Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5712/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2, Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21aprel 2021-ci il tarixli, 2(004)-1563/2021 saylı qərardadından ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və digər Maraqlı şəxs2 cəlb edilməklə “daşınar əşyaların sahibsiz hesabedilməsi və mülkiyyətə verilməsi barədə” ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 150 manat olan dörd düzüm mirvari boyunbağının və ümumi dəyəri 21019 manat olan 583-585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 823,46 qram olan 26 ədəd qolbaq, 66 ədəd boyunbağı, 23 cüt sırğa, 17 ədəd üzük, 21 ədəd qolbaq, 5 ədəd kulonla birlikdə boyunbağı, 11 ədəd kulon, 4 ədəd mirvari boyunbağının sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1563/2021 saylı qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi barədə” xüsusi icraat qaydasında vermiş olduğu ərizəsi baxılmamış saxlanılaraq, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1563/2021 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 07may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, hazırki işin mübahisəsiz hallarından göründüyü kimi cinayətin predmeti olan və Maraqlı şəxs2 tərəfindən Azərbaycan Respublikasına gətirilmiş 21019 manat məbləğində qızıl zinət əşyaların 26.11.2011-ci il tarixdə başlanmış cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca qəbul edilmiş həmin tarixdən bu günədək qeyd edilən əşyalar heç kim iddia etməmiş konkret olaraq iddia predmetinə dair mübahisə olmamışdır. Həmçinin Maraqlı şəxs2 ondan götürülmüş 21019 manat məbləğində qızıl-zinət əşyaların götürülməsi faktı ilə maraqlanmamışdır. Məhkəmə kollegiyasının iclasında ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X5 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 qeyd etdi ki, hazırkı mülki işdə onlar maraqlı şəxs olmalı deyillər. Maraqlı şəxs həmin işlə əlaqədar hər hansı bir subyektiv hüququ olan şəxsdir. Dövlət Vergi Xidmətinin hazırkı mülki işdə hər hansı bir subyektiv hüququ yoxdur. Nazirlər Kabinetinin 69 saylı qərarına əsasən əşya sahibsiz sayıldıqdan sonra müvafiq komissiya yaradılır və həmin komissiyanın tərkibində DVX də olur. Lakin bu əşyanın sahibsiz hesab edilməsindən sonrakı mərhələdir. Hazırkı mərhələdə vergi xidmətinin bu işlə bağlı hər hansı bir marağı yoxdur. Məhkəmə kollegiyası ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1563/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10.11.2011-ci il tarixdə və 16.11.2011-ci il tarixdə Maraqlı şəxs2 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Baş İdarəsinə ünvanlanmış teleqramlardan görünür ki, o, 12.07.2011-ci il taixdə Gürcüstandan Azərbaycana keçərkən üzərində olan qızılların ona məxsus olduğunu bildirmişdir. Belə ki, ərizədən və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi xahiş olunan 21019 manat məbləğində qızıl zinət əşyaları Maraqlı şəxs2 məxsus olmaqla, onun barəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə maddi sübut olmuşdur. Bundan əlavə Maraqlı şəxs2 həmin 21019 manat məbləğində olan qızıl-zinət əşyalarından imtina etməsi ilə bağlı iş materiallarında hər hansı sübut növü aşkar edilməmişdir. Əksinə maraqlı Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda olarkən 10.11.2011-ci il və 16.11.2011-ci il tarixlərdə mübahisə predmeti olan qızıl-zinət əşyaların ona məxsus olması barədə istintaq orqanına məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya saniblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)- 1563/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5712/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5712/2021
07.06.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver