Məhkəmə qərarları › İş №2(103)-5795/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5795/2025

17.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5795/2025 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: bonus-malus 3 tətbiqinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC cəlb edilməklə) “Bonus-malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı * saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş **** nömrəli, ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “KİA Optima minik” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X5 1 il müddətinə ##.##.2025-ci il tarixinədək etibar etmişdir. ##.##.2024-cü il tarixli ML/**** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı 1 (bir) ədəd (2019-cu il buraxılışı olan Kia Rio minik markalı, 3KPA24AB8KE204593 ban nömrəli avtomobili (bundan sonra “avtomobil” adlandırılacaq) alıcı “xxxx” MMC-nin mülkiyyətinə verir. Alıcı bu avtomobili xüsusi olaraq ML/**** saylı maliyyə lizinqi müqaviləsinə əsasən İsmayılov Zülfü Talış oğluna (gələcəkdə lizinq alan adlanacaqdır) lizinqə vermək məqsədilə almışdır. ##.##.2024-cü il tarixli ML/**** nömrəli maliyyə lizinqi müqaviləsinə əsasən lizinqverən “xxxx” MMC lizinq alan İsmayılov Zülfü Talış oğlu tərəfindən seçilmiş 1 (bir) ədəd 2019-cu il buraxılışı olan Kia Rio minik markalı, 3KPA24AB8KE204593 ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra – lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. İsmayılov Zülfü Talış oğluna təqdim edilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə **** nömrəli arayışa əsasən ##.##.2024-cü il tarixdə “KİA Rio” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. İcbari Sığorta Bürosunun İddiaçı ünvanladığı məktubda qeyd edilmişdir ki, büronun informasiya sistemində axtarış zamanı onun adına (FİN: *******) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən rəsmiləşdirilmiş PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə (DQN-**RG***) ##.##.2024-cü il tarixində və PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə (DQN-**RP***) ##.##.2024-cü il tarixində sığorta hadisələrinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq bağlanmış AVSMMİS müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ vardır. Göründüyü kimi, qeyd etdiyi müqaviləyə xitam vermək hüququndan istifadə etmədiyinə, həmçinin onun və ya sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələbi irəli sürülmədiyinə görə yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətinin icbari sığortası üzrə müqavilə qüvvədə olmuşdur. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin yeni sahibi isə törətmiş olduğu hadisə üzrə (qanuni əsaslarla) öz mülki məsuliyyətini onun sığorta müqaviləsi üzərindən həyata keçirərək, onun bonus-malus əmsalına təsir göstərmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının *-*-**/*-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli rəyindən müəyyən olunur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 57.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Buna uyğun olaraq müvafiq sığorta haqqı məbləğləri Mərkəzi Bankın ## #### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na (bundan sonra - Qayda) əsasən hesablanır. Mərkəzi Bankın ## ##### 2026-cı il tarixli Qərarı ilə Qaydaya dəyişikliklər edilmiş və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması zamanı güzəşt və əlavələrin tətbiqi qaydası təkmilləşdirilmişdir. Qərardadda qeyd edilən sığorta hadisələrinin baş verdiyi tarixlərdə qüvvədə olan Qaydanın 1.2.1-ci bəndinə əsasən Bonus-Malus sistemi əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemi olmuşdur. Həmçinin Qaydanın əvvəlki redaksiyasının 1.2.2-ci bəndinə əsasən Bonus-Malus subyekti - barəsində Bonus-Malus sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxs hesab olunurdu. Buna uyğun olaraq, Bonus-Malus sinifinə əsasən müəyyən olunan əmsallar yeni sığorta müqaviləsi bağlanarkən sığortalıya münasibətdə sığorta haqqına tətbiq edilirdi. Nəticədə, avtonəqliyyat vasitəsinin sığorta müddəti ərzində sığorta hadisəsi olmadan idarə edilib-edilməməsindən asılı olaraq, sığortalı növbəti dövr üçün sığorta müqaviləsi bağlayarkən sığorta haqqına endirim (bonus) və ya əlavə (malus) əldə edirdi. Qərardada əsasən iddiaçı və sığortalı İddiaçı əvvəllər mülkiyyətində olmuş avtonəqliyyat vasitələrini alqı-satqı müqaviləsi və etibarnamə əsasında digər şəxslərin mülkiyyətinə və istifadəsinə vermiş və bu zaman bağlamış olduğu sığorta müqavilələrinə xitam verməmişdir. Bu səbəbdən informasiya sistemində sığortalı qismində İddiaçı adı əks olunmaqda davam etmiş və həmin avtonəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş istənilən sığorta hadisəsi üzrə qeydlər sığortalının sığorta hadisələri siyahısına daxil edilmişdir. Bonus-Malus sisteminə əsasən sığortalı tərəfindən avtonəqliyyat vasitəsi satıldıqda və ya digər şəxslərin sahibliyinə verildikdə sığorta müqaviləsinə xitam verilməməsi həmin sığortalı üçün hüquqi nəticələr yaradırdı. Əvvəlki tənzimləməyə əsasən müqavilənin qüvvədə olduğu dövr ərzində həmin avtonəqliyyat vasitəsinin iştirakı ilə təqsirli olaraq sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi baş vermişdirsə, bu halda yaranmış Malus əmsalı müqavilə üzrə sığortalıya tətbiq edilirdi. Belə ki, sığortalı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi və etibarnamə əsasında özgəninkiləşdirərkən müqaviləyə xitam vermək imkanına malik olduğu halda, bu hüququndan istifadə etmir və bununla da nəqliyyat vasitəsinin yeni sahiblərinin ehtimal olunan riskli davranışlarını qəbul edir. Bonus- Malus sistemində sığortalı öz nəqliyyat vasitəsilə riskli davranış sərgiləmiş, o cümlədən onu başqa riskli davranış sərgiləmiş şəxslərin istifadəsinə vermişdirsə, sonradan digər nəqliyyat vasitəsi ilə bağlı sığorta müqaviləsi bağladıqda sığortalının əvvəlki davranışları sığorta haqlarının hesablanması zamanı nəzərə alınırdı. Hadisə törədilmiş nəqliyyat vasitəsi sığortalının sahibliyindən çıxsa belə, risk yaradan sığortalının davranışları olduğu üçün yeni sığorta müqaviləsi bağlanarkən həmin sığortalıya münasibətdə sığorta haqlarını artıran əmsallar tətbiq olunurdu. Son dəyişikliklərə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması zamanı istifadə olunan “Bonus-Malus sistemi və onunla bağlı tətbiq olunan əmsallar” ləğv edilmiş, əvəzində isə “sığorta tarixçəsi” və “sığorta tarixçəsi əmsalı” anlayışları Qaydaya daxil edilmişdir. Belə ki, Qaydanın yeni redaksiyasının 1.2.1-ci bəndinə əsasən sığorta tarixçəsi sığortalının bağladığı sığorta müqavilələri və nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş vermiş sığorta hadisələri barədə məlumatları ehtiva edən tarixçədir. Qaydanın 1.2.3-cü bəndində isə sığorta tarixçəsi əmsalının qiymətləndirmə subyektinin sığorta tarixçəsinə əsasən müəyyən edilən və sığorta haqqının hesablanmasında tətbiq edilən əmsal olduğu göstərilir. Qaydaya əsasən informasiya sistemində məlumatların tamlığını təmin etmək məqsədilə sığortaçılar tərəfindən baş vermiş sığorta hadisələri üzrə məlumatlar İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə daxil edilir və yeni sığorta müqaviləsi bağlanarkən sığorta haqlarının hesablanması İcbari Sığorta Bürosu tərəfindən həyata keçirilir. Yeni tənzimlənməyə əsasən həmin məlumatlar əsasında fiziki şəxslərin sığorta tarixçəsi formalaşdırılır və baş verən sığorta hadisəsi sığortalının yox, nəqliyyat vasitəsini idarə edən nəqliyyat vasitəsi sürücüsünün sığorta tarixçəsinə və sığorta tarixçəsi əmsalına təsir edir. Əlavə olaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən, avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunduğundan artıq bu hal avtonəqliyyat vasitəsi sahibini öz avtonəqliyyat vasitəsini digər şəxslərin sahibliyinə verərkən daha diqqətli olmağa təşviq edəcəkdir. Belə ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən həmin nəqliyyat vasitəsi barədə yeni sığorta müqaviləsi bağlandığı zaman onun həm özünün sığorta tarixçəsi əmsalı, həm də müvafiq nəqliyyat vasitəsini sahibliyinə verdiyi şəxslərdən ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin əmsalı hesablama zamanı nəzərə alınacaqdır. Həmçinin nəzərə çatdırılır ki, Qaydaya dəyişikliklər edilməsinə dair Mərkəzi Bankın ## ##### 2026-cı il tarixli Qərarının 2-ci hissəsi ilə fiziki şəxslər, eləcə də avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildiyi hallarda hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı həmin şəxslərin bu dəyişikliklər qüvvəyə minənədək formalaşmış Bonus-Malus əmsalına, digər hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı 1 əmsalına bərabər tutulmuşdur. Bundan əlavə, Qanunun 8.3cü maddəsində nəzərdə tutulan sığortalının hüquq və vəzifələri Qanunun 22-ci maddəsində təsbit olunmuşdur. Belə ki, Qanunun 22.1.6-cı maddəsi ilə Qaydada nəzərdə tutulmuş hallarda sığorta haqqı ilə bağlı güzəştlərdən istifadə etmək hüququ müəyyən edilmişdir. Yəni, həmin güzəşt və ya əlavələrin tətbiqi Mərkəzi Bank tərəfindən qəbul edilən Qayda çərçivəsində hesablanır və yalnız bundan sonra sığorta müqaviləsi bağlanarkən sığortalının həmin güzəştlərdən istifadə etmək hüququ yaranır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına qarşı “Bonus- Malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “KİA Optima” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında ##.##.2024-cü il tarixdə X5 təqdim etmişdir. Həmin tarixdən etibarən “KİA Optima” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil X5 keçmişdir. Bundan sonra X5 ##.##.2024-cü il tarixdə həmin avtomobillə qəza törətmiş, əməli təsdiq edilmiş və qəzanı törədən şəxs kimi barəsində müvafiq tədbir görülmüşdür. “KİA Rio” markalı, ** RP *** (lizinqə veriləndən sonra **-YZ-***) dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-yə satmışdır. Həmin tarixli lizinq müqaviləsinə əsasən “KİA Rio” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək **-YZ-*** dövlət qeydiyyat nişanı ilə İsmayılov Zülfi Talış oğluna təqdim edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə “KİA Rio” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilmişdir. Hər iki hadisə başqa şəxlər tərəfindən törədilməsinə, əmələ görə başqa şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı əsassız olaraq sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemində hadisə törədən şəxs kimi onun barəsində (İddiaçı) qeydlər aparılmışdır. Bu da öz növbəsində haqsız yerə onun sığorta ödənişlərinə təsir edir və öz avtomobilini sığorta etməkdə ona çətinliklər yaradır. Cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olmuş “KİA Optima” markalı ** RG *** dövlət qeydiyyat nişanlı və “KİA Rio” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzrə sığorta haqqı ödəyərək və icbari sığorta müqavilələrinin tərəfi olaraq sığortalı qismində çıxış etmiş, bununla da həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini sığortalamışdır. X5 ##.##.2024-cü il və İsmayılov Zülfi Talış oğlu tərəfindən isə ##.##.2024-cü il tarixlərində (sığorta müqaviləsi qüvvədə olduğu zaman) həmin avtomaşını qanuni əsaslarla istismar edərək yol nəqliyyat hadisəsi törətmişdir və üçüncü şəxslər qarşısında onların (yəni sığorta olunanlar X5 və İsmayılov Zülfi Talış oğlunun) mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi üzərindən sığortalanmışdır. Bonus və ya malus qaydanın tələblərinə əsasən sığorta olunana yox, sığortalıya münasibətdə tətbiq edildiyindən, X5 və İsmayılov Zülfi Talış oğlunun törətdiyi sığorta hadisələri nəticəsində hesablanmış Malus əmsalı icbari sığorta müqaviləsinin tərəfi olan iddiaçıya münasibətdə tətbiq edilmişdir. Sığorta hadisəsi zamanı qüvvədə olmuş müqavilələrə əsasən sözügedən nəqliyyat vasitələrini idarə edən şəxslərin mülki məsuliyyəti müqavilə tərəfi olan İddiaçı tərəfindən sığortalandığından baş vermiş hadisələrə görə məhz onun sığorta tarixçəsinə malus tətbiq edilmişdir. Sığorta hadisəsi zamanı qüvvədə olmuş müqavilə üzrə məsuliyyəti sığortalanmış X5 və İsmayılov Zülfi Talış oğluna malusun tətbiq edilməsi sığorta qanunvericiliyinin prinsiplərinə uyğun deyil və qanunla nəzərdə tutulmamışdır. Həmçinin, qanunda nəzərdə tutulmadığı üçün proqram təminatı tərəfindən buna yol verilmir və texniki cəhətdən də mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı iddia ərizəsinin təmin edilməməsini xahiş edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək, iddiaçı İddiaçı ##.##.2024-cü il və ##.##.2024cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.2024-cü il tarixli etibarnaməsi əsasında mülkiyyətində olan "Kia Optima minik" markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X5 etibar etmişdir. Bundan sonra X5 ##.##.2024-cü il tarixdə həmin avtomobillə qəza törətmiş, əməli təsdiq edilmiş və qəzanı törədən şəxs kimi barəsində müvafiq tədbir görülmüşdür. Daha sonra "Kia Rio" markalı, ** RP *** (lizinqə veriləndən sonra **-YZ-***) dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmışdır. Həmin tarixli Lizinq müqaviləsinə əsasən "Kia Rio" markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək **-YZ-*** dövlət qeydiyyat nişanı ilə İsmayılov Zülfi Talış oğluna təqdim edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə "Kia Rio" markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilmişdir. Hər iki hadisə başqa şəxlər tərəfindən törədilməsinə, əmələ görə başqa şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq İcbari Sığorta Bürosu əsassız olaraq sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemində hadisə törədən şəxs kimi onun barəsində (İddiaçı) qeydlər aparılmışdır. Bu da iddiaçının sığorta ödənişlərinə təsir edir və öz avtomobilini sığorta etməkdə ona çətinliklər yaradır. Hazırda iddiaçı ona ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı sığorta haqqı hesablanan zaman bonus-malus 3 əmsalının tətbiq olunması "Kia Optima minik" markalı, **RG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə əsasında X5 etibar edildiyi dövrdə, yəni ##.##.2024-cü il tarixində baş vermiş sığorta hadisəsinə görə və "KİA Rio" markalı, **RP*** (lizinqə veriləndən sonra **YZ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC tərəfindən İsmayılov Zülfi Talış oğluna lizinqə verildiyi dövrdə, yəni ##.##.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsinə görə olmuşdur. İcbari sığorta müqaviləsinin İddiaçı adına olmasına baxmayaraq, yol nəqliyyat hadisələri baş verən zaman nəqliyyat vasitələri İddiaçı mülkiyyətində olmamış və yol-nəqliyyat hadisəsinin baş verməsində onun heç bir təqsiri olmamışdır. Belə olduğu təqdirdə iddiaçının təqsiri olmayan sığorta hadisəsinə görə sığorta haqqı hesablanan zaman iddiaçıya bonus-malus 3 əmsalının tətbiq edilməsini məhkəmə ağlabatan hesab etmir. Qeyd olunan normaların məzmunundan belə bir nəticəyə gəlmək olur ki, Bonus-Malus sistemi, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Göründüyü kimi, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığorta haqqı artması və ya azalmasından ibarətdir. Bonus-malus sistemi sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qeyd edilənlər baxımından şəxsin təqsirli hesab olunmadığı sığorta hadisəsinə görə şəxsin sığorta haqqının 3 dəfə artıq hesablanmasına gətirib çıxaran bonus-malus 3 əmsalının tətbiqi qanunauyğun hesab edilə bilməz. Məhkəmə həmçinin cavabdeh tərəfin öz etirazında gətirdiyi dəlilə münasibət bildirərək qeyd etmişdir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 51.3-cü maddəsində nəzərdə tutulan sığortalıya tanınmış bir hüquqdur. Həmin hüquqdan istifadə edilib-edilməməsi isə sığortalının seçimidir və həmin hüquqdan istifadə edilməməsi sığortalının vəziyyətini pisləşdirən hal kimi təfsir edilə bilməz. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsində qeyd edilmişdir ki, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda, bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Qeyd edilən norma baxımından baş vermiş qəzanın mənfi hüquqi nəticəsi icbari sığorta müqaviləsinin tərəfi olan İddiaçı deyil, sığorta hadisələri baş verən zaman nəqliyyat vasitələrinin müvəqqəti sahibləri və istifadəçiləri olan İsmayılov Zülfi Talış oğluna və X5 aid olmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.1, 897.1, 903.1, 903.2-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 88, 119.1, 218.3cü maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 6.1, 8.1, 8.3, 11.1, 13.2, 13.4, 50.1, 51.2, 51.3, 52.1, 52.2, 53.4. 57.1-ci maddələrinə, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qayda”larının 1.2.1-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına qarşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Kia Optima” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında ##.##.2024-cü il tarixdə X5 təqdim etmişdir. Həmin tarixdən etibarən “Kia Optima” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil X5 keçmişdir. Bundan sonra X5 ##.##.2024-cü il tarixdə həmin avtomobillə qəza törətmiş, əməli təsdiq edilmiş və qəzanı törədən şəxs kimi barəsində müvafiq tədbir görülmüşdür. “Kia Rio” markalı, ** RP *** (lizinqə veriləndən sonra **-YZ-***) dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-yə satmışdır. Həmin tarixli lizinq müqaviləsinə əsasən, “Kia Rio” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək **-YZ-*** dövlət qeydiyyat nişanı ilə İsmayılov Zülfi Talış oğluna təqdim edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə “Kia Rio” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilmişdir. Hər iki hadisə başqa şəxlər tərəfindən törədilməsinə, əmələ görə başqa şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı əsassız olaraq sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemində hadisə törədən şəxs kimi onun barəsində (İddiaçı) qeydlər aparılmışdır. Bu da öz növbəsində haqsız yerə onun sığorta ödənişlərinə təsir edir və öz avtomobilini sığorta etməkdə ona çətinliklər yaradır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalı ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, icbari sığortalar haqqında qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməyərək iş üzrə qanunsuz və əsassız məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktları tətbiq etməmiş, həmçinin qanunu səhv təfsir etmişdir. Aşağıda qeyd olunanlarlardan aydın olur ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli əsassız və qanunsuz qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar mövcuddur. Mülki Məcəllənin 883, 884, 897, 903-cü maddələri sığorta münasibətləri sahəsində ümumi məsələləri tənzimləyir. Birinci instansiya məhkəməsi həmin maddələrə istinad etmiş, lakin iş üzrə mübahisənin həllində bu müddəaların iddianın təmin edilməsi baxımından tətbiqini əsaslandırmamışdır. Belə ki, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin sığortası üçün əsas olan icbari sığorta müqaviləsində sığorta haqqının müyyənləşdirilməsi zamanı tətbiq edilən “Bonus-Malus” sisteminin mahiyyəti və məqsədlərinin hazırki iş üzrə mübahisənin həllində qiymətləndirilməsi üçün yuxarıda sadalanan maddi hüquq normaları tətbiq edilməməli idi. Cavabdehin iddia tələbinə qarşı etirazı nəzərə alınmalı, həmin etiraz araşdırılmalı və etirazda göstərilən dəlillərə hüquqi qiymət verilməli idi. Bu cür əsaslandırmanın olmaması, qətnamənin hüquq və ədalət prinsiplərinə uyğunluğunu şübhə altına alır və işə apellyasiya qaydasında yenidən baxılmasını zəruri edir. Bu, məhkəmə qərarlarının şəffaf və ədalətli olmasını təmin etmək üçün vacibdir. İşə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə hüquqi qiymət verərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 6.1, 8.1, 8.3, 11.1, 13.2, 13.4, 50.1, 51.2, 51.3, 52.1, 52.2, 53.4 və 57.1-ci maddələrini düzgün tətbiq etməmiş, və bununla da “İcbari sığortalar haqqında” Qanunun 22.2.2ci, 22.2.12-ci maddələrinin, Mülki Məcəllənin 325.1-ci, 919- 921-ci maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi “Bonus-Malus” anlayışlarını və bu sistemin tətbiqi məqsədlərini düzgün təfsir etmədiyindən, həmin sistemi tətbiq edən qanunvericinin iradəsinə (icbari sığorta qanunvericiliyi üzrə) zidd olan nəticəyə gəlmişdir. Bonus-Malus sistemi – öhdəlik deyil, sığorta haqqını (xidmət haqqını, malın qiymətini) formalaşdıran hesablama mexanizminin tərkib hissəsidir. İcbari sığorta müqaviləsi əsasında göstərilən xidmətin dəyərini əks etdirən xidmət haqqı (burada – sığorta xidməti) – nə cərimə, nə hüquq, nə də öhdəlik sayıla bilməz. Bu sistem sığortalının (müqavilə tərəfinin) risk profilinə və sığorta tarixçəsinə əsaslanaraq sığorta haqqının müəyyən edilməsi məqsədilə tətbiq olunan bir mexanizmdir. Onun məqsədi – sığorta müqaviləsi bağlanarkən, sığorta haqqının sığortalının keçmiş risk göstəricilərinə (özünün və sığortaladığı şəxslərin) uyğun şəkildə formalaşdırılmasıdır ki, müqavilə bağlanarkən sığortalıya ədalətli xidmət haqqı təklif edilsin. Ona görə də, qiymət təklifini formalaşdıran və hesablaşma qaydalarını təsdiq edən qurum Mərkəzi Bank olduğu halda, iddiaçının baş vermiş sığorta hadisəsindən sonra tətbiq edilmiş malusun silinməsi üçün iddia tələbini məlumat mübadiləsini təşkil edən İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqına qarşı qaldırılmasının qanunamüvafiq olmadığı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Qanunun 8.5-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır. Qanunun 51.2-ci maddəsinə əsasən, bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir. Qanunun 51.3-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Qanunun 53.3cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Yəni, a) müqavilənin qüvvədə olduğu müddət ərzində əmlak icarəyə, etibarnamə ilə digər şəxsə verildikdə, həmçinin özgəninkiləşdirildikdə yeni icbari sığorta müqaviləsinin bağlanmasına zərurət yoxdur. Buna səbəb, Qanunun 53.4-cü maddəsidir. Belə ki, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin (icbari sığorta qanunvericiliyinə görə sahib anlayışı 53.1-ci maddədə qeyd edilmişdir) mülki məsuliyyəti bu fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. b) Müqavilənin qüvvədə olduğu müddət ərzində əmlak yalnız özgəninkiləşdirildiyi halda, sığortalının müqaviləyə vaxtından əvvəl xitam vermək hüququ yaranır. Digər hallarda, misal, icarəyə verildikdə, müqaviləyə xitam vermək yalnız Mülki Məcəllənin 919- 921-ci maddələrində nəzərdə tutulmuş hallarda və qaydada baş tuta bilər. Sığortalı – əmlakı qanuni əsaslarla istismar edən və sığorta haqqı ödəyən müqavilənin tərəfidir. Şərt deyil ki, sığortalı əmlakın mülkiyyətçisi olsun, kifayətdir ki qanuni əsaslarla istismar etsin. Bu normalar Qanunverici tərəfindən ona görə qəbul edilmişdir ki, əmlaka dair mülkiyyət və ya istifadə hüququnun digər şəxsə verilməsi zamanı, zərərçəkənlər üçün sığorta təminatının fasiləsizliyi təmin edilsin. Eyni zamanda, nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda, sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya ümumi xitam əsaslarından əlavə olaraq, müqaviləyə dərhal xitam vermək hüququ verilmişdir. Əgər Qanun sığortalının təşəbbüsü ilə qeyd edilmiş halda müqaviləyə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutursa, bu o deməkdir ki, sığortalı bu hüquqdan istifadə edə bilər, lakin, eyni zamanda, bu hüquqdan istifadə ilə bağlı sığortalının hər hansı bir məcburiyyəti və ya öhdəliyi yoxdur. Sığortalı müqaviləyə xitam verməmək qərarına gəlirsə, bu, sığortalının şüurlu iradə ifadəsidir ki, onun tərəfindən sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış hesab edilsin. Qanunun 8.3-cü maddəsi əlavə olaraq onu da qeyd edir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Burada, 1. “yeni sahibinə və ya istifadəçisinə” ifadəsinə xüsusi diqqət yetirilməlidir. Yeni sahib həm etibarnamə ilə idarə edən, həm də yeni mülkiyyətçi ola bilər – əsas odur ki, şəxs nəqliyyat vasitəsini qanuni əsaslara istismar etsin. 2. Əmlakın yeni sahibinə və ya istifadəçisinə sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr şamil edilir. Sığortalının hüquq və vəzifələrinin siyahısı qanunun 22-ci maddəsində aydın və konkret şəkildə qeyd edilmişdir. Həmin maddə ilə sığortalının sığorta xidmətini hansı qiymətə əldə edəcəyinə dair birbaşa seçim hüququ və ya vəzifəsi qanunvericiliklə müəyyən edilməmişdir. Qanunun 22.2.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari sığorta növü üzrə əvvəlki sığorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş sığorta hadisələri və həyata keçirilmiş sığorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək sığortalının vəzifəsidir. Qanunun 22.2.12-ci maddəsinə əsasən, sığortalının vəzifəsi həmin Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 919-cu maddəsi sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi hallarını tənzimləyir. MM-nin 919.1.4-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir. Bəllidir ki, əmlakın yeni sahibi və ya istifadəçisi avtomatik olaraq müqavilənin tərəfinə – sığortalıya çevrilmir. Sığortalının hüquqlarının və vəzifələrinin ötürülməsi yeni sahibin və ya istifadəçinin müqavilənin tərəfi olması anlamına gəlmir, şəxsin yalnız artıq bağlanmış müqavilədən doğan hüquq və öhdəliklərinin sığortalı kimi icra etməsi anlamına gəlir. Müqavilənin tərəfinin əvəz edilməsi tərəflərin razılığı ilə baş tuta bilər. Əks halda bu mülki hüquqi münasibətlərin əsas prinsiplərinə zidd olacaqdır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 325-ci maddəsi əqdlər ilə əlaqədar birtərəfli iradə ifadəsinin etibarlılığı ilə bağlı məsələləri müəyyən edir. MM-nin 325.1-ci maddəsinə görə, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Yəni, müqavilə və ya digər hüquqi münasibət çərçivəsində bir tərəfin qarşı tərəfə yönəltdiyi iradə ifadəsi (məsələn, təklif, rədd, bildiriş və s.) yalnız qarşı tərəfə çatdığı andan etibarlı hesab olunur. “İradə ifadəsinin çatması anı” ilə bağlı tələb tərəflərin hüquqi təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu prinsipin məqsədi ondan ibarətdir ki, qarşı tərəf iradə ifadəsi ilə tanış ola bilsin və uyğun hərəkətini və ya hərəkətsizliyini nümayiş etdirə bilsin. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə sığortaçıya məlumat verilmədikdə, sığortaçı bu dəyişiklikdən məlumatlı olmadığından, sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququndan məhrum olur, razı olacağı təqdirdə isə müqaviləyə birtərəfli dəyişikliyin edilməsi onun imkanı xaricində olur. Nəticədə, sığorta müqaviləsi üzrə sığortaçı əvvəlki şərtlərlə, yəni əvvəlki sığortalı ilə hüquqi münasibətləri davam etdirmiş sayılır. Sığortalı tərəfindən öhdəliyin yerinə yetirilməməsi halında sığortaçı müqaviləyə birtərəfli qaydada dəyişiklik edə bilmir və ya nəqliyyat vasitəsinin yeni mülkiyyətçisini/sahibini sığortalı kimi tanıya bilmir. Sığortaçının özgəninkiləşdirmənin baş verməsi barədə məlumat almaq üçün texniki imkanı və hüquqi vasitələri yoxdur ki, özgəninkiləşdirilmənin baş verib-vermədiyini müəyyən etsin. Bu halda, nəinki yeni mülkiyyətçini müqavilənin tərəfi kimi tanımaq, hətta yeni mülkiyyətçinin etibarnamə/icarə müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə etmək üçün təyin etdiyi digər şəxsi belə sığorta müqaviləsinə daxil etmək mümkün olmur. Bu vəziyyət sığorta təminatının hüquqi dayanıqlığına təsir göstərir, çünki sığortaçı yalnız sığortalının məlumat verməsi əsasında müqavilədəki tərəf dəyişikliklərini tənzimləyə bilir. Belə bir məlumatlandırma olmadan, sığortaçı nəqliyyat vasitəsinin faktiki sahibinin dəyişməsi və ya nəqliyyat vasitəsinin digər şəxslər tərəfindən idarə olunması kimi hüquqi əhəmiyyətli hallardan xəbərdar ola bilmir. “İcbari sığortalar haqqında” Qanunun 19.3-cü və 20.5-ci maddələrinə əsasən, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına və ya onun əmlakına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Beləliklə, Qanunun 19.3-cü və 20.5ci maddələrinə əsasən, sığorta məbləğinin zərərçəkən şəxsə ödənilməsi üçün sığortalının iştirakına ehtiyac yoxdur. Qanun üçüncü şəxslərin hüquqlarının qorunmasını prioritet hesab edir və sığortaçıdan zərərçəkənə sığorta ödənişinin ödənilməsini tələb etmək üçün sığortalının iştirakı və ya onun hadisə ilə bağlı mövqeyi tələb olunmur. Hətta sığortalı hadisə yerindən yayınmış olsa belə, bu hal, sığorta məbləğinin zərərçəkənə ödənilməsinə mane olmur. Kifayətdir ki, zərərvuran nəqliyyat vasitəsinə münasibətdə qüvvədə olan sığorta şəhadətnaməsi olsun. Qeyd olunanlar ilə yanaşı, sığorta haqqı məbləğlərinin fərdi xarakter daşıdığını nəzərə almaq lazımdır: onun şərtləri müxtəlif sığortalılar üçün fərqli olan sığorta riskinin səviyyəsi nəzərə alınmaqla formalaşdırılır və nəqliyyat vasitəsinin texniki göstəriciləri və digər xüsusatlar nəzərə alınmaqla sığorta hadisələri tarixi ilə bağlıdır. Buna görə, sığortalının dəyişməsi sığorta riskinin dərəcəsinə təsir edərək onu həm artıra, həm də azalda bilər. Qanunun 57.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Məhz Qanunun 57.1-ci maddəsinin tələbindən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının # #### 2022-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” qaydası qəbul etmişdir. Hüquqi aktların Dövlət reystrində qeydə alınmış sözügedən qayda – Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ xarakterli akt olmaqla icrası hüquqi və fiziki şəxslər üçün məcburidir. Mərkəzi Bank tərəfindən təsdiq edilmiş qaydanın tənzimlədiyi məsələ – mülkiyyətçi ilə sığortaçı arasında deyil, sığortalı ilə sığortaçı arasındakı sığorta haqqının formalaşması ilə bağlı məsələdir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydasının aşağıdakı müddəalarına nəzərə salaq: Qaydanın 1.2.1-ci maddəsinə əsasən, bonus-malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qaydanın 2.1-ci maddəsinə əsasən, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır. Bonus-Malus sistemi sığorta sahəsində istifadə olunan bir anlayışdır. Bu sistem, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığortalı növbəti dəfə sığorta haqqında endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalmış şəxs) qəza törədərsə, sığorta haqqı artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. ABŞ və Böyük Britaniya kimi ölkələrdə sığorta tarifləri sığortaçı tərəfindən tənzimlənir və sığortalının əvvəlki davranışları, sığorta hadisələri ilə bağlı məlumatlar əsasında müəyyənləşdirilir. Respublikamızda, sığorta haqqı sığortaçılar tərəfindən yox, vahid formada Qaydaya əsasən formalaşır. Şəxs istənilən nəqliyyat vasitəsinə münasibətdə qanunla və ya mülki-hüquqi müqavilə ilə sığorta marağı yaradaraq (misal, etibarnamə və ya icarə müqaviləsi) və sığorta haqqı ödəyərək sığorta müqaviləsi bağlaya bilər. Qaydaların 8.1ci maddəsinə əsasən, BM sistemi İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının informasiya sisteminin tərkib hissəsidir və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə aşağıdakı funksiyaları yerinə yetirir: 8.1.1. BM siniflərinin vahid qaydada müəyyən olunmasını təmin edir; 8.1.2. hər bir BM subyektinin son 13 il üzrə sığortalanma tarixi barədə məlumatların uçotunu təmin edir; 8.1.3. hər bir BM subyekti üçün BM sinfinin müvafiq BM qrupu üzrə müəyyənləşdirilməsini təmin edir. Qaydaların 8.2-ci maddəsinə əsasən, BM sinifləri aşağıdakı kimi təsnifləşdirilir: 8.2.1. sığorta riskinin yüksək olmasını əks etdirən Malus sinifləri (1-ci – 13-cü BM sinifləri); 8.2.2. sığorta riskinin aşağı olmasını əks etdirən Bonus sinifləri (15-ci – 22-ci BM sinifləri); 8.2.3. müvafiq BM qrupuna aid olan avtonəqliyyat vasitəsinə münasibətdə sığorta müqaviləsi ilk dəfə bağlanarkən təyin olunan və sığorta riskinin qeyri-müəyyən olmasını əks etdirən 14-cü BM sinfi. Qaydaların 1.2.2-ci maddəsinə əsasən, bonus-malus subyekti – barəsində bonusmalus sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxsdir. Göründüyü kimi, şəxsə (BM subyektinə) tətbiq ediləcək bonus-malus sinfi avtomobilin yox, şəxsin son 13 il üzrə risk tarixçəsinə əsasən müəyyən edilir. BM sisteminin tətbiq edilməsi üçün nəqliyyat vasitəsinin mülkiyyətdə olub-olmaması yox, nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta hadisəsinin olubolmaması şərtdir ki, sığortalının risk dərəcəsinə əsasən ona – yəni sığortalıya güzəştlər və əlavələr tətbiq edilsin. Çünki, sığortalı müqavilə üzərindən nəinki özünün, həm də həmin nəqliyyat vasitəsini idarə etməyə hüququ olan istənilən şəxsin məsuliyyətini sığortalayır, həmin şəxsin yarada biləcək risklərini öz məsuliyyəti üzərinə götürür. Məhz buna görə nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya ümumi xitam əsaslarından əlavə olaraq müqaviləyə dərhal xitam vermək hüququ verilir. Avtomobili qanuni əsaslarla kimin idarə etməsindən asılı olmayaraq, baş vermiş sığorta hadisələri üzrə “məsuliyyət” məhz ”Sığortalı”nın (icbari sığorta müqaviləsi bağlayan şəxsin) üzərindədir və hər bir hadisəyə görə sığorta riski məhz müqavilə tərəfi olan “Sığortalı”nın hesabına, onun sığorta tarixçəsinə yazılır. “Bonus-Malus” sisteminin tətbiqində əsas məqsəd də sığorta risklərinin qiymətləndirilməsi və “riskli sığortalı”ya (müqavilə bağlayana) “Malus” tətbiq edilməsilə daha yüksək sığorta haqqının hesablanması, əksinə “riskli olmayan sığortalı”ya isə “Bonus” tətbiq edilməsilə sığorta haqqına güzəşt edilməsidir. Müqavilə sığortalı və sığortaçı arasında bağlanıldığından və müqavilənin predmetini mülki məsuliyyət təşkil etdiyindən bonus və ya malus əmsalının da sığortalı ilə bağlanan bütün müqavilələrə tətbiq olunması da ağlabatan və ədalətlidir. Əks təqdirdə, birinci instansiya məhkəməsinin formalaşdırdığı yanaşmasından belə nəticəyə gəlmək olar ki, misal qismində: nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs, yalnız mülkiyyət hüququ əsasında 20 nəqliyyat vasitəsinə sahib ola bilər. O, həmin nəqliyyat vasitələri üzrə idarə edən şəxslərin mülki məsuliyyətini sığortalaya bilər və etibarnamə əsasında digər şəxslərə istifadəyə verə bilər. Məhkəmənin təfsirinə əsasən, sığortalıya nəqliyyat vasitəsini birbaşa idarə etmədiyinə görə bonus, hadisə törədən şəxslərə isə malus tətbiq edilməlidir. Lakin, hadisə törədən şəxslər sığorta müqaviləsini şəxsən bağlamadıqlarına görə, sığorta haqqı hər il mülkiyyətçi tərəfindən ödənilir. Nəticədə, sığorta müqaviləsi mülkiyyətçi ilə bonus tətbiq edilməklə bağlanmalı, çünki faktiki olaraq hadisə törətmir, bu şərtlər altında isə sürücülər hadisə törətməkdə davam edə bilərlər, çünki müqavilə tərəfi kimi çıxış etmirlər. Yuxarıda qeyd edilən normalara istiand edərək qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində olmaması, icbari sığorta müqaviləsinin İddiaçı adına olması və yol-nəqliyyat hadisəsinin baş verməsində sonuncunun təqsirinin olub-olmaması mövcud qanunvericiliyin tələbləri uyğun olmaqla, malusun silinməsi üçün əsas hesab edilə bilməz. İddiaçı ümumiyyətlə mülkiyyətçi olmaya bilərdi, kifayət idi ki, onun sığorta marağı olsun (nəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən istənilən şəxs müqavilə bağlaya bilər). Beləliklə, iddiaçı İddiaçı mülkiyyətində olmuş “KİA Optima” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı və “KİA Rio” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzrə sığorta haqqı ödəyərək və icbari sığorta müqavilələrinin tərəfi olaraq sığortalı qismində çıxış etmiş, bununla da həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini sığortalamışdır. X5 ##.##.2024-cü il və İsmayılov Zülfi Talış oğlu tərəfindən isə ##.##.2024-cü il tarixlərində (sığorta müqaviləsi qüvvədə olduğu zaman) həmin avtomaşını qanuni əsaslarla istismar edərək yol nəqliyyat hadisəsi törətmişdir və üçüncü şəxslər qarşısında onların (yəni sığorta olunanlar X5 və İsmayılov Zülfi Talış oğlunun) mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi üzərindən sığortalanmışdır. Bonus və ya malus Qaydanın tələblərinə əsasən, sığorta olunana yox, sığortalıya münasibətdə tətbiq edildiyindən, X5 və İsmayılov Zülfi Talış oğlunun törətdiyi sığorta hadisələri nəticəsində hesablanmış Malus əmsalı icbari sığorta müqaviləsinin tərəfi olan İddiaçı münasibətdə tətbiq edilmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının təfsirində və tətbiqində kobud səhvə yol vermiş və beləliklə də iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı yalnız informasiya sisteminin idarə olunması və məlumatların saxlanılması funksiyasını yerinə yetirir və özünün informasiya sisteminə məlumatları birbaşa daxil etmə səlahiyyəti yoxdur. “İcbari sığortalar haqqında” Qanunun 34-2-ci maddəsinə əsasən, bu məlumatların sistemə daxil edilməsi bilavasitə sığortaçının vəzifəsidir. Sığortaçı, müqavilənin qeydiyyatını aparmalı və müqavilə məlumatlarını vaxtında büronun informasiya sisteminə daxil etməlidir. Sığorta haqlarının hesablanma qaydasının qanunvericiliklə tənzimlənməsini və onların təsdiq edilməsinin Mərkəzi Bankın səlahiyyətində olmasını nəzərə alaraq, İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı yalnız Mərkəzi Bankın müəyyən etdiyi qaydalar əsasında informasiya sisteminin fəaliyyətini təmin edir və sığorta haqlarının hesablanmasına müdaxilə etmir. Sözügüdən maddələr İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yalnız texniki dəstək və məlumatların saxlanılmasını təmin edən qurum olduğunu göstərir. Nəticədə, müqavilə məlumatlarının düzgünlüyünün və aktuallığının təmin edilməsinin sığortaçının üzərində olmasını qeyd edərək, həmin müqaviləyə xitam vermək ilə əlaqədar sığortalının müraciətinin olmamasını diqqətə çatdıraraq, hesab edilir ki, birinci instansiya məhkəməsi cavabdehin etirazlarını nəzərə almadan və onları tam araşdırmadan, qüvvədə olan müqavilə üzrə sığortalı-iddiaçıya tətbiq edilmiş malusun silinməsi barədə sığorta qanunvericiliyinin, mülki hüquqi münasibətlərin və əqdlərə dair əsas prinsiplərin tələblərinə zidd olaraq qətnamə qəbul etmişdir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində bildirmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hazırli mülki iş ilə əlaqədar olaraq bildirir ki, İddiaçı ##.##.2024-cü il tarixli etibarnamə əsasında mülkiyyətində olan “KİA Optima minik” markalı, **RG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X5 etibar etmişdir. Bundan sonra X5 ##.##.2024-cü il tarixdə həmin avtomobillə qəza törətmiş, əməli təsdiq edilmiş və qəzanı törədən şəxs kimi barəsində müvafiq tədbir görülmüşdür. Daha sonra “KİA Rio” markalı, ** RP *** (lizinqə veriləndən sonra **-YZ-***) dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-cü il tarixdə alqısatqı müqaviləsinə əsasən “xxxx” MMC-yə satmışdır. Həmin tarixli Lizinq müqaviləsinə əsasən “KİA Rio” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək **- YZ-*** dövlət qeydiyyat nişanı ilə İsmayılov Zülfi Talış oğluna təqdim edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə “KİA Rio” markalı, 77- YZ-815 dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilmişdir. Beləliklə, iddiaçı İddiaçı mülkiyyətində olmuş “KİA Optima” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı və “KİA Rio” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzrə sığorta haqqı ödəyərək və icbari sığorta müqavilələrinin tərəfi olaraq sığortalı qismində çıxış etmiş, bununla da həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini sığortalamışdır. X5 ##.##.2024-cü il və İsmayılov Zülfi Talış oğlu tərəfindən isə ##.##.2024-cü il tarixlərində (sığorta müqaviləsi qüvvədə olduğu zaman) həmin avtomaşını qanuni əsaslarla istismar edərək yol nəqliyyat hadisəsi törətmişdir və üçüncü şəxslər qarşısında onların (yəni sığorta olunanlar X5 və İsmayılov Zülfi Talış oğlunun) mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi üzərindən sığortalanmışdır. Bonus və ya malus Qaydanın tələblərinə əsasən sığorta olunana yox, sığortalıya münasibətdə tətbiq edildiyindən, X5 və İsmayılov Zülfi Talış oğlunun törətdiyi sığorta hadisələri nəticəsində hesablanmış Malus əmsalı icbari sığorta müqaviləsinin tərəfi olan iddiaçıya münasibətdə tətbiq edilmişdir. Həmçinin mülki işin hallarına uyqun olaraq aşağıdakı nüansları qeyd edir. Mülki işin materiallarından müəyyən edilir ki, iddiaçının tərəf olduğu “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına məhdudiyyət qoyulmadan bağlanmış, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi kimi tanınmış və sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-921-ci maddələrinə görə, sığorta müqaviləsi üzrə sığorta marağı artıq mövcud olmadığı təqdirdə sığortalı tərəfindən həmin müqaviləyə vaxtından əvvəl xitam verilir (919.1.8-ci maddə). Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Göründüyü kimi, “İcbari sığortalar haqqında” Qanunun 51.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirilməsi halı sığortalı üçün həmin müqaviləyə xitam vermək hüququnun yaranmasına səbəb olur. Tərəf olduğu müqaviləyə xitam vermək hüququndan istifadə edən sığortalı bu barədə sığortaçını məlumatlandırmaq öhdəliyini daşıyır. Nəqliyyat vasitəsi özgəninkiləşdirilərkən (və ya etibarnamə əsasında üçüncü şəxsin istifadəsinə verilərkən) icbari sığorta müqaviləsinə xitam verilmədiyi halda Bonus-Malus əmsalları şəhadətnamədə sığortalı statusunda göstərilən şəxsə münasibətdə tətbiq edilir. Belə ki, BM subyekti bilavasitə sığortalıdır və bu sistem çərçivəsində müəyyən edilən əmsallar nəqliyyat vasitəsinə deyil, sığortalı şəxsə bağlıdır. Sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiqini nəzərdə tutan güzəştlər və əlavələr əşyaya bağlı göstərici olmadığından, avtomobilin özgəninkiləşdirilməsi və ya başqa şəxsin faktiki istifadəsinə verilməsi hallarında onların avtomatik olaraq (hüquq və ya vəzifə kimi) başqa şəxsə keçməsi üçün hüquqi əsas yaranmır. Hazırki halda da iddiaçı avtomobili özgəninkiləşdirdiyinə istinad etsə də, onun sığortalı qismində tərəf olduğu “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi”nə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verilməmişdir. Sığorta hadisəsi baş verdiyi zaman, o, sığortalı statusunda qalmaqda davam etmiş, sığorta riski onun barəsində qüvvədə olmuşdur. Sığortalının müqaviləyə vaxtından əvvəl xitam vermək hüququndan istifadə etməməsi, habelə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə sığortaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verməməsi sığortaçı (xxxx ASC) üçün mənfi hüquqi nəticələr doğura bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin şikayət verdiyi qətnaməsi isə məhz sığortaçının fəaliyyətində mənfi hüquqi nəticələr yaratmış və gələcəkdə iddiaçı ilə icbari sığorta müqaviləsi bağlayacaq hər hansı digər sığortaçıya da sığortalının riskinin qiymətləndirilməsində maneçilik törətməklə mənfi hüquqi nəticələr yaratmaqda davam edəcəkdir. Əlavə olaraq qeyd edir ki, analoji mülki iş üzrə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən baxılaraq əsaslı və qanuni qətnamə qəbul edilmiş, həmin qətnamə ilə iddia tələbi rədd edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş qətnaməsi ləğv edilmişdir. Cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına qarşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş, mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Məlumdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 899.1.3-cü maddəsinə əsasən icbari sığorta müqavilələrinin xüsusi bağlanma qaydası nəzərdə tutulmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1- 1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Bildirir ki, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC arasında bu formada bağlanmış PPA 2408594422 (##.##.2024 – ##.##.****) nömrəli sığorta müqaviləsinə əsasən Kia Optima markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və PPA2408844459 (##.##.2024 – ##.##.****) nömrəli sığorta müqaviləsinə əsasən Kia Rio minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. Qeyd edir ki, sığorta müqavilələri onlayn qaydada bağlanmışdır. Müvafiq qaydalara əsasən şəxs platformada öz şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi məlumatlarını daxil etməklə və bunun davamı olaraq sığorta haqqını ödəməklə sığorta şəhadətnaməsi əldə edir. ##.##.2024cü il və ##.##.2024-cü il tarixində sığortalı avtonəqliyyat vasitələrinin (Kia Optima markalı ** RG *** dövlət qeydiyyat nişanlı və Kia Rio minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı) iştirakı ilə yolnəqliyyat hadisələri baş vermiş, məhz sığortalı avtonəqliyyat vasitələrinin sürücüləri təqsiri olan şəxs qismində tanınmışdırlar. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən zərərçəkən qismində müəyyən edilən şəxslərə ##.##.2024-cü il tarixli hadisə üzrə 260 AZN və ##.##.2024-cü il tarixli hadisə üzrə 440 AZN məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## #### 2022-ci il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydasının 1.2.1-ci bəndinə əsasən Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Nəticə etibarı ilə PPA2408594422 və PPA********** nömrəli sığorta müqavilələri üzrə avtonəqliyyat vasitələrinin sürücülərinin təqsiri üzündən sığorta hadisəsi baş verdiyinə görə sığortalıya İddiaçı münasibətdə sığorta haqqını artıran əmsalların tətbiq edilməsi nəzərdə tutulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına qarşı “Bonus-malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş, mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 899.1.3-cü maddəsinə əsasən icbari sığorta müqavilələrinin xüsusi bağlanma qaydası nəzərdə tutulmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Bildirilir ki, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC arasında bu formada bağlanmış PPA2408594422 (##.##.2024 - ##.##.****) nömrəli sığorta müqaviləsinə əsasən Kia Optima markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və PPA2408844459 (##.##.2024 - ##.##.****) nömrəli sığorta müqaviləsinə əsasən Kia Rio minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. Qeyd edilir ki, sığorta müqavilələri onlayn qaydada bağlanmışdır. Müvafiq qaydalara əsasən şəxs platformada öz şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi məlumatlarını daxil etməklə və bunun davamı olaraq sığorta haqqını ödəməklə sığorta şəhadətnaməsi əldə edir. ##.##.2024-cü il və ##.##.2024-cü il tarixində sığortalı avtonəqliyyat vasitələrinin (Kia Optima markalı ** RG *** dövlət qeydiyyat nişanlı və Kia Rio minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı) iştirakı ilə yol-nəqliyyat hadisələri baş vermiş, məhz sığortalı avtonəqliyyat vasitələrinin sürücüləri təqsiri olan şəxs qismində tanınmışdırlar. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən zərərçəkən qismində müəyyən edilən şəxslərə ##.##.2024-cü il tarixli hadisə üzrə 260 AZN və ##.##.2024-cü il tarixli hadisə üzrə 440 AZN məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## #### 2022-ci il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydasının 1.2.1-ci bəndinə əsasən Bonus-Malus (bundan sonra - BM) sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Nəticə etibarı ilə PPA2408594422 və PPA********** nömrəli sığorta müqavilələri üzrə avtonəqliyyat vasitələrinin sürücülərinin təqsiri üzündən sığorta hadisəsi baş verdiyinə görə sığortalıya - İddiaçı münasibətdə sığorta haqqını artıran əmsalların tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanların Məhkəmə tərəfindən nəzərə alınması xahiş olunur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndləri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Maddə 148.Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. Maddə 4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Maddə 4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. Maddə 4.4. X8 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8.1. Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Maddə 8.2. Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Maddə 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu Maddə 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Maddə 8.4. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir. Maddə 11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 22.1. Sığortalının aşağıdakı hüquqları vardır: 22.1.1. sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq; 22.1.6. bu Qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda sığorta haqqı ilə bağlı güzəştlərdən istifadə etmək; 22.1.8. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlar. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Maddə 51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir. Maddə 51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Maddə 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; Maddə 1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs; Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası Bənd 1.1. Bu Qayda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1ci maddəsinə uyğun olaraq hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2.1. Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.(əvvəlki redaksiyada) Bənd 2.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ... hesablanır.(əvvəlki redaksiyada) Bənd 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (qüvvədə olan redaksiyada) 1.2.1. sığorta tarixçəsi – sığortalının bağladığı sığorta müqavilələri və nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş vermiş sığorta hadisələri barədə məlumatları ehtiva edən tarixçə; 1.2.2. qiymətləndirmə subyektləri – avtonəqliyyat vasitələrinin qiymətləndirmə qrupu (bundan sonra – qiymətləndirmə qrupu) üzrə barəsində sığorta tarixçəsinə əsasən güzəşt və əlavələrin tətbiq edildiyi şəxslər; 1.2.3. sığorta tarixçəsi əmsalı – qiymətləndirmə subyektinin sığorta tarixçəsinə əsasən müəyyən edilən və sığorta haqqının hesablanmasında tətbiq edilən əmsal. Bənd 2.1. Bu Qaydanın 2.4-cü bəndi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydada hesablanır: 2.1.1. avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda: SH = BSH x ANVƏ x AİTƏ x TYƏ x RƏ x İMƏ x AVSƏ x STƏ burada, SH – bir illik sığorta haqqı məbləği; BSH – baza sığorta haqqı məbləği; ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal; AİTƏ – avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal; TYƏ – sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal; RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal; İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal; AVSƏ – avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsal; STƏ – sığorta tarixçəsi əmsalı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, İddiaçı ##.##.2024-cü il tarixli etibarnaməsi əsasında mülkiyyətində olan "Kia Optima minik" markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və s. səlahiyyətlərini X5 etibar etmişdir. Bundan sonra X5 ##.##.2024-cü il tarixdə həmin avtomobillə qəza törətmiş, əməli təsdiq edilmiş və qəzanı törədən şəxs kimi barəsində müvafiq tədbir görülmüşdür. Daha sonra "Kia Rio" markalı, ** RP *** (lizinqə veriləndən sonra **-YZ-***) dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMCyə satmışdır. Həmin tarixli Lizinq müqaviləsinə əsasən "Kia Rio" markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək **-YZ-*** dövlət qeydiyyat nişanı ilə İsmayılov Zülfi Talış oğluna təqdim edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə "Kia Rio" markalı, **- YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilmişdir. Hər iki hadisə başqa şəxlər tərəfindən törədilməsinə, əmələ görə başqa şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq İcbari Sığorta Bürosu əsassız olaraq sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemində hadisə törədən şəxs kimi iddiaçı İddiaçı barə qeydlər aparılmışdır. Bu da iddiaçının sığorta ödənişlərinə təsir edir və öz avtomobilini sığorta etməkdə ona çətinliklər yaradır. Hazırda iddiaçı ona ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonusmalus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, sığorta qanunvericiliyi hüququn xüsusi sahəsi olsa da, mülki qanunvericiliyin tərkib hissəsidir və buna görə də mülki qanunvericiliyin prinsipləri, ümumi müddəaları həmin sahəyə də aid edilməlidir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Kollegiya qeyd edir ki, bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək vəzifəsi deyil, hüququdur. Belə ki, İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinin tələblərinə əsasən, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Göründüyü kimi bonus-malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemi olduğundan, icbari sığorta təminatının əldə edilməsi barədə bağlanmış icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində əmlakın mülkiyyətçisi dəyişdikdə müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmadığından, qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə şamil edildiyindən, iddiaçı barəsində bonus-malus 3 əmsalının təbiq edilməsini əsasız hesab edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, məntiqli və əsaslıdır. Belə ki, bonus-malus sisteminin mahiyyəti sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) etməkdən, əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artırılmasından (malus) ibarətdir. Nəticədə bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Ona görə də şəxsin törətmədiyi, təqsirli hesab olunmadığı sığorta hadisəsinə görə onun sığorta haqqının 3 dəfə artıq hesablanmasına gətirib çıxaran bonus-malus 3 əmsalının tətbiqi qanunauyğun hesab edilə bilməz. Qeyd edildiyi kimi bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədi daşıyır, yəni bonusmalus sisteminə görə intizamlı sürücü intizamsız sürücünün hərəkətinə görə məsuliyyətə cəlb edə bilməz. Kollegiya Azərbaycan Respublikası Mərkəzi Bankının hazırkı mülki iş üzrə mütəxəssis rəyinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə, məhkəməyə təqdim etdiyi mülahizələrində istinad etdiyi hallara münasibətdə qeyd edir ki, Mərkəzi Bankın ## #### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”larında Mərkəzi Bankın ## ##### 2026-cı il tarixli Qərarı ilə dəyişikliklər edilməsi və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması zamanı güzəşt və əlavələrin tətbiqi qaydasının təkmilləşdirilməsi məhkəmənin hazırkı mübahisə üzrə gəldiyi qənaətinin bir daha əsaslı, ədalətli və qanuni olmasını təsdiq edir. Belə ki, son dəyişikliklərə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması zamanı istifadə olunan “Bonus- Malus sistemi və onunla bağlı tətbiq olunan əmsallar” ləğv edilmiş, əvəzində isə “sığorta tarixçəsi” və “sığorta tarixçəsi əmsalı” anlayışları Qaydaya daxil edilmiş, yeni tənzimlənməyə əsasən həmin məlumatlar əsasında fiziki şəxslərin sığorta tarixçəsi formalaşdırılır və baş verən sığorta hadisəsi sığortalının yox, nəqliyyat vasitəsini idarə edən nəqliyyat vasitəsi sürücüsünün sığorta tarixçəsinə və sığorta tarixçəsi əmsalına təsir edir. Kollegiya eyni zamanda qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar