Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5782/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-410/2023 nömrəli 05 iyul 2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun təqdim edilməsi, təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Respublika Xammal və Əmtəə Birjası Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-410/2023 nömrəli 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ASC (Ləğv prosesindədir) ilə ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin bağlanması cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırkı mülki iş üzrə icraatın məhkəmənin icraatında olan digər mülki işlə birləşdirilməsi məsələsini müzakirəyə çıxarır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1514/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Maraqlı şəxs cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı hərrac protokolunun imzalanmış hesab edilməsi”nə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmə kollegiyası hеsаb еdir ki, hər iki mülki iş eyni tərəflərin iştirak etdiyi və birbiri ilə əlaqədar olduğundan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası hеsаb еdir ki, məhkəmənin yuxarıda qeyd olunan qənaəti ilə hər iki mülki iş bir icraatda birləşdirilməsi qərara alındığından hazırkı mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264, 366-368, 397-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Maraqlı şəxs cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair 2(103)-1514/2023 nömrəli mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün - İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdeh "xxxx" MMC-yə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “protokolun təqdim edilməsi, təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsini cavabdehin üzərinə qoyulması tələbinə” dair 2(103)-5782/2023 nömrəli mülki işlə birləşdirilsin və 2(103)-5782/2023 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5782/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5782/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver