Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5787/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: borcun silinməsi, zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(011)-1201/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.
2. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2019-cu il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4752 kub.m. sərfiyyat hesablanmışdır.
3. 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur.
4. Dəymiş ziyanın bərpasına dair 15 yanvar 2022-ci il tarixli tələbnaməyə əsasən, G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 8640 kub.m. sərfiyyat hesablanmışdır.
5. Abonentin saldosundan görünür ki, abonentin 2019-cu ilə 475,20 manat və 2022ci ilə 1036,80 manat borcu yaranmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 3/292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi daş karxanası 695A ünvanında yerləşən yaşayış evinə Cavabdeh İB tərəfindən hesablanmış 1036,86 manat debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi daş karxanası 695A ünvanında yaşayır. Cavabdeh İB ilə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən ev qazla təchiz edilmiş, həmin ünvana smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB tərəfindən iddiaçının evinə qazın verilməsi dayandırılmış, bu barədə cavabdehə bildirdikdə isə iddiaçının barəsində qazdan qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən ona 1036,80 mant borcun hesablanması bildirilmişdir. Lakin bu barədə iddiaçıya heç bir sənəd təqdim edilməmiş, iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb etdikdə isə cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş, onun bu barədə məlumatı olmamışdır. Cavabdeh İB-nin nümayəndələri heç vaxt iddiaçıya məxsus evin həyətində olmamış, həmin evdə heç bir qanunsuz qoşulma halı aşkar edilməmişdir.
9. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ödənilməmiş 1508,20 manat məbləğdə dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi daş karxanası 695A ünvanında yerləşən ona məxsus fərdi yaşayış evini qazla təmin edən ümumi paylayıcı xəttə yanvar 2022-ci il tarixdə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etdiyi üçün barəsində bir dəfə akt tərtib edilmiş və Cavabdeh İB-yə ümumilikdə 1036,80 manat məbləğdə maddi zərər vurduğu müəyyən edilmişdir. İddiaçı daha sonra Cavabdeh İB-nin 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin müştəri xidməti şöbəsinə müraciət etmiş, 09 dekabr 2022-ci il tarixdə onunla təbii qazın alğı-satqısına dair yeni müqavilə bağlanmış, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi müəyyən edilmişdir. İddiaçı **********100000 nömrəli abonent hesabında həmin tarixə mövcud olan 1509,20 manat məbləğdə borcu yazılı ərizə ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissəhissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İddiaçı məxsus ünvana sonuncu dəfə smart qaz sayğacı da 09 avqust 2022ci il tarixdə quraşdırılmışdır. Borclu abonent dekabr 2022-ci il tarixdə qaz sayğacı üzrə həmin borcdan 1 manat məbləğində ödəniş etmişdir. Hazırda onun Cavabdeh İB-yə ödənilməmiş 1508,20 manat borcu qalmışdır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(011)- 1201/2023 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********100000 nömrəli abunə koduna hesablanmış 1036,80 manat məbləğdə borcun silinməsi, Cavabdehndən 30,37 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin tutulması tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş 35,08 manat dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına 2022-ci il tarixdə hesablanmış 1036,80 manat məbləğdə borcun silinməsini məhkəmə qanunauyğun hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya aid ünvan üzrə sonuncu iki dəfə cərimələnmişdir. 1036,80 manat məbləğində cəriməyə məhkəmə yuxarıda qiymət verərək iddiaçının kənar xətt vasitəsilə qoşulmasını aşkar etməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi təmin edilmişdir. 2019cu ilin dekabr ayında yazılmış 475,20 manat məbləğdə cəriməyə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh İB məhkəmə araşdırılması zamanı həmin cərimə borcunun da qaz xəttinə qanunsuz qoşulma nəticəsində yazılmasını bildirsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda istinad olunan cərimənin hər hansı digər pozuntuya görə hesablanması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə istinad olunan borcun etirafı ilə bağlı verdiyi ərizəyə münasibətdə qeyd edir ki, nə qədər ki, Cavabdeh İB təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirdiyinə görə və vətəndaşların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus olmadığından vətəndaşlar bir növ Cavabdeh İB-dən asılı vəziyyətdə olurlar. İstinad olunanlara əsasən məhkəmə iddiaçının verdiyi ərizəni etibarlı hesab etmir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, “Qazdan istifadə qaydalarının” 6.5-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunub, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Şikayətin dəlillərinə görə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri ) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. İşdən görünür ki, birinci instansiya məhkəməsinin hazırkı apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunan hissəsi ilk iddia ilə bağlı hissədir. Belə ki, ilkin iddia tələbindən görünür ki, iddiaçı ona hesablanmış 1036,86 manat borcun silinməsini xahiş edir. Bu borcun əsasını “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 yanvar 2022-ci il tarixli akt təşkil edir ki, həmin akta əsasən abonentin mənzilində sayğacdan kənar qeyriqanuni qoşulma faktı aşkar edilmişdir.
26. Məhkəmə kollegiyası şikayətin Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların cavabdeh tərəfindən birliyə vurulmuş zərəri sübut etməsi barədə dəlili ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində sayğaca müdaxilə faktının akt ilə rəsmiləşdirildiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, sözügedən akt iddiaçı tərəfindən imzalanmamış, aktın hazırlanmasına hal şahidləri cəlb edilməmiş, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Yəni, aktın tərtibində qanunvericiliyin tələblərinə riayət edilməmişdir.
27. Həmçinin, iddiaçı “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir.
28. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş akt mötəbər sübut kimi qəbul edilə bilməz.
29. O da nəzərə alınmalıdır ki, mübahisəli halın araşdırılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, alınmış ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
30. Şikayətin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(011)-1201/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(011)-1201/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev