Məhkəmə qərarları › İş №2(103)-5749/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5749/2024

14.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5749/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3818/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00000) 2017-ci il üçün 1644,60 manat, 2018-ci il üçün 1312,80 manat borcu vardır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 yanvar 2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “mənzildə təbii qazdan sayğacdan kənar istifadə olunur” kimi qeyd edilmişdir.

3. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” kimi qeyd edilmişdir.

4. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 oktyabr 2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” kimi qeyd edilmişdir.

5. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” kimi qeyd edilmişdir.

6. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 04 dekabr 2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” kimi qeyd edilmişdir.

7. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 yanvar 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent rezin boru vasitəsilə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” kimi qeyd edilmişdir.

8. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 fevral 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “təbii qazdan qeyri-qanuni istifadə aşkarlandı” kimi qeyd edilmişdir.

9. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 mart 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “təbii qazdan qeyri-qanuni istifadə aşkarlandı” kimi qeyd edilmişdir.

10. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 aprel 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent sayğacdan kənar xəttdən istifadə edir” kimi qeyd edilmişdir.

11. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 may 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent sayğacdan kənar xəttdən istifadə edir” kimi qeyd edilmişdir.

İş üzə qəbul olunmuş məhkəmə aktları

12. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2957,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən dəyişdirildikdən sonra ona 2957,40 manat cərimə hesablanaraq həmin cəriməni və sayğacın dəyərini ödəməli olduğunu bildirilmişdir. İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Sayğacın plastmas borusuna dair cavabdehliyi iddiaçı daşımır. Buna baxmayaraq həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borcları iddiaçı aybaay gecikdirilmədən ödəmiş və qaz sayğacına hər hansı kənar müdaxilə etməmişdir. Cavabdeh İB-nin saldosuna əsasən iddiaçının ünvanı üzrə tərtib olunan akt üzrə qaz sərfiyyatına və sayğacın dəyərinə görə borc hesablanmışdır. Həmin borc əsassızdır.

14. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3818/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 19 yanvar 2017-ci il tarixli, ******* saylı, 31 may 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 2017-ci il tarixli, ******* saylı, 20 noyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı aktlar üzrə 1644,60 manat, 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 13 fevral 2018-ci il tarixli, ******* saylı, 14 mart 2018-ci il tarixli, ******* saylı, 18 aprel 2018-ci il tarixli, ******* saylı və 18 may 2018-ci il tarixli, ******* saylı aktlar üzrə 1312,80 manat olmaqla, ümumilikdə 2957,40 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi və Cavabdehndən 49.57 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 yanvar 2017-ci il tarixli, ******* saylı, 31 may 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 2017-ci il tarixli, ******* saylı, 20 noyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı, 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 13 fevral 2018-ci il tarixli, ******* saylı, 14 mart 2018-ci il tarixli, ******* saylı, 18 aprel 2018-ci il tarixli, ******* saylı və 18 may 2018-ci il tarixli, ******* saylı aktların surətində “abonent təbii qazdan qeyriqanuni istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 2957,40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00000) ünvanına hesablanmış 19 yanvar 2017-ci il tarixli, ******* saylı, 31 may 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 2017-ci il tarixli, ******* saylı, 20 noyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı aktlar üzrə 1644,60 manat, 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 13 fevral 2018-ci il tarixli, ******* saylı, 14 mart 2018-ci il tarixli, ******* saylı, 18 aprel 2018-ci il tarixli, ******* saylı və 18 may 2018-ci il tarixli, ******* saylı aktlar üzrə 1312,80 manat olmaqla, ümumilikdə 2957,40 manat məbləğində borc silinməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu maddələri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1, 282.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 119, 216-220, 222 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3818/2024 nömrəli qətnaməsini ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə işin hərtərəfli araşdırlması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflər üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

28. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2957,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 yanvar 2017-ci il tarixli, ******* saylı, 31 may 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 2017-ci il tarixli, ******* saylı, 20 noyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı, 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 13 fevral 2018-ci il tarixli, ******* saylı, 14 mart 2018-ci il tarixli, ******* saylı, 18 aprel 2018-ci il tarixli, ******* saylı və 18 may 2018-ci il tarixli, ******* saylı aktların surətində “abonent təbii qazdan qeyriqanuni istifadə edir” kimi qeydlər edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə halı öz təsdiqini tapmadığından 2957,40 manat məbləğində yazılmış cərimə silinməlidir.

31. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

32. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə istinad etməklə qanunvericiliyin tətbiqində səhvə yol vermişdir.

33. İşin hallarından göründüyü kimi, iddiaçıya cərimə yazılmasına əsas olmuş aktlar 19 yanvar 2017 – 18 may 2018-ci il tarixlərində tərtib edilmişdir.

34. Birinci instansiya məhkəməsi tərəfindən “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci hissəsi 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunla əlavə edilmişdir və 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Bu səbəbdən 2022-ci ilin may 1-dən əvvəl yaranmış münasibətlərə tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməli, iddia təmin edilməlidir.

36. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3818/2024 nömrəli qətnaməsi ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 19 yanvar 2017-ci il tarixli, ******* saylı, 31 may 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 2017-ci il tarixli, ******* saylı, 20 noyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı aktlar üzrə 1644,60 manat, 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 13 fevral 2018-ci il tarixli, ******* saylı, 14 mart 2018-ci il tarixli, ******* saylı, 18 aprel 2018-ci il tarixli, ******* saylı və 18 may 2018-ci il tarixli, ******* saylı aktlar üzrə 1312,80 manat olmaqla, ümumilikdə 2957,40 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 49.57 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar