Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5788/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5788/2022 (Açar sözlər: “əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi”) Bakı şəhəri 01 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)- 3426/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə “Nikoyl” İKB (bundan sonra Bank) arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış “VAZ21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
2. xx.xx.2013-cü il tarixdə iddiaçı, X2 adına daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermişdir.
3. Mübahisəli avtomobilə dair xx.xx.2013-cü il tarixdə Cavabdeh1, xx.xx.2014-cü il tarixdə Cavabdeh2, xx.xx.2014-cü il tarixdə Cavabdeh3 və xx.xx.2014-cü il tarixdə Cavabdeh4 (iş üzrə cavabdehlər) adına etibarnamələr verilmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)- 963/2015 saylı qətnaməsi ilə Bankın iddiası təmin edilərək, iddiaçıdan və zamindən müştərək qaydada 8800 manat əsas, 2129,65 manat faiz borcu, 200,14 manat dəbbə pulu, iddanın verilməsi üçün ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat olmaqla, cəmi 11169,79 manat pulun Bankın xeyrinə tutulması və tutmanın iddiaçıya məxsus ipoteka predmeti olan avtomobilə yönəldiməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, aparılmış icra tədbirləri nəticəsində mübahisəli avtomobilin axtarışı haqqında qərar qəbul edilmiş, lakin bununla bağlı görülən tədbirlər nəticə verməmişdir.
5. Həmin iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Bakı şəhərində qeydiyyatda olmadığı üçün mübahisəli avtomobili dostu olan iddiaçının adına almaqla etibarnamə əsasında idarə etmiş, lakin krediti ödəyə bilmədiyi üçün iki həftə sonra Gəncə şəhərində başqa şəxsin adına etibarnamə verməklə avtomobili satmışdır. Hazırda avtomobilin yerini bilmir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, “VAZ21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən gömrük bəyannaməsi hesab-arayış-566293 əsasında ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1991ci il təvəllüdlü İddiaçı adına qeydiyyatdadır.
7. xx.xx.2016-cı il tarixli Bakı şəhəri 42 saylı Notariat Kontoru tərəfindən verilmiş məktubun surətindən müəyyən olunur ki, Şirvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan X4 xx.xx.2013-cü il tarixdə verilən və 7E-9447 saylı reyestrdə rəsmiləşdirilmiş (daşınmaz əmlak istisna olmaqla) ümumi etibarnamə xx.xx.2016cı il tarixdə ləğv edilmişdir.
8. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, “VAZ-21723” minik markalı, buraxılış ili 2013-cü il olan, tünd göy metal rəngli minik avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixinə bazar qiyməti 9700 manat təşkil olunur.
9. Göygöl rayon Polis Şöbəsinin 24 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, ünvan 1-d qeydiyyatda olan İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Göygöl rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, 2014-cü il avqust ayında Göygöl rayonunda, Bakı şəhər sakini Cavabdeh4 ilə Göygöl rayon sakini X9 əlbir olaraq İddiaçı məxsus VAZ 21723 markalı ** SP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili girov qoyaraq başqa avtomobil götürdüklərini, VAZ 21723 markalı 90 540 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hissələrə bölünərək satılmasını bildirmişdir. Material üzrə izahatı alınmış Vəkil1 bildirmişdir ki, İddiaçı ilə aralarında olan müqaviləyə əsasən onun nümayəndəsi qismində iştirak edir, İddiaçı tanışı X8 2013-cü ildə "xxxx" ASC-dən kreditlə İddiaçı adma “VAZ 21723 minik” markalı ** SP *** dövlət nömrə nişanlı avtomobil alıb və həmin avtomobilin aylıq kreditlərini özü ödəyəcəyini bildirmişdir.
10. Material üzrə araşdırma zamanı Cavabdeh4 izahatının alınması üçün sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ilə əlaqə saxlanılmış, Cavabdeh4 telefon vasitəsi ilə bildirmişdir ki, 2013-cü ildə dəqiq tarixini xatırlamadığı vaxtda Fərid adlı şəxsin vasitəçiliyi ilə bankda girovda olan “VAZ 21723 minik” markalı ** SP *** dövlət nömrə nişanlı tünd göy rəngli avtomobil aldıqlarını lakin həmin avtomobil yaxşı vəziyyətdə olmadığı üçün maddi ziyana çəkdiklərini, bundan sonra o tanışları Fazil, Tacəddin və Rahim adlı şəxslərlə Göygöl rayonuna gəlib Fəridin vasitəsi ilə tanıdıqları X6 bankda girovda olan “VAZ 21723 minik” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil 2500 manata almağa razılaşdıqlarını, həmin vaxt üzərlərində pul olmadığı üçün Göygöl rayonuna gəldikləri bankda girovda olan “VAZ 21723 minik” markalı ** SP *** dövlət nömrə nişanlı avtomobili Vüqarın yanında girovda saxladıqlarını və Vüqardan ağ rəngli VAZ 21723 minik" markalı dövlət nömrə nişanını xatırlamadığı avomobilə etibarnamə ilə alıb getdiklərini, daha sonra Vüqar pulunu tələb etdikdə, Fəridin onlara göy rəngli avtomobili aldırıb maddi ziyan etdirdiklərini deyib Vüqara verilməli olan pulu Fəridin verməsini dedikərini, Fərid isə özünə məxsus Niva markalı avtomobili satdığını, Vüqar Qənbərov “VAZ 21723 minik" markalı ** SP *** dövlət nömrə nişanlı avtomobili 1500 manat pulun əvəzində özünə götürdüyünü qalan 1000 manat pulu isə yol maşını ilə Vüqara göndərdiklərini, həmin vaxtdan da qeyd edilən sonuncu avtomobilin Vüqar Qənbərovda qalmışdır. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir.
11. X10 izahatının alınması üçün sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmış, Fərid Əliyev telefon vasitəsi ilə bildirmişdir ki, 2013-cü ildə dəqiq tarixini xatırlamadığı vaxtda Cavabdeh4 və Fazil adlı şəxsləri X11 ilə tanış etdiyini, həmin vaxt Vüqar etibarnamə ilə ona bankda kreditdə olan “VAZ 21723" minik markalı avtomobili 2500 manata satmaq istədiyini Cavabdeh4 həmin avtomobili almaq üçün Vüqarla razılaşıb 1500 manat pul verdiyini 1000 manat pulu isə 10 gün müddətində verəcəyini, həmin 1000 manat pulu verənədək bankda girovda olan “VAZ 21723 minik” markalı ** SP *** dövlət nömrə nişanlı tünd göy rəngli avtomobil Vüqarın yanında saxladığını daha sonra isə 1000 manat pulu Vüqar verib avtomobili götürdüyünü, həmçinin Cavabdeh4 ona məxsus Niva markalı avtomobili də satdırıb ona maddi ziyan vurduğunu bidirmişdir. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir.
12. Beləliklə aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki. Göygöl A.Kazımov küçəsi ev 1, mənzil 7-də yaşayan X11 tərəfindən “VAZ 21723 minik” markalı ** SP *** dövlət nömrə nişanlı avtomobilin hissələr bölünməsi və ya həmin avtomobilin sonuncuda qalması xüsusatları toplanmış materialda öz təsdiqini tapmamışdır. Belə ki, material əlavə edilmiş sənədlərin surətindən də görünür ki, “VAZ 21723 minik” markalı ** SP *** dövlət nömrə nişanlı avtomobil sonuncu dəfə etibarnamə əsasında Cavabdeh4 verilmiş, Vüqar Qənbərovda öz izahatında həmin avtomobilin heç bir sənəd əsasında ona verilmədiyini, həmin avtomobilin Cavabdeh4 tərəfindən ona verilməli olan 1000 manat pula görə Göygöl rayonunda saxladığını, daha sonra isə avtomobili götürdüyünü, bundan sonra avtomobilin kimlərə verilməsi bilmədiyini bildirmiş, eyni zamanda materiala əlavə edilmiş sənədlərin surətindən də görünür ki, sözügedən avtomobilin tapılması, tərəflər dəymiş maddi ziyanın ödənilməsi xüsusatlan ilə bağlı Suraxanı rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2 (010)-3426/2021 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 11149/21 nömrəli qətnamələri qəbul edilmiş və həmin xüsusatlarla bağlı mülki qaydada işə baxılmışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mübahisəli avtomobili istifadə edən cavabdehlər: Cavabdeh1 3780 manat, Cavabdeh2 1400 manat, Cavabdeh3 2912 manat, Cavabdeh4 61625 manat alınaraq ona verilməsi, avtomobilin, bu mümkün olmadıqda isə dəyəri kimi 9700 manatın Cavabdeh4 alınaraq ona verilməsi, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə müştərək qaydada tutuluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə tanışı X8 rayon qeydiyyatında olduğu üçün onun adına avtomobil alınmasını təklif etmiş, o da razılıq verərək, Bakı şəhərinə gəlmiş, bu məqsədlə maşın bazarında bəzi sənədlərə imza etmiş, bundan sonra avtomobildən xəbərsiz olmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası zamanı avtomobilin onun adına olmaqla, kredit borcunun olduğu məlum olmuşdur ki, hazırda həmin borc tərəfindən ödənilir. Vüsal isə onun xəbəri olmadan avtomobili etibarnamə ilə cavabdehlərə satmışdır. Hesab edir ki, cavabdehlərdən mülkiyyət hüququ ilə ona məxsus avtomobilin onların istifadəsində olduğu günlərə müvafiq olaraq icarə haqqı kimi maddi ziyan tutulmalı və avtomobil adına sonuncu etibarnamənin verildiyi Cavabdeh4 alınaraq ona qaytarılmalıdır.
15. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin 28 iyul 2021-ci il tarixli, 02- 69/21 saylı mütəxəssis rəyinə əsasən, “VAZ-21723” minik markalı, buraxılış ili 2013-cü il olan, tünd göy metal rəngli minik avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixə bazar qiyməti 9700 manat müəyyən olunmuş və həmin avtomobilin istifadə edildiyi müddət ərizində günlük və aylıq icarə haqlarının məbləği kimi cavabdehlərin adına verilmiş etibarnamələr əsasında istifadələrində olduğu müddət üçün bir günə 30 manat hesabı ilə Cavabdeh1 3780 manat, X5 1400 manat, Cavabdeh3 2912 manat, Cavabdeh4 isə 61625 manat əldən çıxmış fayda hesablanmışdır.
16. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, Fərid adlı şəxsin vasitəçiliyi ilə mübahisəli avtomobili almaq üçün Şəmkir rayonuna getmiş və orada yaşayan bir şəxs tərəfindən avtomobilə dair onun adına etibarnamə verilmişdir. Avtomobilə görə ilk olaraq 2000 manat ödəmiş, qalan məbləği isə sonra ödəyəcəyi barədə razılaşmışlar, lakin avtomobilin üzərində həbs olduğunu bildikdən sonra onu Fəridə geri qaytarmışdır.
17. Cavabdeh2 nümayəndəsi (vəkili) də məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, cavabdeh avtomobili digər Cavabdeh3 almış, lakin avtomobilin girovda olduğunu öyrəndikdən sonra problemli avtomobil almaq istəmədiyindən geri qaytarmışdır.
18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-3426/2021 nömrəli mülki iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilərək, mübahisəli avtomobilin Cavabdeh4 alınaraq iddiaçıya qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli avtomobil etibarnamə əsasında son olaraq Cavabdeh4 istifadəsinə verildiyindən həmin avtomobil ondan alınaraq mülkiyyətçiyə geri qaytarılmalıdır. Avtomobilin dəyəri isə avtomobil faktiki olaraq mövcud olmadığı halda irəli sürülə bilər. Hazırkı halda avtomobilin faktiki olaraq mövcud olmaması ilə bağlı məhkəməyə sübut təqdim olunmamış, iddiaçı avtomobilin ehtimallar əsasında mövcud olmadığını bildirmişdir.
20. Məhkəmə, iddianın cavabdehlərdən avtomobildən istifadəyə görə pulun tutulması hissəsinə münasibətdə isə bildirmişdir ki, tərəflər arasında avtomobildən istifadəyə görə hər hansı əvəzin ödənilməsi nəzərdə tutulmadığından və bu barədə müqavilə mövcud olmadığından, həmin tələb təmin oluna bilməz.
21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 166.1, 181.1, 181.3, 362.1, 362.2, 365.2-ci, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının mülkiyyətində olan avtomobildən onun razılığı olmadan istifadə etməklə qazanc əldə edərək qanunsuz hərəkətləri ilə iddiaçıya ziyan vurmuşlar. Bundan əlavə, X18 şifahi məlumatı əsasında müəyyən olunmuşdur ki, uzun müddətdir ki, avtomobilin Azərbaycan Respublikası ərazisində hərəkəti qeyd olunmamışdır. Belə olan halda, avotmobilin hissələrə bölünüb satılması ehtimalı istisna edilmir. Bu halları sübuta yetirmək vəzifəsi cavabdehin üzrərinə düşsə də, sonuncu məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmiş, məhkəmə isə işin faktiki hallarına qiymət vermədən, cavabdehlərin sübuetmə vəzifəsini yerinə yetirmədiklərini nəzərə almadan onların xeyrinə qətnamə qəbul etmişdir.
24. Cavabdeh4 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
25. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iclasında verdiyi izahatında cavabdeh avtomobili 2014-cü ilin sentyabr ayında 4000 manata alaraq, həbsdə olduğunu öyrəndikdən sonra növbəti gün geri qaytardığını bildirsə də, məhkəmə izahatını təhrif etmiş və avtomobil hələ 2014-cü ildə onda olmadığı halda etibarnaməyə istinad edərək, olmayan əmlakı iddiaçıya qaytarması barədə qanunsuz qətnamə çıxarmışdır. Halbuki, iddiaçı tərəfindən avtomobilə dair verilmiş etibarnamələr 2016-cı ildə ləğv edilmişdir. Digər tərəfdən, işdən görünür ki, avtomabilə tutma yönəldilməsi və hərracda satılması barədə xx.xx.2015-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, avtomobilin axtarışda olub-olmaması, kimin sahibliyində olması həmin qətnamənin icrası prosesində müəyyən edilməli olduğu halda, iddiaçı bu istiqamətdə heç bir hərəkət etmədən ehtimallara əsaslanmışdır.
26. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında apelyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, avtomobili almasında vasitəçilik etmiş Fərid adlı şəxsi Fazil vasitəsilə tanımışdır. Avtomobili alan zaman Banka borcunun olduğu ona deyilmiş, buna görə də, qiymət 4000 manat hesablamışdır. Avtomobil 1 gün onda olmuş, onu aldıqdan 1 gün sonra Bankla razılaşıb ödəniş üçün yeni qrafik açdırmaq məqsədilə Bakı şəhərinə gəlmiş, lakin Bank tərəfindən artıq işin məhkəmədə olduğu üçün yeni qrafik açılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra o, avtomobilin problemli olduğunu düşünərək, qaytarmış və ödədiyi 2000 manatı geri almışdır.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-11149/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) iddiaçının apellyasiya şikayəti rədd, cavabdeh apellyasiya şikayəti isə təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan - mübahisəli avtomobilin Cavabdeh4 alınaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilən hissəsində cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır, Belə ki, avtomobilə dair sonuncu etibarnamənin Cavabdeh4 verilməsi avtomobilin onda olması anlamına gəlmir.
29. İşdən görünür ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmuş, lakin həmin avtomobilin həqiqətən də Cavabdeh4 sahibliyində olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfin izahatından da göründüyü kimi, iddiaçı da avtomobilin harada olmasından məlumatlı deyil. İddiaçı avtomobilə dair ilk olaraq xx.xx.2013-cü il tarixdə X4 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermiş və bundan sonra sonuncu həmin etibarnamə ilə hərəkət edərək, avtomobil bir neçə şəxsin etibarnaməli idarəçiliyinə vermişdir ki, iddiaçı bununla öz mülkiyyət hüquqlarının pozulmasını iddia etmişdir. Belə olan halda, nə qədər ki, etibarnamə ilk olaraq V.Yolçuyevin adına verilmiş, iddiaçının avtomobil almaq niyyəti olmamış, V.Yolçuyevin xahişi ilə avtomobilin onun adına keçirilməsinə razılıq vermişdir, bu halda cərəyan edən hadisələrin yaranması, ödəniş həyata keçirilmədiyi üçün Bankın iddiaçıya qarşı, iddiaçının isə hazırkı cavabdehlərə qarşı iddialarının qaldırılması, son nəticədə iddiaçının maddi ziyana düşməsi məhz V.Yolçuyevin məsuliyyətsiz hərəkətlərinin nəticəsi olaraq baş verdiyindən sonuncuya qarşı maddi ziyanla bağlı iddianın qaldırılması daha ağlabatan olardı.
30. Məhkəmə kollegiyası, Mülki Məcəllənin 152.8 və 152.11-ci maddələrinə istinadla, həmçinin qeyd etmişdir ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda yoxdursa mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır ki, hazırkı iş üzrə iddiaçının avtomobilə dair verdiyi etibarnamədə avtomobilin saxlanmasına dair hər hansı bir qayda müəyyən edilmədiyindən iddiaçı mülkiyyətçi kimi avtomobilin saxlanma yükünü daşımalı idi, lakin iddiaçı qeyd olunan maddənin tələbləri baxımından qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda, əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi, işin faktiki halları ilə iddiaçının mülkiyyətində olan mübahisəli avtomobilin məhz Cavabdeh4 olmaması öz təsdiqini tapmışdır.
31. Kollegiya, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münsibətdə isə qeyd etmişdir ki, həmin dəlillər əsassızdır, birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında avtomobildən istifadəyə görə hər hansı əvəzin ödənilməsi nəzərdə tutulmadığından və bu barədə müqavilə mövcud olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı öz adından ilk dəfə V.Yolçiyevə etibarnamə vermiş və bundan sonra avtomobil növbə ilə cavabdehlərə verilmişdir. Başqa sözlə, iddiaçı qanuni əsaslarla avtomobilə dair etibarnamə verdiyindən, avtomobilin qanunsuz olaraq özgəninkiləşdirilməsi müəyyən edilməmişdir.
32. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci maddəsinə, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işi halları tam araşdırılmamış, cavabdehlərin hərəkətləri qanuni hesab edilməklə iddiaçının mülkiyyət hüquqları pozulmuş, eyni zamanda tərəflərin sübutetmə yükünə düzgün hüquqi qiymət verilməmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2382/2022 saylı Qərarı ilə (Sədrlik edən və məruzəçi hakim Z.Əliyev, hakimlər A.Hüseynov və İ.Xələfov) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11149/2021 nömrəli mülki iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi Qərara alınmışdır.
36. Kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
37. Kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin ikinci və üçüncü şərtləri ilə bağlı məhkmənin mövqeyi ona görə əsassızdır ki, avtomobilin etibarnamə əsasında və naturada Cavabdeh4 verilməsini sonuncunun özü təsdiqləmişdir. Bununla belə, həmin cavabdeh maşını aldığı şəxsə geri qaytardığını bildirir.
38. Kollegiya hesab etmişdir ki, mövcud vəziyyətdə əşyanın həmin cavabdehin sahibliyində olub-olmaması ilə bağlı sübutetmə yükünün düzgün müəyyən edilməsi iddianın bu hissədə düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
39. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Buna baxmayaraq, apellyasiya məhkəməsi Cavabdeh4 avtomobili geri qaytardığını və ya başqasının sahibliyinə verdiyini təsdiqləyən sübutları aşkar etməmiş, maşın onun sahibliyində qaldığı təqdirdə isə bu sahibliyin qanuni və ya qanunsuz olmasına hüquqi qiymət verməmişdir.
41. Kollegiya onu da bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının pul tələblərinə aid hissədə tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci maddəsini ümumiyyətlə müzakirə etməmiş, bu normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamışdır.
42. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
43. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı tərəfindən Vüsal Yolçiyevin adına verilmiş etibarnamə xx.xx.2016-cı il tarixdə ləğv olunmuşdur .
44. Belə olan halda, həmin tarixdən sonra mübahisəli avtomobili sahibliyində saxlayan şəxslərin vicdanlı olub-olmamalarına, iddiaçının əldən çıxmış fayda tələblərinin göstərilən normanın şərtlərinə uyğun gəlib-gəlmədiyinə, avtomobil ümumiyyətlə mövcud deyilsə (məhv olubsa və s.) iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi tələbinə mülki qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməlidir.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
d) Apellyasiya şikayətinin dəlilləri
45. Yeni apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini ilk apellyasiya baxışı zamanı verdiyi apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırmışdır və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)-3426/2021 saylı qətnaməsini-qismən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.
46. Həmçinin, iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək göstərmişdir ki, cavabdehlərin qanunsuz hərəkətlərinə görə iddiaçıya ziyan dəymişdir. X18 şifahi məlumatına əsasən avtomobil faktiki olaraq Azərbaycan Respublikasının ərazisində heç bir müşahidə kameralarında qeydiyyata düşməyib və uzun müddətdir ki, avtomobilin hərəkəti qeyd olunmamışdır, belə olan halda avtomobilin hissələrə bölünüb satılması istisna edilmir. İş üzrə Cavabdeh4 öz növbəsində məhkəməyə avtomobilin hissələrə bölünməməsinə və yaxud faktiki olaraq avtomibilin kimin istifadəsində olmasına dair sübut təqdim etməli idi. Ona görə ki, mülki iş üzrə sübut etmə yükü onun üzərinə düşürdü. Lakin məhkəmə ondan bununla bağlı hər hansı bir sübutun təqdim edilməsini təklif etməmişdir. Bu baxımdan da iddia tələbində sözügedən avtomobilin Cavabdeh4 alınıb iddiaçıya geri qaytarılması, əgər avtomobilin geri qaytarılması mümükün olnıadıqda 9700 (doqquz min yeddi yüz) manat pulun alınıb verilməsi barədə məhkəmədən xahiş edilmişdir. Lakin işə baxan məhkəmə işin faktiki hallarına qiymət vermədən, cavabdehlər tərəfindən heç bir sübut məhkəməyə təqdim etmədiyi halda onların xeyrinə iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iddiaçıya dəymiş real ziyan nəzərə almalı idi. Lakin məhkəmə işin hallarını və iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə almamışdır.
47. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)- 3426/2021 saylı qətnaməsindən Cavabdeh4 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir.
48. Yeni apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini ilk apellyasiya baxışı zamanı verdiyi apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırmışdır və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)-3426/2021 saylı qətnaməsini-qismən iddia tələbinin ona qarşı təmin edilən hissəsində mübahisələndirmişdir.Həmçinin, məhkəmə Kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında verilən suallara cavab olara bildirmişdir ki, mübahisəli avtomobili 2013-cü ildə dəqiq tarixini xatırlamadığı vaxtda, lakin 2 gün sonra Fəridə qaytarmışdır.Əgər məhkəmə Kollegiyası iclası təxirə salarsa Fərid özü gəlib bu faktı təsdiq edəcək.Odur ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
49. Məhkəmə kollegiyası cavabdehin göstərdiklərini nəzərə alaraq məhkəmə iclasını xx.xx.2022-ci il tarixə təxirə salmışdır.
e) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ə) Məhkəmə icraatı iştirakçılarının izahatları
50. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin və apellyasiya şkayətinin dəlillərinə istinad edərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbində iddiaçının mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edən Cavabdeh1 3780 (üç min yeddi yüz səksən) manat, cavabdeh X1 1400 (bir min dörd yüz) manat, Cavabdeh3 2912 (iki min doqquz yüz on iki) manat, Cavabdeh4 61625 (altmış bir min altı yüz iyirmi beş) manat pulun alınıb verilməsi, həmçinin Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh4 alınıb iddiaçıya geri qaytarılması, əgər avtomobilin geri qaytarılması mümükün olmadıqda 9700 (doqquz min yeddi yüz) manat pulun alınıb verilməsi, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının xeyiminə ödənilməsinə dair qətnamə qəbul edilməsi göstərilmişdir. Qeyd edir ki, iş materiallarından, işin faktiki hallarından və DYP tərəfindən şifahi formada verilən məlumatlardan müəyyən edilir ki, sözügedən avtomobil reallıqda mövcud deyil və avtomobilin uzun müddət hərəkəti barədə heç bir qeydiyyatı yoxdur. Əgər avtomobil mövcud olsaydı aşkara çıxarılardı. Nəzərə almaq lazımdır ki, banklarda girovda olan avtomobillər bir çox hallarda hissələrə bölünüb satılır. Nəticə etibarı ilə hesab edir ki, həmin avtomobil də öz növbəsində hissələrə bölünüb satılıb. Qeyd edilənlərə əsasən və avtomobilin mövcud olmadığını nəzərə alaraq, iddia tələbinin avtomobilin geri qaytarılması hissəsini yox, Cavabdeh4 avtomobilin dəyəri 9700 (doqquz min yeddi yüz) manat pulun alınıb verilməsini iddia etməlidirlər. Odur ki, məhkəmə kollegiyasından iddiaçının mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edən Cavabdeh1 3780 (üç min yeddi yüz səksən) manat, cavabdeh X1 1400 (bir min dörd yüz) manat, Cavabdeh3 2912 (iki min doqquz yüz on iki) manat, Cavabdeh4 61625 (altmış bir min altı yüz iyirmi beş) manat pulun alınıb verilməsi, həmçinin Cavabdeh4 avtomobilin dəyəri 9700 (doqquz min yeddi yüz) manat pulun alınıb verilməsi, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
51. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir.
52. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
53. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
54. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
55. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
56. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
57. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
58. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
64. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
65. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
f) Apellyasiya baxışının hədləri
68. İddiaçı apellyasiya şikayətlərində qətnaməni iddianın təmin olunmayan hissəsində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
69. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
71. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
72. Avtomobilin geri qaytarılmasına dair tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması .
73. Hazırkı işdə iddiaçının mübahisə predmeti olan avtomobilin mülkiyyətçisi olması bu barədə aidiyyəti dövlət orqanının reyestrdə apardığı qeydiyyatla müəyyən olunmuşdur (cild 1, səh. 17-18).Avtomobilin iddiaçının mülkiyyətində olmasına, hətta ipoteka ilə yüklü edilməsinə dair daşınar əşyaların reyestrində müvafiq qeydiyyatlar aparılmış, ipoteka predmeti kimi maşına tutmanın yönəldilməsi barədə isə məhkəmə qətnaməsi çıxarılmışdır.Həmin reyestr qeydiyyatları və məhkəmə aktının mübahisələndirilməsinə dair işdə məlumat yoxdur.
74. Mülki Məcəllənin 157.2-ci maddəsinin ikinci və üçüncü şərtləri ilə bağlı məhkmə Kollegiyası qeyd edir ki, avtomobilin etibarnamə əsasında və naturada Cavabdeh4 verilməsini sonuncunun özü təsdiqləmişdir. Bununla belə, həmin cavabdeh maşını aldığı şəxsə geri qaytardığını bildirir.
75. Kollegiya hesab edir ki, mövcud vəziyyətdə əşyanın həmin cavabdehin sahibliyində olub-olmaması ilə bağlı sübutetmə yükünün düzgün müəyyən edilməsi iddianın bu hissədə düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Kollegiya bildirir ki, bir şəxsin əşyanın mülkiyyətçisi olması və mülkiyyətçinin özünə mənsub əmlakın saxlanması yükünü daşıması barədə qanun norması həmin əşyanın başqasının sahibliyinə keçməsi imkanını, əşya cavabdehin qanunsuz sahibliyində olduqda isə onun geri qaytarılmasını tələb etmək hüququnu aradan qaldırmır.
77. İkincisi, mübahisəli avtomobilin etibarnamə əsasında və naturada Cavabdeh4 verilməsi təsdiq olunduğu təqdirdə iddiaçı həmin halı sübut etmək yükündən azad olur. Başqa sözlə, əksi sübut edilmədikcə əşyanın sonuncu sahib Cavabdeh4 olması qəbul edilir. Buna müvafiq olaraq, əgər Cavabdeh4 maşını başqa şəxsin sahibliyinə verdiyini iddia edirsə, həmin halı sübuta yetirmək vəzifəsi ona aiddir.
78. Apellyasiya məhkəməsi Cavabdeh4 avtomobili geri qaytardığını və ya başqasının sahibliyinə verdiyini təsdiqləyən sübutları aşkar etməmişdir.
79. Belə ki, Məhkəmə Kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh4 verilən suallara cavab olara bildirmişdir ki, mübahisəli avtomobili 2013-cü ildə dəqiq tarixini xatırlamadığı vaxtda, lakin 2 gün sonra Fəridə qaytarmışdır.Əgər məhkəmə Kollegiyası iclası təxirə salarsa Fərid özü gəlib bu faktı təsdiq edəcək.Odur ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
80. Məhkəmə kollegiyası cavabdehin göstərdiklərini nəzərə alaraq məhkəmə iclasını xx.xx.2022-ci il tarixə təxirə salmışdır.Lakin nə Cavabdeh4, nə də Fərid Əliyev növbəti məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məlumat verilməmişdir.
81. Mülki Məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
82. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı tərəfindən Vüsal Yolçiyevin adına verilmiş etibarnamə xx.xx.2016-cı il tarixdə ləğv olunmuşdur.
83. Həmin tarixdən sonra mübahisəli avtomobili sahibliyində saxlayan şəxslərin vicdanlı olmamalarına dair iş materiallarında sübut müəyyən olunmamışdır.
84. Kollegiya qeyd edir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə X4 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermiş və həmin etibarnamə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Mübahisəli avtomobil girovda olduğundan Qaradağ rayon məhkəməsinin 2(002)-963/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İKB-nin cavabdehlər İddiaçı və X7 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi təmin edilmiş, İddiaçı və X3 müştərək qaydada 8800 manat əsas borc, 2129,65 manat faiz borcu və 200,14 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat olmaqla ümumilikdə 11169,79 manat “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutulan məbləğ İddiaçı məxsus 2013-cü il buraxılışlı, Vaz21723 markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı, ban XTA217230D02496639 olan, ******* mühərrik nömrəli, tünd göy metal rəngli minik avtomobilinə yönəldiməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Nikoyl” İKB-na olan borc ödənilməsi və hərracdan əldə edilən vəsaitin qalıq hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Həmin avtomobil sonradan etibarnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmişdir.
85. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, avtomobil etibarnamə əsasında sonuncu olaraq Cavabdeh4 istifadəsinə verildiyindən, Cavabdeh4 isə sözügedən avtomobili Fəridə və ya digər şəxsə verdiyini sübut edə bilmədiyindən, həmçinin iddiaçının vəkili (nümayəndəsi) avtomobilin mövcud olmamasını qeyd edərək onun dəyəri olaraq 97.000,0 manat tutulmasına dair ərizə təqdim etsə də, avtomobilin mövcud olmamasını təsdiq edəcək sübutlar müəyyən edilmədiyindən, həmin avtomobil Cavabdeh4 alınaraq mülkiyyətçiyə geri qaytarılmalıdır.
86. Kollegiya cavabdehlərdən avtomobildən istifadəyə görə pulun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən Vüsal Yolçiyevin adına verilmiş etibarnamə xx.xx.2016-cı il tarixdə ləğv olunduqdan sonra mübahisəli avtomobili sahibliyində saxlayan şəxslərin vicdanlı olmamalarına dair iş materiallarında sübut müəyyən olunmamışdır.Sonuncu olaraq avtomobil Cavabdeh4 istifadəsində olmaqla iş materiallarında olan poçt qəbzindən görünür Cavabdeh4 hazırkı mübahisə ilə bağlı məhkəmə bildirişini xx.xx.2021-ci il tarixdə almışdır.(55-ci vərəqi)
87. Mülki Məcəllənin 157.5-ci maddəsinə görə, ....mülkiyyətçi vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.
88. Lakin məhkəmə Kollegiyası nəzərə alır ki, mülkiyyətçi vicdanlı sahibdən (Cavabdeh4) onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi xx.xx.2021-ci il tarixdən götürdüyü və ya götürməli olduğu gəlirə dair sübutlar təqdim edilməmişdir.
89. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin olunması, Cavabdeh4 “VAZ-21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması, məhkəmə xərcinin - 30 (otuz) manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
90. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)- 3426/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.