Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5755/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “müqavilənin bağlanmasının həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SaraMəmmədova,Bakı şəhəri, Nərimanov rayonu, A.Neymatulla küçəsi, 1987 nömrəli evin 1 otaqdan ibarət 16,53 kv.m. olan yaşayış sahəsinə dair kirayə müqaviləsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 razılığı olmadan bağlanmasının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddianın təmin edilmişdir. Cavabdeh3, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia rədd edilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, məhəllə 1987, 19 nömrəli mənzili Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla order əsasında Cavabdeh3 ilə bağlanmış mənzil kirayə müqaviləsi ilə ona verilmişdir. Mənzilin icarədarı kimi o, mənzil kirayə müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirməklə bütün kommunal ödənişləri həya keçirmişdir. Məhkəmə mübahisəli mənzildə ayrıca sosial kirayə müqaviləsi bağlanmasına dair nəticəyə gələrkən iddiaçının kommunal xidmətlər üçün xərclərini müəyyən etməmişdir. Halbuki, iddiaçı mənzildə elektrik enerjisindən, sudan və qazdan mənzildə yaşayan digər şəxslərlə bərabər istifadə etsə də, heç br ödəniş aparmır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, qətnaməni Cavabdeh3 mübahisələndirdiyi hissədə yoxlanmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası, proses iştirakçılarınə dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, 011700 nömrəli xx.xx.1994-cü il tarixli orderlə Cavabdeh3 4 nəfər ailə üzvü ilə birlikdə (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, məhəllə 19/87, 3 otaqlı 19 nömrəli mənzildə yaşamasına icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli sərəncamına əsasən, həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, məhəllə 19/87 ünvanında 9 mərtəbəli yaşayış evi əvəzsiz olaraq Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, İddiaçı uşaqları - Tunar Babanlı və Cavabdeh2 ilə birlikdə sözügedən mənzilə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. Eyni Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, mənzildən istifadə qaydası müəyyənləşdirilməklə, yaşayış sahəsi 16,43 kv.m. olan yaşayış otağı İddiaçı və onun iki azyaşlı uşağının, sahəsi 16,87 kv.m. və 13,33 kv.m. olan iki otaqdan Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 istifadəsində saxlanılmaqla, dəhlizin, sanuzelin (hamam, tualet) və eyvanların ümumi istifadədə qalması qət edilmişdir. 116 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışlarına əsasən, İddiaçı, oğlu Tunar Babanlı, qızı Cavabdeh2 və cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 1987 saylı evin 19 nömrəli mənzilində qeydiyyatdadır və yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin M-73 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda İddiaçı kirayə müqaviləsinin bağlanması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, kirayə müqaviləsinin bağlanması kirayəçinin və digər ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılığı ilə həyata keçirilməli olduğundan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 isə yaşayış otağına ayrıca kirayə müqaviləsinin bağlanmasına razılıqları olmadığından kirayə müqaviləsinin bağlanması mümkün olmamışdır. Bununla belə, yaranmış mübahisəilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 59.1-ci madəsinə əsasən, y aşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayəmüqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Resapublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikası inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kavadratmetr müəyyən edilmişdir Məhkəmə kollegiyası, mənzil qanunvericiliyinin qeyd olunan normalarını hazırkı mülki işə tətbiq edərək, bildirir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymatulla küçəsi, 19/87 nömrəli evin 19 saylı mənzilinin 16,43 kv.m. sahəsindən qanuni əsaslarla istifadə etməsi mənzil qanunvericiliyi və Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasına tam uyğundur. Bununla belə, mübahisə predmeti olan mənzilin balansında olduğu Mənzil- Kommunal Təsərrüfatı Departamenti iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına etiraz etməsə də, cavabdehlərin yaşayış otağına ayrıca kirayə müqaviləsinin bağlanmasına razılıqları olmadığından kirayə müqaviləsinin bağlanması mümkün olmamışdır. Bu baxımdan, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzil Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmasına baxmayaraq, cavabdehlərin yaşayış otağına İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında ayrıca kirayə müqaviləsinin bağlanmasına razılıq verməməsi iddiaçının yuxarıda sadalanan normalarla müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Ona görə də, iddia əsaslı sayılmalı və təmin olunmalıdır. Odur ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-741/2020 saylı iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5755/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5755/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver