Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5730/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili X27, Cavabdeh1 və Cavabdeh3 vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh3, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ötürülmuş müddətin üzürlü hesab edilməsi, vərəslik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-196/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı X6 atalığını verdiyi övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-ci il təvəllüdlü qızları İddiaçı1 çatacaq miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş X18 qalan miras əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında bərpa edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X18 qalan miras əmlakından onun övladları İddiaçı1 və İddiaçı2 çatacaq payların müəyyən edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X18 qalan miras əmlakına onun övladları İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin miras açıldığı yer üzrə notariat orqanının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər kimi Cavabdeh1, Cavabdeh3, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisini, Bakı şəhəri 19 saylı Notariat Ofisini, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsini göstərmiş və iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X18 qalan miras əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında uzadılması, ataları mərhum X18 qalan **-KZ-*** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ PAJERO” markalı minik avtomobilinin üzərində onun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində notariat ofisinin üzərinə qoyulması, ataları mərhum X31 ilə Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin üzərində mərhumun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində Notariat Ofisinin üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər əvvəl o, mərhum X31 ilə faktiki olaraq nikaha daxil olmuşdur. Mərhum Sadiq hər zaman övlad sahibi olmaq istəmişdir, dünyaya gələn uşaqlarını çox sevmişdir, onlara - İddiaçı1 və İddiaçı2 öz soyadını vermişdir və rəsmi olaraq onun atalığı dövlət tərəfindən tanınmışdır. Mərhumun rəsmi nikahda olan arvadı, hazırki məhkəmə işində cavabdeh olan Cavabdeh1 Sadiqin öz uşaqları ilə ünsiyyət qurmasına hər bir yolla mane olmuş, onların görüşmələrinə qətiyyən razılıq verməmişdir. Məhz bu səbəbdən, mərhum mirasqoyan Sadiq ölümündən əvvəl son 9 ildir ki, uşaqları ilə qətiyyən görüşməmişdir və aralarında olan bütün əlaqəni kəsmişdir. Nəticədə, o, Sadiqin maddi vəziyyəti və onun əmlakları haqda tamamilə bixəbər olmuşdur. xx.xx.2020-ci ildə Sadiq vəfat etmişdir. Onun ölümü haqda iddiaçıya Sadiqin anası Əsilova Validə xəbər vermişdir, çünki onların arasında ünsiyyət olmamışdır, hətta onun anası iddiaçıya bu ölüm xəbərini verməsəydi iddiaçı bu barədə heç məlumat da ala bilməyəcəkdi. O, Sadiqin hansı mal-mülkə sahib olduğunu bilməyib. Ona Sadiqin anası Əsilova Validə yasda görüşəndə qətiyyət ilə deyib ki, “Sadiqin adına heç nə yoxdur, heç vaxt da olmayıb, özünü əziyyətə salıb heç bir yerə, heç bir idarəyə getmə, çünki ortada bir miras yoxdur”. Bu səbəbdən də o, heç bir orqana miras işinin açılması ilə bağlı müraciət etməyib. Əsilova Validə ona yanlış məlumat vermişdir, iddiaçı ondan dəfələrlə məhkəməyə gəlib bu faktı təsdiq etməyini istəsə də, o, xəstə olmasını əsas gətirərək, məhkəməyə gəlməkdən imtina etmişdir. İddiaçı orta təhsilli şəxs olduğunu, qanunları bilmədiyini, evdar xanım olduğunu, yeganə işinin uşaqlarına baxmaq olduğunu, Azərbaycan dilində normal danışa bilmədiyini, 2021-ci ilin iyul ayında mərhumun anasının ona zəng vurub Sadiqin adına avtomobilin olmasını bildirdiyini, səhəri gün 3 saylı Asan Xidmətin yanında notariusa uşaqların adından mirasın qəbulu barədə ərizə verdiyini, uzun müddətdən sonra həmin notariusun müddəti buraxdığı üçün vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyini, Sadiqin qohumlarından yeganə onun anası ilə əlaqəsinin olduğunu, yalnız onun vasitəsi ilə Sadiq barəsində hal-əhval tutduğunu, hazırki iş üzrə onun mirasın qəbulu üçün prosessual müddətin buraxılmasının əsas səbəbkarı anası olduğunu bildirmişdir. Qeyd etmişdir ki, onun uşaqları Fidan və Ramil atalarının sağlığından onun qayğısından və diqqətindən məhrum qalıblar, o istəyir ki, heç olmasa, atalarının ölümündən sonra uşaqlarına miras payı düşsün və onlar öz maddi şəraitini düzəldə bilsinlər, yüksək keyfiyyətli təhsil ala bilsinlər. O miras üçün qəbul müddətini cəmi 42 (qırx iki) gün ötürmüşdür. Göründüyü kimi, buna səbəblər mərhum mirasoqoyan ilə 9 ilə yaxın ünsiyyətinin olmaması, onun əmlakları barədə məlumatının olmaması, mərhumun qohumları tərəfindən ona yanlış məlumatların verilməsi, ali təhsilinin olmaması səbəbindən qanunları bilməməyi və hara və necə müraciət etməli olduğunu bilməməyi və s. səbəblər aiddir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-196/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (Sədrlik edən: Fərid Əyyubov).
6. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
7. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddia tələblərinin, miras əmlakın əldə edilməsinin qanunla müəyyən edilmiş müddətin ötürülməsi hissəsinə qiymət vermiş, lakin tələbin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsinə qiymət verməmişdir. Başqa sözlə iddia tam rədd olunsa da, qətnamənin əsaslandırıcı hissəsində tələbin bu hissəsinin nəyə görə rədd edilməli olması əsaslandırılmamışdır. Məhkəmənin iddianın digər hissəsi üzrə gəldiyi “İddiaçılar miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, həmçinin müddəti ötürülməsinin üzürlü səbəblərinin məhkəmə tərəfindən müəyyən edilməməsi” qənaəti faktiki olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 X6 1-ci növbədə vərəsələri olmalarının təsdiqidir. Məhkəmə onların iddialarının əsassız olmasının əsası kimi anaları Qanuni nümayəndə vəfatından sonra 3 ay müddətində miras əmlakın qəbul edilməsi üçün müraciət etməməsinə, mirasın açıldığı gündən 6 aylıq müddətin ötürülməsinə, həmçinin iddiaçılar tərəfindən mirasa faktiki sahiblik edilməməsinə, X22 vəfatından təxminən 8 ay sonra vərəsəlik üçün müraciət etməsinə istinad etmişdir. Lakin məhkəmə bu halda nəzərə almamışdır ki, Qanuni nümayəndə mərhum X31 ilə birgə yaşamadığından onun adına hər hansı əmlakın olub-olmamasından tam xəbərsiz idi. İşin bu halını hətta cavabdeh tərəf də izahatlarının bəzi diqqətəlaiq halları ilə təsdiq edir. Belə ki cavabdeh məhkəməyə verdiyi etirazında və izahatında mərhum əri vəfat edən günədək sonuncu ilə birgə yaşayaraq ümumi təsərrüfat aparmalarını təsdiq etmişdir. İşin bu halı Qanuni nümayəndə məhkəməyə verdiyi izahatında göstərdiyi kimi mərhumla 9 ilə yaxın ünsiyyətinin olmamasının təsdiqidir. Məhkəmə həmçinin Qanuni nümayəndə miras üçün qəbul müddətini cəmi 42 (qırx iki) gün ötürməsinin, daha doğrusu, onun necə və hansı şəraitdə notariat ofisinə gələrək ərizə ilə müraciət etməsinin səbəblərinə diqqət yetirməmiş və ya yetirmək istəməmişdir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 X18 miras qalmış 2012-ci ildə alınmış , 2002-ci ilin isdehsalı olan **-KZ-*** dövlət nömrə nişanlı “ MİSTUBİSHİ PAJERO” markalı minik avtomaşınına dair 2021-ci ilin iyul ayında vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat ofisinə müraciət etdikdə, o miras qoyanın ondan başqa iki vərəsəsi də olduğunu bildirmişdir. Cavabdeh tərəf notariusun iddiaçıya cavabdehin müraciəti əsasında vərəsəliyin açılması ilə bağlı məlumat verməsini göstərsə də, işin faktiki halı ondan ibarətdir ki, bu məlumatı notarius deyil, mərhum Sadiqin anası Əsilova Validə iddiaçıya telefonla xəbər edərək gəlib notariatda mirasdan imtina barədə ərizə yazmalı olmasını bildirdikdən sonra miras, əmlak barədə məlumatlı olmuşdur. Məhz bu səbəbdən Qanuni nümayəndə həmin məlumatı aldıqdan sonra xx.xx.2021-ci il tarixdə, yəni mərhumun vəfatından 8 ay sonra, iki övladının mərhum X18 miras qalmış avtomaşına vərəsə tanınmasına dair ərizə ilə notariusa müraciət etmişdir. Göründüyü kimi, Qanuni nümayəndə X22 adına daşınar və ya daşınmaz əmlakların olmasını bilsə idi, o uşaqları Fidan və Ramilin atalarının sağlığında onun qayğısından və diqqətindən məhrum qaldığı halda onun ölümündən sonra uşaqlarının maddi şəraitini düzəltmək üçün miras payı barədə qanunla müəyyən edilmiş müddətdə müraciət etmək imkanından isdifadə edərdi. Məhkəmə isə onun bu müraciət müddətini həm bu əmlakların olmasını bilməməsi, həm də, bu barədə ona gec məlumat verilməsi kimi üzürlü səbəblərdən buraxmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normasında nəzərdə tutulan gecikdirmənin səbəbini üzrlü sayılmamasının əsaslarını düzgün əsaslandırmamışdan əlavə, bu normanın ümumilikdə tələblərinə diqqət yetirməmiş, riayət etməmişdir. Belə ki, qətnamədən və işin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh Hicran xanım notariusa özü məlumat verib ki, mərhumun qeyri-rəsmi nikahdan 2 övladı var. Maşınla bağlı onlar iddiaçının övladlarının payının tanınmasına etiraz etmirlər. Belə olan halda məhkəmənin cavabdeh tərəfin bu mövqeyi olduğu halda nəyə görə müddəti ötürülməsinin üzrlü saymayaraq uzatmaması həm anlaşılan, həm də qanuni deyildir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üçün toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədbiq edilməli olan hüquq normalarına müvafiq olaraqqiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maşınla bağlı cavabdeh tərəfin iddiaçının övladlarının payının tanınmasına etiraz etməməsi mərhum X18 qalan 99-KZ753 dövlət qeydiyyat nişanlı “MİSTUBİSHİ PAJERO” markalı minik avtomobilinin üzərində onun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsinə əsas verir və belə olan halda işin bu halı uşaqların mərhum X18 qalan **-KZ-*** dövlət qeydiyyat nişanlı“ MİSTUBİSHİ PAJERO” markalı minik avtomobilinin üzərində onun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1\6 hissədə vərəsəlik payının müəyyən edilməsinədə hüquqi əsas yaradır. Belə ki, işin materiallarından görünür ki, X31 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra onun Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzili sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən bacısı qızı X7 bağışlanmşdır. Qanunvericiliyə əsasən müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləştirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmçinin qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlırin əqd bağladıqları zaman cəhd gösdərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə tərəflərin, əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimiçıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri hüquqi hərəkətdir. Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə məhkəmələr bunu nəzərə almalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə tələb olunan subyektiv hüququn yaranmadığını gösdərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə Konstitusya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası MPMnin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Həmçinin də qanunvericiliyə əsasən iş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması məhkəmə baxışının mühim prinsipi olub, Azərbaycan Respublikası MPMnin 14-cü maddəsi ilə nizama salınır. Tərəflərin izahatları:
8. Kollegiya iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili S.Alışov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər.
9. Kollegiya iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
13. Belə ki, iş materiallarında olan AZ-İİ № 130254 seriya nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X39 xx.xx.2020ci il tarixdə dəqiqləşdirilməmiş respirator çatmamazlığından vəfat etmişdir.
14. İş materiallarında olan AZ-İİ № 123935 seriya nömrəli, xx.xx.2020-ci il tarixli öüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X39 xx.xx.2020-ci il tarixdə Covid 19-dan vəfat etmişdir.
15. İş materiallarında olan AZ-İ № 165292 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X3 Fidan Sadiq qızının atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin 23 dekabrında 508№ ilə qeyd edilmişdir.
16. İş materiallarında olan AZ-İ № 077009 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X5 Ramil Sadiq oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2006-cı ilin aperiln 6-da 144№ ilə qeyd edilmişdir.
17. İş materiallarında olan AZ-İ № 758545 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 atası X31, anası isə X10r.
18. İş materiallarında olan AZ-İİ № 579241 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 atası X31, anası isə X10r.
19. İş materiallarında olan İddiaçı1 adından Qanuni nümayəndə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 Bakı şəhəri,Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş atası X18 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakının 99KZ753 dövlət qeydiyyat nömrəli avtomaşından ibarət olduğunu bildirmişdir.
20. İş materiallarında olan İddiaçı2 adından Qanuni nümayəndə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı2 Bakı şəhəri,Yasamal rayonu, H.ünvan 3 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş atası X18 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakının 99KZ753 dövlət qeydiyyat nömrəli avtomaşından ibarət olduğunu bildirmişdir.
21. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş əri X18 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakın 99KZ753 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olduğunu, ondan başqa İddiaçı1 və İddiaçı2 da vərəsələri olduğunu bildirmişdir.
22. İş materiallarında olan X13 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə vəfat etmiş oğlu X18 miras qalmış əmlakdan ona düçən vərəsəlik payını qəbul etmədiyini və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir.
23. İş materiallarında olan Cavabdeh1 tərəfindən 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 2021-ci ilin iyul ayında onun müraciəti əsasında 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X18 miras qalmış birgə nikah dövründə alınmış Mitsubishi Pajero markalı 99KZ753 dövlət nömrə nişanlı avtomaşına dair vərəsəlik işi açıldığını, ərizəsində mərhumun iki övladı İddiaçı1 və İddiaçı2, mərhumun anası Əsilova Validənin də mərhumun vərəsələri olmasını göstərdiyini, lakin onların heç birinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada, nə də ki, faktiki miras əmlakı qəbul etmədiklərindən onların həmin əmlaka vərəsə tanınmalarına razı olmadığını, mərhum vəfat edən günədək onunla birlikdə yaşayan və miras əmlakı vəfat edən gündən qəbul edib idarə etdiyini bildirmiş, bu əsasla da mərhum X18 miras qalmış Mitsubishi Pajero markalı, 99KZ753 dövlət qeydiyyat nişanlı avtomaşına onu vərəsə tanımaqla adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
24. İş materilallarında olan V-JQ №-420500 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X31 ilə Hüseynova Hicran Ərəstun qızı arasında xx.xx.1991-ci il tarixdə 359 akt qeydi ilə nikah bağlanmışdır. Arvada Əsilova soyadı verilmişdir.
25. İş materiallarında olan AC № 819753 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99KZ753 dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero minik markalı nəqliyyat vasitəsi X22 mülkiyyətindədir.
26. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Notarial hərəkətlərinin aparmaqdan imtina edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il taixdə notariat ofisinə müraciət edərək 29 noyabr 2020-ci ildə vəfat etmiş əri X18 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Digər vərəsələr mərhumun azyaşlı övladları xx.xx.2006-cı ildə anadan olmuş oğlu İddiaçı2 və xx.xx.2010-cu ildə anadan olmuş qızı İddiaçı1 qanuni nümayəndələri-anaları Qanuni nümayəndə xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət edərək 29 noyabr 2020-ci ildə vəfat etmiş X18 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin o qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxdığına görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
27. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notairat ofisi tərəfindən ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Bakı Asan Xidmət Mərkəzində Notairat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə X6 azyaşlı övladları xx.xx.2006-cı ildə anadan olmuş oğlu İddiaçı2 və xx.xx.2010-cu ildə anadan olmuş qızı İddiaçı1 qanuni nümayəndləri-anaları Qanuni nümayəndə notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə qərar verilmişdir.
28. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal Rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzil xx.xx.2003-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir. X22 adına Respublika ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
29. İş materiallarında olan Yasamal-42 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal Rayonu, H.Zərdabi pr. 78V ünvanında yerləşən 16A saylı mənzildə həyat yoldaşı mərhum X31 ilə birlikdə yaşamışdır. X6 adına olan həmin mənzilin kommunal xidməti borcları yoxdur.
30. İş materiallarında olan Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X31 Bakı şəhəri, Yasamal, H.ünvan 5 ünvanında qediyyatdadır.
31. İş materiallarında olan xx.xx.2013-cü il tarixli AN-İ №0329098 seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, X25 öz mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., yerləşən 78 V saylı evin 16 saylı mənzilini alıcı Cavabdeh1 101920 manata satmışdır.
32. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Daşınmaz əmlaka mülkiyyət hüququ xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır.
33. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən olunur ki, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 82,5 kv m, yaşayış sahəsi 42,6 kv m, yardımçı sahəsi 39,9 kv m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə ona məxsus hissəni bacısının qızı hədiyyə alan Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Yasamal-42 MMC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Həsən bəy Zərdabi prospekti 78V ünvanda yerləşən 16 A saylı mənzil, əvvəl Qasımov Tahirə məxsus olub, hazırda isə Cavabdeh3 məxsusdur.
34. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. Daşınmaz əmlaka mülkiyyət hüququ xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır.
35. İş materialarında olan Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən edilir ki, Yesenin küçəsindəki 76 saylı ev X4 xüsusi mülkiyyəti kimi xx.xx.1994-cü il tarixdə qeyddiyyatdan keçmişdir.
36. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev 76. X4 xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
37. İş materillarında olan AZ-İ №034225 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.
38. İş materiallarında olan 22 fevral 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh1 16 yanvar 2003-cü ildə vəfat etmiş X4 vərəsəsidir. Şəhadətnamə verilən miras əmlak ev-Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev 76. ƏMDK yanında DƏDRX-nın kit.218, səh.20189, xx.xx.2013-cü il tarixli çıxarışa və 03/399 saylı, xx.xx.2013-cü il tarixli arayışa əsasən mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yar. Sah. 75,1 kv m olan 4 otağa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
39. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX0135473 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev 76. Cavabdeh1 xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
40. İş materiallarında olan X23 tərəfindən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X23 tanışı olan Cavabdeh1 ona atasından miras qalan Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 7 ünvanını torpaq və evi almaq niyyəti olduğunu, Cavabdeh1 həmin ünvanı rəsmiləşdirəndən sonra adına keçirəcəyinə söz verdiyini, lakin ona təcili pul lazım olduğu üçün bəyəndiyi mənzili almaq məqsədilə ondan əvvəlcədən xx.xx.2013-cü il tarixdə müəyyən hissə pul aldığını, bu barədə aralarında sənəd imzaladıqlarını, Cavabdeh1 həqiqətən qeyd edilən ünvanı 2013-cü iliin fevral ayının sonlarında öz adına rəsmiləşdirdiyini və həmin ilin mart ayında Cavabdeh1 ilə notariat ofisinə gedərək rəsmi alqı-satqı müqaviləsi imzaladıqlarını və aldığı ünvanın dəyərini tam ödədiyini bildirmişdir.
41. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Cavabdeh1 tərəfindən X14 verilmiş ərizədən görünür ki, Cavabdeh1 ona atasından qalan miras payı Mərdəkan qəsəbəsində, Yesenin küçəsində ev 7-nin torpaqla bağ evini X1, sənədləşdirməni adına keçirəndən sonra onun adına keçirəcəyini, ehtiyac olduğuna görə 125000 manatı əvvəlcədən aldığını, qalan pulun notariusda satış aparılanda ona ödəniləcəyini bildirmişdir. X23 125000 manat pul veridiyini imzası ilə təsdiq etmişdir.
42. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, 767 saylı fərdi yaşayış evini mumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yardımçı sah. 75,1 kv m, 4 otağı və mülkiyyətində olan 0,25 ha torpaq sahəsini alıcı X24 90.000 manata satmışdır.
Apellyasiya baxışının həddləri:
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
47. Həmin maddənin 2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
49. Həmin Məcəllənin 1146-cı maddəsinə əsassən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
50. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
51. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (1243.1) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (1243.2)
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
53. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
54. Həmin Məcəllənin 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
55. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
56. Həmin Məcəllənin 1321.2-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
57. “Notariat haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
59. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
60. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
61. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
62. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Hüquqi dəyərləndirmə:
63. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X18 miras qalan əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında uzadılması, ataları mərhum X18 qalan **-KZ-*** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ PAJERO” markalı minik avtomobilinin üzərində mərhumun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsindəki notariat ofisinin üzərinə qoyulması, ataları mərhum X31 ilə Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin üzərində mərhumun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində Notariat Ofisinin üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
64. İşin faktiki hallarından görünür ki, Qanuni nümayəndə mərhum X31 ilə faktiki olaraq nikaha daxil olmuşdur. Onların övladları İddiaçı2 və İddiaçı1 mərhumun soyadı verilmiş və atalığı tanınmışdır. xx.xx.2020-ci ildə Əsilov Sadiq vəfat etmişdir.
65. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürən iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
66. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
67. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisindən notarius işinin əsli götürülmüş və notarius işi nəzərdən keçirilərək müəyyən edilmişdir ki, mərhumun arvadı Cavabdeh1 notariat ofisinə ərizə ilə müraciət edərək, X19 qalmış miras əmlakı qəbul etdiyini, həmçinin ondan başqa İddiaçı1 və İddiaçı2 da vərəsə olduğunu bildirmişdir. Buna baxmayaraq, həmin notarius işindən görünür ki, digər vərəsələr barədə məlumat verilməsinə baxmayaraq onlara vərəsəlik işinin açılması ilə bağlı hər hansı məlumat verilməmişdir.
68. Halbuki, “Notariat haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
69. İş materiallarından və vərəsəlik işinin əslindən görünür ki, notarius tərəfindən “Notariat haqqında” Qanunun 55-ci maddəsinin tələblərinə riayət edilməmiş, yəni ərizəçi tərəfindən İddiaçı1 və İddiaçı2 da vərəsə olması bildirilsə də, həmin şəxslərə məlumat verilməmişdir.
70. Kollegiya qeyd edir ki, iddiaçıya vərəsəlik işinin açılması ilə bağlı notarius tərəfindən hər hansı məlumat verilmədiyindən, iddiaçıların qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməsi mümkün olmamışdır. Buna baxmayaraq, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə notariusa müraciətinə cavab olaraq müddətin ötürülməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmçinin Qanuni nümayəndə miras üçün qəbul müddətini cəmi 42 (qırx iki) gün ötürməsinin, daha doğrusu, onun necə və hansı şəraitdə notariat ofisinə gələrək ərizə ilə müraciət etməsinin səbəblərinə diqqət yetirməmişdir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 X18 miras qalmış 2012-ci ildə alınmış, 2002-ci ilin istehsalı olan ** KZ *** dövlət nömrə nişanlı «MİTSUBİŞHİ PAJERO « minik markalı avtomaşına dair 2021-ci ilin iyul ayında vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı 3 saylı Bakı “Asan Xidmət” mərkəzindəki notariat ofisinə müraciət etdikdə, o mirasqoyanın ondan başqa iki vərəsəsi də olduğunu bildirmişdir. Cavabdeh tərəf notariusun iddiaçıya cavabdehin müraciəti əsasında vərəsəliyin açılması ilə bağlı məlumat verməsini göstərsə də, işin faktiki halı ondan ibarətdir ki, bu məlumatı notarius deyil, mərhum Sadiqin anası Əsilova Validə iddiaçıya telefonla xəbər verərək gəlib notariatda mirasdan imtina barədə ərizə yazmalı olmasını bildirdikdən sonra miras əmlak barədə məlumatlı olmuşdur.
72. Məhkəmə kollegiyası cavabdeh tərəfin miras əmlak barədə məlumatın mənbəyi ilə bağlı izahatını inandırıcı sayır. Belə ki, məhz bu səbəbdən Qanuni nümayəndə həmin məlumatı aldıqdan sonra xx.xx.2021-ci il tarixdə, yəni mərhumun vəfatından 8 ay sonra, iki övladının mərhum X18 miras qalmış avtomaşına vərəsə tanınmasına dair ərizə ilə notariusa müraciət etmişdir. Mərhum vəfat edən günədək Cavabdeh1 ilə birlikdə yaşamasını, tərəfindən 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin məzmunu da təsdiq edir. Göründüyü kimi, Qanuni nümayəndə mərhumla ayrılıqda yaşadığından onun adına əmlaklar olub-olmamasını bilmirdi və bilə də bilməzdi.
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsində qeyd edilən maddi hüquq normasında nəzərə tutulan gecikdirmənin səbəbini üzrlü sayılmamanın əsaslarını düzgün əsaslandırmamış, bu normanın ümumilikdə tələblərinə diqqət yetirməmiş, riayət etməmişdir. Belə ki, qətnamədən və işin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh Hicran xanım notariusa özü məlumat verib ki, mərhumun qeyri-rəsmi nikahdan 2 övladı var. Maşınla bağlı onları iddiaçının övladlarının payının tanınmasına etiraz etmirlər. Cavabdeh tərəfin bir əmlakla belə məzmunlu izahatı həm iddiaçının uşaqlarının mirasda payların müəyyən edilməsi, həm də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrə gecikdirmənin səbəbini üzrlü sayması üçün hüquqi əsas idi.
74. Qeyd edilən hallara və yuxarıda istinad edilmiş hüquq normalarının tələblərinə əsasən, kollegiya hesab edir ki, “Notariat haqqında” qanunun tələbləri pozulduğundan, iddiaçı tərəfindən ötürülmüş müddət üzrlü hesab edilməlidir.
75. Məhkəmə kollegiyası vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair hissədə iddia tələbinə və apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, İddiaçı1 və İddiaçı2 X6 qanun üzrə vərəsələri olduğundan onların miras əmlaka pay hüququ müəyyən edilməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, Cavabdeh1 mərhumun rəsmi nikahda olduğu arvadı olduğundan və hazırda mübahisə predmeti olan miras əmlaklar onların birgə nikah dövründə əldə edildiyindən, iddiaçıların həmin əmlaklara vərəsəlik hüququ vardır.
76. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, “miras əmlak birgə nikah dövründə əldə edilsə də birgə vəsait hesabına əldə edilmədiyindən bölünməməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı MİTSUBİHİ PAJERO markalı minik avtomobili Cavabdeh1 atası X2 miras qalmış ünvan 9 ünvanda yerləşən torpaq sahəsinin və bağ evinin satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən bölünə bilməz.”.
77. Cavabdeh həmçinin iş materiallarında olan X15 Cavabdeh1 125000 manatı verməsini göstərən əlyazmaya istinad etmişdir. Kollegiya hesab edir ki, həmin sənəd mötəbər hesab edilə bilməz. Çünki, həmin sənəd notariat qaydasında imzalanmamaqla yanaşı, kollegiyada mənzilin alqı-satqısı üçün notariusun depozit hesabına deyil, adi qaydada verilməsi kollegiyada sübhə yaratmışdır.
78. “Notariat haqqında” Qaunun 74-cü maddəsinə əsasən, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir.
79. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, həmin əlyazmadakı imzanın həqiqətən də Şəfiyev Məmmədə aid olması araşdırılmamış, Şəfiyev Məmməd birinci instansiya məhkəməsində icraat zamanı cəlb edilərək, imzanın həqiqətən də ona aid olub-olmaması aydınlaşdırılmamışdır.
80. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
81. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
82. Kollegiya cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, mübahisəli əmlakların cavabdehə miras qalmış mülkün satışından əldə edilən vəsait hesabına alınması iş materialları ilə sübuta yetirilmir. Bundan başqa, avtomobilin cavabdehə miras qalmış əmlakların satışından əldə edilən vəsait hesabına alınması güman edilərsə, nəyə görə həmin avtomobilin mənzildə olduğu kimi Cavabdeh1 adına deyil, Əsilov Sadiqin adına olması halına cavabdeh tərəf kollegiya iclasında aydınlıq gətirə bilməmişdir. Başqa sözlə, Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzil kimi **-KZ-*** dövlət qeydiyyat nişanlı MİTSUBİHİ PAJERO markalı minik avtomobilinin də Cavabdeh1 adına eyni vaxtda rəsmiləşdirilməsi mümkün idi.
83. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı MİTSUBİHİ PAJERO markalı minik avtomobili Cavabdeh1 atası X2 miras qalmış ünvan 9 ünvanda yerləşən torpaq sahəsinin və bağ evinin satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən bölünə bilməməsinə dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
84. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
85. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
86. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin, mübahisə predmeti olan əmlakların, atası X2 miras qalmış əmlakların satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən bölünə bilməməsinə dair izahatı ilə onun nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsində maşınla bağlı iddiaçının övladlarının payının tanınmasına etiraz etməmələrinə dair verdiyi izahatın məzmunu ilə də uzlaşmır.
87. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi X23 tərəfindən xx.xx.2022-ci il tarixli ərizəsini, xx.xx.2013-cü il tarixli Cavabdeh1 tərəfindən X14 verilmiş ərizəsini, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, 767 saylı fərdi yaşayış evini mumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yardımçı sah. 75,1 kv m, 4 otağı və mülkiyyətində olan 0,25 ha torpaq sahəsini alıcı X24 90.000 manata satmasına dair xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsini qətnamədə əks etdirsə də, onları iddianın rədd edilməsi üçün əsas olaraq sübut kimi qiymətləndirməmiş, sadalamaqla kifayətlənmiş, başqa sözlə, bu sənədlərin sübut əhəmiyyətli olub-olmamasına ümumiyyətlə qiymət və əhəmiyyət verməmişdir.
88. Halbuki, qanunvericiliyin tələblərinə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
89. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinin iclasında sözügedən ərizə və alqı-satqı müqaviləsinə diqqət yetirilməsinin və bu əsasla da apellyasiya şikayətinin əsassız hesab olunmasına dair izahatlarına qiymət verərək onlara tənqidi yanaşmaqla yanaşı hesab edir ki, bu dəlillərin təqdimatı İddiaçı1 və İddiaçı2nın X6 qanun üzrə vərəsələri kimi atalarından qalmış miras əmlaka, pay hüququ müəyyən edilməməsi üçün hesablanmışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdeh tərəfin onlara qarşı olan iddianın birinci instansiya məhkəməsinin qətnaməsində rədd edilməsinə baxmayaraq iddianın rədd edilmə əsası kimi təqdim etdikləri sözügedən sənədlərə qətnamədə sübut kimi istinad və qəbul edilməməsinə ümumiyyətlə münasibət bildirməmələrini diqqətə alır.
90. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzil xx.xx.2021-ci il tarixində Cavabdeh1 tərəfindən Cavabdeh3 hədiyyə edilmişdir.
91. Kollegiya vurğulayır ki, qeyd edilən mənzil Cavabdeh1 ilə X22 birgə nikah dövründə əldə edildiyindən həmin əmlaka X22 vərəsələrinin miras hüququ vardır. Belə olan halda, həmin başğışlanma müqaviləsi etibarsız hesab edilməli və vərəsələrin həmin mənzilə miras hüququ müəyyən edilməlidir.
92. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləştirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi).
93. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
94. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmçinin qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd gösdərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
95. Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə məhkəmələr bunu nəzərə almalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə tələb olunan subyektiv hüququn yaranmadığını gösdərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
96. Beləliklə Konstitusya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
97. Sadalananlara əsasən, kollegiya hesab edir ki, mənzillə bağlı bağışlanma müqaviləsi həmin mənzil birgə nikah dövründə əldə edildiyindən və Cavabdeh1 atasından miras qalmış əmlakın satışından əldə edilmiş vəsait hesabına alınması sübuta yetirilmədiyindən etibarsız hesab edilməli, Cavabdeh3 verilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilin AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, həmin mənzilə, həmçinin avtomobilə İddiaçı1 və İddiaçı2 hər birinin 6/1, Cavabdeh1 isə 6/4 pay hüququ müəyyən edilməlidir.
98. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ötürülmüş müddət notarius tərəfindən “Notariat haqqında” qanunun 55-ci maddəsinin tələblərinə riayət edilməyərək iddiaçların məlumatlandırılmaması səbəbindən üzürlü hesab edilməli, bağışlama müqaviləsi etibarsız hesab olunmalı, Cavabdeh3 verilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilin AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı MİTSUBİHİ PAJERO markalı minik avtomobilinə İddiaçı1 və İddiaçı2 hər birinin 6/1, Cavabdeh1 isə 6/4 pay hüququ müəyyən edilməlidir. Nəticə:
99. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ötürülmüş müddət notarius tərəfindən “Notariat haqqında” qanunun 55-ci maddəsinin tələblərinə riayət edilməyərək iddiaçların məlumatlandırılmaması səbəbindən üzürlü hesab edilməli, bağışlama müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh3 verilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilin AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı MİTSUBİHİ PAJERO markalı minik avtomobilinə İddiaçı1 və İddiaçı2 hər birinin 6/1, Cavabdeh1 isə 6/4 pay hüququ müəyyən edilməlidir.
100. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-196/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilsin. Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilin bağışlanmasına dair bağlanmış xx.xx.2021-ci il tarixili bağışlama müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh3 verilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilin AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilə və **-KZ-*** dövlət qeydiyyat nişanlı MİTSUBİHİ PAJERO markalı minik avtomobilinə İddiaçı1 və İddiaçı2 hər birinin 6/1, Cavabdeh1 isə 6/4 pay hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev