Məhkəmə qərarları › İş №2(103)-5739/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5739/2021

01.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5739/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)-54/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı “cavabdehin qanunsuz hərərkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, ünvan 1 ünvanın pəncərəsinin yanında tikilən tikintiləri öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə cavabdehin əsil cavabdeh ilə əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh2nə qarşı “cavabdehin qanunsuz hərərkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təqdim edərək, Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulması, ünvan 1 ünvanın pəncərəsinin yanında tikilən tikintiləri öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1996-cı il tarixdən mülkiyyətində olan ünvan 1 (03.04.1996-cı il tarixli, Serya MH 049245 nömrəli, Mülkiyyət Hüquqların qeydiyyat vəsiqəsi) ünvanında ailəsi ilə birgə yaşayır. Cavabdeh2 Nərimanov rayonunda hündür binaların tikilişi ilə məşğuldur. ünvan 1 ünvanın iki otaqlı mənzilin bir pəncərəsi, otaqlara işıq düşən bir pəncərəsi vardır. Cavabdeh2 iki otaqlı mənzilin bir pəncərəsinin qabağından pəncərəni bağlayaraq ara məsafəsi qoymadan hündür mərtəbəli bina tikirlər. Onun ailəsinin həyatı təhlükədədir. Çünki, Cavabdeh2 tikinti normalarına və təhlükəsizlik normalarına əməl etmədən qanunsuz olarq işlər görürlər. Cavabdehə bu hərəkətlərinə son qoyulması üçün dəfələrlə müraciət etsələrdə, onlara məhəl qoymadan öz işlərini davam etdirirlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)-54/2021 saylı qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən şikayət verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə qeyd olunur ki, Cavabdeh2 MMC tikinti normalarına və təhlükəsizlik normalarına əməl etmədən qanunsuz olaraq işlər görərək İddiaçı və ailəsinin həyatını təhlükə altında qoyur. Məhkəmə kollegiyasının iclasında İddiaçı qız apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 049245 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 saylı evin, 15 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 584 nömrəli reyestr kitabında 87691 saylı səhifədə 30 N 28815 nömrə ilə 03.04.1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, № 381 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki, aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən mübahisəli tikilinin inşası zamanı tikililər arasında ara məsafəsi saxlanılmadıgından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-cimaddəsinə əməl edilmədiyi müəyyən edilir. İş materiallarında olan 390 saylı, 27 sentyabr 2017-ci il tarixli Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarını rəhbər tutaraq, Cavabdeh2 MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalmavə Tikinti Məcəlləsinin 74.1,75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.10.2016-cı il tarixli 02/05-1523 və 11.11.2016-cıil tarixli 02/05-1632 nömrəli razılaşma məktubları, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı və 18.012017-ci il tarixli 37nömrəli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Baş İdarəsinin 11.09.2017-ciil tarixli, 24124 nömrəli ekspertiza rəyini nəzərə alaraq:

1. T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilsin. 2.Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşaların müraciətləri iş şöbəsinə tapşırılsın. İş materiallarında olan 18.012017-ci il tarixli 37 nömrəli T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları”nın 3.2 bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.10.2016-cı il tarixli 02/05-1523 məktubu ilə razılaşdırılmış, T.Şıxəliyev küçəsi 6, Qarabağ küçəsi 30, 32, 34 və ünvan 3 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin ərazi planlaşdırma sənədləri təsdiq olunsun. İş materiallarında olan 13/16 nömrəli 2016-cı il tarixli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktının surətindən görünür ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti küçəsi cizgidə göstərilən sərhədlər daxilində 1.706 ha Yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh2 MMC verilib. İş materiallarında olan 13.04.2017-ci il tarixli, 37/34-01392 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, T.Şıxəliyev küçəsi,Qarabağ küçəsi, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən istismar müddəti keçmiş yaşayış evləri barədə rəy verilməsi ilə bağlı Tikintidə X2 Agentliyinə ünvanladığınız 27 oktyabr 2016-cı il tarixli 1/698 nömrəli məktuba baxılmışdır. Bildiririk ki, Nazirliyin “ Azəriinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə Nərimanov rayonu T.Şıxəliyev 6 (ümumi həyət), Qarabağ 30, 32, 34 (ümumi həyət) Əhmədbəy Ağaoğlu və Xətai prospekti 29, 31, 33 (ümumi həyət) ünvanlarında yerləşən evlərinə vizual texniki baxış keçirərək 18.02.2017-ci il tarixli müvafiq akt tərtib etmişlər. İş materiallarında olan "xxxx" ASC-nin Texniki Departamentinin 28.12.2019-cu il tarixli SA- 19/0124 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə (Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən "xxxx" ASC tərəfindən verilmiş TX-19/0730 saylı 24.06.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Cavabdeh2 MMC-yə məxsus yaşayış binası yeni transformator məntəqəsindən qidalanır. Mənzillərə sayğac quraşdırılmasına və qeydiyyata alınmasına etiraz etmirik. İş materiallarında olan "xxxx" ASC-nin Texniki Departamentinin 18.11.2019-cu iltarixli BA- 19/1059 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə(Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşənyüksəkmərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən "xxxx" ASC tərəfindənverilmiş TX-19/0730 saylı 24.06.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Obyektinşəbəkəyə qoşulmasına etiraz etmirik. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 17.1-cu maddəsinə əsasən Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2-cu maddəsinə əsasən, ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3-cu maddəsinə əsasən, ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. 17.5-cu maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. 57.2-ci maddəsinə görə, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 3 sanitariyagigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidri; istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbıəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika(səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; nerji resurlarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin yikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır(xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri). 64.1-ci maddəsinə əsasən, tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: tikinti obyektinin təyinatına görə istismar şəraiti; (64.1.1. maddəsi) ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri;( 64.1.2. maddəsi) tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü.( 64.1.3. maddəsi) 69.1-ci maddəsinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.4-cü maddəsinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə görə ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 saylı evin, 15 saylı mənzili 03.04.1996-cı il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və hazırda da mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, № 381 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən mübahisəli tikilinin inşaası zamanı tikililər arasında ara məsafəsi saxlanılmadıgından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilməyib. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 390 saylı, 27 sentyabr 2017-ci il tarixli binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncamı ilə T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır. 13/16 nömrəli 2016-cı il tarixli istifadəyə( icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktının surətindən görünür ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti küçəsi cizgidə göstərilən sərhədlər daxilində 1.706 ha Yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh2 MMC verilib. 13.04.2017-ci il tarixli, 37/34-01392 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən istismar müddəti kemiş yaşayış evləri barədə rəy verilməsi ilə bağlı Tikintidə X2 Agentliyinə ünvanladığınız 27 oktyabr 2016-cı il tarixli 1/698 nğmrəli məktuba baxılmışdır. Bildiririk ki, Nazirliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə Nərimanov rayonu T.Şıxəliyev 6 (ümumi həyət), Qarabağ 30,32,34 (ümumi həyət) Əhmədbəy Ağaoğlu və Xətai prospekti 29,31,33 (ümumi həyət) ünvanlarında yerləşən evlərinə vizual texniki baxış keçirərək 18.02.2017-ci il tarixli müvafiq akt tərtib etmişlər. "xxxx" ASC-nin Texniki Departamentinin 28.12.2019-cu il tarixli SA-19/0124 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə (Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən "xxxx" ASC tərəfindən verilmiş TX-19/0730 saylı 24.06.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Cavabdeh2 MMC-yə məxsus yaşayış binası yeni transformator məntəqəsindən qidalanır. Mənzillərə sayğac quraşdırılmasına və qeydiyyata alınmasına etiraz etmirik. "xxxx" ASCnin Texniki Departamentinin 18.11.2019-cu il tarixli BA-19/1059 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə (Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən "xxxx" ASC tərəfindən verilmiş TX-19/0730 saylı 24.06.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Obyektin şəbəkəyə qoşulmasına etiraz etmirik. İddiaçı Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulması, ünvan 1 ünvanın pəncərəsinin yanında tikilən tikintiləri öz hesabına sökülməsini xahiş etmiş, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Yekunda araşdırmanın nəticəsi olaraq, mübahisələndirilən ərazidə Cavabdeh2nə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti göstərilən sərhədlər daxilində 1.706 ha Yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır. Habelə, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin tərtib etdikləri 18.02.2017-ci il aktdan da görünür ki, istismar müddəti keçmiş yaşayış binaları barədə rəy verilməsi üçün yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə həmin yaşayış evlərinə vizual texniki baxış keçirilmişdir. Mülki iş materiallarından da görünür ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən inzibati orqanın sərəncamları mübahisələndirilməyib, hazırki mərhələdə bu məsələlər həllini tapmayıb. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yoxdur, başqa sözlə mülkiyyətdəki əmlakın qanunsuz olaraq zəbt olunması faktı müəyyən edilməyib, hazırda iddiaçı mübahisəli tikili ilə ona məxsus fərdi yaşayış evinin pəncərəsi arasındakı ara məsafəsinin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə əməl edilmədən inşa edildiyini, bu səbəbdən də mübahisəli tikilinin sökülməsini xahiş edir. Lakin mülki iş materiallarından göründüyü kimi, hazırda cavabdeh cəmiyyətə müvafiq ərazidə tikintinin aparılması üçün verilmiş icazələr, sərəncamlar qüvvəddədir, ləğv edilməyib, onların etibarsız hesab edilməsi ilə bağlı tələblər mövcud deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab etmişdir ki qanunverciliyin sadalanan normaları iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yaxud da iddiaçıya məxsus daşınmaz əmlakın bir hissəsində tikilinin inşa olunaraq ərazinin zəbt olunması faktı müəyyən edilmir, iddiaçı mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarlarını mübahisələndirməlidir, həmin qərarlar mübahisələndirilərkən tikililər arasındakı ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq qiymət verilməlidir. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, № 381 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki, aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən mübahisəli tikilinin inşası zamanı tikililər arasında ara məsafəsi saxlanılmadıgından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədiyi müəyyən edilir. Məhkəmə iş üzrə sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, bununla da məhkəmə iddiaçıya izah etmişdir ki, iddiaçı Cavabdeh2nə qarşı mübahisəli tikililər arasındakı məsafəsini dövlət şəhərsalma norma və qaydalarına əməl edilməməsi ilə bağlı dəymiş ziyanın kompensasiya edilməsi hüququndan məhrum olmamışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)- 54/2021saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar