Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5754/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70.000 (yetmiş min) ABŞ dolları pul vəsaitinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı, 30 mart 2021-ci nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən iddiaçı tərəfindən verdiyi apelyasiya şikayətinə baxılması üçün məhkəmə iclası təyin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verildiyini göstərmiş və işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı verdiyi apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və mülki iş Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü yoxlanması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5754/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5754/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver