Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5731/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 (1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi, Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü aşəxs qismində işə cəlb edilməklə) qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklara dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışların ləğv edilməsi, həmin əmlaklar üzərində payların müəyyən edilməsi, cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh1 ilə birgə nikah müddətində əldə olunmuş əmlaklarla bağlı Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 77/9, 71a saylı mənzilinin 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda 49-953 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binasının alğı-satqısına dair Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2014-cü il tarixli, 4Ə-3/787 reyestr nömrəli alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsinin alğı-satqısına dair Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-1131 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə Şahlar Allahverdiyev küçəsi, 12m saylı evin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və bununla bağlı həmin daşınmaz əmlaklara verilən dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2018-ci ildə Türkiyə Respublikası Bursa şəhəri Kestel ilçəsi Vanimehmet məhəlləsində hazırda Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə olan evdə payının müəyyən olunması, ona məxsus Saatlı rayonu Nəsimikənd kəndində Cavabdeh1 yaşadığı evdə olan Divar mebeli – 2.000 manat, Masa və 8 ədəd miz - 800 manat, Divan, kreslo – jurnal masası, Türkiyə istehsalı – 1.900 manat, Televizor “Sony” markalı – 1.000 manat, Yataq dəsti, siyirtmə – 1.000 manat, Çarpayı 2 ədəd - 900 manat, Mətbəx mebeli - 800 manat, Paltar yuyan “Samsung” markalı - 700 manat, Tozsoran “LG” markalı - 130 manat, Toster - 100 manat, Soyuducu – 1.000 manat, Soba - 200 manat, Mikser (türk) - 100 manat, Şirəçəkən - 100 manat, Blender - 100 manat, Nikel qazan dəsti, “Korkmaz” - 500 manat, Mantı qazanı - 100 manat, Qazan dəsti, 5 ədəd, “Tefal” - 250 manat, Çilçıraq 2 ədəd - 200 manat, Serviz qablar 4 dəst - Türk istehsalı – 1.500 manat, Serviz qablar 24 ədəd - 200 manat, Büllur qrafin 4 ədəd - 500 manat, Büllur stəkanlar 24 ədəd - 300 manat, Çay stəkanları 24 ədəd - 150 manat, Armudu çay stəkanları 24 ədəd - 150 manat, Büllur meyvə qabları 6 ədəd - 300 manat, Qaşıq dəsti Türk istehsalı - 200 manat, Qaşıq seti 24 ədəd - 250 manat, Boşqablar 24 ədəd - 150 manat, Büllur şirə stəkanları 24 ədəd - 200 manat, büllur qəndqabılar 8 ədəd - 300 manat, “Tefal” tava 3 ədəd - 100 manat, Xalça 3 ədəd – 1.100 manat, Döşək dəsti 6 ədəd - 600 manat, Yun yorğan dəst - 8 ədəd - 400 manat, Yun ədyallar 10 dəst - 300 manat, Yastıqlar 12 ədəd - 120 manat, Masa üstü süfrələr 10 dəst - 500 manat, Çay dəsmalları 24 ədəd - 240 manat, Əl dəsmalı 24 ədəd - 400 manat, Çay dəsmalları 30 ədəd - 300 manat, Tros boyunbağı 23 qr – 1.500 manat, İtalyan boyunbağı (uşaq) 2 dəst. 3 qr. – 1.000 manat, Ağ qızıl boyunbağı 2 dəst, 2 qr – 800 manat, Qolbağı, saat, rus qızılı, 5 qr. – 1.100 manat, Qolbağı, İtalyan, halqa, 5 qr. – 1.000 manat, Dairəvi üzük, 2 ədəd, rus qızılı – 1.000 manat, Üzük, İtalyan qızılı 3 ədəd – 1.500 manat, Burma bilərzik türk qızılı. 22 qr – 2.000 manat, Üzük-sırğa dəsti İtalyan – 1.800 manat, Sırğa üzük dəsti, italyan – 2.000 manat; 11. Kulon, rus qızılı, 3 qr – 150 manat, Kulon, 2 ədəd, 2 qr. – 300 manat, Tək qaş üzuk. italyan, 3 qr. – 500 manat, Tək sırğa. 2 ədəd, italyan – 1.000 manat, Tək üzük, rus. 3 qr. – 300 manat dəyərində olmaqla cehiz əşyalarının və ona hədiyyə olaraq verilən qızıl-zinət əşyalarının qaytarılması, onların hər hansı biri olmadığı və yararsız vəziyyədə olduğu halda dəyərinin ona ödəniİməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddia ərizəsində qeyd edilmiş cehiz əşyalarından divar mebelinin, stol və 8 ədəd stulun, Türkiyə istehsalı olan divanın, kreslonun, kamodun, 2 ədəd çarpayının, paltaryuyanın, “Toster" makinasının, soyuducunun, mikserin, sokçəkənin, blenderin, Nikel qazan dəstinin (Korkmaz), mantı qazanının, 5 ədəd qazan dəstinin (Tefal), 4 dəst servis qabların, 24 ədəd servis qabların, 4 ədəd xurustal qrafinin, 24 ədəd xurustal stəkanın, 24 ədəd çay stəkanının, 24 ədəd armudu çay stəkanının, 6 ədəd xurustal meyvə qabının,Türkiyə istehsalı olan qaşıq dəstinin, 24 ədəd qaşıq setinin, 24 ədəd boşqabın, 24 ədəd xurustal sok stəkanlarının, 8 ədəd xurustal qənd qablarının, 3 ədəd Tefal tavanın, 3 ədəd xalçanın, 6 döşək dəstinin, 8 ədəd yun yorğan dəstinin, 10 dəst yun ortüyün, 12 ədəd yastığın, 10 dəst stol üstü süfrənin, 24 ədəd çay dəsmallarının, 24 ədəd əl dəsmallarının, 30 ədəd çaydəsmallarının, habelə qızıl-zinət əşyalarından cavabdeh tərəfindən təqdim edilmiş fotolara uyğun olaraq 1 ədəd saatın, 1 ədəd klonun, 1 ədəd üzüyün və 1 cüt sırğanın Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya və 50 manat mediasiya xərcinin isə cavabdehə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, mediasiya haqqı da nəzərə alınmaqla dövlət rüsumu qismində 50 manat, yəni “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Halbuki, iddia üzrə 41 ədəd məişət və 15 ədəd qızıl-zinət əşyasının, bu əşyalar olmadıqda isə onların dəyərinin tutulması tələb edilmiş və həmin əşyalarının ümumilikdə 36.900 manat dəyərində olduğu qeyd edilmişdir. Hazırki apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin qətnaməsinin, həmçinin, “Sony” markalı Televizorun (1.000 manat), Yataq dəstinin, siyirtmənin (1.000 manat), Mətbəx mebelinin (800 manat), “LG” markalı Tozsoranın (130 manat), Sobanın (200 manat), 23 qram çəkidə tros boyunbağının (1.500 manat), 3 qram çəkidə, 2 dəst İtalyan istehsalı olan boyunbağının (uşaq) (1.000 manat), 2 qram çəkidə 2 dəst ağ qızıl boyunbağının (800 manat), 5 qram çəkidə, italiya istehsalı olan halqa qolbağın (1.000 manat), 2 ədəd rus istehsalı olan qızıl dairəvi üzüyün (1.000 manat), 3 ədəd italiya istehsalı olan üzüyün (1.500 manat), 22 qram çəkidə olan türk istehsalı olan burma bilərziyin (2.000 manat), italiya istehsalı olan üzük-sırğa dəstinin (1.800 manat), italiya istehsalı olan sırğa-üzük dəstinin (2.000 manat), 2 qram çəkidə 2 ədəd kulonun (300 manat), 3 qram çəkidə rusiya istehsalı olan tək üzüyün (300 manat) qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin əşyaların, habelə onların dəyərinin cavabdehlərdən tutulması tələb edilir. Bu əşyaların ümumi dəyəri isə 16.330 manat təşkil edir. Bu baxımdan cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə bu məbləğ üçün nəzərdə tutulmuş (10.000 manatadək 120 manat + qalan 6.330 manat üçün 18,99 manat = 138,99) 138,99 manat məbləğinin 50 faizi miqdarında, yəni (138,99 / 2 = 69,45) 69,45 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Nəticə etibarı ilə iddiaçı apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsini və apellyasiya şikayətinin qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 363-cü, 366-cı, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5731/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5731/2023
07.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver