Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5767/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (sığorta ödənişinin ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 96/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı 2070 manat icbari sığorta haqqının, ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı məxsus olan 2013-cü il buraxılışlı “Toyota Prado” markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 1307,50 manatın, dövlət rüsumunun əvəzi kimi 25,20 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə daxil olan 02/238 nömrəli, 26 aprel 2022-ci il tarixli etiraz məktubunda müstəqil ekspert Talıblı Əhməd tərəfindən İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirilmiş və «Toyoto Prado» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyən ziyanın məbləği 545 AZN manat müəyyən edilmişdir. İddia tələbinin qismən 545 manat aralığında qəbul edildiyinin və həmin hissədə təmin olunması, ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılması qeyd olunmuşdur;
3. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 922.1, 923.1, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 4.1, 15.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 103.1, 103.2, 119.1, 121, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. «X7» MMC tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli qüsur aktına əsasən **-DH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 1290 AZN manat, işçi qüvvəsi 780 AZN, cəmi 2070 manat təşkil edir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «Toyota Prado» markalı 20- DH-940 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1791 manat təşkil etmişdir. Məhkəmə iclasında cavabdeh şirkət tərəfindən iddia tələbinin qismən, yəni avtomaşına vurulmuş ziyanın məbləği 545 manat qəbul edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş avtomaşının bərpa edilməsinə dair qiymətləndirmə aktına əsasən həmin məbləğ 2070 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizalarının hər iki rəyi qənaətbəxş deyildir. Belə ki, məhkəmənin xx.xx.2022ci il tarixli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardadında ekspert qarşısında “X7”nin xx.xx.2021-ci il tarixli və müstəqil ekspert X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli hər iki qüsur aktları və fotoşəkillər nəzərə alınmaqla 27 oktyabr 2021-ci il tarixində baş vermiş hadisə nəticəsində “Toyota Prado minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə hansı məbləğdə ziyan dəymiş olmasının müəyyən edilməsi barədə sual qoyulmasına baxmayaraq, ekspertiza mərkəzi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, məhkəməyə ilkin təqdim edilən xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə birə-bir eynilik (köçürülməklə) təşkil etmişdir. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, «X7» MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobilə dəymiş ziyanın məbləği 1791 manat müəyyən edilmişdir. Ekspert rəyində müstəqil ekspert X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktı ümumiyyətlə nəzərə alınmamışdır.
4. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - AR DİN BDYPİ Gəncə RQİ və TBŞ tərəfindən verilmiş AC N 178060 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən **-DH-*** qeydiyyat nişanlı «Toyota Prado» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır; - «X7» MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından məlum olur ki, «Toyoto Prado» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 1290 AZN manat, işçi qüvvəsi 780 AZN, cəmi 2070 manat vəsait hesablanmışdır; - "xxxx" ASC tərəfindən tərtib edilən № DS061207 nömrəli müstəqil ekspert rəyində qeyd olunmuşdur ki, müstəqil ekspert Talıblı Əhməd tərəfindən İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirilmiş və «Toyoto Prado» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyən ziyanın məbləği 545 AZN manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 9/4369 nömrəli ekspert rəyinin surətindən məlum olur ki, 2013-cü il buraxılış ili olan, «Toyota Prado» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1791 manat müəyyən olunur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 9/7545 nömrəli ekspert rəyinin surətindən məlum olur ki, 2013-cü il buraxılış ili olan, «Toyota Prado» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1791 manat müəyyən olunur; - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, VAZ 21074 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 27 oktyabr 2021-ci il tarixdə Gəncə şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus X8 Prado markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi barədə müraciətə baxılmışdır. Avtomobilə dəymiş zərər İddiaçı tərəfindən seçilən müstəqil ekspert Talıblı Əhməd tərəfindən hesablanaraq 545 manat məbləğində müəyyən edilmişdir; - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, 27 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus Toyota Land- Cruiser- Prado markalı, **-DH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar hesablanmış qiymətlə vətəndaş razılaşmadığı üçün ona müstəqil ekspertlərin siyahısı təqdim olunmuşdur. İddiaçı müstəqil ekspert Əhməd Talıblını seçmişdir. Müstəqil ekspertin rəyinə əsasən nəqliyyat vasitəsinə baxış keçirilərək dəyən zərər 545 manat hesablanaraq razılıq aktına imza etmək üçün Gəncə şəhəri Kəpəz filialına göndərilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 922.1, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 4.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 117, 119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından da görünür ki, onun avtomobilinə maddi zərər dəymişdir və həmin zərər sığorta məbləği ilə təmin edilməlidir. İş materiallarında olan ekspert rəyi ilə avtomobilə dəymiş zərərin sığorta prinsiplərinə və tələblərinə uyğun olduğu təqdirdə həmin sübutların nəzərə alınmaması və məhkəmənin öz mülahizəsi ilə qiymətləndirməsi əsassızdır. İşdə olan ekspert rəyinə əsasən dəymiş zərər üzrə sığorta haqqının 1791 manat təşkil etdiyi müəyyən edildiyi halda özü hesablama aparmaqla 1305,50 manat müəyyən etməsi məntiqli deyil. Ekspert rəyinin nəzərə alınmaması məhkəmə tərəfindən əsaslandırılmamış və məhkəmə yalnız öz mülahizəsi ilə qiymətləndirmişdir. Məhkəmənin ekspert rəyinin natamam olması ilə bağlı gəldiyi nəticə əsaslı ola bilməz. Ekspert fotoşəkillərlə deyil qüsur aktında göstərilən detalların dəyəri ilə hesablama aparmışdır. Məhkəmə iş üzrə iddiaçı tərəfindən təqdim edilən sübutları və onun tərəfindən təqdim edilmiş sübutları qarşılıqlı qiymətləndirməklə hüquqi qiymət verməlidir. Məhkəmə iddiaçı tərəfindən ona dəymiş zərəri müəyyən etdiyi halda, o cümlədən ekspert rəyində dəymiş zərərin məbləği müəyyən edildiyi halda ona ödənilməli olan sığorta haqqı üzrə sübutları tam və obyektiv olaraq qiymətləndirməmiş və cavabdehin maraqları aspektindən çıxış etmişdir. İşdə olan sübutları qarşılıqlı təşkil etməklə qiymətləndirməməsində məhkəmə haqlı olmamışdır və sübutları düzgün qiymətləndirməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. İş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizalarının ümumi xərcinin 200 manat olduğu müəyyən edilmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş hər iki ekspertizanın nəticəsinin eyni olduğunu, sığorta məbləğinin qüsur aktına əsasən müəyyən edildiyini, qüsur aktının isə avtomobilə baxış keçirilərək tərtib edildiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. 2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir.
11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 22.1.7. sığortalının, sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda, Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüquqları vardır. 12.“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 95.3. Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883, 885, 922-927, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216-220, 227, 385-390-cı maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 12-25, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-5, 15-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməmişdir.
14. Apellyasiya şikayətinin və iddianın dəlilləri ilə yalnız tutulan məbləğ mübahisələndirildiyindən iş üzrə ekspert rəylərinə onların məzmun uyğunluğu baxımından sübutların mötəbərliyi müstəvisində qiymət verilməlidir.
15. Kollegiya diqqətə çatdırır ki, iş üzrə mövcud olan faktlar üzrə nəticələr qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. Vətəndaşın narazılığına və iddianın verilməsinə səbəb olan cavabdeh tərəfindən təqdim edilmiş sübutun (qiymətləndirmə rəyi) sahəvi qanunvericiliyin tələbinə müvafiq mötəbərliyi və ziddiyyətsizliyi sübutetmə vəzifəsinə müvafiq cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış (mötəbərliyinə lazımi qiymət verilməyən sübutlar əsasında özü hesablama aparmışdır). Kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 9/7545 nömrəli ekspert rəyi əsas götürülməklə, 2013-cü il buraxılış ili olan, «Toyota Prado» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1791 manat müəyyən olunmuş məbləğ əsas götürülməlidir. Belə ki, bunu təkzib edən əsaslar və mötəbər sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən sığorta hadisəsinin təfərrüatları, ələlxüsus zərərə məruz qalmış nəqliyyat vasitəsinin hansı hissələrinin zədələnməsi, habelə zədələnmiş hissələrin məhz yenisi ilə əvəz edilmədən təmir etmək vasitəsilə dəymiş zərərin aradan qaldırılması mümkünlüyü sübuta yetirilməmişdir.
16. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 17.Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin əsaslandırılması üzrə gəldiyi nəticə sübuta yetirilmədiyindən qətnamə tam ləğv edilməklə, apellyasiya şikayəti və iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı məxsus olan 2013-cü il buraxılışlı “Toyota Prado” markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 1791 manatın tutularaq İddiaçı ödənilməsi təmin edilməlidir.
18. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
19. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməli, iş üzrə ekspertiza xərci cavabdehdən tutulmalıdır.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı məxsus olan 2013-cü il buraxılışlı “Toyota Prado” markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 1791 manat sığorta ödənişinin tutularaq İddiaçı ödənilməsi təmin edilsin. İş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin.