Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-579/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qızının cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “cavabdehlərə məxsus pay hüququna kompensasiya ödənilməklə xitam verilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “cavabdehlərə məxsus pay hüququna kompensasiya ödənilməklə xitam verilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi, Cavabdeh1 nümayəndəsi (anası) Nümayəndə, Cavabdeh3 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-53/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə və Cavabdeh3 Cəbrail qızına qarşı “cavabdehlərə məxsus pay hüququna kompensasiya ödənilməklə xitam verilməsi və ya əmlakın açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qızının ¼, Cavabdeh3 ¼, Cavabdeh1 ¼ və Cavabdeh2 ¼ pay hüququ ilə mülkiyyətlərində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 25, məmzil 22 saylı (yeni qaydalarla Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 173, M1, m2) mənzilin cavabdehlərə məxsus pay hüququnun kompensasiyasını ödəməyi yolu ilə mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq satış pulunun paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X7 ilə faktiki nikahlarından İddiaçı qızı anadan olmuşdur. 2016-cı ildə mərhum ərinin vəfatından sonra qanun üzrə vərəsəlik hüququ əsasında mübahisəli mənzil 1/4 pay hüququ ilə qızının bibisi Cavabdeh3 və ərinin əvvəlki nikahından anadan olan uşaqları Cavabdeh1 və Cavabdeh2 arasında bərabər paylarla miras kimi qəbul edilmiş və bu barədə hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər əmlakın razılıqla satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsinə razı deyil. O, qanunvericilikdə nəzərdə tutulan pretenziya qaydasına riayət etmiş və ilkin olaraq cavabdehə bu barədə təklif göndərmişdir. Cavabdeh nə pay hüququnu satmır, nə də pay hüququnu almaq istəmədiyindən mənzilin pay hüququnu ona satması və ya onun pay hüququnu alması, bunlar mümkün olmadıqda mənzilin açıq hərracda satılması yolu ilə pay hüququna xitam verilməsi barədə məhkəmə qərarı olmalıdır. Belə ki, mənzilin təxmini dəyəri 35000-40000 manatdır ki, həmin məbləği 4 paya böldükdə hər payın dəyəri 8750-10000 manat edir. O, bu barədə cavabdehlərə pay hüququnu ona satmaları qarşılığında Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə iki uşağın payının cəmi kimi 17000 manat, Cavabdeh3 isə 8500 manat ödəməyi təklif etsə də, mənzilin pay hüququnun satılması barədə razılıq olmadığından hərracda satılaraq paylara uyğun bölünməsi də zəruridir. Bu səbəbdən mənzilin pay hüququnun ona verilməsi yolu ilə cavabdehlərin pay hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq paylara uyğun bölünməsim məhkəmədən xahiş edir.
3. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 cavabdeh qismində cəlb edilmişdir.
4. Nizami Rayon Məhkəməsinin 2(007)-53/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia təmin edilmiş, ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzilin 49000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 1/4 hissəsi İddiaçı qızına, 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh1 və 1/4 hissəsinin Cavabdeh3 Cəbrail qızına verilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 aid edilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 və cavabdehlər Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh1 və Cavabdeh3 Cəbrail qızından müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRT AZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pulun İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 və Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh1 və Cavabdeh3 Cəbrail qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətin dəlili kimi göstərmişdir ki, MM-in 220.3-cü maddəsinə görə, payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki iş materiallarından görünür ki, onların tərəfindən iddiaçıya 10000 manat məbləğində pul ödənilməsi barədə təklif vardır. Rayon məhkəməsi MM-in 220.4-cü maddəsinin tələblərinə əməl etməyib. Hesab edir ki, iddiaçı iddia tələbini sübut etməyib. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 qanuni nümayəndəsi, Cavabdeh1 nümayəndəsi (anası) Qanuni nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya çıxarışın surətindən görünür ki, ümumi sahəsi 30,70 kv.m olan ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzilinin ¼ hissəsi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə, ¼ hissəsi Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə, ¼ hissəsi Cavabdeh3 Cəbrail qızının adına xx.xx.2016-cı il tarixdə və ¼ hissəsi İddiaçı qızının adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır;
11. 23.01.2017-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016 tarixdə ölmüş X2 vərəsəsi qızı - İddiaçı qızıdır - Nərimanov, Bakı, A.Neymətulla küçəsi, ev 62, mənzil 33 (AZE 12299990, xx/xx/2014 – ASAN 1) və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qevdiyyatı İdarəsi tərəfindən xx/xx/1999 tarixdə X5 verilmiş 30/154603 qeydəalma nömrəsi ilə 1029 nömrəli kitabın 154603-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,2 kv.m və yaşayış sahəsi 16 kv.m olan bir otaq mənzildən ibarətdir. (Əmlakın yerdə qalan 3/4 hissə payından 1/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib, 2/4 hissə pay isə digər vərəsələrə verilməsi üçün açıq saxlanıldı).
12. AZ-İİİ seriyalı, 440525 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qızı xx.xx.2014-cü il tarixdə doğulmuşdur. X1, anası Qanuni nümayəndə1dır;
13. Qanuni nümayəndə1 tərəfindən Cavabdeh1 və Cavabdeh2 qızının qanuni nümayəndəsi Nümayəndə və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, əmlakın razılıqla satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsinə və ya onun ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzildəki pay hüquqlarının ona satmaq, pay hüququnu alaraq payının dəyərini ödəməyə razı olub-olmadıqları barədə 7 gün ərzində cavab verilməsini xahiş etmişdir.
14. Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4183 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 25 saylı evin, 22 saylı mənzildən (Yeni qaydalarla: AZ1119, ünvan 1 İddiaçı qızına, X3, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ¼ hissədə payların digər paylardan tənasübsüz zərər vurmadan ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
15. Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2023-cü il tarixli LP007/2023 rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilin (Yeni qaydalarla: B.Nuriyev küçəsi 173, M1, m2 hazırkı bazar qiyməti 52500 manat, likvid qiyməti isə 49000 manat təkşil edir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki: ..."Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." ..."Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." Tətbiq edilən prosessual hüquq normaları:
17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
18. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən və iddia predmeti bölünməz olduğundan, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamnin nəticə hissəsindən “mənzilin 49000 manat ilkin satış qiyməti ilə” söz birləşməsi çıxarılmalıdır.
20. Cavabdeh apellyasiya şikayətində MM-in 220.3-cü maddəsinə istinad edərək qeyd edir ki, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki iş materiallarından görünür ki, onların tərəfindən iddiaçıya 10000 manat məbləğində pul ödənilməsi barədə təklif vardır. Mülki iş materiallatrından məlum olur ki, cavabdehin vəkili Vəkil1 tərəfindən 8000 manat mələğində pul verilməklə razılıq əldə edilməsi imkanı qeyd edilir (i/v 97, 1-ci cild).
21. Kollegiya qeyd edir ki, MM-in 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Cavabdehin apellyasiya şikayətində iddiaçıya 10000 manat məbləğində (mülki işdə ərizədə 8000 manat göstərilibi/v 97, 1-ci cild) pul ödənilməsi barədə təklifi ilə bağlı Kolegiya qeyd edir ki, MM-in 220.4-cü maddəsinin tələbinə əsasən bu əsasla payın ayrılması yalnız pay sahibinin razılığı ilə mümkündür.
22. MM-in 220.4-cü maddəsinə görə, həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
23. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur.
24. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.
25. Hazırkı halda iddiaçıya münsibətdə normanın dispozisiyasında qeyd edilən şərti hallar (mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda) olmadığından, həmin maddənin hazırkı mübahisəyə tətbiqi mümkün deyil.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia tələbinin sübut edilməməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, mülki iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı payının ayrılması barədə digər mülkiyyətçilərə bildiriş göndərmiş, amma tərəflər arasında razılıq əldə edilməmiş və o, hazırkı tələblə məhkəməyə müraciət etmiş, əmlakın naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.
27. Bununla belə, mülki iş materiallarından müyyən edilir ki, rayon məhkəməsi tərəfindən hərraca çıxarılan mənzilin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirici tərəfindən həm bazar qiyməti (52500 manat), həm də likvid qiyməti (49000 manat) müəyyən edilmişdir.
28. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, iddia tələbində əmlakın likvid dəyərinin müəyyən edilməsi tələb edilməyibdir.
29. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
30. Göründüyü kimi, qanuna əsasən, ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilməlidir. Paylı mülkiyyətdəki əmlakın satışı ilə bağlı isə qanunda (MM. maddə 220.6.) belə bir tələb nəzərdə tutulmamışdır. MPM-in 218.3-cü maddəsində təsbit olunmuşdur ki, hakim (məhkəmə) yalnız verilmiş tələblər üzrə qətnamə çıxarır. Bununla belə, həmin normanın ikinci cümləsində nəzərdə tutulmuşdur ki, hakim (məhkəmə) qanunda göstərilən müstəsna hallarda da iddia tələblərindən kənara çıxa bilər. Demək ki, iddia ərizəsində də əmlakın likvid dəyərinin müəyyən edilməsi tələbi olmadığından, rayon məhkəməsi MM-in 220.6-cı maddəsinin tələblərinə əsasən hərraca çıxarılan əmlakın likvid dəyərini müəyyən etməkdə haqlı olmamışdır.
31. MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamədən “49000 manat ilkin satış qiyməti ilə” hissəsi xaric edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamənin nəticə hissəsindən “49000 manat ilkin satış qiyməti ilə” hissəsi xaric edilməlidir, çünki həmin hissəyə dair tələb olmadığından, həmin hissə rədd oluna və ya hər hansı formada dəyişdirilə bilmir. Odur ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-53/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsindən “49000 manat ilkin satış qiyməti ilə” hissəsi xaric edilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov