Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5710/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "müqavilələrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3733/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)- 3733/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 40.000 (qırx min) manat məbləğində pul vəsaiti,hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40530 (qırx min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3733/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)-3733/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3733/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, sözügedən qətnamə ona nə rəsmi, nədə ki, qeyri rəsmi qaydada verilməyib və o, apellyasiya şikayətimi icra şöbəsinin icra vərəqəsinə əsasən tərtib etmişdir, eləcə də ümumi vəziyyətin faktiki halları ona məlum olduğundan apellyasiya şikayətinin tərtib olunması onun üçün çətin olmayıb. Çünki həmin aşkar faktlar məhkəmə qətnaməsinin qeyri obyektiv, həqiqi hallardan uzaq, düzgün olklmayan bir qətnamə olduğunu artıq təsdiq edir.Bundan başqa məhkəmə hazırda şikayətçisi olduğu qərardadın da poçt vasitəsi ilə 16 iyun tarixində ona çatdırıldığını bildirib, halbuki, bu qərardad barədə də o, icra şöbəsində olarkən bilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3733/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əlaqələndirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)-3733/2020 saylı qətnaməsi rəsmi olaraq 13 noyabr 2020-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə göndərilmişdir, apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.Lakin birinci instansiya məhkəməsi qeyd olunan qətnamənin 13 noyabr 2020-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq həmin qətnamənin cavabdeh tərəfindən rəsmi şəkildə qəbul olunub- olunmaması barədə hər hansı araşdırma aparmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və yuxarıda qeyd edilən göstərişlər nəzərə alınmaqla apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3733/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)- 3733/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanun qüvvəsini alır. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5710/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5710/2022
15.08.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver