Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-581/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Nemət qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-581/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Seyfullayeva (Abdullayeva) Tünzalə Əsədulla qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3350/2010 nömrəli, 16 dekabr 2010-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 17 yanvar 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları 1.İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci Səlyan döngəsi, ö/t 20B ünvanında yerləşən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, cavabdehin və onunla yaşayan ailə üzvləri ilə birlikdə qanunsuz tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Bibiheybətneft” NQÇİ-nin (26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər icra Hakimiyyətinin (keçmiş Bakı şəhər X3 icraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962-cı ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirmişdir. Göründüyü kimi, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaratmışdır. İddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunmuşdur.
3. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2010-cu il 16 dekabr tarixli, 2(009)- 3350/2010 nömrəli qətnaməsi ilə (hakim: F.Ə.Hüseynov) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra ARDNŞ) İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” barədə iddia tələbi təmin edilərək Bakı şəhəri, Səbail rayonu 2-ci Salyan döngəsi, ö/t 20 В ünvanında yerləşən özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh və onunla birgə yaşayan şəxslərin qanunsuz tikilidən çıxarılmaları qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 30 mart tarixli, 2(103)-1332/2011 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev (sədrlik edən vəməruzəçi), G.A.Quliyev və S.Ə.Hüseynova) Səbail Rayon Məhkəməsinin 2010-cu il 16 dekabr tarixli, 2(009)-3350/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 avqust tarixli, 2(102)-2452/2011 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin 2011-ci il 30 mart tarixli, 2(103)-1332/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək onun işinə baxılarkən Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə (yəni mülkiyyət hüquqlarının pozulması) dair pozuntuların müəyyən edilməsini xahiş etmişdir.
7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlə bağlı mövqeyi belə olmuşdur: Məhkəmə qeyd etmişdir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016- cı il).
8. Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il)
9. Hazırkı işdə ərizəçi evi özü tikməmişdir, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir. Mübahisəli tikili ilə bağlı Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq Dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş.
10. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdir və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıc^a qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007-V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin).
11. Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin-birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonavius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahooa və başqaları, §§ 67-68 ).
12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə, ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir.
13. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4- cü bəndinə uyğun olaraq rədd edilməlidir.
14. Avropa Məhkəməsi ərizəçinin onun əmlakının sökülməsi ilə bağlı ona pul ödənilməli olması ilə əlaqədar şikayəti ilə bağlı qeyd etmişdir ki, ərizəçiyə sözügedən evi onun hesabına sökmək barədə qərar verilmişdir. Ərizəçinin üzərinə qoyulan belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilədir. Buna görə də söküntü sifarişinin həmin hissəsinə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmamışdır. Ona görə şikayətin həmin hissəsi də açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, məqbul elan edilməlidir.
16. Bununla bağlı məhkəmənin əsaslandırması belə olmuşdur:
17. Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır.
18. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur.
19. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev" anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X2rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur.
20. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-cı maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə...zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneff’in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir.
21. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olubolmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).
22. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).
23. Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə "xxxx" yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).
24. Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə Məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış, (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57)
25. Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial'sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir.
26. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir.
27. Ona görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxılan məsələ ilə bağlı hüquqi mövqeyi:
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu hazırkı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli Qərarında şərh edilənlərlə razılaşaraq hesab edir ki, cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin Qərarda şərh edilən Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır.
30. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir.
31. O cümlədən mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reaksiya verib-verməməsi, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 13(102)-5(a)/2022 saylı Qərarı ilə Qərara alınmışdır:”İddiaçı ARDNŞ-nin törəmə müəssisəsi olan ‘Azneft” İstehsalat Birliyinin ("xxxx") Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma barədə iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 30 mart tarixli, 2(103)-1332/11 nömrəli qətnaməsi və onunla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 avqust tarixli, 2(102)-2452/11 nömrəli qərarı ləğv edilsin. İş apellyasiya instansiyasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
33. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3350/2010 saylı, 16 dekabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması qət edilmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2781/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “14” “mart 2023-cü il tarixli 2(103)- 842/2023 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
35. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən ev cavabdehin yeganə evi olduğu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağı labüddür. Bundan başqa ikinci apellyasiya icraatında Cavabdeh dəlillərini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənlərlə əsaslandırılmışdır. Bildirmişdir ki, yaşlı və təqaüdçüdür, məhkəmə mübahisələri getdiyi bu uzun müddət ərzində maddi və sosial vəziyyətində heç bir irəliləyiş olmamışdır. Mübahisəli evin yerləşdiyi ərazilər isə yeni evlər və qeyri-yaşayış sahələri ilə əhatə olunmuşdur.Bunu təsdiq edən fotoşəkilləri də təqdim edir. Yenə də qızı ilə birgə yaşayır və qızı da işləmir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə iddiaçının yazılı izahatı (etiraz) daxil olmuşdur.
37. Yazılı izahat (etiraz) onunla əsaslandırılmışdır ki, "xxxx" İB-nin əsas məqsədi Dövlət Neft Şirkətinə məxsus olan karbohudrogen yataqlarının kəşfiyyatını, hazırlanmasını, tikintisini, işlənməsini, neftin, qazın, qaz kondensatının hasil edilməsini və müvafiq qaydada təhvil verilməsini, eləcə də sahədə mövcud olan texnoloji sistemlərin və istehsalatların etibarlı istismarını və inkişafını təmin etməkdir. Birlik, Dövlət Neft Şirkətinin tapşırıqlarına əsasən, quru və dəniz sahəsində onun istifadəsinə verilmiş neft və qaz yataqlarında geoloji kəşfiyyat işlərini həyata keçirmək, neft və qaz quyularının tikintisini və işlənməsini təmin etmək, neft və qaz quyularının effektiv şəkildə isitsmar edilməsi sahəsində xidmətlər göstərmək, neft və qaz ehtiyatlarının artırılmasını təmin etmək və s. əməliyyatları həyata keçirir.Mübahisəli özbaşına tikilidən 104 və 124 metr məsafədə müvafiq olaraq 3716 və 2959 saylı istismar edilən işlək, 25 və 42 metr məsafələrdə isə müvafiq olaraq 1928 və 1436 saylı ləğv olunmuş neft-qaz quyuları yerləşir. Həmin quyularm yerləşdiyi sahədə məhsuldar neftli-qazlı laylar mövcuddur. Həmin quyularm istismarı davam edir və digər dərinlik horizontlarma keçid üçün ləngimədən yeni quyuların qazılmasına zərurət vardır.Göründüyü kimi, hazırda yuxarıda qeyd edilən quyularm ətrafında özbaşına tikililərin mövcudluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə, yeni quyularm qazılmasına maneçilik törədir, bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir.Belə ki, mövcud qanunvericliyə görə, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir (Torpaq Məcəlləsinin 22-ci maddəsi).Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” Qaydalarının 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müəyyən edilmişdir. Həmin Qaydalara görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.Məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisəli özbaşına tikili ilə işlək vəziyyətdə olan 3716 saylı quyu arasındakı məsafə 104 metr, 2959 saylı quyu arasında olan məsafə isə 124 metr təşkil edir. Ləğv olunmuş 1928 saylı quyu ilə tikili arasındakı məsafə 25 metr, 1436 saylı quyu arasındakı məsafə isə 42 metr təşkil edir. Göründüyü kimi, həmin tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi, nəinki həmin titkilidə yaşayanların həyatı üçün təhlükədi, eyni zamanda iddiaçıya neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneçilik törədir.Məhkəməyə təqdim olunmuş “Bibiheybətneft” NQÇİ-nin xx.xx.2023 il tarixli arayışından da göründüyü kimi, mübahisəli tikilinin yerləşdiyi ərazidə qazılmış 3716,2959,1928.1436 saylı quyulardan 3716 (gündəlik neft hasilatı 2,0 t), 2959 (gündəlik neft hasilatı 1 t) saylı quyular hazırda işləyir, 1928 və 1436 saylı quyular isə ləğv edilmiş, həmin sahədə məhsuldar neftli-qazlı layların mövcudluğu nəzərə alınaraq, dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyularm qazılması zəruridir.Cavabdehin başqa bir yaşayış sahəsi ilə təmin edilməsi məsələsi ilə bağlı bildirirlər ki, həmin məsələ iddiaçı "xxxx" İB-nin səlahiyyətlərinə aid deyil. Yuxarıda da qeyd edildiyi kimi Birliyin Nizamnaməsinə əsasən, fəaliyyətinin predmetini karbohidrogen yataqlarının kəşfiyyatı, işlənməsi, neft və qaz quyularının tikintisi, istismarı, neftin, qazın, qaz kondensatının hasil olunması və müvafiq qaydada təhvil verilməsi ilə bağlı işlər və xidmətlər təşkil edir. Cavabdeh iddiaçının qanuni istifadəsinə verilmiş, yaşayış üçün təhlükəli olan və neft-qaz çıxarılması üçün müvafiq əməliyyatlar keçirilən ərazidə özbaşına tikili alarkən və ya tikərkən mümkün riskləri və onun nəticələrini bilməli idi. Buna görə də, hesab edirik ki, iddiaçı "xxxx" İB-nin cavabdehin hər hansı yaşayış sahəsi ilə təmin etmək kimi öhdəliyinin olmağından söhbət gedə bilməz.İş üzrə Cavabdeh istifadəsində olan mübahisəli özbaşına tikilinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşməsi və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğu işin mübahisəsiz halıdu*. Hətta hazırki iş üzrə AHİM mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsində olmasını və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin özbaşına tikili olmasını mübahisələndirməmiş və ərizəçinin Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusu barədə xahişini təmin etməmişdir. Həmçinin Ali Məhkəmənin Plenumunun 30 sentyabr 2022-ci tarixli qərarının 5-ci bəndində deyilir: “Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016- cı il; Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4- cü bəndinə uyğun olaraq rədd edilməlidir (Ali Məhkəmənin Plenumunun qərarının 11-ci bəndi).Beləliklə, Avropa Məhkəməsi Dövlətin cavabdehin yaşadığı evin özbaşına tikili olması və ona məxsus olmayan torpaq sahəsində ucaldılması barədə mövqeyi ilə razılaşmışdır.Odur ki, hazırki iddianın hüquqi və faktiki əsasları (mübahisəli tikilinin özbaşına tikili olması və iddiaçıya məxsus torpaq sahəsində ucaldılması) nə AİHM nədə ki, Ali Məhkəmənin Plenumu tərəfindən təkzib edilməmişdir.Hətta Avropa Məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüququ belə yalnız o vaxt pozulmuş olacaq ki, o, yaşadığı evdən digər yaşayış sahəsi ilə təmin edilmədən çıxarılacaq. Yəni hazırda belə cavabdehin hər hansı bir hüququnun pozulması baş verməmişdir.Belə ki, Plenumun Qərarının 24-cü bəndində deyilir: AHİM qərarında hesab etmişdir ki, Cavabdeh şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdən çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır (Plenum qərarının 24-cü bəndi). Başqa sözlə, Cavabdeh müvafiq yaşayış sahəsi ilə təmin edildikdən sonra hazırki iddia tələbi icra ediləcəyi təqdirdə, Konvensiyam 8-ci maddəsinin pozulması halı olmayacaqdır.Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, qətnamənin nəticə hissəsində '‘Qətnamə Cavabdeh müvafiq qurum tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra icra edilsin” kimi qeydin edilməsinə etiraz etmirlər.
c) Proses iştirakçılarının izahatı
38. Məhkəmə iclasında iştirak edən cavabdeh və 3-cü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdilər.
39. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
40. Yeni apellyasiya baxışı zamanı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya onun (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümüknü hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
41. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
43. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
44. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
52. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
55. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Kollegiya ilk öncə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası iddianın həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.İşə baxan məhkəmələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq yaşayış yerinin sökülməsi barədə nəticəyə gəlsələr də, qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hazırki iş üzrə qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neftqaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da bağlanmış Saziş əsasında qanunsuz yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrinə müstəsna hüquq əldə etmiş şirkətlər (operator şirkətlər) tərəfindən özbaşına tikilmiş yaşayış yerlərinin sökülməsi ilə bağlı qaldırılmış iddialar üzrə yekun məhkəmə qərarı qəbul edərkən və qərarın icra mexanizmini müəyyən edərkən məhkəmələr aşağıda qeyd olunan halları mütləq nəzərə almalıdırlar. Ona görə də işə yenidən baxan apellyasiya məhkəməsi iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsini dəqiq müəyyən etməlidir. Buraya evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsini ətraflı araşdırmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin. Avropa Məhkəməsi, Konvensiyanın 8-ci maddəsinin pozuntusunu mənzilin toxunulmazlığına hörmət kontekstində təsbit etdiyi qərarlarında, o cümlədən “Əhmədova Azərbaycana qarşı” işi üzrə qərarında yuxarıda qeyd edilən halların araşdırılmaması ilə qəbul edilmiş qərarın icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağını bəyan etmişdir. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər. Bununla yanaşı, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır...”
57. Hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
58. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənləri və kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli və iddia təmin edilməlidir.
59. Hazırki iş üzrə Səbail Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli qətnaməsindən göründüyü kimi işə baxan ilkin məhkəmənin də qət etdiyi nəticə iddianın təmin edilməsi barədə olmuşdur. Lakin işin hallarını, hər iki tərəfin hüquq və maraqlarını qarşılıqlı şəkildə təhlil və tədqiq edən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, eyni zamanda prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
60. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 385.1-ci maddəsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi əsaslarını tənzimləyir. Həmin maddənin 1-ci bəndinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 2-ci bəndinə görə isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının ləğvinə səbəb olur.
61. AR MPM-nin “məhkəmə baxışının prinsipləri” adlandırılan 14-cü maddəsində qeyd edilənlərdən biri də odur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Göstərilən müddəa məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qarşıya qoyulan ən mühüm məqsədəinsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə nail olmağın önəmindən irəli gəlir. Təsadüfi deyildir ki, dövlətimiz də insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi bəyan etmişdir. (Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: “...hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır”.
62. Qeyd edilənlər kontektsində hazırki iş üzrə araşdırma aparılarkən kollegiya tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarına qiymət verilməmiş, iddiaçının tələbinə münasibətdə cavabdehin hansı hüquq və maraqlara malik olduğu araşdırılmamışdır. Belə olan halda işin hərtərəfli, tam və ədalətli araşdırılmasından bəhs etmək mümkün deyildir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən iddia tələbi üzrə hüququ dəyərləndirmə həyata keçirilərkən mübahisə predmeti olan tikilinin sökülməsinin və cavabdehin oradan çıxarılmasının vacib olubolmaması, eyni zamanda tikilinin söküləcəyi təqdirdə cavabdehin sonrakı həyat şəraitinin necə olacağı, yəni yaşamaq üçün başqa yerinin müvcud olub-olaması istiqamətində tədqiqat aparılmamışdır.
63. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
64. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
65. Kollegiya qeyd edir ki, iddianın həllinə dair araşdırma apararkən işin hallarına cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından qiymət verilməlidir. Bu zaman mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar nəzərə alındıqda, iddianın əsaslı olduğu qənaətinə gəlinir.
66. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırki iş üzrə qərarında qeyd edilmişdir ki, “apellyasiya məhkəməsi iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsini dəqiq müəyyən etməlidir. Buraya evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar aid edilə bilər..... Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olubolmaması məsələsini ətraflı araşdırmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.”
67. İşdə olan sənədlərdən də görünür ki, mübahisəli özbaşına tikili ilə işlək vəziyyətdə olan 3716 saylı quyu arasındakı məsafə 104 metr, 2959 saylı quyu arasında olan məsafə isə 124 metr təşkil edir. Ləğv olunmuş 1928 saylı quyu ilə tikili arasındakı məsafə 25 metr, 1436 saylı quyu arasındakı məsafə isə 42 metr təşkil edir..
68. Məhkəməyə təqdim olunmuş “Bibiheybətneft” NQÇİ-nin xx.xx.2023 il tarixli arayışından da göründüyü kimi, mübahisəli tikilinin yerləşdiyi ərazidə qazılmış 3716,2959,1928.1436 saylı quyulardan 3716 (gündəlik neft hasilatı 2,0 t), 2959 (gündəlik neft hasilatı 1 t) saylı quyular hazırda işləyir, 1928 və 1436 saylı quyular isə ləğv edilmiş, həmin sahədə məhsuldar neftli-qazlı layların mövcudluğu nəzərə alınaraq, dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyularn qazılması zəruridir.
69. Göründüyü kimi, özbaşına tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi, həmin tikilidə yaşayanların həyatı üçün təhlükəli olmaqla yanaşı, eyni zamanda iddiaçıya neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneçilik törədir. Digər tərəfdən müəyyən edilir ki, tikilinin yerləşdiyi torpaq sahəsi neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazımlı ərazidir.
70. Qeyd edilməlidir ki, baxmayaraq ki, cavabdehin istifadəsində olan tikili özbaşına inşa olunmuş tikilidir və Avropa İnsan Hüquqları Məhkəməsi hazırki iş üzrə qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, onun sökülməsi ilə iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun müəyyən edilmədiyini və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsini və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir, lakin həmin qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.
71. Eyni hüquqi mövqe ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı" qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqlar da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
72. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər.
73. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil.
74. İşin mübahisəsiz hallarıdır ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa edilərək orada yaşayış var və həmin torpaq sahəsi və fərdi yaşayış evi uzun müddətdir istifadədədir. Cavabdehin və 3-cü şəxsin (qızın) həmin evdən başqa yaşayış yeri yoxdur. Belə ki, AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla cavabdehin və 3-cü şəxsin adına qeydiyyat keçmiş daşınmaz əmlakın olmadığı bildirilmişdir.
75. Beləliklə, iş üzrə yuxarı məhkəmələrin hüquqi mövqeləri nəzərə alınmaqla kollegiya hesab edir ki, mübahisəli ev neft-qaz yataqlarının işləndiyi ərazinin hüdudları daxilində yerləşdiyindən, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, tikilinin sökülməsi və cavabdehin çıxarılması tələbinin icrasının təcililiyi ilə bağlı zərurət olmadığından, eyni zamanda cavabdehin başqa yaşayış yeri müəyyən edilmədiyindən kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iddia təmin edilməli, lakin qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı anda icra edilməlidir.
76. Məkhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işin araşdırması zamanı “Azemis” elektron informasiya məhkəmə sistemində cavabdehə aid olan məlumatlara əsasən sonuncunun əmək müqaviləsi üzrə işləməsi, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması müəyyən edilməmişdir. Qeyd edilənləri və beləliklə də cavabdehin yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğunu nəzərə alan kollegiya ona qətnamə icra edildiyi zaman, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanına malik olmasını izah edir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3350/2010 nömrəli, 16 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddiası təmin edilsin. Bakı şəhəri, Səbail rayonu 2-ci Salyan döngəsi, ö/t 20 В ünvanında yerləşən özbaşına tikili Cavabdeh hesabına sökülsün, ərazi boşaldılsın, Cavabdeh və onunla birgə yaşayan şəxslər qanunsuz tikilidən çıxarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova