Məhkəmə qərarları › İş №2(103)-5793/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5793/2022

17.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5793/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X23 (sədrliyi və məruzəsi ilə), Kərimli İlham Azad oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1, cavabdeh X4 hüquqi varisi X9, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X5 qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 saylı işi üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X5 qarşı "mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X3ndan, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum anası X18 miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 42 saylı evin 30 saylı mənzilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı cavabdehlər Cavabdeh1, X5, X10 hüquqi varisi X27 qarşı "vəsiyyətnamənin etibarsız hesab olunması, mirasın qəbul edilməsi və əmlakdan payların müəyyən edilməsi tələbinə dair” iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, 06 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab olunması, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin onun tərəfindən qəbul olunması və miras əmlakdan tam şəkildə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 saylı işi üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, 06 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab edilməsi, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X24 miras payının müəyyən edilməsi, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 112 (yüz on iki) manat məbləğində pulun Quliyeva Zinyət Dövlət qızından, sənədlərin məhkəmə-texniki ekspertizası tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pulun isə İddiaçı hüquqi varisi X19 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Seriya ÖM N° 167916 saylı Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 30 saylı mənzili X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 1291 saylı reyestr kitabında 193892 səhifəsində 30/193892 N ilə 02 oktyabr 2003-cü il tarixdə qeydiyyat aparılmışdır; -1 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İ N 901077 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X25 09 sentyabr 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 sentyabr 2017-ci il tarixdə 1505 N ilə qeyd edilmişdir; -Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən 26 dekabr 2006-cı il tarixdə verilmiş AZ-İ N 21935 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X20 07 dekabr 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 dekabr 2006-cı il tarixdə 952 N ilə qeyd edilmişdir; - 04 fevral 1961-ci il tarixdə verilmiş İ-ME N 187744 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, 04 fevral 1961-ci il tarixdə X20 ilə X32 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 fevral 1961-ci il tarixdə 3 N ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanəliyev, arvada Soltanəliyeva soyadı verilmişdir; - 09 iyul 1962-ci il tarixdə verilmiş A3 N 292599 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X11 13 iyun 1962-ci il tarixdə Şamaxı rayonu, Bəklə kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 iyul 1962-ci il tarixdə 119 N ilə qeyd edilmişdir. X3, anası X26r; - 29 noyabr 1963-cü il tarixdə verilmiş A3 N 565731 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X21 20 noyabr 1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29 noyabr 1963cü il tarixdə 5634 N° ilə qeyd edilmişdir. X3, anası X26r; - 22 oktyabr 1966-cı il tarixdə verilmiş A3 N° ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X12 18 oktyabr 1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 oktyabr 1966-cı il tarixdə 471 N° ilə qeyd edilmişdir. X3, anası X26r; - 09 dekabr 1969-cu il tarixdə verilmiş A3 N° ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh1 26 noyabr 1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 dekabr 1969-cu il tarixdə 275 N° ilə qeyd edilmişdir. X3, anası X26r; - 10 oktyabr 1977-ci il tarixdə verilmiş 359114 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X13 01 oktyabr 1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 oktyabr 1977-ci il tarixdə 2739 N ilə qeyd edilmişdir. X3, anası X26r; - 3 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27 may 2019-cu il tarixdə verilmiş AZ-İİ N 024023 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X33 23 may 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 may 2019-cu il tarixdə 917 N ilə qeyd edilmişdir; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindəm verilmiş 16 iyun 2019-cu il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı ilə, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X21, X13, Quliyeva Zinyət Dövlət qızı və X26r; - 23 saylı Dövlət Notariat Kontorunun 30 iyul 2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarı ilə, Cavabdeh1 və X4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizələri imtina edilmişdir. Buna səbəb kimi Cavabdeh1 və X4 miras açıldıqdan sonra və əvvəl göstərilən mənzildə yaşamamaqları, bununla yanaşı qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması və notariat ofisinə mirasın faktiki qəbulu, ona sahiblik etmələri barədə sübutlar və hüquqmüəyyənedici sənədlər tədqim etməmələri göstərilmişdir; - 23 saylı Dövlət Notariat Kontorunun 30 iyul 2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarı ilə, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizələri imtina edilmişdir. Buna səbəb kimi mərhum X8 vərəsəliyi qəbul etmiş digər vərəsəsi Quliyeva Zinyət Dövlət qızının özünə çatan paya münasibət bildirməməsi və əmlakın bölgüsü zamanı Quliyeva Zinyət Dövlət qızına çatacaq hissə açıq saxlanılacağından vərəsə İddiaçı bölgü ilə razılaşmaması və əmlaka tam mülkiyyət hüququ əldə etmək istəməsidir; - 24 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, 07 dekabr 2006-cı il tarixdə vəfat etmiş X8 vərəsələri bunlardır: X33, X25, İddiaçı, X21, X13 və Quliyeva Zinyət Dövlət qızıdır. Onların hər biri bərabər hissədə miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "Kapital Bank” ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındakı 6478 nömrəli hesabda olan əmanətdən və onun faizlərindən ibarətdir;- Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2010-cu il tarixdə verilmiş İAZ-İ N° 575276 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, 10 aprel 2010-cu il tarixdə İddiaçı ilə X40 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 aprel 2010-cu il tarixdə 347 N ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanəliyev, arvada Bağırova soyadı verilmişdir; - AFR Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi Berlin şəhəri tərəfindən 19 avqust 2019-cu il tarixdə verilmiş AZ-İ N 785670 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı 17 avqust 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 avqust 2019-cu il tarixdə 008 nömrəsi ilə qeyd edilmişdir; - 142 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 24 avqust 2019cu il tarixli 516 saylı arayışı ilə, X40 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında qeydiyyatdadır və yaşayır. Mərhum İddiaçı 785670 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat edən günə qədər yuxarıda göstərilən ünvanda qeydiyyatda olmuş və həyat yoldaşı ilə birgə yaşamışdır. Dəfn xərclərini həyat yoldaşı X40 çəkmişdir; - X33 tərəfindən şəxsən, şahidlər X7 və X34 iştirakları ilə imzalanmış 06 yanvar 2018-ci il tarixli Ev vəsiyyətnaməsinə əsasən, 01 iyul 1940-cı ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olmuş X33 ölən gününə kimi ona məxsus olan bütün əmlaklarını, o cümlədən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30-dan ona düşən payını (mərhum həyat yoldaşı X8 adına xx.xx.2003-cü ildə 1291 saylı reyestr kitabında qeydə alınmış, 30/1938925 nömrə ilə qeydə alınmış 76,18 kv.m mənzilini) İddiaçı vəsiyyət edir. Mənzilinin qeydiyyat vəsiqəsini təqdim edir. Bu vəsiyyətnamənin bir sürəti depozitə qoyulması üçün Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna göndərilmişdir. Bu vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitələrin, komputerin köməyi ilə miras qoyanın sərbəst iradə ifadəsinə uyğun tərtib olunmuşdur. Ona görə də imzaları ilə onu təsdiq edirlər; - 121 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 868 saylı, 19 noyabr 2019-cu il tarixli arayışı ilə, X40 ünvan 3 ünvanında yaşayır. 2002-ci il tarixdən 2013-cü il tarixədək bu ünvanda qeydiyyatda olmuş və yaşamışdır. X2 və həyat yoldaşə X17 onunla birlikdə qeydiyytasız yaşamışlar; - 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19 noyabr 2019-cu il tarixli 697 və 698 saylı arayışı ilə, Quliyeva Zinyət Dövlət qızı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında qeydiyyatdadır və yaşayır. X1 mənsub olan mənzildə o vəfat edərkən həyat yoldaşı X33, qızı X22, qızı Quliyeva Zinyət Dövlət qızı, qızı X13 yaşamış və qeydiyyatdadırlar. Həmin ünvanda X11, Cavabdeh1, X25 (mərhum), İddiaçı (mərhum) yaşamamışlar və mərhum İddiaçı bu ünvanda qeydiyyatda olsa da, ölən günə qədər bu ünvanda yaşamamışlar; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 2727 saylı, 03 mart 2020-ci il tarixli rəyi ilə, ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 6 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsində "X33” yazıları qarşısındakı imza - X35 tərəfindən icra olunmuşdur;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının 5/868 saylı, 16 dekabr 2020- ci il tarixli rəyindən görünür ki, tətqiqata təqdim olunmuş 6 yanvar 2018-ci il tarixli vəsiyyətnaməsində "2.X50 /imza/ AA0465501” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar (l cild.səh. 5, 6, 7,8, 9, 10,11, 12, 13, 14,15, 16,17, 18, 37,38, 53, 56,87,92,180 ll cild. səh. 299 ).

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6950/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 saylı, 11 mart 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 6.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1842/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(103)-6950/2021 saylı qətnaməsinin qismən- İddiaçı iddia tələblərinə və üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının iddia tələblərinin təmin olunan hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1133.1, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Kassasiya instansiyası məhkəməsi, İddiaçı iddia tələblərinə və Zinyət Quliyevanın iddia tələblərinin təmin olunan hissələrində istisna olmaqla, qalan hissələrdə apellyasiya instanasiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Zinət Soltanəliyevanın iddia tələblərini "06 yanvar 2018-ci il tarixli "Ev vəsiyyətnaməsinin” etibarsız hesab edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə sayılmaları” hissələrində rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və Mülki Məcəllənin 1137, 1203.2-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi, İddiaçı iddia tələblərinə, habelə Zinyət Quliyevanın iddia tələblərinin təmin olunan hissələrində gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, 04 fevral 1961-ci ildə Dövlət Soltanəliyev rəsmi nikah əsasında Əsmər Abdulrəhimova ilə ailə qurub və onların birgə nikahından Laləzar, Sevda, Ələkbər, Dilarə, Gülnarə, İlqar və Zinyət adlı 7 övladları doğulub. 02 oktyabr 2003-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 30 saylı mənzili mülkiyyət hüququ üzrə Dövlət Soltanəliyevin adına qeydə alınıb və 07 dekabr 2006-cı ildə o, ölüb. 09 sentyabr 2017-ci ildə X16 Soltanəliyev, 23 may 2019-cu ildə isə arvadı Əsmət Soltanəliyeva ölüb.Polis orqanının 16 iyun 2019-cu il tarixli arayışına görə, İddiaçı, Sevda Soltanəliyeva, Gülnarə Soltanəliyeva, Zinyət Quliyeva və Əsmər Soltanəliyeva sözügedən mənzildə qeydiyyatdadırlar. Həmçinin, 23 saylı notariat ofisinin 30 iyul 2019-cu il tarixli "Notariat hərəkətlərinin aparılmasından imtina barədə” Qərarı ilə müəyyən olunur ki, mirası qoyan Dövlət Soltanəliyevin övladlarından Cavabdeh1 və Cavabdeh2a miras mənzilə vərəsəlik açılanadək və ondan sonra həmin mənzildə yaşamayıblar və onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxıblar. Habelə, Cavabdeh1 və Cavabdeh2a miras mənzili faktiki qəbul etmələrinə və ona sahiblik etməyə başlamalarına dair notariat ofisinə heç bir sübut və ya hüquqmüəyyənedici sənədlər təqdim etməyiblər və bu səbəbdən də onların adlarına "Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib.Eyni zamanda, 23 saylı notariat ofisinin 30 iyul 2019-cu il tarixli "Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” Qərarı ilə müəyyən olunur ki, mərhum Dövlət Soltanəliyevin vərəsəliyi qəbul etmiş digər vərəsəsi Zinyət Quliyeva özünə çatan paya münasibət bildirmədiyi və mənzildən payın ayrılması zamanı ona çatacaq hissə açıq saxlanılacağından vərəsə İddiaçı bölgü ilə razılaşmayıb və mənzilə tam mülkiyyət hüququ əldə etmək istəməsi əsas tutularaq onun adına "Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. Daha sonra, notariat ofisi tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli Şəhadətnamə ilə müəyyən olunur ki, 07 dekabr 2006-cı ildə vəfat etmiş Dövlət Soltanəliyevin vərəsələri Əsmər Soltanəliyeva, İlqar Soltanəliyev, İddiaçı, Sevda Soltanəliyeva, Gülnarə Soltanəliyeva və Zinyət Quliyeva hesab edilir və onlardan hər biri "Kapital Bank” ASC-də mərhum Dövlət Soltanəliyevdən miras qalmış əmanətdən və ona hesablanmış faizlərdən bərabər hissədə pay alıblar. Bundan başqa, işdən görünür ki, 10 aprel 2010-cu ildə İddiaçı rəsmi nikah əsasında Nurəngiz Bağırova ilə ailə qurub və 17 avqust 2019-cu ildə o, ölüb. Bakı şəhəri, 142 saylı MKİS-nin 24 avqust 2019-cu il tarixli arayışına görə, Nurəngiz Bağırova miras mənzildə qeydiyyatdadır və orada yaşayır. Mərhum İddiaçı də ölən günədək sözügedən mənzildə qeydiyyatda olub və arvadı Nurəngiz Bağırova ilə birlikdə həmin mənzildə yaşayıb və onun dəfn xərclərini də arvadı Nurəngiz Bağırova çəkib. Bakı şəhəri, 142 saylı MKİS-nin 19 noyabr 2019-cu il tarixli digər arayışı ilə isə müəyyən olunur ki, Zinyət Quliyeva miras mənzildə qeydiyyatdadır və orada yaşayır. X39 məxsus olan sözügedən mənzildə o, ölən günədək arvadı Əsmər Soltanəliyeva, qızları Sevda Soltanəliyeva, Zinyət Quliyeva və Gülnarə Soltanəliyeva ilə birlikdə qeydiyyatda olmaqla yaşayıblar. Lakin, Cavabdeh2a, Cavabdeh1, İlqar Soltanəliyev və İddiaçı miras mənzildə yaşamayıblar. İddiaçı miras mənzildə qeydiyyatda olsa da, ölən günədək həmin mənzildə yaşamayıb. Əvvəla, mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir.Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzilistismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər.Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb.Belə ki, apellyasiya instansiyası məhkəməsi mərhum Dövlət Soltanəliyevin bütün vərəsələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədən, onların hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, vərəsələrdən kimlərin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermələrini və ya miras mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etmələrini şəksiz nümayiş etdirməklə, onlardan hansının mirası qəbul etmələrini lazımi şəkildə araşdırmadan, bu barədə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, Cavabdeh2a, Cavabdeh1, İlqar Soltanəliyev və İddiaçı miras mənzili qəbul etmələrinə dair işə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, habelə Bakı şəhəri, 142 saylı MKİS tərəfindən verilmiş arayışlardakı ziddiyyətlərə aydınlıq gətirmədən, mərhum Dövlət Soltanəliyevin yuxarıda adı çəkilən bütün vərəsələrinin miras mənzili qəbul etmələri nəticəsinə gəlmişdir. Halbuki, 23 saylı notariat ofisinin "Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə müəyyən olunar ki, mirası qoyan Dövlət Soltanəliyevin övladlarından Cavabdeh1 və Cavabdeh2a miras mənzilə vərəsəlik açılanadək və ondan sonra ümumiyyətlə həmin mənzildə yaşamayıblar və onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxıblar. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh2a miras mənzili faktiki qəbul etmələrinə və ona sahiblik etməyə başlamalarına dair notariat ofisinə heç bir yazılı sübut və ya hüquqmüəyyənedici sənədlər təqdim etməyiblər.Həmçinin, notariat ofisi tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli digər Şəhadətnamə ilə müəyyən olunur ki, 07 dekabr 2006-cı il tarixdə vəfat etmiş Dövlət Soltanəliyevin vərəsələrindən yalnız Əsmər Soltanəliyeva, İlqar Soltanəliyev, İddiaçı, Sevda Soltanəliyeva, Gülnarə Soltanəliyeva və Zinyət Quliyeva mirası qəbul ediblər və onlardan hər biri "Kapital Bank” ASC-də mərhum DövlətSoltanəliyevdən miras qalmış əmanətdən və ona hesablanmış faizlərdən bərabər hissədə pay almalıdırlar.Göründüyü kimi qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini yalnız məhkəmənin deyil, notariusun da üzərinə qoyub. Belə olan halda işə yenidən apellyasiya qaydasında baxılarkən bütün vərəsələr işə cəlb edilməklə, yuxarıda sadalanan hallara aydınlıq gətirilməli və onların vərəsəliyə çağırıldıqlarını bilib-bilməmələri araşdırılmaqla, onlardan hansının mirasın bir hissəsinə sahiblik etməyə faktik başlamaqla mirası tamamilə qəbul etmələri yoxlanılmalı və nəticəsindən asılı olaraq bütün vərəsələrin miras mənzildəki payları müəyyən edilməlidir.Bu baxımdan kassasiya instansiyası məhkəməsi Zinət Quliyevanın kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib- edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 7.Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilməmişdir. Tələbinin əsaslı olmasını bununla izah edir ki, anası mərhum Əsmər Soltanəliyevaya o, baxmış, qardaşları və bacıları müəyyən zaman sonra evdə yaşamamışlar, ailə həyatı quraraq başqa mənzildə yaşamağa başlamışlar. Bundan sonra da ailəli olsada anasına o, baxmiş, xəstəxanaya onunla gedirdi, ondan icazəsiz iş görmürdü. Evin satılması ilə bağlı anasının fikrini soruşmuş, anası satılmamasını istəmişdi. Anası öldükdən sonra əssasız şəkildə ev vəsiyyətnaməsi tərtib olunmuş, əssasız imzalarla təsdiq olunmuş, halbuki vəsiyyətnamə şəxsən tərtib edilməli və imzalanmalıdır. Onu nikahdan olan uşaq kimi daxil etməmişlər. Uzun müddət evdə o, yaşadığı üçün və anasına baxdığı üçün həmçinin kommunal və digər xərcləri də çəkdiyi üçün evin tam olaraq ona məxsus olduğunu düşünür. Ev vəsiyyətnaməsini tərtib edərkən, Mülki Məcəllənin 1167 və 1187, həmçinin Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 59-cu maddəsi pozulmuşdur.

Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

8. xx.xx.2022-ci il tarixində məhkəmə iclasında iştirak etmiş İddiaçı oğunun hüquqi varisi X40 apellyasiya şikayətini qəbul etməyərək, İddiaçı oğunun onun əri olduğunu, ərinin həm mübahisəli evdə, həm də onun şəxsi evində yaşadığını, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının yaşamağa evi olmadığından ailəsi ilə birlikdə həmin evə köçməsini ərinə onun təklif etdiyini, vəsiyyətnamənin həqiqiliyinin ekspert rəyi ilə təsdiq edildiyini, vəsiyyətnaməni imzalayan şahidin həmin vaxt vəqsiqəsinin üzərində olmadığını, daha sonra vəsiqəsinin vəsiyyətnaməyə əlavə edildiyini, lakin buna baxmayaraq qətnaməni mübahisələndirmədiyini və mənzilə dair miras payının 7 yerə bölünməsini xahiş etdiyini bildirmişdir. 9.Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı apellyasiya şikayətini müdafiə edərək, onun tərəfindən iddia verilən zaman İddiaçı oğunun vəfat etdiyini, mübahisəli mənzildə yaşadığı halda onu mülki işə cəlb etmədiklərini, vəsiyyətnamənin saxta olduğunu, buna əsas isə vəsiyyətnamənin 2018-ci ilə aid olmasına baxmayaraq, vəsiyyətnaməni imzalayan şahidin vəsiqəsinin 2019-cu ildə əldə ediləməsi olduğunu, qardaşı Ələkbərin razılığı ilə anası ilə son illər qaldığını və anasının ölümündən sonra mirası yalnız özünün qəbul etdiyini, qardaşı Ələkbərin də gəlib-getdiyini bildirmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, mənzilə dair miras payının 7 yerə bölünməsini xahiş etdiyini bildirmişdir.

11. Cavabdeh X4 hüquqi varisi X9 2006-cı ildə Soltanəliyev Dövlətin vəfat etdiyini, Soltanəliyeva Əsmərin isə 2019-cu ildə vəfat etdiyini, onların Soltanəliyeva Əsmərə münasibətdə miras payından 1/7 hissə tələb etdiklərini bildirmişdir.

12. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, İddiaçı oğunun hüquqi varisi X40, mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X36, Bakı şəhəri 23 saylı notariat ofisi iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.Məcəllənin 419.4 və 420-ci maddələrinin tələblərinə görə: Qərar qəbul edildiyi andan qüvvəyə minir və kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. 16.Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən və kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi hissədə yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin göstərişlərindən müəyyən edilir ki, baxılan hissə, qətnamənin 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X24, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsidir.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 18.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən,qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən,əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 22.Məcəllənin 1243.2 və 1243.3-cü maddənin tələblərinə əsasən: Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məcəllənin 1324-cü maddəsinə əsasən, vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi: əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Məcəllənin 1253-cü maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri: mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Məcəllənin 1273-1-ci maddəsinə əsasən,vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-cı tarıxlı qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. 25.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80- 82, 106.2, 119, 216, 217, 372, 385- 390, 420-cı maddələrinə və iş üzrə təqdim (təmin) edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq baxılan hissədə yoxlayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən qanuni olmayan nəticə hasil olmuşdur. Ona görə, qətnamənin 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X24, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsi (baxılan) hissəsində mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 saylı işi üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv və 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/5 hissəsinə İddiaçı hüquqi varisi X24, mənzilin 1/5 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

26. Belə ki, 23 saylı notariat ofisinin "Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə müəyyən olunur ki, mirası qoyan Dövlət Soltanəliyevin övladlarından Cavabdeh1 və Cavabdeh2a miras mənzilə vərəsəlik açılanadək və ondan sonra ümumiyyətlə həmin mənzildə yaşamayıblar və onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxıblar. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh2a miras mənzili faktiki qəbul etmələrinə və ona sahiblik etməyə başlamalarına dair notariat ofisinə heç bir yazılı sübut və ya hüquqmüəyyənedici sənədlər təqdim etməyiblər. Qeyd edilən Qərar mübahisələndirilməmişdir. Həmçinin, notariat ofisi tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli digər Şəhadətnamə ilə müəyyən olunur ki, 07 dekabr 2006-cı il tarixdə vəfat etmiş Dövlət Soltanəliyevin vərəsələrindən yalnız Əsmər Soltanəliyeva, İlqar Soltanəliyev, İddiaçı, Sevda Soltanəliyeva, Gülnarə Soltanəliyeva və Zinyət Quliyeva mirası qəbul ediblər və onlardan hər biri "Kapital Bank” ASC-də mərhum Dövlət Soltanəliyevdən miras qalmış əmanətdən və ona hesablanmış faizlərdən bərabər hissədə pay almalıdırlar. 27.Göründüyü kimi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiklərindən, beləliklə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqlarından, mirası tamamilə qəbul edilmiş sayılan Əsmər Soltanəliyeva öldüyündən, onun həm irsi transmissiya üzrə, həm də miras şərikliyi üzrə olan İlqar Soltanəliyevin (hüquq varisi), İddiaçı (hüquq varisi), Sevda Soltanəliyevanın, Gülnarə Soltanəliyevanın və Zinyət Quliyevanın miras əmlak üzərində hüquqları müəyyən edilməli, İddiaçı hüquqi varisi X24 və Quliyeva Zinyət Dövlət qızının mənzilin 1/5 hissəsinə miras payının müəyyən edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsədə, digərlərinin müraciəti (tələbləri) olmadığından qətnamədə yalnız iddia edən şəxslərin hüquqları üzrə qənaət təsbit edilməlidir. Bununla belə, İlqar Soltanəliyevə (hüquq varisi), Sevda Soltanəliyevaya və Gülnarə Soltanəliyevaya hər birinin mənzilin 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüuquqları izah edilməlidir. Cavabdeh1 və Cavabdeh2anın isə Dövlət Soltanəliyevdən, habelə irsi transmissiya üzrə Əsmər Soltanəliyevadan (23 saylı notariat ofisinin "Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə) mirası qəbul etməkləri təsdiq edilmədiyindən (təkzib edildiyindən) onların vərəsəlik hüquqlarının müəyyən edilməsi müəyyən edilmir.

28. Kollegiya hesab edir ki, dövlət rüsumlarının ödənilməsi ilə əlaqədar məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. 29.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 saylı işi üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi qismən – yoxlanılan qətnamənin 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X24, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsi (baxılan) hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/5 hissəsinə İddiaçı hüquqi varisi X24, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/5 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar