Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5764/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, iddiaçının direktoru X1 iştirakı ilə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması tələbi barədə iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh2, "xxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-819/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxxxxxxxxxxx" MMC ilə Cavabdeh3 ("xxxxxxxxxxxxxxxxx" MMC) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "GROVE XÜSUSİ" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxxxxxxxxxxx" MMC-nə qaytarılması qət edilmişdir. Eyni zamanda iş üzrə xüsusi qərardad çıxarılaraq, mülki iş üzrə Cavabdeh2 ilə Cavabdeh3 ("xxxxxxxxxxxxxxxxx" MMC-yə) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin iştirakçılarının, eləcə də Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi, qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, "xxxxxxxxxxxxx" MMC cavabdeh "xxxxxxxxxxxxxxxxx" MMCnə, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. İddiaçının vəsatəti ilə Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 MMC bir neçə il birlikdə fəaliyyət göstərmiş, yükdaşıma və bu kimi digər xidmətlər göstərilmişdir. Daha sonra şirkətlər müstəqil şəkildə qərar alaraq, fəaliyyətlərini ayırmışlar. Bu zaman onlara məxsus nəqliyyat vasitəsinin Cavabdeh1 MMC tərəfindən qanunsuz şəkildə ələ keçirildiyi məlum olmuşdur. Belə ki, xx xxxxxxxx 2012-ci il tarixində “xxxxxxxxxxxxx” MMC ilə "xxxxxxxxxxxxxxxxx" MMC arasında saxta nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini GROVE Xüsusi markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təşkil edir. Belə ki, xx xxxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi "xxxxxxxxxxxxx" MMC adından səlahiyyətli şəxs tərəfindən imzalanmamış, həmçinin "xxxxxxxxxxxxx" MMC heç bir şəxsə öz əmlakının özkəninkiləşdirilməsi üçün səlahiyyət verməmişdir. Odur ki, bu müqavilə onlar tərəfindən bağlanmadığı üçün etibarsız hesab olunmalıdır. Belə ki, müqavilədə satıcı qismində Cavabdeh2 göstərilmişdir. Lakin həmin şəxsin "xxxxxxxxxxxxx” MMC ilə heç bir əlaqəsi yoxdur və iddiaçı tərəfindən ona belə bir müqavilənin imzalanması üçün səlahiyyət verilməmişdir. Müqavilədə öz əksini tapan möhür zahirən "xxxxxxxxxxxxx" MMC-yə məxsus olsa da, imza “xxxxxxxxxxxxx” MMC-nin səlahiyyətli şəxsi tərəfindən edilməmişdir. Həmçinin sözügedən müqavilənin əldə olunması üçün Azərbaycan Respublikası Dövlət X3 məhkəmə tərəfindən sorğu ilə müraciət edilməsi zərurəti vardır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdehlər Cavabdeh2, "xxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru və Cavabdeh3 Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2, "xxxxxxxxxxxxxxxxx" MMCnin nümayəndəsi və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan AB seriyalı 841068 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "GROVE XÜSUSİ" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxxxxxxxxxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən "GROVE XÜSUSİ" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10000 manata Cavabdeh3 (Cavabdeh1 MMC-yə) satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, GROVE Xüsusi markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxxxxxxxxxxx" MMC-nin mülkiyyətində olmuş, xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən “Satıcı” qismində çıxış edən Cavabdeh2 həmin avtomobili Cavabdeh3 ("xxxxxxxxxxxxxxxxx" MMC-yə) satmışdır. Lakin Cavabdeh2 həmin avtomobili satmaqla əlaqədar hər hansı bir səlahiyyətinin olması işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Əksinə, işdə olan sənədlərlə təsdiq olunmuşdur ki, “Satıcı” qismində çıxış edən Cavabdeh2 əmlakın hazırkı sahibi "xxxxxxxxxxxxxxxxx" MMC-nin əməkdaşıdır. Göründüyü kimi, "xxxxxxxxxxxxx" MMC ilə Cavabdeh3("xxxxxxxxxxxxxxxxx" MMC) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış bir əqddir, qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilmişdir. Belə ki, əqd bağlamağa səlahiyyəti olmayan şəxs satıcının adından qeyd olunan əqdi imzalamışdır. Kollegiya hesab edir ki, iddiatələbitəminolunmaqla, "xxxxxxxxxxxxx" MMC ilə Cavabdeh3 ("xxxxxxxxxxxxxxxxx" MMC) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "GROVE XÜSUSİ" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxxxxxxxxxxx" MMC-nə qaytarılmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdehlər Cavabdeh2, "xxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5764/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5764/2020
20.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver