Məhkəmə qərarları › İş №2(103)-5806/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5806/2021

08.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5806/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC - yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2993/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadından Cavabdeh2 QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC - yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 QSC arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli 005R150153801 saylı kredit razılaşması və bu razılaşma əsasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin üzərinə həbs qoyulması və həmin mənzilə dair müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2993/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh2 QSC - nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, ev 3/33 ünvanında yerləşən 35 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh2 QSC şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, 3/33 saylı evin 35 saylı mənzili Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən 31.10.2018-ci il tarixli çıxarış alınmışdır. İddiaçı Cavabdeh2 QSC-nin cavabdehlər Cavabdeh1, İddiaçı1 Məmmədağa qızına, İddiaçı2, X2 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddiasının təmin olunması ilə bağlı məhkəmənin qətnaməsi var və həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Bundan başqa İddiaçı1 Məmmədağa qızının cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə və Cavabdeh2 QSC-yə qarşı Bakı şəhəri Binəqədi rayonu X7 küçəsi 3/33 saylı evin 35 nömrəli mənzili ilə bağlı hərracın etibarsız hesab olunmasına dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsinə əsasən rədd edilmiş, həmin qətnamə də artıq qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2993/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Bundan başqa kollegiya qeyd edir ki, hazırda mübahisənin predmeti nəzərə alındıqda, tərəflər arasında mübahisənin gedişi zamanı qeyd olunan daşınmaz əmlakın özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apelyator şikayətində mübahisəli mənzilin hərracının keçirilməsi ilə bağlı artıq qanuni qüvvəsini almasına dair məhkəmə qərarının olmasına, həmin mənzilə dair apelyatorun mülkiyyət hüquqlarının təsbit edilməsinə istinad etsə də, hazırkı iddia tələbi iddiaçıların mülkiyyət hüquqlarının pozulması ehtimalını özündə ehtiva edir. Mübahisəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi isə gələcəkdə iddianın təmin edilməsinə dair qətnamə qəbul edildiyi halda qətnamənin icrasının qeyri-mümkünlüyünə əsas ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2993/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar