Məhkəmə qərarları › İş №2(103)-5761/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5761/2021

21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5761/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 (3-cü şəxs qismində Cavabdeh2 cəlb edilməklə) cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-201/2021 nömrəli saylı işi üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına verilən suya görə hesablanmış 529 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 201/2021 nömrəli saylı işi üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; ünvan 1 ünvanına 2015-2021-ci illər üçün sudan istifadəyə görə 626 manat məbləğində borc hesablanmışdır (səh.60), "xxxx” ASC Cavabdeh2 tərəfindən İddiaçı2 ünvanlanmış 15.02.2019-cu il tarixli cavab məktubu ilə ünvan 1 ünvanında yaranan 529 manat borcun 2016, 2017 və 2018-ci illərdə natamam ödəmə səbəbindən yarandığı bildirilmişdir (səh.11). «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 30, 31; "Sudan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarının 2, 7.4-cü maddələrinə istinadən qətnamə onunla əsaslandırılmışdır ki, "xxxx” ASC ilə iddiaçı arasında müvafiq müqavilə bağlanmasını, həmçinin abonent kartından da göründüyü kimi həmin ünvanda sudan istifadənin suölçən cihazla (sayğacla) ölçülməsini nəzərə alaraq, ünvan 3 ünvanında dair 2015-2021-ci illərdə hər il ərzində sudan istifadəyə görə hesablanmış borcları müqayisə edərək, sudan istifadəyə görə (iddia tələbi həcmində) 529 manat məbləğində borcun hesablanmasını əsassız hesab edir. Qanunvericiliyin tələbinə görə, istehlakçının suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30, 62; Azərbaycan Respublikasının MPM-nin 360, 357.1, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Səbail Rayon Sukanal İdarəsindən də iddiyaçıya ünvanlanmış 15.02.2019-cu il tarixli cavab məktubundan da aydın görünür ki, ünvan 5 ünvanına (müqvilə kodu: ********) 2015- 2021-ci illər üçün sudan istifadəyə görə 626 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən ünvanda yaranmış borcun əsası 2016, 2017 və 2018-ci illərdə natamam ödəmə səbəbindən yaranmışdırqətnamə qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12,30-33, 60-62, 65; Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 550-554,1128-1132; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün maddi və prosessual hüquqi əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, cavabdeh borcu zamanında tələb etməmiş və müvafiq tədbirlər görməmişdir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-201/2021 nömrəli saylı işi üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar