradır. Hansı ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüqudan sui-istifadə hesab edilir. İşin halları ilə müəyyən edilir ki, Abşeron rayon, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.40 ha olan torpaq sahəsini(mübahisəli torpaq sahəsini) Cavabdeh4 xx.xx.2013-cü il tarixdə Cavabdeh5 satmışdır. Tədqiq edilmiş sübutlarla Cavabdeh5 vicdanlılığını istisna edən hal müəyyən edilməmişdir. Bunun davamı olaraq Cavabdeh5 həmin torpaq sahəsini hissə-hissə başqa şəxslərə satmışdır və onlar da vicdanlı əldə edən hesab edilir. Belə ki, həm Cavabdeh5, həm də digər şəxslər daşınmaz əmlakın dövlət reyestrindəki qeydə inanaraq hərəkət etmişlər və onların qeydiyyatın düzgün olmadığını bilməsi müəyyən edilmir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 etibarnamə verəndə ona torpaq sahəsini satmaq tapşırığı verməmişdir. Ümumiyyətlə, heç vaxt həmin torpaq sahəsini satmaq niyyəti olmamışdır. Cavabdeh2 tapşırığından kənara çıxaraq qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsinin satılmasını təşkil etmişdir. O, digər Cavabdeh3 etibarnamə verəndə də bu barədə ona məlumat verməmiş, nəticədə ona məxsus 0,40 ha torpaq sahəsinin qanunsuz və əsassız olaraq mülkiyyətindən çıxmasına səbəb olmuşdur. Cavabdeh2 bununla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364-cü maddəsinin də tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin Məcəllənin 364-cü maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Göründüyü kimi, Cavabdeh2 onun adından üçüncü şəxsə-Cavabdeh3 etibarnamə verməklə və bu barədə ona məlumat verməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, ona verilmiş etibarnamədən irəli gələn hüquqlardan sui-istifadə etmişdir. Cavabdeh2 etibar edərək ona məxsus torpağa dair çıxarış almağı ona tapşırmışdı və həvalə etmişdir. Lakin ona olan etibarından sui-istifadə etmiş, tapşırığı icra etməmiş, üçüncü şəxsə etibarnamə verərək torpağı satdırmışdır. Adından verilən etibarnamədə geniş səlahiyyətlər olsa da, Cavabdeh2 tapşırılan əsas və yeganə vəzifə torpağa dair çıxarış almaq olmuşdur. Lakin Cavabdeh2 bu vəzifəsini yerinə yetirməmiş və ona verilən hüquqlardan pis niyyətlə istifadə etmişdir. Bu isə hüquqdan sui-istifadədir. Sənədlərdən də göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qabaqcadan və ya sonradan əlbir olaraq pis niyyətlə razılığa gəlib onun əmlakını mənimsəmişlər. Cavabdeh3 tanımır və heç vaxt görməmişdir. Cavabdeh2 bu barədə də ona heç bir məlumat verməmişdir. Ona qarşı birlikdə əlbir hərəkət etmiş və əmlakına dair qanunsuz əqdlər bağlanılmasını təşkil etmişlər. İşə baxan məhkəmə Cavabdeh2 iş üzrə iştirakını təmin etməmiş, onun Cavabdeh3 nə üçün etibarnamə verməsini araşdırmamış, işin bu hallarına diqqət yetirməmiş, işin bununla bağlı faktiki hallarını müəyyən etməmişdir. Cavabdeh3 digər Cavabdeh4 işçisi olması, torpağın əslində Cavabdeh4 tərəfindən ələ keçirildiyi barədə iddiaçıda olan məlumatlar da araşdırılmamış, Cavabdeh4 iştirakı təmin edilməmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında olan münasibətlər, onların həmin torpaqla bağlı qarşılıqlı əlaqə və hərəkətləri araşdırılmamışdır. Nəticədə iddiaçının mülki hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 364.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək, satmaq bağışlamaq, dəyişmək, idarə etmək, ipoteka(girov) qoymaq, pulunu almaq, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX ərazi İdarələrində 1-saylı arayış almaq, aldığına dair imza etmək, dövlət notariat kontorunda onların adından bütün əqdlər bağlamaq və.s hərəkətlər etmək üçün Cavabdeh2 xx.xx.2013-cü il tarixdə etibarnamə verməsinə istinad edərək hazırki tələbində Cavabdeh2 yalnız mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə bağlı tapşırıq verdiyini iddia etmişdir. Lakin qeyd edilən etibarnamədən yalnız mübahisəli torpaq sahəsinə dair sərəncam əqdinin bağlanılması ilə bağlı tapşırığın verildiyi müəyyən edilir. Yəni torpaq sahəsini satmaq tapşırığın məzmununa daxil olmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, vəkalət alan Cavabdeh2 etibarnamə ilə ona verilmiş səlahiyyətləri xx.xx.2013-cü il tarixdə Cavabdeh3 vermiş, sonuncu isə iddiaçının adından verilmiş səlahiyyətlər daxilində xx.xx.2013-cü il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini digər Cavabdeh4, o isə xx.xx.2013-cü ildə Cavabdeh5 satmışdır. Cavabdeh5 isə 40 sot torpaq sahəsini hissə-hissə, müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının digər tərəfdən iradə ifadəsinin zədələnməsi və bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi barədə hər hansı sübut təqdim etməmiş, tələbini formal dəlillərlə əsaslandırmağa çalışmasına dair mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 birgə hərəkət edərək, torpaq sahəsini qanunsuz yolla ələ keçirmək məqsədilə əvvəlcədən düşünülmüş plan üzrə bir neçə dəfə təkrar alqı-satqı müqavilələri bağladıqlarını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı ünvan ünvanladığı ərizəsində Dövlət Aktı ilə adına olan torpağını etibarnamə ilə Cavabdeh2 vermiş olduğunu göstərmiş və hazırda öz istəyi ilə Cavabdeh2 verdiyi etibarnamənin ləğv olunmasını xahiş etmişdir. Üstəlik etibarnamə 50 il müddətinə verilmişdir və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı tapşırığın 50 il müddətinə verilməsi inandırıcı deyildir. Üstəlik iddiaçı tapşırığın icrası ilə bağlı vəkalət alana 3500 manat pul verdiyini bildirsə də, tapşırığı icra etmədiyindən əmin olan vəkalət alandan 10 il ərzində verdiyini tələb etməməsi onun hazırda alqı-satqı müqavilələrini mübahisələndirməklə hüquqdan sui-istifadə etdiyi təəssüratını yaradır. Hansı ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüqudan sui-istifadə hesab edilir. Bundan başqa iş materiallarından görünür ki, Abşeron rayon, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.40 ha olan torpaq sahəsini (mübahisəli torpaq sahəsini) Cavabdeh4 xx.xx.2013-cü il tarixdə Cavabdeh5 satmışdır. Tədqiq edilmiş sübutlarla Cavabdeh5 vicdanlılığını istisna edən hal müəyyən edilməmişdir. Bunun davamı olaraq Cavabdeh5 həmin torpaq sahəsini hissə-hissə başqa şəxslərə satmışdır və onlar da vicdanlı əldə edən hesab edilir. Belə ki, həm Cavabdeh5, həm də digər şəxslər daşınmaz əmlakın dövlət reyestrindəki qeydə inanaraq hərəkət etmişlər və onların qeydiyyatın düzgün olmadığını bilməsi müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətində adından verilən etibarnamədə geniş səlahiyyətlər olsa da, Cavabdeh2 tapşırılan əsas və yeganə vəzifə torpağa dair çıxarış almaq olmasını göstərsə də, həmin etibarnamədə bunun əsas vəzifə və ya əsas tapşırıq olması qeydi olunmamışdır. Əksinə etibarnamədən torpaq sahəsinə dair sərəncam əqdinin bağlanılması ilə bağlı tapşırığın verilməsi müəyyən edilmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində bildirir ki, Cavabdeh2 onun adından üçüncü şəxsə-Cavabdeh3 etibarnamə verməklə və bu barədə ona məlumat verməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, ona verilmiş etibarnamədən irəli gələn hüquqlardan sui-istifadə etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, vəkalət alan Cavabdeh2 etibarnamə ilə ona verilmiş səlahiyyətləri xx.xx.2013-cü il tarixdə Cavabdeh3 verməsi ilə nə qanunvericiliyin tələbləri pozulmuş, nə də Cavabdeh2 tərəfindən ona verilmiş etibarnamədən irəli gələn hüquqlardan sui-istifadə etməyə yol verilməmişdir. Belə ki, İddiaçı Cavabdeh3 tanımasa da, Cavabdeh2 iddiaçının adından verilmiş etibarnamədə səlahiyyətləri digər şəxsə vermək qeydi əsasında onun adından üçüncü şəxsə-Cavabdeh3 etibarnamə vermişdir. Başqa sözlə, etibarnamənin onun adından üçüncü şəxsə verilməsi səlahiyyəti etibarnamədə əks edildiyindən Cavabdeh2 hərəkətləri mülki qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qabacadan və ya sonradan əlbir olaraq pis niyyətlə razılığa gəlib onun əmlakını mənimsəməsinə dair dəlilləri həm də ona görə əsassızdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən və cizgidə göstərilən sərhəd daxilində 0,40 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpağı kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə baxmayaraq həmin sahədə tikinti işləri aparılması müşahidə edildiyi halda onun guya torpaq sahələrinin hissə-hissə satılmasından məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(001)- 2915/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar