Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5705/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1643/2019 nömrəliqətnaməsindən Cavabdeh və maraqlı tərəf x21 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinəəsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 4 saylı “ASAN” xidmət mərkəzinin notariat bölməsində təsdiq edilmiş 3M-442 reyestr nömrəli sazişin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü x17 və x18 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra cavabdehlə birlikdə, cavabdehin atası x12 mülkiyyətində olan, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu ev 4Q-də yerləşən 3 otaqlı 56 saylı mənzildə yaşamışlar. 2016-cı ildə Cavabdeh heç bir səbəb olmadan övladları ilə onu tərk etmiş, valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin atası Eyvaz Allahverdiyevin iddia tələbi təmin edilmiş, onun mülkiyyətində olan, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu ev 4Q-də yerləşən 56 saylı mənzilə övladları ilə birlikdə istifadə hüquqununa xitam verilməsi və onların mənzildən çıxarılmaqları qət edilmişdir. Məhkəmənin həmin qətnaməsinə əsaslanan Eyvaz Allahverdiyev ilin qış fəslində iddiaçıdan mənzili boşaltmağı tələb etməyə başlamışdı. Hazırkı iş üzrə Cavabdeh də nikahının pozulması şərtlərini müzakirə etməklə iddiaçını təhdid etməyə başlamışdılar. Yaranmış vəziyyətdə çıxılmaz vəziyyətdə qalan valideynləri yaşadıqları Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu ev 4Q-də yerləşən 56 saylı mənzili Eyvaz Allahverdiyevin təklif etdiyi qiymətə satın almağa razılaşmışlar. Mənzilin alqı-satqısı günü Eyvaz Allahverdiyev qarşısına yeni şərtlər qoymağa başladı. Həmin şərtlərə görə Eyvaz Allahverdiyev tərəfindən təklif edilən qiymət dəyişdirlmədən, həmin qiymətə 3 otaqlı mənzilin 2 otağı alqı-satqı yolu ilə, 1 otağı isə bağışlama yolu ilə iddiaçıya verilməsi nəzərdə tutulurdu. Eyvaz Allahverdiyevin təklif etdiyi şərtin 2-ci hissəsi isə ondan ibarət idi ki, onun iddiaçıya bağışlamış olacağı 1 otaqlı mənzilin müqabilində iddiaçı Cavabdeh ilə nikahın pozulacağı təqdirdə 2 azyaşlı qız uşaqların saxlanılmaları üçün zəruri olan aliment tələbindən imtina etsin. Həmin vaxt övladları ilə birlikdə mənzildən çıxarılmaqları təhlükəsini dəf etmək xatirinə E.Allahverdiyevin bu şərtinə də razılıq verməli olmuşdur. Beləliklə, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü 2 qız övladların saxlanılmaları üçün Cavabdeh aliment tələb etməyəcəyi barədə sazişi imzalanmışdır. Bu saziş iddiaçı tərəfindən imzalandıqdan sonra xx.xx.2017-ci il tarixdə Eyvaz Allahverdiyevin Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi Şamaxı yolu ev 4Q-də yerləşən 56 saylı mənzilin 1 otağını iddiaçıya bağışlaması, 2 otaqlarını isə anası x4 barədə müqavilələr tərtib və təsdiq edilmiş olmuşdurlar. Eyvaz Allahverdiyev otağın birinin iddiaçıya bağışlanması görüntüsü altında real surətdə iddiaçının anasından 3 otaqlı mənzilin dəyərini almışdır. Mənzildən çıxarlmağı barədə məhkəmə qətnaməsindən təhdid vasitəsi kimi istifadə edən Eyvaz Allahverdiyev iddiaçının valideynindən pulunu almış olduğu mənzilin 1 otağını bağışlama adı altında sənədləşdirməyə, bununla bərabər alimentdən imtinaya dair sazişi iddiaçıya imzalatmağa nail olduqdan sonra Cavabdeh aralarındakı nikahın pozulması tələbi üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh bu iddiası qarşılığında onunla birgə nikah dövründə almış olduqları “Hyundai Elantra” markalı minik avtomaşınından pay tələbi etməyi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Bakı şəhəri Qaracağ rayon məhkəməsiini xx.xx.2018-ci il tarixli 2(002)-28/2018 saylı qətnaməsi ilə adıgedən avtomaşının hərracda satışından əldə olunacaq məbləğin 1/2 hissəsinin ona verilməsi qət edilmişdir. Həmin avtomaşından pay tələb etməyindən narazı qalan Eyvaz Allahverdiyev Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi Şamaxı yolu ev 4Q- də yerləşən 56 saylı mənzilin 1 otağını iddiaçıya bağışlaması barədə müqavilənin ləğv edilməsi, iddiaçının övladlarında birlikdə həmin mənzildən çıxarılmağı və özünün həmin mənzilə köçürülməsinə dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1902/2018 saylı qətnamə çıxarılmasına nail olmuşdu. Həmin qətnamədən tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən Eyvaz Allahverdiyevin təkidi və təklifi ilə adıgedən 1 otaqın iddiaçıya bağışlanılmasının etibarsız hesab edilməsi və Eyvaz Allahverdiyevin hənin otağa köçürülməsi barədə iddiasından Cavabdeh qarşı avtomaşından pay tələb etməyi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında olan iddia tələbindən imtina etməyi şərti ilə barışıq sazişi imzalamalı olmuşdur. Beləliklə, hazırkı iş üzrə Cavabdeh atası Eyvaz Allahverdiyev boşanma zamanı 2 uşağın saxlanılmaları üçün Cavabdeh aliment tələbindən imtinaya əsas olmuş 1 otağın bağışlanması müqaviləsinin ləğv edilərək, avtomaşından iddiaçıya düşməli payla əvəzləndi. Göründüyü kimi, alimentdən imtina üçün əsas olmuş saziş birtərəfli qaydada pozulmuş oldu. Belə ki, alimentdən imtina sazişi 1 otağın bağışlanması əsasında bağlanmışdı, əks halda bu saziş bağlanmazdı. İddiaçı xx.xx.2017-ci il tarixdə hazırkı iş üzrə Cavabdeh rəsmi bildiriş göndərmiş, aralarıda bağlanmış olan xx.xx.2017-ci il tarixli alimentdən imtina barədə sazişin onun atası Eyvaz Allahverdiyevin iddiaçını və uşaqlarını mənzildən çıxarmaq hədəsi ilə təhdid etməsi səbəbindən övladların mənafeyinə zərər vuran, əsl iradəsinə zidd olan saziş imzalamağa məcbur olduğu və bu sazişin könüllü ləğv edilməsini, əks halda bu mübahisənin məhkəmə qaydasında həll ediləcəyini bildirmişdir. O bildirmişdir ki, ata-oğul Allahverdiyevlər onun maddi vəziyyətini əhəmiyyətli dərəcədəpisləşdirməklə faktiki olaraq öz üzərlərinə düşən öhdəliyin icrasından yayınmış olmuşlar. İddiaçı Bakı şəhəri Qaradağ rayonu 274 saylı orta məktəbində müəllimə işləyir. Aylıq məvacibi 190 (bir yüz doxsan) manat təşkil edir. Həmin vəsait qanunla nəzərdə tutulan alimenti almadan 2 uşağın minimum tələblərinin ödənilməsinə kifayət etmir. Uşaqların əlavə xərcləri olur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 1643/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 4 saylı “ASAN” xidmət mərkəzinin notariat bölməsində təsdiq edilmiş 3M-442 reyestr nömrəli sazişin ləğv edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh və maraqlı tərəf x21 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh boşanmazdan əvvəl aliment və əmlakla bağlı aralarında əldə etdikləri razılığa əsasən cavabdehin atası, yəni x21 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4 «q» saylı evin 3 otaqlı 56 saylı mənzilinin 1 otağını iddiaçıya bağışlamaq, iddiaçı isə, öz növbəsində cavabdehə qarşı olan bütün iddia və tələblərindən imtina etməsinə dair razılığa gəlmişlər və həmin razılığa xx xxxxxx 2017-ci il tarixdə aramızda notarial qaydada rəsmiləşdirilmiş bağlanmışdır. Məhz həmin sazişin bağlanmasından sonra xx xxxxxx 2017-ci il tarixdə notairial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən Eyvaz Allahverdiyev özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4Q saylı evin 3 otaqlı 56 saylı mənzilinin 1 otağını x14ma bağışlamış, sonuncu da öz növbəsində Cavabdeh və x15 qarşı heç bir iddia və tələbinin, o cümlədən aliment tələbinin olmadığını və gələcəkdə də heç bir iddia və tələbinin olmayacağını bəyan etmişdir. Beləliklə, tərəflər öz aralarında əmlak və bütün öhdəliklərinə dair razılığa gəlmişlər. Mənzilin bir otağı cavabdehə bağışlanıdığından, digər iki otağın cavabdeh tərəfə alqı-satqı yolu ilə 35.000 manata satmışlar. Nikahın pozulmasına dair işə məhkəmədə baxılan zaman x7 öz üzərinə götürdüyü öhdəliyi icra etməyərək əmlak tələbinə dair, yəni «Hunday Elantra» markalı avtomobilə dair qarşılıqlı iddia irəli sürmüşdür. Göründüyü kimi, bağışlama müqaviləsi rəsmiləşdirildikdən dərhal sonra iddiaçının əsl niyyət və məqsədi üzə çıxmış və o, dərhal başqa bir iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əmlak tələbinin olmayacağına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyi pozması, yəni məhkəmədə əmlak tələbinə dair iddia qaldırması səbəbindən, Eyvaz Allahverdiyev də öz növbəsində bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Qaradağ rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4 Q saylı evin 56 saylı mənzilinin 1 otağının iddiaçı x21 tərəfindən cavabdeh x9ma bağışlanmasına dair xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf narazı qalaraq apellyasiya şikayəti vermiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icratında olarkən tərəflər öz aralarında barışıq sazişi imzalayaraq, bir-birlərinə qarşı olan əmlak tələbinə dair iddialarından imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhz bundan sonra həm iddiaçının qaldırdığı və həmin vaxt Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan «birgə nikah dövründə əldə edilmiş əmlak» tələbinə dair iddiası, həm də atamın iddiaçıya qarşı qaldırdığı «əmlak tələbinə» dair iddiası üzrə icraata xitam verilmişdir. Onların arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra, aramızda bağlanmış mübahisəli saziş də öz qüvvəsində qalmış, atam tərəfindən iddiaçıya bağışlanmış bir otaqlı mənzil iddiaçıda qalmışdır. Lakin, iddiaçı bu dəfə də onları aldadaraq, barışıq sazişinin bağlanmasna nail olmuş, lakin, sonradan, heç bir əsas olmadan, «aliment barədə sazişin ləğv edilməsi» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11912/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi,iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1643/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs x3 şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1566/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs x2 şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs x21 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1643/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “sazişin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-5515/2017-ci il tarixli qətnaməsi ilə iddiaçı x12 cavabdeh İddiaçı qarşı iddiası təmin olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4Q saylı evin, 56 saylı mənzilinə olan istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan x21 ilə x22 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsində yerləşən ümumi sahəsi 64,02 kv.m, yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı 4Q saylı evin, 56 saylı mənzilin 43,34 kv.m hissəsini x19 35.000,00 manata satmışdır. İş materiallarında olan x21 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin surətindən görünür ki, x21 ona mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsində yerləşən ümumi sahəsi 64,02 kv.m, yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı 4Q saylı evin, 56 saylı mənzilin 20,68 kv.m hissəsini oğlunun arvadı İddiaçı bağışlamışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış sazişdən görünür ki, x21 ona mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsində yerləşən ümumi sahəsi 64,02 kv.m, yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı 4Q saylı evin, 56 saylı mənzilin 20,68 kv.m hissəsini oğlunun arvadı İddiaçı bağışladıqdan sonra İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü x17 və x1 üçün aliment tələbindən imtina etmiş və gələcəkdə aliment tələbi irəli sürməyəcəkdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, x7. Cavabdeh onlar arasında xx.xx.2017-ci il tarixdə alimentlə bağlı sazişin könüllü ləğv edilməsini təklif etmiş, əks halda onlar arasında mübahisənin məhkəmə qaydasında həll ediləcəyi barədə xəbərdrlıq etmişdir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Allahverdiyeva (Hacıyeva) Zümrüd Həsənağa qızına qarşı nikahın pozulması tələbinə dair ilkin iddiası təmin eilmiş onlar arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, ümumi nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü x13 və x8 Allahverdiyeva (Hacıyeva) Zümrüd Həsənağa qızı ilə qalması müəyyən olunmuşdur. Həmçinin həmin qətnamə ilə Allahverdiyeva (Hacıyeva) Zümrüd Həsənağa qızının Cavabdeh qarşı əmlak tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş “Hundai Elantra” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə x21 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və “Hundai Elantra” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair x21 ilə x31 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, həmin markalı hazırda dövlət qeydiyyat nişanı 99 MJ-478 olan avtomobilin ½ hissəsinə Cavabdeh ½ hissəsinə isə x7 paylarının tanınması əmlakın açıq hərracda satılaraq əldə olunan vəsaitin onlar arasında bölünməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 5903/2018 saylı qətnaməsi ilə Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddia hissəsində ləğv edilmiş və “Hundai Elantra” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti olan 5000,00 manat məbləğin 2500 manatı Cavabdeh ilə x11 alınaraq x6 verilməsi müəyən olunmuşdur. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(102)-76-54 saylı qərarı ilə x5 əmlak tələbi ilə bağlı qarşılıqlı iddiasından imtinası qəbul edilmiş. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5903/2018 saylı qətnaməsi ləğv eilmiş, x5 Cavabdeh ilə x15 və x26 qarşı birgə nikah dövründə əldə edilmiş “Hundai Elantra” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)- 1902/2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı x12 cavabdehlər x6 və x19 qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddiası qismən təmin edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, ev 4Q, 56 saylı mənzilin bir otağının (20,68 kv.m) iddiaçı x21 tərəfindən cavabdeh x6 bağışlanmasına dair xx.xx.2017ci il tarixli notariat qaydasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, həmin müqaviləyə əsasən cavabdeh x6 verilmiş RX seryalı, ******* saylı çıxarışın ləğv edilməsi, onun həmin otaqdan çıxarılması x12 həmin otağa köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 11102/2018-ci il tarixli qərardadından görünür ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-1902/2018-ci il tarixli qətnaməsindən iddiaçı x21 və cavabdeh x7 tərəfindən apellyasiya şikayəti verilmiş, onlar arasında barışıq əldə edildiyindən iş üzrə icraata xitam verilmişdir. Belə ki barışıq sazişinin şərtlərinə görə x21 tərəfindən cavabdehlər x6 və x19 qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiadan imtina etməni öhdəsinə götürmüş, x7 isə Cavabdeh və x15 qarşı əmlak tələbinə dair iddiadan imtina etməni öhdəsinə götürmüşdür. Kassasiya məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, işin mübahisə edilməyən hallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli saziş üzrə Cavabdeh atası E.Allahveridyevin Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu ev 4Q-də yerləşən 3 otaqlı 56 saylı mənzilin 1 otağını İddiaçı bağışlamasını, İddiaçı isə bunun qarşılığında Cavabdeh qarşı heç bir tələbinin olmamasını, o cümlədən aliment tələbi irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. E.Allahverdiyev xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsində yerləşən ümumi sahəsi 64,02 kv.m, yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı 4Q saylı evin, 56 saylı mənzilin 20,68 kv.m hissəsini İddiaçı bağışlamışdır. Nəticədə Cavabdeh öz öhdəliyini yerinə yetirmişdir. Eyni zamanda işin hallarından göründüyü kimi E.Allahverdiyevin ona qarşı xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı barədə məhkəməyə iddia verdiyini, ona görə də sonuncunun xx.xx.2017-ci il tarixli saziş üzrə öhdəliyini pozmasını əsas gətirərək İddiaçı xx.xx.2017-ci il tarxili sazişin ləğv edilməsinə dair hazırkı iş üzrə iddianı vermişdir. Halbuki işin yuxarıda qeyd olunmuş mübahisə olunmayan hallarından göründüyü kimi, mənzilə dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığına dair iddia Qaradağ rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilsə də işə apellyasiya icraatı qaydasında baxılarkən tərəflər arasında yenidən barışıq sazişi bağlanmış və qeyd edilən əsasa görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş, mənzilə dair bağlanmış bağışlama və alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrində göstərilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi xx xxxxxx 2017-ci il tarixli sazişin şərtlərinə uyğun olaraq mənzilə dair iddiaçı ilə E.Allahverdiyev arasında bağlanmış bağışlama müqaviləsi qüvvədədir, eyni zamanda sonuncunun yenidən eyni tələblə məhkəməyə iddia vermək hüququ yoxdur. Yəni göstərilənlər onu təsbit edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli sazişin ləğvi üçün əsaslar yaranmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, övladlarının mənafeyinə zidd olan xx xxxxxx 2017-ci il tarixli sazişi E.Allahverdiyevin onu və övladlarını mənzildən çıxarmaq hədəsinə görə məcburən bağladığı barədə iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğvinə deyil etibarsızlığına əsas ola bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, apellyasiya şikayətləri təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1643/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “sazişin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh və maraqlı tərəf x21 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 1643/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “sazişin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5705/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5705/2020
22.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver