Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5697/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh4, Cavabdeh5, onların vəkili X8, digər Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 453/19 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə dair (0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan bir otaqlı ev) Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X12 tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, həmin bağ evi üzərində İddiaçı vərəsəlik payının tam şəkildə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh6na, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X12nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 da öz növbəsində Cavabdeh1, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X9 vəfatından sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinin (0,25 ha torpaq sahəsinin) açıq qalan 2/12 hissəsinə dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş №2(005)-435/19) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunaraq X9 ölümündən sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinin və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 payına dair Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamədən yalnız İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apelyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov- sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş N 2(103)- 10724/19) apelyasiya şikayətləri qismən təmin olunaraq, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv olunmuş və qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva-sədrlik edən və məruzəçi, Q.Əsgərov və M.Əhmədova, iş N2(102)-915/20) apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X10 1971-ci ildə vəfat etmişdir. Ondan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanındakı 0,25 ha torpaq sahəsi və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr, yardımçı sahəsi 18,28 kv.metr olan 273a saylı bağ evi miras qalmışdır. X2 birinci növbə vərəsələri övladları Cavabdeh1, Cavabdeh3, X4 və X6muşlar. X7 birinci nikahından iki övladı olmuşdur: Cavabdeh4 və Cavabdeh5. Artur Rzayev birinci nikahdan olan arvadı ilə boşandıqdan sonra xx xxxxxx 2001-ci ildə Tağıyeva (Rzayeva) Zibəndə Sərxan qızı ilə rəsmi nikaha daxil olmuşdur. Artur Rzayev xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra X5 məxsus bağ sahəsinə dair xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh6 53/2015 nömrəli vərəsəlik işi açılmış, xx xxxx 2012-ci il tarixdə Cavabdeh1 1/4 pay, X1 1/4 pay, Cavabdeh3 1/4 pay, Artur Rzayevə çatası 1/4 paya görə İddiaçı 1/12 paya dair vərəsəlik şəhadətnaməsi verilmiş, Artur Rzayevin digər vərəsələri Cavabdeh5 və Cavabdeh4 düşən 2/12 pay açıq saxlanılmış, xx xxxxxx 2016-cı il tarixli məktubla vərəsəlik payını almaq üçün şəxsiyyət vəsiqəsi və qohumluğu təsdiq edən sənədlərlə 12 saylı notariat kontoruna müraciət edilməsi onlara təklif edilmişdir. İddiaçı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair hazırkı iddianı xx.xx.2018-ci il tarixdə qaldırmış və tələbini nə X2, nə də X7 övladlarının mirası qəbul etmədikləri, miras bağ evinin yalnız Artur Rzayev tərəfindən qəbul edilməklə idarə olunduğu, Artur Rzayevin ölümündən sonra isə miras bağ evinin faktiki olaraq onun tərəfindən idarə olunması ilə əsaslandırmışdır. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ilk iddiaya qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia vermiş və qarşılıqlı iddianı onunla əsaslandırmışlar ki, atalarından qalan miras əmlak onlar tərəfindən faktiki qəbul edilmiş, xx.xx.2012-ci ildə digər vərəsələrə, o cümlədən iddiaçıya vərəsəlik şəhadətnaməsi verilərkən onların payı açıq saxlanılmışdır. Miras əmlak faktiki olaraq onların sahibliyində olduğuna görə açıq qalan 2/12 paya dair onların qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətləri birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, onların vəkili Y.Kərimov, eləcə də digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında işdə iştirak edən şəxslərdən yalnız İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onların şikayətlərinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşdən görünür ki, mübahisə predmeti Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr, yardımçı sahəsi 18,28 kv.metr olan bir otaqlı 273a saylı bağ evidir. Həmin bağ evi 1971-ci ildə vəfat etmiş X3 miras qalmışdır. Nina Rzayevanın 4 övladı olmuşdur: Rafiq, Namiq, Natella və Artur Rzayevlər. Artur Rzayev xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci nikahından olan iki övladı - Məmməd və Nərminə Rzayevlər, eləcə də ikinci nikahdan olan arvadı Zibəndə Tağıyeva (Rzayeva) Sərxan qızı vərəsə kimi qalmışlar. 2012-ci ilə qədər miras bağ evinə dair vərəsələrdən heç birinə vərəsəlik şəhadətnaməsi verilməmiş və əmlak mərhm Nina Rzayevanın adında qalmışdır. 2011-ci ilin dekabr ayında Rafiq, Namiq və Natela Rzayevlər, xx.xx.2012-ci ildə isə İddiaçı miras bağ evindən onlara çatası paya görə vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə 12 saylı notariat kontoruna müraciət etmiş və hər biri öz ərizəsində onlardan başqa Məmməd və Nərminə Rzayevlərin də qanun üzrə vərəsə olduqlarını göstərmişlər. xx xxxx 2012-ci il tarixdə notarius tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlakda vərəsələrin payları aşağıdakı kimi müəyyən edilmişdir: - Cavabdeh1, Natella İsmayılova, Cavabdeh3 hər birinə 1/4 pay; - Artur Rzayevə çatası 1/4 paydan İddiaçı 1/12 pay; - Artur Rzayevin digər vərəsələri Nərminə və Cavabdeh4lərə çatası 2/12 paya görə isə həmin vərəsələr tərəfindən ərizə ilə müraciət olunmadığına görə vərəsəlik şəhadətnaməsi verilməmiş, onların payı açıq saxlanılmışdır. Hazırda İddiaçı tələbi xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, bağ evi üzərində onun vərəsəlik payının tam şəkildə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh6na, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X12nə həvalə edilməsindən ibarətdir. Cavabdehlər Məmməd və Nərminə Rzayevlərin qarşılıqlı iddiası isə miras bağ evinin (0,25 ha torpaq sahəsinin) açıq qalan 2/12 hissəsinə dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədədir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını əsassız saymış və qeyd etmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən digər vərəsə Cavabdeh1 tərəfindən aldadılması, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi”nin məzmunundan məlumatsız olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda qarşılıqlı iddianı əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh4 tərəfindən miras faktiki olaraq qəbul edilmiş, lakin onlar vərəsəliklə bağlı müraciət etmədiklərindən onlara düşən 2/12 pay açıq saxlanılmışdır, ona görə də onların qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, adına vərəsəlik şəhadətnaməsi verilmiş bütün vərəsələr notariat kontoruna yazdığı ərizələrdə özlərindən başqa Nərminə və Cavabdeh4lərin də qanun üzrə vərəsə olduqlarını göstərmişlər. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1133.2, 1146, 1159-cu və s. maddələri ilə, prosessual hüquq norması kimi isə MPM-nin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı xx xxxx 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni 2018-ci ildə məhkəmə qaydasında mübahisələndirməklə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzindəəqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçıların xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə açıq saxlanılmış 2/12 paya dair müvafiq şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etməmələri onların mübahisəli bağ evinə dair vərəsəlik hüququnu itirmələri nəticəsinə gəlmək üçün əsas vermir. Əvvəla, işdən göründüyü kimi, xx.xx.2012-ci ildə miras əmlakdan pay almaqla adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsələrdən hər biri, o cümlədən İddiaçı öz ərizələrində mirasdan pay almaq hüququ olan bütün vərəsələri, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçıları, yəni Nərminə və Cavabdeh4ləri də göstərmişlər. Onlar bu hərəkətləri ilə faktiki olaraq Nərminə və Cavabdeh4lərin mirası qanunla müəyyən olunmuş müddət ərzində qəbul etmiş olmasalar belə vərəsəlik şəhadətnaməsinə daxil edilmələrinə razılıq vermişlər. Mülki Məcəllənin 1323-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilənədək mirası qəbul etmiş bütün vərəsələr notariat kontoruna ünvanlandırdıqları ərizələrdə Nərminə və Cavabdeh4lərin vərəsəlik şəhadətnaməsinə yazılmalarına faktiki olaraq razılıq vermişlər. Digər tərəfdən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürülmüş olsa belə, məhkəmə kollegiyası Mülki Məcəllənin 1248.1-ci maddəsini rəhbər tutmaqla bu gecikmənin səbəbini üzrlü sayır və hesab edir ki, həmin müddət uzadılmaqla Nərminə və Cavabdeh4lərin vərəsəlik hüquqlarının qorunması təmin edilməlidir. Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Ali Məhkəmənin Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişləri də nəzərə alır. Kassasiya instansiyası məhkəməsi həmin qərarında əvvəlki apelyasiya baxışının İddiaçı ilkin iddiasının əsassız olması ilə bağlı gəldiyi nəticə ilə faktiki olaraq razılaşmış, həmin hissədə işin mahiyyəti üzrə düzgün həll olunduğu qənaətinə gəlmiş, yalnız qətnamənin nəticə hissəsində ilkin iddia üzrə gəlinən nəticə qeyd edilmədiyindən qətnaməni həmin hissədə də ləğv etmişdir. Kassasiya məhkəməsi həmçinin qətnamənin qarşılıqlı iddia ilə bağlı hissəsini ləğv edərkən göstərmişdir ki, işə apelyasiya qaydasında yenidən baxan məhkəmə mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 1248.1-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə etməli, Nərminə və Cavabdeh4lərin digər vərəsələrin razılığı ilə vərəsəliyə çağrıldıqlarını, onlara çatası payın açıq saxlanıldığını nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir Hər iki apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmadığına istinad olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Lakin qarşılıqlı iddiaçılar Nərminə və Cavabdeh4lər həm ilk iddiaya qarşı etirazlarını, həm də öz qarşılıqlı iddialarının əsası kimi istinad etdikləri faktları sübuta yetirmişlər və bu baxımdan birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı isə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5697/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5697/2020
29.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver