Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5745/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərişıq»”ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və vurulmuş maddi ziyana görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)-2364/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının mülkiyyətində iki fərdi yaşayış evi olmaqla, hər bir evə ayrıca abonent kodu verilmiş və ayrıca sayğac quraşdırılmışdır. Cari ilin fevral ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin sayğaclarına baxış keçirilən zaman hər iki sayğacda müdaxilənin olması əsası ilə sayğaclar (onlara baxış keçirilməsi məqsədilə ilə) laborotoriyaya aparılmış və abonent barəsində ayrı-ayrılıqda aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında 13658,06 manat və 5200,39 manat məbləğində olmaqla, ümumilikdə 18858,45 manat borc hesablanmışdır. Borc ödənilməzsə elektrik enerjisinin verilməsinin dayandırılmasından ehtiyat edən iddiaçının həyat yoldaşı tələb olunan borc məbləğlərini ödəmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və vurulmuş maddi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz olaraq ona məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv ərazisində yerləşən və abunə hesabı 057022000T0045 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli, NDM 038093 nömrəli akt əsasında hesablanmış 13658 manat və abunə hesabı **********00457 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038094 nömrəli akt əsasında hesablanmış 5200 manat cərimə borcu məbləğlərinin qanunsuz və əsassız hesab edilərək abunə hesablarından silinməsi, həmçinin qeyd olunan aktlara əsasən hesablanaraq onlara məcburi qaydada ödətdirilmiş ümumilikdə 18858 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat, cəmi 19158 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı X4 birlikdə 2013-cü ildən mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evləri 2008-ci ildə inşa edilməyə başlanmış və elə həmin ildə də evlərinə həyat yoldaşı Nazim Mürsəlovun adına 057022000T0045 saylı abunə hesabı açılmış və elektrik sayğacı quraşdırılmışdır. Həmin vaxtdan hər ay evlərində sərf edilmiş elektrik enerjisinin dəyəri sayğac əsasında qeydə alınmış sərfiyyatlar əsasında ödənilmişdir. Bundan başqa həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən və yenə mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış 0,6 ha torpaq sahəsində 2014cü ildə inşa edilmiş və faktiki olaraq övladının yaşadığı fərdi yaşayış evi də, elə həmin ildən onun adına **********00457 saylı abonent hesabı açılmaqla elektrik sayğacı ilə təchiz edilmiş və həmin vaxtdan da bu mənzildə də sərf olunmuş elektrik enerjisinin dəyəri sayğac göstəriciləri əsasında qeydə alınmış aylıq sərfiyyatlara uyğun olaraq ödənilmişdir. 22 fevral 2024-cü il tarixdə cavabdehin bir qrup əməkdaşı onun yaşadığı ünvana gələrək guya küçədə quraşdırılmış elektrik sayğacına müdaxilə olunduğunu bildirməklə sayğacı laboratoriyada yoxlanılması üçün aparacaqlarını bildirdilər. Həmin vaxt tərəflərindən sayğaca heç bir müdaxilə olunmadığını bildirsələr də, cavabdehin nümayəndələri buna məhəl qoymadan həyat yoldaşı Nazim Mürsəlovun adına olan 057022000T0045 saylı abunə hesabı üzrə xx.xx.2024-cü il tarixli 038093 nömrəli akt tərtib edərək ərazidən getdilər. Həmin gün bir neçə saat sonra cavabdehin başqa əməkdaşları gələrək “məişət istehlakçılarında sayğacların dəyişdiriməsi, yoxlanılması və quraşdırılması haqqında” 673593 nömrəli protokol tərtib etməklə sayğacı küçədə quraşdırıldığı yerdən çıxarıb yenisi ilə əvəz etdilər. Bundan iki gün sonra, yəni 24 fevral 2024-cü il tarixdə cavabdehin təxminən 5-6 nəfər əməkdaşı xüsusi texnika ilə yaşadıqları ünvana gələrək xx.xx.2024-cü il tarixli 038093 nömrəli akt əsasında 13658,06 manat cərimə borcu hesablanması barədə bildiriş təqdim edərək borcun təcili olaraq ödənilməsini, ödənilməyəcəyi təqdirdə evlərinin elektrik təchizatının dərhal dayandırılacağını bildirdilər. Onlar buna etiraz etsələr də, cavabdehin əməkdaşları elektrik enerjisinin dayandırılması üçün əraziyə xüsusi texnika (kran) gətirdikdən sonra həyat yoldaşı N.Mürsəlov onun həmin vaxt kəskin qrip xəstəliyinə yolduxduğundan və eyni zamanda digər xəstəliklərdən də əziyyət çəkdiyindən soyuq havada vəziyyətinin daha da ağırlaşmasından ehtiyyat edərək təqdim olunan cərimə məbləğini ödəmək məcburiyyətində qaldı və elə həmin vaxt da hökumət ödəniş portalı vasitəsi ilə 13658 manat pul vəsaitini cavabdehə ödədi. Cavabdehin qanunsuz olaraq hesabladığı qeyd olunan məbləğdə pul vəsaiti onlara məcburi ödətdirildikdən sonra cavabdehin əməkdaşları elə həmin gün qonşuluqda yerləşən onun adına **********00457 saylı abonent hesabı olan fərdi yaşayış evlərinə quraşdırılmış sayğaca da guya müdaxilə edildiyini bildirərək xx.xx.2024-cü il tarixli akt və həmin tarixli “məişət istehlakçılarında sayğacların dəyişdiriməsi, yoxlanılması və quraşdırılması haqqında” 673593 nömrəli protokol tərtib etməklə sayğacı küçədə quraşdırıldığı yerdən çıxarıb yenisi ilə əvəz edib, çıxarılan sayğacı özləri ilə apardılar. 26 fevral 2024-cü il tarixdə isə cavabdehin nümayəndələri yenə yaşadıqları evə gələrək sonuncu sayğaca görə də həmin evlərinə 5200 manat cərimə hesablandığını və həmin cərimənin də təcili olaraq ödənilməyəcəyi təqdirdə hər iki evlərinin elektrik təchizatını dayandıracaqlarını bildirib həmin məbləğin də ödənilməsini tələb etdilər. Həyat yoldaşı yuxarıda qeyd olunan səbəblərdən məcburiyyət qarşısında qalaraq tələb olunan 5200 manat məbləği də cavabdehə ödədi. Hesab edir ki, cavabdeh "xxxx" ASC təbii inhisarçı mövqeyindən sui-istifadə edərək sözügedən hərəkətləri ilə istehlakçı hüquqlarını kobud şəkildə pozmaqla üzərlərinə qanunsuz və əsassız öhdəlik qoymuşdur. Ona görə də, cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv ərazisində yerləşən və abunə hesabı 057022000T0045 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038093 nömrəli akt əsasında hesablanmış 13658 manat və abunə hesabı **********00457 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038094 nömrəli akt əsasında hesablanmış 5200 manat cərimə borcu məbləğləri qanunsuz və əsassız olduğundan müvafiq abunə hesablarından silinməli, həmçinin qeyd olunan aktlara əsasən hesablanaraq onlara məcburi qaydada ödətdirilmiş ümumilikdə 18858 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunan ünvandakı fərdi yaşayış evləri təbii qazla təchiz edilmişdir və onların isidilməsi təbii qazla işləyən kombi istilik sistemləri vasitəsilə həyata keçirilir. Buna görə də, qeyd olunan evlərində elektrik enerjisindən ancaq işıqlandırma məqsədilə istifadə edilir. Yalnız yay aylarında havanının temperaturunun həddindən artıq isti olduğu vaxtlarda kondisionerdən istifadə edilir ki, onun da sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi maddi imkanları daxilindədir. Ona görə də, qeyd olunan evlərdə heç zaman elektrik enerjisindən qanunsuz istifadə olunmayıb, buna ehtiyacları da olmayıb. Sözügedən elektrik sayğacları enerjitəchizatı müəssisəsi, yəni cavabdehin özü tərəfindən quraşdırılaraq müvafiq möhürlərlə möhürlənmiş və onların özləri tərəfindən istismar olunmuşdur. Həmin sayğaclar evlərinin hasarlarının xaricində, yəni hər kəsin ümumi istifadəsində olan küçədə quraşdırılmıdır. Hasarın xaricində quraşdırılmış sayğacın tərəflərindən qorunub saxlanılması isə mümkün deyil. Həmçinin sayğacların istismarı və qorununb saxlanılması ilə bağlı hər hansı məsuliyyətin istehlakçı olaraq üzərlərinə qoyulmasına dair aralarında heç bir müqavilə və ya əlavə razılaşma olmamışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən isə yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Cavabdeh müəssisəsinin nümayəndələri mütəmadi olaraq (ən azı ayda bir dəfə) həmin sayğaclara baxış keçirir və sayğacın göstəricilərini qeyd edərək onlara bildirişlər təqdim edirlər. Cavabdehin əməkdaşları sonuncu dəfə həmin sayğaca mübahisələndirilən aktın tərtib olunmasından müvafiq olaraq 19 və 21 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baxış keçirmişlər. Əgər həmin sayğaclarda həqiqətən hər hansı bir uyğunsuzluq olsa idi ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyat barədə onlara müvafiq bildirişlər təqdim etmişdirlər. Cavabdeh təbii inhisarçı mövqeyindən sui-istifadə edərək fərdi yaşayış evlərinin elektrik enerjisi təchizatının dayandırılması hədəsi ilə qanunsuz və əsassız olaraq 18858 manat pul vəsaitini məcburi qaydada öz hesabına ödətdirməklə, həmçinin hazırki iş üzrə hüquqlarının müdafiəsinin təşkil olunması üçün vəkil xidmətlərinə görə 300 manat əlavə xərcə məruz qoymaqla ona maddi ziyan vurmuş və nəticədə əsassız varlanmışdır.
4. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-nin satışa nəzarət şöbəsinin mühəndisi vəzifəsində çalışır. Səhv etmirsə 22 mart tarixində onlara təhkim olunmuş ərazidə baxış keçirərkən abonentin sayğacının alt qapağının möhürünə müdaxilə olunduğunu aşkar etmişlər. Bu barədə abonentə məlumat vermişlər və sayğacı laborotoriyaya aparmışlar. Laborotoriyada sayğaca baxış keçirərkən sağacın alt qapağının möhürünə həqiqətən də müdaxilə edildiyini müəyyən etmişlər. Rəyin tərtibi zamanı abonentə iştirak etməsi üçün məlumat versələr də, abonent iştirakdan imtina etmişdir. Abonent onlara sayğaca müdaxilə edilməsi barədə məlumatlı olmasını bildirmişdir. Hesab edirlər ki, müdaxilə məhz abonent tərəfindən edilib. Çünki, abonent onlara müdaxilədən məlumatlı olmasını bildirmiş və onun barəsində cərimə tətbiq olunduğu zaman qeyd-şərtsiz cəriməni ödəmişdir. Akt tərtib edilərkən abonentin iştirakı təmin edilmişdir. Abonent bir aktı imzalasa da, digər aktı imzalamaqdan imtina etmişdir. Çünki, evlərdən biri özünün, digəri isə oğlunun evidir. Abonentin oğlu isə ümumiyyətlə iştirak etməkdən imtina etmişdir. Bütün sualları abonent özü cavablandırmışdır. Əgər sayğacda aşkar edilmiş qüsur texniki qüsur olsa idi, o zaman sayğac "xxxx" ASC tərəfindən dəyişdiriləcəkdi. Ərazidə nəzarəti həyata keçirən digər əməkdaşlar sayğacda olan qüsurları ola bilsin diqqətsizlik nəticəsində aşkar etməmişlər.
5. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, tərəflərindən 22 və 24 fevral tarixlərində akt tərtib edilmişdir. Sayğaclarda axan yük qeyd edilmədiyinə görə akt tərtib olunmuşdur. Sayğaclar abonentin yanında açılmış, polietilen torbalarda möhürlənmiş şəkildə laborotoriyaya təhvil verilmişdir. Tərtib edilmiş aktlar əsasında laborotoriyada sayğaclara baxış keçirilmiş və rəy tərtib edilmişdir. Abonent bir aktı imzalamaqdan imtina etmişdir. Nəzarətçilər ay ərzində xeyli sayda sayğaca baxış keçirməli olurlar. Eyni zamanda nəzarətçilər onlar kimi mütəxəssis deyillər. Onların işi elektrik enerjisinin talanmasının qarşısını almaqdan ibarətdir. Nəzarətçilərin bir neçə vəzifəsi olduğu üçün sayğacdaki müdaxilə gözündən qaça bilərdi. Belə hallar aşkar etdikləri halda nəzarətçilərdən izahat alınır, barəsində tədbirlər görülür. Qeyd edir ki, ilk öncə abonent onlarla mülayim rəftar edirdi. Lakin sonradan rəftarı sərtləşmişdi. Abonent özü də bildirmişdir ki, 2017-ci il tarixində sayğaca müdaxilə olunub. Bu etirafını isə ikinci sayğacda müdaxilə aşkar edildikdə etmişdir. Abonent xahiş etmişdir ki, ikinci akt əsasında hesablanacaq məbləğ birinci akt əsasında hesablanmış məbləğdən az qeyd edilsin. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyul 2024-cü il tarixli, 2(006)-2364/2024 saylı qətnaməsi ilə (hakim-Tağıyev Ceyhun) iddia tələbi qismən təmin edilərək, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı və 24 fevral 2024cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktların etibarsız hesab edilməsi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 45 ünvanı üzrə **********T0045 saylı abunə koduna hesablanmış 13558,06 manat və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 457 ünvanı üzrə **********00457 saylı abunə koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı akt əsasında hesablanmış 13558,06 manat və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı akt əsasında hesablanmış 5100,39 manat olmaqla, ümumilikdə 18658,45 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan:
7. JN seriyalı 8439H saylı (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri 01 saylı Dövlət Notariat Kontorunun 21 fevral 2003-cü il tarixli, 4Ə-1-108 saylı müqaviləsi ilə satılmış 0,06 hektar fərdi yaşayış evi tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 7892 nömrə ilə kitabda qeydə alınmışdır.
8. JN seriyalı 8299H saylı (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri 01 saylı Dövlət Notariat Kontorunun 02 may 2003-cü il tarixli, 4Ə-3-299 və 4Ə-3-300 saylı müqavilələri ilə satılmış 0,12 hektar fərdi yaşayış evi tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 7893 nömrə ilə kitabda qeydə alınmışdır.
9. 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 038093 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddia ərizəsində qeyd olunan ünvanda (Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 45) “X2 Qaydaları”na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacının ekran tablosunda L1 və L3 gərginlik işarələri itmişdir. Belə ki, sayğac 1 və 3-cü fazadan gərginliyi görmədiyi üçün həmin fazalardan axan yükü hiss etmir. Aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsi aktı imza etməkdən imtina etmişdir.
10. 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 038093 saylı akt əsasında tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027471 saylı aktprotokolun nəticə hissəsinə əsasən sayğacın 559930 nömrəli dövlət möhürü və ******* nömrəli alt qapaq möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “A” və “C” fazalarının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır.
11. Həmin akta əsasən abonentə 13658,06 manat əlavə sərfiyyat hesablanmışdır.
12. 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddia ərizəsində qeyd olunan ünvanda (Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 457) “X2 Qaydaları”na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacın L2 işarəsi ekran tablosundan görünmür. Bu halda sayğac “B” fazasından axan yükü hiss etmir. Elektrik sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə izləri vardır. Akt abonentin nümayəndəsi N.Mürsəlov tərəfindən imzalanmışdır.
13. 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 038094 saylı akt əsasında tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027472 saylı aktprotokolun nəticə hissəsinə əsasən sayğacın 511556 nömrəli dövlət möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “B“ fazasının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır.
14. “Davinci” hospitalın epikrizinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, İddiaçı müxtəlif növ xəstəliklərdən (şəkərli diabet, təngənəfəslik və s.) əziyyət çəkir.
15. Ödəniş qəbzindən görünür ki, hüquqi xidmətin göstərilməsi ilə əlaqədar iddiaçı tərəf 300 manat məbləğində ödəniş etmişdir. 16.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçının mülkiyyətində iki fərdi yaşayış evi olmaqla, hər bir evə ayrıca abonent kodu verilmiş və ayrıca sayğac quraşdırılmışdır. Cari ilin fevral ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin sayğaclarına baxış keçirilən zaman hər iki sayğacda müdaxilənin olması əsası ilə sayğaclar (onlara baxış keçirilməsi məqsədilə ilə) laborotoriyaya aparılmış və abonent barəsində ayrı-ayrılıqda akt tərtib edilmişdir. Həmin aktlar əsasında 13658,06 manat və 5200,39 manat məbləğində olmaqla, ümumilikdə 18858,45 manat borc hesablanmışdır. Sözügedən aktlar müxtəlif tarixlərdə tərtib edilmiş və onlardan 22 fevral 2024-cü il tarixli aktın tərtibi zamanı abonentin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. 17.Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”na istinad edərək qeyd etmişdir ki, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur 18.Məhkəmə həmçinin qeyd etmişdir ki, baxış keçirilmiş və "xxxx" ASC-nin əməkdaşlarının sözlərinə görə müdaxilə aşkar edilmiş hər iki sayğac abonentin cavabdehliyi sərhəddində (evin içində) deyil, yaşayış evinin çölündə quraşdırılmışdır. 19.Məhkəmə qeyd olunan Qaydalara istinad edərək qeyd etmişdir ki, məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. 20.Məhkəmə qeyd etmişdir ki, hər iki sayğacda müdaxilə aşkar edilsə idi belə "xxxx" ASC-nin əməkdaşları sayğacların abonentin nəzarətindən kənar ərazidə quraşdırıldığını nəzərə almamış və aktların tərtibi zamanı yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə riayət etməmişlər.
21. İddiaçının tərtib edilmiş aktlar əsasında hesablanmış olan borc məbləğini ödəməsinə münasibətdə isə qeyd etmişdir ki, işdə olan sənədlərlə göründüyü kimi, iddiaçının səhhətində problemlərin olması, habelə cərimənin qış aylarında tətbiq edilməsi və ödənilmədiyi təqdirdə iddiaçının ailəsi ilə birlikdə həmin soyuq hava şəraitində elektrik enerjisiz qalması riski və digər hallar iddiaçını əsassız olsa da, ümumilikdə 18858,45 manat məbləğində borcu ödəməyə məcbur etmişdir.
22. Buna görə də məhkəmə hesab etmişdir ki, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktlar qanunsuz olduğundan, etibarsız hesab edilməlidir. Həmçinin, həmin aktlar etibarsız hesab edildiyindən, onların əsasında hesablanmış elektrik enerjisi borcu silinməlidir. 23.Məhkəmə əlavə etmişdir ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli, NDM 038093 nömrəli akt əsasında hesablanmış 13658 manat və xx.xx.2024-cü il tarixli NDM 038094 nömrəli akt əsasında hesablanmış 5200 manat borcun silinməsini tələb etsə də, həmin aktlar etibarsız hesab edildiyindən, onlar əsasında hesablanmış borc məbləği tam həcmdə (yəni aktlar üzrə qalıq hissələri olan 0,6 manat və 0,39 manat də daxil) silinməlidir. 24.Lakin borcun hesablandığı dövrdə iddiaçının fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamasını, bununla da elektrik enerjisindən sərf etməsini və təqdim edilmiş çıxarışa əsasən iddiaçının qış fəsli üçün adi elektrik enerjisi sərfiyyatını nəzərə alıb, məhkəmə tərtib edilmiş hər akt üzrə 100 manat elektrik enerjisi sərfiyyatı borcunu çıxmaqla, İddiaçı adına olan **********T0045 saylı abonent koduna hesablanmış 13558,06 manat və **********00457 saylı abonent koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməli olması qənaətinə gəlmişdir. 25.Əsassız olaraq hesablanmış borcun silinməsinə dair qənaətə gəlməklə yanaşı məhkəmə qış fəsli üçün adi elektrik enerjisi sərfiyyatını nəzərə alıb hər akt üzrə 100 manat pul vəsaitini çıxılmaqla iddiaçı tərəfindən ümumilikdə ödənilmiş olan 18658,45 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olmasını zəruri hesab etmişdir. 26.Məhkəmə həmçinin cavabdeh tərəfdən şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibətdə qeyd etmişdir ki, həmin ifadələr məhkəmə tərəfindən sübut kimi qiymətləndirmir. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. 27.Məhkəmə qeyd etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin cavabdehin əməkdaşı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. 28.Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin şahidin ifadələri, əgər ifadələri ilə bağlı mötəbər sübut təqdim edilsə idi, digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfin şahidlərinin ifadələri yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. 29.Məhkəmə öz mövqeyini “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci; “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13 və 17-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın 8.32, 8.33-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 14.2, 77.1, 217.4, 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
30.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin qisməniddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 31.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv ərazisində (abunə kodu:057022000T0045) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış keçirilən zaman elektrik sayğacının ekran tablosunda L1 və L3 gərginlik işarələrin itirilməsi, sayğac 1 və 3-cü fazadan gərginliyi görmədiyi üçün həmin fazalardan axan yükü hiss etməməsi müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşlar (A.Hacıəhmədov və V.Əhmədov) tərəfindən xx.xx.2024cü il tarixli NDM 038093 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsi (Nazim Mürsalov) iştirak etsə də aktı imza etməkdən imtina etmişdir. Elektrik sayğacı yenisi ilə əvəz olunaraq, xx.xx.2024-cü il tarixli 673593 saylı sayğac dəyişmə protokol tərtib edilmişdir və Laboratoriya Mərkəzinə yoxlanması üçün göndərilmişdir. Yoxlama nəticəsi “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027471 saylı akt-protokolda qeyd edilmişdir - ”sayğacın 559930 nömrəli dövlət möhürü və ******* nömrəli alt qapaq möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “A” və “C” fazalarının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablamışdır.” "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2024-cü il tarixli NDM 038093 saylı akt üzrə 105.062 kvts= (25,7 kvt:3*2)*0,7*24saat*365 qün) itirilmiş elektrik enerjisinin dəyəri 13.568,06 manat məbləğində müəyyən edilməklə abonentin (kod: 057022000T0045)) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə abonent tərəfindən 13.568,06 manat borc tam ödənilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus Bakı ş.Səbail r. Badamdar qəsəbəsi 3cü massiv ərazisində (abunə kodu:**********0457) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş,baxış keçirilən zaman elektrik sayğacının ekran tablosunda L2 işarəsi görünməməsi və saygacın “B” fazasından axan yukü hiss etməməsi, dövlət və alt qapaq möhürlərində müdaxilə izləri müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşlar (A.Hacıəhmədov, A.Nəzərov və V.Əhmədov) tərəfindən abonentin nümayəndəsinin (Nazim Mürsalov) iştiraki ilə xx.xx.2024-cü il tarixli NDM 038094 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsi (Nazim Mürsalov) aktı imzalamışdır. Elektrik sayğacı yenisi ilə əvəz olunaraq, xx.xx.2024-cü il tarixli 673686 saylı sayğac dəyişmə protokol tərtib edilmişdir və Laboratoriya Mərkəzinə yoxlanması üçün göndərilmişdir. Yoxlama nəticəsi “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027472 saylı aktprotokolda qeyd edilmişdir - ” sayğacın 511556 nömrəli dövlət möhürü pozulmuşdur. Sayğacın“B“ fazasının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablamışdır.” "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2024-cü il tarixli NDM 038094 saylı akt üzrə 40.003 kvts= (25,7 kvt*0,7*24saat*93 qün-153 kvts) itirilmiş elektrik enerjisinin dəyəri 5.200,39 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********00457) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx.xx.2024- cü il tarixdə abonent tərəfindən 5.200 manat borc tam ödənilmişdir. Hesab edir ki, qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktlar əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
33.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şuikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında ona verilən suallara cavab olaraq bildirdi ki, hər iki ünvan üzrə sayğac küçədə yerləşir. Aktların tərtib edilməsindən 19 və 21 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə sayğaclara baxış keçirmişlər. Sayğacın göstəriciləri qeydə alınmışdır. Bu məlumatlar hesabdan çıxarışda vardır. Həmin vaxtı pozuntunu nəzarətçinin müəyyən etməsi mümkündür. 34.İddiaçı ümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, sayğaclar həqiqətən küçədə yerləşir. İddiaçı sayğac göstəricilərinə əsasən verilən bildirişlər əsasında ödənişlərini həyata keçirir. Müvafiq olaraq 19 və 21 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə sayğaclara baxış keçirilmişdir. Əgər həmin sayğaclarda həqiqətən hər hansı bir uyğunsuzluq olsa idi, ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyat barədə onlara müvafiq bildirişlər təqdim etmişdirlər. Cavabdeh təbii inhisarçı mövqeyindən sui-istifadə edərək fərdi yaşayış evlərinin elektrik enerjisi təchizatının dayandırılması hədəsi ilə qanunsuz və əsassız olaraq 18858 manat pul vəsaitini məcburi qaydada öz hesabına ödətdirməklə, iddiaçının hüquqlarını pozmuşdur. Təsəvvür edin ki, evində xəstəsi olan aldamın qış ayında işığını kəsirlər. Bu nə deməkdir? İnsan işıqsıq qalmaması, soyuqdan donmaması üçün həmin məbləği məcburi ödəyib. İddiaçının harada izahatı var ki, o, sayğaca müdaxilə edib. Sadəcə bir akta imza olunub. Bu o demək deyil ki, iddiaçı sayğaca müdaxilə edib. Aktı imzalayanlar cavabdehin işdə maraqlı olan əməkdaşlarıdır. Məhkəmədə baxılan video görüntülərdə heç bir yerdə müəyyən olunmur ki, iddiaçı tərəf desin ki, o, sayğaca qanunsuz olaraq müdaxilə edib. 35.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müsətqil tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının nümayəndəsi X9 izahatında qeyd etdi ki, təqdim edilən sənədlərdən məlum olmuşdur ki, enerji təhcizatı müəssisəsində **********T0045 abonenet kodu ilə Nazim Mürsəlovun adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə elektrik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri 53,56 manat, **********00457 abonent kodu ilə İddiaçı adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə elekrtik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri isə 3,20 manat təşkil edir. 36.İş üzrə müsətqil tələbi irəli sürməyn üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 37.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 38.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 39.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 40.Madə 3.(İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 41.Maddə 17.Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 42.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın: 43.Bənd 7.6.Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlətyoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 44.Bənd 7.11.Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 45.Bənd 8.2.Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 46.Bənd 8.4.Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 47.Bənd 8.16.İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 48.Bənd 8.17.İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 49.Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 50.Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 51.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 52.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)- 2364/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 56.Belə ki, iddiaçının mülkiyyətində iki fərdi yaşayış evi olmaqla, hər bir evə ayrıca abonent kodu verilmiş və ayrıca sayğac quraşdırılmışdır.Cari ilin fevral ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin sayğaclarına baxış keçirilən zaman hər iki sayğacda müdaxilənin olması əsası ilə sayğaclar (onlara baxış keçirilməsi məqsədilə ilə) laborotoriyaya aparılmış və abonent barəsində ayrı-ayrılıqda akt tərtib edilmişdir. Həmin aktlar əsasında 13658,06 manat və 5200,39 manat məbləğində olmaqla, ümumilikdə 18858,45 manat borc hesablanmışdır. Borc ödənilməzsə elektrik enerjisinin verilməsinin dayandırılmasından ehtiyat edən iddiaçının həyat yoldaşı tələb olunan borc məbləğlərini ödəmişdir. 57.Kollegiya ilk olaraq qeyd edir ki, baxış keçirilmiş və "xxxx" ASC-nin əməkdaşları tərəfindən müdaxilə aşkar edilmiş hər iki sayğac abonentin cavabdehliyi sərhəddində (evin içində) deyil, həyətin hasarının çölündə quraşdırılmışdır. “X2 qaydaları”nın 7.11-ci bəndinə görə iddiaçının təqsiri müəyyən edilmədiyi halda, enerjitəchizatı müəssisəsi olan hazırki iş üzrə cavabdeh məsuliyyət daşıyır. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 59.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 60.Kollegiya qeyd edir ki, iddiaçının həyat yoldaşı tərəfindən aktlardan birinə imza olunması, iddiaçı tərəfin sayğaca müdaxilə etməsində təqsirli olması qənaətinə gəlmək üçün əsas deyildir. 61.Belə ki, sayğac küçədə olduğundan, sayğaca müdaxiləyə görə iddiaçı məsuliyyət daşımır və buna görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Buna görə də, müdaxilənin cavabdehin təqsirli hərəkət (hərəkətsizlik) nəticəsində olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. 62.Cavabdeh tərəf dəlillərində sübut kimi qeyd edir ki, bununla bağlı məhkəmədə şahidləri dindirilmiş, videoçəkiliş həyata keçirilmiş, laboratoriyada yoxlama aparılmış, iddiaçının həyat yoldaşı özü qoşulmanı etiraf etmişdir. 63.Qeyd olunan dəlilləri əsassız hesab edərək, kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: -Birincisi, şahid qismində dindirilmiş şəxslərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. İş üzrə şahid qismində dindirilmiş şəxslərin cavabdehin əməkdaşı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Həmin şahidin ifadələri, əgər ifadələri ilə bağlı mötəbər sübut təqdim edilsə idi, digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün, cavabdeh tərəfin şahidlərinin ifadələri yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. -İkincisi, məhkmə kollegiyasının iclasında aparılmış videoçəkilişlərə baxış keçirilmişdir. Həmin videoçəkilişlərdə küçədə yerləşən sayğacda “L1” və “L3” gərginlik işarələrinin olmadığı, sayğac möhürünə müdaxilə olması qeyd olunur. Həmin videoçəkilişlərdə iddiaçı tərəfin sayğaca müdaxilə etməsini etiraf etməsi halı müəyyən olunmur. Laboratoriyada yoxlama aparılarkən iddiaçının iştirakı olmamışdır. İddiaçının aparılmış yoxlama barədə xəbərdar olması ilə bağlı mötəbər sübutlar mövcud deyildir. -Üçüncüsü, cavabdeh tərəf müdaxilə halını müəyyən edirdisə, sayğac küçədə yerləşməsinə görə məusliyyətin öz üzərində olmasını bildiyi üçün, iddiaçının təqsirini sübuta yetirmək üçün heç olmasa iddiaçının izahatını almalı idi və ya digər mötəbər sübutlarla məhz iddiaçının sayğaca müdaxilə etməsini sübuta yetirməli idi. Hansı ki, bu hallar iş materiallarında müəyyən olunmur. -Dördüncüsü, cavabdehin əməkdaşları sonuncu dəfə həmin sayğaca mübahisələndirilən aktın tərtib olunmasından müvafiq olaraq 19 və 21 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baxış keçirmişlər (aktlar isə 22 fevral 2024 və 24 fevral 2024-cü illərdə tərtib olunmuşdur). Həmin tarixdə abunə hesabı 057022000T0045 olan fərdi yaşayış evinə 233 kv/saat, abunə hesabı **********00457 olan fərdi yaşayış evinə 36 kv/saat energi sərfiyyatı qeyd olunmuşdur. Əgər həmin sayğaclarda həqiqətən hər hansı bir uyğunsuzluq olsa idi, ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyat barədə onlara müvafiq bildirişlər təqdim etmişdirlər. -Beşincisi, iddiaçının tərtib edilmiş aktlar əsasında hesablanmış olan borc məbləğini ödəməsinə münasibətdə isə kollegiya qeyd edir ki, işdə olan sənədlərlə göründüyü kimi, iddiaçının səhhətində problemlərin olması, habelə cərimənin qış aylarında tətbiq edilməsi və ödənilmədiyi təqdirdə iddiaçının ailəsi ilə birlikdə həmin soyuq hava şəraitində elektrik enerjisiz qalması riski və digər hallar iddiaçını əsassız olsa da, ümumilikdə 18858,45 manat məbləğində borcu ödəməyə məcbur etmişdir. 64.Göründüyü kimi, cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. 65.İddiaçı tərəfindən sayğaclara qanunsuz müdaxilə halları sübut olunmadığından, “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. 66.Bununla bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına sorğu verilmiş, həmin Ağentliyin 04 noyabr 2024-cü il tarixli, 3-15-2-1/2-2398/2024 nörməli məktubuna əsasən təqdim edilən sənədlərdən məlum olmuşdur ki, enerji təhcizatı müəssisəsində **********T0045 abonenet kodu ilə Nazim Mürsəlovun adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə elektrik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri 53,56 manat, **********00457 abonent kodu ilə İddiaçı adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə elekrtik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri isə 3,20 manat təşkil edir. 67.Göründüyü kimi, tutulmalı olan bir aylıq sərfiyyat **********T0045 abonenet kodu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 53,56 manat, **********00457 abonent kodu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3,20 manat təşkil etdiyi halda, məhkəmə hər iki ünvan üzrə ayrı-ayrılıqda artıq məbləğ olaraq 100 manat, cəmi 200 manat sərfiyyat hesablamış, bundan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. 68.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmənin 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında iddiaçı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 69.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 70.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 71.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 72.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 73.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)-2364/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov