Məhkəmə qərarları › İş №2(103)-5764/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5764/2023

24.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5764/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X22, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Bakı Şəhəri 13 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X40 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2023-ci il tarixli qətnamədən cavabdehlər Sara Abbasova, Cavabdeh5 və Cavabdeh4 birgə verdikləri, Cavabdeh1 isə ayrıca verdiyi apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh1 nümayəndəsi X18 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, son nəticədə, Bakı Şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri X40 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırki bazar dəyəri olan 60.000 manat məbləğində pulun cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən miras əmlak – 56 saylı ev ilk dəfə tarixsiz olaraq X27 məxsus olmuşdur. O, xx.xx.1938-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ev onun adına qeydiyyata alınmışdır. X36 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Gülmirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur. Bakı Şəhəri Oktyabr Rayon Xalq Məhkəməsinin xx.xx.1949-cu il tarixli qətnaməsi ilə ev vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, Məmmədov X32, X3, X7 və X1 birgə mülkiyyətinə keçmiş və xx.xx.1949-cu il tarixdə bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.1991-ci il tarixli vəsiyyətnamə əsasında həmin evdə yaşayan Tükəzban Fətulla qızı öləcəyi gün ona məxsus mənzili bərabər şəkildə X8 və İddiaçı vəsiyyət etmişdir. Tükəzban Fətulla qızı xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağmirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyət hesab edilən, həmin evdən olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 kv.m olan 1 nömrəli otağın və 10,4 kv.m olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 kv.m olan 2 saylı otağın və 8,8 kv.m olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh İddiaçı 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci tarixli qərardadı ilə həmin qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Sədrinin müavininin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına nəzarət qaydasında verdiyi protest əsasında qəbul edilmiş xx.xx.1998-ci il tarixli 3d-6/464 nömrəli qərardadı ilə Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ləğv edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-972 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Sonradan hazırki iş üzrə iddiaçının iddiası əsasında Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)-2878/2009 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, mübahisəli fərdi yaşayış evinə dair 13 saylı Notariat Kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X9 adına verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin ləğv edilməsi, evə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış xx.xx.1999-cu il tarixli hüquqi qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Bundan sonra isə 13 saylı Notariat Kontoru tərəfindən təkrar Sara Məmmədovanın adına xx.xx.2017-ci il tarixdə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 xx.xx.2017-ci il tarixdə “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmiş, eyni zamanda xx.xx.2017-ci il tarixdə 2-V/188 və 2-V189 qeydiyyat nömrələri ilə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr” verilərək 1998-ci ildə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi kimi Sara Abbasovanı, həmçinin xx.xx.2017-ci ildə bacısı X10 övladları Cavabdeh4 və Cavabdeh5 vərəsə kimi tanımışdır. İddiaçının iddia ərizəsi əsasında məcburi paya görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, 13 saylı Notariat Kontoru tərəfindən Sara Məmmədovanın adına xx.xx.2017-ci il tarixdə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 xx.xx.2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Qeyd edilməlidir ki, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)-2878/2009 saylı qətnaməsi ilə, mübahisəli əmlaka dair 13 saylı Notariat Kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X9 adına verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələr ləğv edilmişdir. İddiaçı tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” mübahisələndirilmədiyindən hazırda həmin Şəhadətnamələrin mübahisələndirilməsi zərurəti ortaya çıxmışdır. 18 ildən çox vaxt keçdikdən sonra notarius təkrar şəhadətnamə verməklə qanunvericiliyin tələblərini (“Notariat haqqında” Qanunun 59-cu maddəsini) pozmuşdur. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sonuncu dəfə mübahisəli əmlaka dair 13 saylı Notariat Kontoru tərəfindən verilmiş və yuxarıda göstərilən vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilmiş, çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və iddiaçının payı 17/45 hissədə müəyyən edilmişdir ki, paylar düzgün hesablanmamışdır. Qeyd edilir ki, sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da etibarsız hesab edilməlidir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnamə ilə məhz Sara Abbasova və Cavabdeh5 qanunsuz verilmiş çıxarış əsasında iddiaçının mübahisəli əmlaka olan hüquqları pozulmuşdur. Belə ki, məhz məhkəmə tərəfindən sonuncu çıxarışa istinad edilməklə iddiaçının əvvəlki şərtlərlə Cavabdeh1 MMC ilə bağladığı müqavilə sonuncunun iddiası əsasında etibarsız hesab edilmiş və daha sonra iddiaçı ilə Cavabdeh1 MMC arasında daha əlverişsiz şərtlərlə yeni müqavilə bağlanmışdır. İddiaçı hesab edir ki, nə qədər ki, Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmişlər və onlar etibarsız olduğundan ondan onların paylarına nisbətdə MMC tərəfindən iddiaçının payı azaldığından MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m, yaxud hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. b) cavabdeh tərəfin iddia tələbinə münasibəti barədə məlumat

3. Cavabdeh MMC-nin iddiaya etirazı onunla əsaslandırılmışdir ki, iddiaçı digər vərəsələrlə artıq mövcud olmayan əmlaka dair vərəsəlik payını mübahisələndirməklə MMC-dən əlavə sahə tələb edir. Mənzilin cəmi ümumi sahəsi 113,30 kv.m təşkil etdiyi halda, mənzilin tam olaraq ümumi tikinti sahəsinin 140,74 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı notarial qaydada təqdim etdiyi ərizədə mənzilin ona məxsus olduğunu bildirmiş, bu səbəbdən həmin mənzilə dair iddiaçı ilə müqavilələr bağlanmış, fərdi yaşayış evi sökülərək yerində bina inşa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən müqavilələr etibarsız edildikdən sonra iddiaçı ilə özünün seçimi, istəyi və razılığı ilə yeni müqavilələr (xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli) bağlanmışdır. Müqavilələrin şərtlərinə görə ümumi tikinti sahəsi 140,74 kv.m təşkil edən fərdi yaşayış evinin iddiaçının istifadəsində olmasını nəzərə alaraq ona həmin evin qarşılığında MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10, (B2 bina), 2-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 120,37 kv.m təşkil edən təmirsiz, 3 otaqlı, 93 nömrəli və həmin mərtəbədə yerləşən 2 otaqlı, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən təmirli, 2 otaqlı 95 nömrəli mənzillər verilmiş və əlavə olaraq 41.000 manat pul ödənilmişdir. Qeyd edilən faktlar müqavilələrdə öz əksini tapmış və iddiaçı həmin müqavilələri imzalamaqla bunları təsdiq etmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, qeyd edilən torpaq sahəsində yerləşən, mülkiyyətçilərə onların mülkiyyət və qanuni istifadələrində olan tikililərin sökülərək, ərazinin boşaldılıb təhvil verilməsi qarşılığında MMC tərəfindən sahəsi 15% əlavə olan yeni mənzillər təqdim edilir. Buna baxmayaraq iddiaçıya 15%-dən daha artıq sahəli 2 mənzil verilmiş və əlavə olaraq külli miqdarda pul ödənilmişdir.

4. Digər cavabdehlərin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 13 saylı Notariat Kontoru tərəfindən 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2- V/200 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin” etibarsız sayılmasını, DƏDKR X40 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın İddiaçı, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 aid hissələrdə ləğv edilməsini, Cavabdeh1 MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m hazırki bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Həmin vərəsəlik şəhadətnamələri etibarsız olduğundan, onların əsasında verilmiş çıxarış da şəhadətnamələrdə adları qeyd edilmiş şəxslərə və iddiaçıya münasibətdə olan hissələrdə ləğv edilməlidir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, çıxarışda göstərilən sahələr üzrə müqavilələr bağlanması nəticəsində iddiaçının payı azaldığından MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m sahənin qaytarılması real olmadığından, sözügedən sahənin hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul MMC-dən iddiaçının xeyrinə alınmalıdır. Çünki "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, M-0352/KB saylı rəyindən görünür ki, mübahisəli evin yerləşdiyi ərazi üzrə yaşayış sahələrinin hər 1 kv.mnin bazar dəyəri 2.000 manat təşkil edir. d) apellyasiya şikayətləri barədə məlumat

7. Cavabdehlər Sara Abbasova, Cavabdeh5 və Cavabdeh4 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin hallarını əvvəlki məhkəmə mübahisələrinin halları ilə səhv salmış, digər məhkəmə mübahisələrinin mahiyyətinə uyğun və orada olan mübahisələrin tədqiqi zamanı tətbiq edilməli olan qanunvericiliyə uyğun qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

9. Cavabdeh MMC də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən cavabdeh MMC-nin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

11. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək MMC-nin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və MMC-nin apellyasiya şikayətinin, habelə iddiaya etirazının məzmununa uyğun izahat verdi.

12. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

13. Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********774-10301 reyestr nömrəli “Çıxarışdan” görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 17/45 hissəsi xx.xx.2021-ci il tarixdə İddiaçı, 60/540 hissəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh5, 60/540 hissəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh6, 9/45 hissəsi (1 otaq y/s 11.2 kv.m, k/s 10.4 kv.m) xx.xx.2017-ci il tarixdə X19, 9/45 hissəsi (1 otaq y/s 13.5 kv.m, k/s 10.4 kv.m) xx.xx.2010-cu il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır.

16. İşdə olan xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə qızının vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan bacısı X15r və o, bu miras əmlakdan 3/45 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri, Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 3 mərhum X5 məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın 6/45 hissəsi açıq saxlanır.

17. İşdə olan xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi bacısı-Cavabdeh6dır, o, bu miras əmlakdan 6/540 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Vərəsəliyi qəbul edilmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, 01 iyun 1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 3 ünvanında yerləşən fərdi-yaşayış evinin 18/540 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan 12/540 hissəsindən ibarət (6/540, 6/540) iki payı açıq saxlanır.

18. İşdə olan xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.2016-cı ildə vəfat etmiş bacısı X4 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X29 övladları Cavabdeh4 və Cavabdeh5dır və onlar bu miras əmlakın 6/540 hissəsindən bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, xx.xx.1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 3 ünvanında yerləşən fərdi-yaşayış evinin 18/540 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan 6/540 hissəsi açıq saxlanır.

19. İşdə olan xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.2016-cı ildə vəfat etmiş bacısı X4 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X29 övladları Cavabdeh4 və Cavabdeh5dır və onlar bu miras əmlakın 3/45 hissəsinə bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, xx.xx.1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 3 mərhum X6 məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın 3/45 hissəsi açıq saxlanır.

20. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 9/45 hissəsi xx.xx.2012-ci il tarixdə Tükəzban Fətulla qızının, 9/45 hissəsi xx.xx.2012-ci il tarixdə Məmmədov Məmməd Ağamirzə oğlunun, 9/45 hissəsi (1 otaq y/s 13.5 kv.m, k/s 8.3 kv.m) xx.xx.2010-cu il tarixdə Cavabdeh4, 9/45 hissəsi (1 otaq y/s 11.2 kv.m, k/s 10.4 kv.m) xx.xx.2017-ci il tarixdə X19, 9/45 hissəsi xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.

21. Dövlət Notariat Arxivi tərəfindən 13 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli, 2(006)-2878/2009 saylı qətnaməsinə əsasən xx.xx.1998-ci il tarixdə 2-B/İ-241 və xx.xx.1999-cu il tarixdə 2-B/İ-07 reyestr nömrələri ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir.

22. İşdə olan və xx.xx.2016-cı il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür.

23. İşdə olan xx.xx.2017-ci il tarixli “Vərəsəlik payının bağışlanma müqaviləsindən” görünür ki, Cavabdeh4 xx.xx.2017-ci il tarixdə 2V-201 saylı reyestrlə rəsmiləşdirilmiş mərhum Tükəzban Fətulla qızının əmlakın dair və xx.xx.2017-ci il tarixdə 2V-200, 2V-202 saylı reyestrlə rəsmiləşdirilmiş mərhum Gülmirzə Ağamirzə oğlunun əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmiş vərəsəlik paylarını bacısı Cavabdeh5 bağışlamışdır.

24. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)- 2878/2009 saylı qətnaməsinə əsasən, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair 13 saylı Notariat Kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X9 adına verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələr ləğv edilmiş, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış xx.xx.1999-cu il tarixli hüquqi qeydiyyat ləğv edilmiş, qətnamənin icrası Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

25. İşdə olan xx.xx.2021-ci il tarixli “İcraata xitam verilməsi haqqında” Qərardan görünür ki, xx.xx.2021-ci il tarixli, 94/21 nömrəli məktuba əsasən Cavabdeh1 MMC Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(103)-1695/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədini könüllü surətdə icra etmiş və Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 97 nömrəli və xx.xx.2018-ci il tarixli 98 nömrəli müqavilələr etibarsız hesab edilmişdir.

26. İşdə olan xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli “Müqavilədən” görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətçinin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 kv.m təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş, şirkət birdəfəlik kompensasiyaya qismində Mülkiyyətçiyə 8500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

27. İşdə olan xx.xx.2021-ci il tarixli, 344/S/D1 №-li “Müqavilədən” görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətçinin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 kv.m təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında şirkət Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş, şirkət isə birdəfəlik kompensasiyaya qismində mülkiyyətçiyə 8500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

28. İşdə olan xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli “Müqavilədən” görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətçinin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 kv.m təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş, şirkət birdəfəlik kompensasiyaya qismində Mülkiyyətçiyə 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

29. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 673/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

30. İşdə olan xx.xx.2018-ci il tarixli “Müqavilədən” görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cəmiyyət ünvan 6 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş 1 mərtəbəli yaşayış evinin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündür mərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda mülkiyyətçinin söküntüsünü nəzərdə tutulan mənzil mülkiyyətində 140.74 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 45% əlavə etməklə tikiləcək binanın B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.metrdən ibarət, 2 mərtəbədə, 3 otaqlı təmirli 93 №-li mənzili mülkiyyətşinin sərəncamına verməyi öhdəsinə götürmüşdür.

31. İşdə olan xx.xx.2023-cü il tarixli “Qiymətləndirməyə dair hesabatdan” görünür ki, B2 binası ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 120.37 kv.m olan, 3 otaqlı, İddiaçı məxsus 86 nömrəli mənzilin 12 iyun 2023-cü il tarixinə bazar dəyəri 1 kv.m. üçün 2.000 manat, ümumi 242.000 manat və likvid dəyəri isə 218.000 manat məbləğində müəyyən edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 saylı və xx.xx.2018-ci il tarixli 98 saylı müqavilələr etibarsız hesab edilmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1220/2022 saylı qətnaməsinə əsasən, ünvan 8ən X9 adına 30 oktyabr 2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-850/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1220/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. İş materiallarından görünür ki, iş üzrə tərəflər arasında dəfələrlə vərəsəlik münasibətləri ilə bağlı məhkəmə çəkişmələri olmuş və arahdırmalar zamanı müəyyən edilmişdir ki, mübahisəli miras əmlak ilk dəfə tarixsiz olaraq X27 məxsus olmuş (qeydiyyatdan keçmiş) və o, xx.xx.1938-ci il tarixdə vəfat etmiş, həmin əmlak ölümündən sonra onun adına qeydiyyata alınmışdır. X36 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Ağa Mirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur. Oktyabr Rayon Məhkəməsinin xx.xx.1949-cu il tarixli qətnaməsi ilə ev vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, Məmmədov X32, X3, X7 və X1 birgə mülkiyyətinə keçmiş və xx.xx.1949-cu ildə qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.1991-ci il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri A.D.Qurbanov küçəsi ev 56-da yaşayan Tükəzban Fətulla qızı öləcəyi gün ona məxsus mənzili bərabər şəkildə X8 və X20 vəsiyyət etmişdir. Tükəzban Fətulla qızı xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyət hesab edilən, Bakı şəhəri A.Qurbanov küçəsindəki 56 saylı evdən olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 kv.m olan 1 nömrəli otağın və 10,4 kv.m olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 kv.m olan 2 saylı otağın və 8,8 kv.m olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh X16 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Sədrinin müavininin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına nəzarət qaydasında verdiyi protest əsasında qəbul edilmiş xx.xx.1998-ci il tarixli 3d-6/464 nömrəli qərardadı ilə Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ləğv edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-972 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

36. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)-2878/2009 saylı qətnaməsinə əsasən, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 8ən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X9 adına verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələr ləğv edilmiş, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış xx.xx.1999-cu il tarixli hüquqi qeydiyyat ləğv edilmiş, qətnamənin icrası 13 saylı Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

37. Məhkəmə qərarlarında əksini tapmış İddiaçı adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh4 (9/45 hissə 1 otaq, y/s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu ildə, X19 (9/45 hissə 1 otaq, y/s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci ildə, X13 (60/540 hissə) xx.xx.2017-ci ildə, Cavabdeh5 (60/540 hissə) adına xx.xx.2017-ci ildə, İddiaçı (9/45 hissə) xx.xx.2021-ci ildə qeydiyyata alınmış, Tükəzban Fətulla qızının adına 60/540 hissə, X2 adına 36/450 hissə açıq qalmışdır.

38. Həmçinin İddiaçı adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh4 (9/45 hissə 1 otaq, y/s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010cu ildə, X19 (9/45 hissə 1 otaq, y/s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci ildə, X13 (60/540 hissə) xx.xx.2017-ci ildə, Cavabdeh5 (60/540 hissə) adına xx.xx.2017-ci ildə, İddiaçı (17/45 hissə) xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır.

39. Daha sonra iddiaçı X16 cavabdehlər X17 və qeyrilərinə qarşı “Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və daşınmaz əmlakın hüquqi qeydiyyatının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

40. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-6982/2016 saylı qətnaməsindən görünür ki, A.Məmmədovun iddiası təmin edilmiş, X33 ilə Tükəzban Fətulla qızının 1920-ci ilin sentyabr ayından faktiki nikahda olmaları faktının müəyyən edilməsi, ünvan 10-ya dair Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 2/15 pay hüququ, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına 2/15 pay hüququ və X20 11/15 pay hüququnun müəyyən edilməsi qət edilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)- 6982/2016 saylı qətnaməsi ləğv edilərək iddiaçı Məmmədov (Məmmədli) Aydın Məmməd oğlunun cavabdehlər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına qarşı faktiki nikahda olma faktının və miras payların müəyyən edilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-5615/2017 saylı qərarı ilə Bakı Apellyassiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

43. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1965/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X16 cavabdehlər X14, Cavabdeh4, 13 saylı Notariat Kontorunun və Azərbaycan Respublikasının Əmlak şəhər Ərazi İdarəsinə qarşı “müəyyən edilmiş paylar üzrə hüquq müəyyənedici sənədlərin (çıxarışın) ləğv olunması, nikahda olma faktının müəyyən olunması, pay hüququnun müəyyən edilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

44. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1965/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-1624/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsinə istinad edərək 13 saylı Notariat Kontoru tərəfindən X9 adına xx.xx.2017-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının xx.xx.1999-cu il tarixdə vəfat etmiş oğlu X29 övladları Cavabdeh4 və Cavabdeh5 xx.xx.2017-ci il tarixdə verilmiş məcburi paya görə şəhadətnamələrin verilməsinin qanuniliyini mübahisələndirmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4186/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

47. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1220/2022 saylı qətnaməsinə əsasən, 13 saylı Notariat Kontoru tərəfindən X9 adına xx.xx.2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 xx.xx.2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-850/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1220/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

49. Qanuni qüvvəsini almış sonuncu məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X9 adına xx.xx.2017-ci il tarixdə, həmçinin Cavabdeh4 və Cavabdeh5 xx.xx.2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələr verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.

50. Belə ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və məcburi pay hüququ olan şəxslərin dairəsinə aid olmadığı nəzərə alınmamışdır. Bu hal qanunu qüvvəyə minmiş məhkəmə aktı ilə də tanınmışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(006)- 2878/2009 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, mərhum Tükəzban Fətulla qızının ünvan 10 ünvanda yerləşən şəxsi mənzilini bərabər dərəcədə X12 və X20 notarial qaydada Bakı şəhəri, 13 saylı Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilərdi.

51. Məhkəmə hesab edir ki, 13 saylı Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli 2- V/200 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” də verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.

52. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

53. Məhkəmə hesab edir ki, qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilərkən notariat tərəfindən nəzərə alınmamışdır ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və Bakı şəhəri, 13 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilməsi qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə də tanınmışdır.

54. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

55. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə hazırkı işdə mübahisələndirilən şəhadətnamələrin etibarsızlığı ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilməli və 13 saylı Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” də etibarsız sayılmalıdır.

56. Məhkəmə həmin şəhadətnamələr əsasında DƏDKR X40 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli “Çıxarışın” ləğvi ilə bağlı tələbi üzrə qeyd edir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və iddiaçının payının 17/45 hissədə müəyyən edilməsi düzgün olmamışdır.

57. Sözügedən “Çıxarış” həmin etibarsız “Vərəsəlik şəhadətnamələri” əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki (məçburi pay və qanun üzrə) vərəsəlik şəhadətnamələri qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da yalnız şəhadətnamələrdə adları qeyd edilmiş şəxslərə və iddiaçıya münasibətdə olan hissələrdə ləğv edilməlidir (sözügedən çıxarışda qeyd edilən Həmidə Abasovanın payına qarşı tələb irəli sürülməmiş, o iş üzrə tərəf deyildir).

58. Məhkəmə iddianın “cavabdeh MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m və yaxud onun hazırki bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia edir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası əsasında Sara Abbasova və Cavabdeh5 mübahisəli çıxarışda göstərilən hər birinə məxsus 60/540 hissə payları nəzərə alınmaqla onun ilkin müqaviləsi etibarsız hesab edilmiş, həmin şəxslərə məxsus payın isə ümumilikdə 30 kv.m olmaqla MMC tərəfindən iddiaçının payından qeyd edilən hissə çıxılmaqla müvafiq olaraq həmin hissə üçün əlavə MMC-yə ödəniş edilmişdir.

59. Cavabdeh MMC isə bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən müqavilələr etibarsız edildikdən sonra iddiaçı ilə özünün seçimi, istəyi və razılığı ilə yeni müqavilələr (xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli) bağlanmışdır. Müqavilələrin şərtlərinə görə ümumi tikinti sahəsi 140.74 kv.m təşkil edən fərdi yaşayış evinin iddiaçının istifadəsində olmasını nəzərə alaraq, ona həmin evin qarşılığında MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10, (B2 bina), 2-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 93 nömrəli və həmin mərtəbədə yerləşən 2 otaqlı, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən təmirli, 2 otaqlı 95 nömrəli mənzillər verilmiş və əlavə olaraq 41.000 manat pul ödənilmişdir. Qeyd edilən faktlar müqavilələrdə öz əksini tapmış və İddiaçı həmin müqavilələri imzalamaqla bunları təsdiq etmişdir.

60. Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisələndirilən sözügedən “Çıxarış” əsasında iddiaçının müqaviləsi etibarsız hesab edilərkən Sara Abbasova və Cavabdeh5 pay hüquqlarının iddiaçı tərəfindən cavabdeh MMC ilə müqavilə bağlanarkən nəzərə alınmamış və onların paylarına olan nisbətdə hüquqlarının pozulması əsas götürülmüşdür ki, sonuncuların payları nəzərə alındıqda nəticə etibarı ilə bu iddiaçının həmin "xxxx" olan payının azalmasına və MMC ilə bağladığı sonrakı müqavilədə olan pay hüququnun azalmasına gətirib çıxarmışdır.

61. “Çıxarışa” əsasən, S.Abbasova və F.Abbasovanın hər birinə münasibətdə, bu pay 113,30 kv.m-in 60/540 kv.m hissəsi 12,5 kv.m təşkil edir. Sara Abbasova və Cavabdeh5 hərəsinin ayrılıqda 12,5 kv.m-in cəmi 25 kv.m edir ki, cavabdeh şirkətin 20% ilə verdiyi sahə də nəzərə alındıqda bu 30 kv.m təşkil edir.

62. Cavabdehlər S.Abbasova və F.Abbasovanın payının ümumilikdə 30 kv.m təşkil etdiyi nəzərə alındıqda həmin payın iddiaçının hesabından çıxıldığı təsdiqini tapır.

63. Məhkəmə qeyd edir ki, əks halda qanuni qüvvəsini almış MMC-nin və üçüncü şəxslərin iddialarını təmin edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin heç bir hüquqi mənası və əhəmiyyəti olmazdı. Belə ki, elə sözügedən qətnamənin əsasını məhz S.Abbasova və F.Abbasovanın ümumilikdə mübahisəli çıxarışa əsasən müəyyən edilən 30 kv.m payının nəzərə alınmalı olması və onların pozulmuş pay hüququnun bərpa edilməli olması təşkil edir.

64. Məhkəmə tərəfindən həmçinin müəyyən edilir ki, iddiaçı ilə cavabdeh MMC arasında olan sonuncu xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli müqavilə daha əlverişsiz şərtlərlə bağlanmış, bu da S.Abbasova və F.Abbasovanın yuxarıda göstərilən 30 kv.m payının iddiaçı ilə bağlanan hazırkı müqavilədə iddiaçının payından çıxılması hesabına həyata keçirildiyini göstərir.

65. Belə ki, Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iddiaçı tərəfindən həmin hissədə bildirilmişdir ki, o, yeni müqavilə bağlayarkən məhz onun payından cavabdeh MMC tərəfindən çıxılan 30 kv.m payın əvəzində təqdim edilən mənzillərdən birinin təmirsiz olması (hansıki, ilkin müqavilədə hər iki mənzil təmirli təklif edilmişdi), digər halda isə müvafiq şirkət tərəfindən ona ödənilməli olan kompensasiyadan imtinası hesabına razılaşmışdır.

66. Qeyd edilən hala cavabdeh MMC tərəfindən etirazda heç bir münasibət bildirilməmişdir.

67. Rayon Məhkəməsi hazırda iddiaçının tələb etdiyi 30 kv.m payının geri qaytarılmasını mümkün hesab etmədiyindən onun hazırkı bazar dəyərinin – 60.000 manatın qaytarılmasını əsaslı hesab etməkdə haqlı olmuşdur.

68. Belə ki, "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, M-0352/KB saylı rəyindən görünür ki, mübahisəli evin yerləşdiyi ərazi üzrə yaşayış sahələrinin hər 1 kv.mnin bazar dəyəri 2.000 manat təşkil edir (30 kv.m x 2.000=) 60.000 manat təşkil edir.

69. Beləliklə Məhkəmə hesab edir ki, cavabdehlər Sara Abbasova və Cavabdeh5 mübahisəli əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə edildiyindən və onlar etibarsız olduğundan, hazırda Cavabdeh1 MMC ilə iddiaçı arasında artıq həmin çıxarışlarda göstərilən sahələr üzrə müqavilələr bağlanması nəzərə alınmaqla iddiaçı onların paylarına nisbətdə Cavabdeh1 MMC tərəfindən onun payından çıxılmış 30 kv.m sahənin qaytarılması real olmadığından sözügedən sahənin hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pulu Cavabdeh1 MMC-dən geri tələb etməkdə haqlıdır. g) apellyasiya baxışının nəticəsi

70. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

71. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

72. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar