Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5707/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 17 saylı Notariat Ofisinə, Cavabdeh5 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 38 saylı bağ evindən ibarət miras əmlaka dair Cavabdeh1 və Cavabdeh2 adlarına verilmiş xx.xx.2014-ci il tarixli 2V/İ-İ9 saylı reyestrlə qeydə alınmış, eyni zamanda həmin miras əmlaka dair Cavabdeh5 adına 18 avqust 2012 ci il tarixdə 2V/1-274 saylı reyestrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 38 saylı bağ evindən ibarət miras əmlaka dair Cavabdeh3 Yusupoviçin 5/16, İddiaçı 5/16, Cavabdeh5 1/8, Cavabdeh1 1/8 və Cavabdeh2 1/8 payı müəyyən edilməsi qərara alınmışdır. Qətnamədən narazı olan ərizəçi Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayət və eyni zamanda müddətin bərpasına dair ərizə verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5775/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsi xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 17 saylı Notariat Ofisinə, Cavabdeh5 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5775/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair X6 tərəfindən xx.xx.2024-cü il tarixli ərizəsinin təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 17 saylı Notariat Ofisinə, Cavabdeh5 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardad ilə razılaşmayan X3 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5775/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh5 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin, sonradan isə Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)- 11794/2019 saylı işdən xəbərdar olması, onun Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin həmin vaxt icraatında olan 2(008)-5775/2019 saylı işdən xəbərdar olmasına dəlalət etmir. Belə ki, 2(103)-11794/2019 saylı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə Qərardad qəbul olunan zaman Cavabdeh5 Bakı şəhər Sabunçu rayon Məhkəməsinin həmin vaxt icraatında olan 2(008)-5775/2019 saylı iş üzrə məhkəmə prosesinin iştirakçısı (tərəf) olmamışdır. Belə ki, 2(008)-5775/2019 saylı iş İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 17 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair xx.xx.2019-cu il tarixli iddia ərizəsinə əsasən başlanmış, Cavabdeh5 həmin işə cavabdeh qismində Bakı Apellyasiya Məhkəməsi tərəfindən Qərardadın xx.xx.2019-cu il tarixdə qəbul edilməsindən 14 gün sonra xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə verdikdən sonra cəlb edilmiş, bu barədə, yəni onun cavabdeh qismində işə cəlb olunduğu və məhkəmə baxışının xx.xx.2019-cu il tarixdə saat 15-05-ə təyin olunmasına dair ona xx.xx.2019-cu il tarixdə məktub göndərilmiş, lakin həmin məktub Cavabdeh5 çatmamışdır. Təbii ki, məhkəmə prosesindən xəbəri olmayan Cavabdeh5 üzürlü səbəbdən xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə baxışında iştirak etməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə çıxarılmış qətnamə də eyni tarixli məktubla cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də. bizə məlum olmayan sahələrdən həmin məktub və qətnamə də cavabdehə çatmamışdır. İş materiallarında xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktubların cavabdehə çatmasını təsdiq edən edən heç bir sübut yoxdur. Cavabdeh5 atası X13 xx.xx.2011-ci il tarixdə vəfat etməsindən sonra Bakı şəhəri 17 saylı dövlət notariat kontorundan xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və bununla da atasının əmlakından ona düşən payla kifayətlənmişdir. Həmin şəhadətnamədə onun xx.xx.2011-ci ildə vəfat etmiş X13 vərəsəsi kimi ünvan 1 ünvanında yerləşən miras əmlakdan irs almalı olduğu və şəhadətnamə verilən miras əmlakının Bakı şəhəri, Tİİ-nin res kit 30 səh. 4185 qeyd 30/4185 saylı xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən İ otaqlı, ümumi sahəsi 54.48 kv.ın, yaşayış sahəsi 23 kv.m., yardımçı sahəsi 31.48 kv.m. olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 ünvanında yerləşən bağ evinin 1/3 hissəsindən ibarət olduğu qeyd olunmuşdur. Cavabdeh5 xx.xx.2008- ci il tarixli vəsiyyətnamədən 2023-cü ilin sonlarında xəbəri olmuşdur. Belə ki, 2023-cü ilin dekabr ayının sonunda onun yaşadığı Cunana, yəni Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ evi 38 ünvanına gəlmiş və özlərini Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları kimi təqdim etmiş şəxslər ona bildirmişlər ki, mərhum bacısının oğlu İddiaçı məhkəməyə miras əmlakın naturada bölünməsinə dair müraciəti əsasında təyin edilmiş ekspertizanın keçirilməsi ilə əlaqədar müəyyən ölçmə işləri aparılır. Bundan sonra Cavabdeh5 Bakı şəhəri 17 saylı Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və onun müraciəti eyni tarixli 10 nömrəli məktubla cavablandırılmışdır. Həmin cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka dair xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 Bakı şəhəri 17 saylı notariat ofisində 2V1-14 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş xx.xx.2008-ci il tarixli vəsiyyətnamə verilmiş, X2 vəfat etməsi ilə əlaqədar vəsiyyatnamə öz qüvvəsini itirmiş və X11 miras qalmış əmlaka dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-5775/2019 saylı Qətnaməsinə əsasən paylar müəyyən olunub bölünmüşdür. Bundan sonra Cavabdeh5 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)- 5775 2019 saylı Qətnaməsini xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə etmiş və xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bununla da, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməli, apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qanunun bu tələbləri ciddi şəkildə pozulmuşdur. Belə ki, mülki prosesual qanunvericilikdə məhkəmə qətnaməsindən apellyasiya şikayətinin Bakı şəhər Sabunçu rayon məhkəməsinin qeyd etdiyi kimi həmin qətnamədən birbaşa və ya dolayı yolla məlumatlı olmasından deyil, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməsini nəzərdə tutmuşdur. Cavabdeh5 2(008)-5775/2019 saylı iş üzrə məhkəmə prosesindən, çıxarılmış qətnamədən rəsmi qaydada xəbərinin olmaması məhkəmə tərəfindən nəzərə alınmamış, apelyator məhkəməyə müraciət etmək hüququndan, nəticədə isə miras əmlakda pay hüququndan məhrum edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktubların, o cümlədən xx.xx.2019-cu il tarixli Qətnamənin Cavabdeh5 çatmasını təsdiq edən heç bir sübut olmamasına, apellyasiya şikayətinin verilməsi üçün müddətin üzürlü səbəbdən buraxılmasına baxmayaraq, məhkəmə həmin məktubların və qətnamənin hansı səbəbdən cavabdehə çatmamasını aydınlaşdırmamış, xx.xx.2024- cü il tarixli Qəradadda cavabdehin məhkəmə qətnaməsindən heç bir əsas və sübut olmadan birbaşa və ya dolayı yolla məlumatlı olmasına istinad etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11794/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə olan 22 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı qarşı cavabdehlər Cavabdeh5, Əliyaqubov Nurəddin , Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 17 saylı Notariat Ofisinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etiibarsız hesab edilməsi, vəsiyyətnaməyə əsasən payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11794/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, proses iştirakçısı kimi cavabdeh qismində Cavabdeh5 məhkəmə iclasında iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11794/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, işə apellyasiya qaydasında baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək, eyni tərəflər arasında, eyni mübahisə preedmentinə dair hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında mülki iş olduğundan, hazırki mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəmə iclaslında iştirak edən cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Yusigoviç ayrı-ayrılıqda ərizənin baxılmamaış saxlanmasına etiraz etmədiklərini bildirmişdir. 2(008)-5775/2019 nömrəli mülki iş matriallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli reyesetrin surətindən və bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 15.05-ə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh5un rəsmi qeydiyyat ünvanına “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ evi 38” ünvanına bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli reyesetrin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-5775/2019 saylı qətnaməsi Cavabdeh5un rəsmi qeydiyyat ünvanına “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ evi 38” ünvanına göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh5 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ evi 38” ünvanında rəsmi qeydiyyatdadır Beləliklə kollegiya qeyd edir ki, Cavabdeh5 hazırki mülki iş üzrə qəbul edilimiş qətnamədən məlumatı olmadığını bildirsədə məhkəmə araşdırılması zamanı Cavabdeh5 vermiş izahatından da məlum olur ki, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ evi 38” ünvanında rəsmi qeydiyyatda olmaqla yaşamış və məhkəmə iclasına dair rəsmi bildiriş habelə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-5775/2019 saylı qətnaməsi cavabdehin yaşayış ünvanına göndərilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11794/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadından da görünür ki, Cavabdeh5 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-5775/2019 nömrəli mülki işdən məlumatı olmuşdur. Odur ki, ərizəçi qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Ərizəçi tərəfindən müddətin ötürülməsinin üzrlü olmasına dair hər hansı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi haqlı mövqedə olmuşdur. Belə ki, ərizəçi qətnamədən şikayət vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəb olmadan ötürərək apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, belə olan halda buraxılmış prosessual müddətin bərpa olunması əsaslı ola bilməz.. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh sözüedən qətnamədən və mülki işdən məlumatı olmadığını bildirərək qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsini məhkəmədən xahiş etsədə, yuxarda qeyd edilmiş hallardan məlum olur ki, cavabdehin sözügedən qətnamədən birbaşa və ya dolayı yolla məlumatı olmuşdur. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5775/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5707/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5707/2024
02.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver