Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-581/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(002) 2822/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, B-007-AAE-23 saylı alqı-satqı müqaviləsi (mahiyyət etibarı ilə nisyə alğı-satqı müqaviləsi) bağlanmışdır.
2. Müqaviləyə əsasən satıcı olan İddiaçı MMC dəyəri ƏDV daxil 73234 manat müəyyən edilən “Changan Uni-T” markalı, buraxılış ili 2022 olan (VİN: LS5A3DKE5PA996635, rəngi tünd boz metal) avtonəqliyyat vasitəsini alıcının istifadəsinə vermişdir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı olan Cavabdeh 6514 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66720 manat məbləği isə xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə, ayda 1112 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Satıcı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmiş, nəqliyyat vasitəsi alıcıya qüsursuz şəkildə təhvil verilmişdir (17 yanvar 2023- cü il tarixli təhvil-təslim aktı satıcı tərəfindən Əhmədzadə Elmir, eləcə də alıcı Cavabdeh tərəfindən imzalanmışdır).
5. Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmişdir. Belə ki, sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi üçün, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-007- AAE-23 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.
6. Müqavilə predmeti olan **-AK-*** dövlət qeydiyyat nişanlı “Changan Uni-T” markalı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır.
7. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə həm əldən çıxmış fayda olaraq 2224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X10 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2186 manat cərimə olmaqla ümumilikdə 10319 manat zərər dəymişdir. (müvafiq sənədlər, o cümlədən törədilmiş inzibati xətalar, həmin xətalar üzrə tətbiq edilən cərimələr və dəbbə puluna dair müfəssəl siyahı iddia ərizəsinə əlavə olunmuşdur).
8. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, bundan başqa dəfələrlə şifahi şəkildə müraciət olunmuşdur (pretenziya MMC-nin direktoru tərəfindən imzalanmış, müvafiq qaydada möhürlənmiş, iki vərəqdən ibarət pretenziya cavabdehin ünvanına göndərilmişdir. Pretenziya kifayət qədər geniş, ətraflı və aydın şəkildə tərtib olunmuşdur).
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əldən çıxmış fayda olaraq 2224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X10 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2186 manat cərimə olmaqla, ümumilikdə 10319 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında avtomobil alqısatqısına dair xx.xx.2023-cü il tarixli, B-007-AAE-23 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 73.234 manat müəyyən edilən “Changan Uni- T” markalı, buraxılış ili 2022 olan (VİN: LS5A3DKE5PA996635, rəngi tünd boz metal) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 6514 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66720 manat məbləği isə xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə, ayda 1112 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur), bununla bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-007-AAE-23 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqavilə predmeti olan **-AK-*** dövlət qeydiyyat nişanlı “Changan Uni-T” markalı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə həm əldən çıxmış fayda olaraq 2224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X10 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2186 manat cərimə olmaqla ümumilikdə 10319 manat zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş və dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-007-AAE-23 saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e2(002)-2822/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, əldən çıxmış fayda olaraq 2224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X10 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2186 manat cərimə olmaqla, ümumilikdə 10319 manat pul vəsaitinin və ödənilmiş 121 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, cavabdeh iddiaçı qarşısında götürdüyü müqavilə öhdəliklərini icra etməməklə yanaşı, iddiaçıya maddi ziyan vurmuşdur. Vurulmuş maddi ziyan - avtomobilin məsuliyyətsiz şəkildə istismarından sonra servisdə təmir edilməsi xərclərindən, eləcə də, cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələrdən (iddiaçı tərəfindən ödənilmişdir) ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 21.2, 21.2, 328.1, 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 463.1, 464.1, 600.1, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunub iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iddiaçı "xxxx" MMC müqavilədən yaranan öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsənə zəmin yaratmaq üçün heç bir tədbir görməmiş və müavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya bilkəcək hərəkətlər etməkdən çəkinməmişdir. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında icra edə bilər. "xxxx" MMC Cavabdeh arasında olan avtomobil alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, B-007-AAE-23 saylı müqavilə üzrə öhdəliyin icrası müddətini təyin etsə də, müddətin çatmasına xeyli qalmış onun icrasını tələb etmişdir. Digər tərəfdən Cavabdeh öhdəliyin vaxtında icra etməməsi bilavasitə iddiaçı "xxxx" MMC öhdəliklərin icrasını təhlükəyə məruz qoya bilkəcək hər cür hərəkətlərdən çəkinmədiyinə görə baş vermişdir. İddiaçı "xxxx" MMC öhdəliyi şəraitə görə təyin etməmiş və Cavabdeh öhdəliyin vaxtında icra “etməməsini” bəhanə edərək dərhal onun icrasını tələb etmişdir. Digər tərəfdən Cavabdeh öhdəliyin vaxtında icra etməməsi biləvasitə iddiaçı "xxxx" MMC öhdəliklərin icrasını təhlükəyə məruz qoya bilkəcək hər cür hərəkətlərdən çəkinmədiyinə görə baş vermişdir. Birinciinstansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə tələblərini pozmaqla yanlışlığa yol vermişdir.
16. Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-cil il tarixli, 2(103)-581/2025 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli, 3-16-16-2-9/1726/2025 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(103)- 581/2025 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
19. “Qiymətləndirmə və Consulting Mərkəzinin” 07 noyabr 2025-ci il tarixli QCM/N 06-134/25 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçınə məxsus buraxılış ili 2022-ci il olan, “Changan Uni-T” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyərinin 4933 manat təşkil etməsi müəyyən edilmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
22. İddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.6. başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 328.1. Tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. İddia ərizəsindən görünür ki, tələb aşağıdakı hissələrdən ibarətdir: əldən çıxmış fayda olaraq 2224 manat əsas borc və 447 manat cərimənin, real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin 5462 manat təmir (servis) xərclərinin, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X10 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2186 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi.
27. İddiaçı 2224 manat məbləğində əsas borcu əldən çıxmış fayda kimi qiymətləndirmiş, birinci instansiya məhkəməsi də qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 21-ci maddəsinə istinad edərək nəticəvi hissədə də həmin məbləğin əldən çıxmış fayda olaraq tutulmasını qət etmişdir.
28. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Normanın məzmununa əsasən zərərin 2 növü fərqləndirilir: real zərər və əldən çıxmış fayda. Real zərər dedikdə şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, əldən çıxmış fayda dedikdə isə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsi tələbin 2ci (avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin 5462 manat təmir (servis) xərclərinin) və 3-cü (avtomobil cavabdehin istifadəsində olan zaman X10 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2186 manat cərimənin tutulması) hissələrində hüquqi əsas ola bilər. Çünki qeyd olunan tələblərdən və həmin tələblərin əsaslandırmasından da görünür ki, istər avtomobilin təmir olunması, istərsə də cərimələrin ödənilməsi şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərdir (real zərər).
31. Lakin 2224 manat məbləğində əsas borc heç bir halda əldən çıxmış fayda kimi qiymətləndirilə bilməz, bu məbləğ cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə əsasən ödənilməli olan məbləğdir, yəni, hüquqi əsas kimi müqavilədən irəli gələn öhdəliyin icra olunmaması ilə bağlı normalar bu tələbin hüquqi əsasını təşkil edə bilər.
32. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı Cavabdeh 6514 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66720 manat məbləği isə 17 fevral 2023-cü il tarixdən etibarən 60 ay müddətinə, ayda 1112 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 2.1-ci bəndində hər gecikdirilən gün üçün aylıq ödənişin 1 faizi həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. 2224 manat əsas borc və 447 manat cərimə məhz cavabdehin avtomobili iddiaçıya təhvil verdiyi ana qədər ödəməli olduğu məbləğlərdir.
33. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, 2224 manat əsas borc və 447 manat cərimənin əldən çıxmış fayda olaraq cavabdehdən tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır, həmin hissədə qətnamə ləğv olunaraq yeni qətnamə çıxarılmalı, 2224 manat əsas borc və 447 manat cərimə cavabdehdən müqavilə əsasında üzərinə götürdüyü öhdəliyə əsasən ödənilməli olan məbləğ kimi tutulmalıdır.
34. İddianın real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin 5462 manat təmir (servis) xərclərinin tutulması hissəsi ilə bağlı həmin xərclərin nə qədər təşkil etməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasından imtina edildiyindən mütəxəssis rəyi alınmışdır.
35. "xxxx" MMC-nin 07 noyabr 2025-ci il tarixli QCM/N 06-134/25 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçınə məxsus buraxılış ili 2022-ci il olan, “Changan Uni-T” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyərinin 4933 manat təşkil etməsi müəyyən edilmişdir.
36. Lakin həmin rəydə aşağıdakı görülən işlər də zərər kimi qiymətləndirilmişdir: mühərrik yağının və filtrinin dəyişdirilməsi – 19,99 manat, hava filtrinin dəyişdirilməsi – 5,9 manat, salon filtrinin dəyişdirilməsi – 5,9 manat, təkərlərin balansı – 25 manat, razval – 30 manat, 2 təkərin şinomontaj və balansı – 20 manat, mühərrik yağı – 90,86, yağ filteri – 8,97 manat, hava filteri – 25,02, salon filtri – 25,96, ümumilikdə - 257,6 manat.
37. Qeyd olunan işlərin xarakterindən də görünür kt, bu işlər avtomobilin normal istismarı ilə bağlı yaranan xərclərdir və zərər kimi qiymətləndirilə bilməz. Buna görə də 4933 manat məbləğdən 257,6 manat çıxılaraq həmin hissədə zərərin məbləği 4675,4 manat müəyyən edilməlidir.
38. Tələbin avtomobil cavabdehin istifadəsində olan zaman X10 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2186 manat cərimənin tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğin cavabdehin avtomobili idarə etdiyi dövrdə onun tərəfindən yol verilmiş inzibati xətalara əsasən yaranması işin halları ilə təsdiqini tapır. Bu cərimələri ödəmək vəzifəsi cavabdehin üzərində olmuşdur, lakin həmin cərimələrin ödənilməməsi avtomobil üzərində məhdudiyyətlər tətbiq olunması ilə nəticələnə bildiyindən iddiaçı həmin məbləği ödəmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
39. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, qətnamə həmin hissədə dəyişdirilməklə cavabdehdən (2224 + 447 + 4675 + 2186 = 9532) ümumilikdə 9532 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
40. Məhkəmə kollegiyası bir məqama da diqqət yetirməyi zəruri hesab edir ki, müqavilənin 3.2.5 –ci bəndində qeyd olunmuşdur ki, ödənişlər vaxtında aparılmadıqda satıcı müqavilənin icrasından birtərəfli qaydada xitam vermək hüququna malik olur, bu zaman avtomobil onun ani likvid dəyəri ilə satıcı tərəfindən 3-cü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya qaytarır.
41. Məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə də araşdırma aparılaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ödənişlər vaxtında aparılmadığına görə iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərək avtomobil cavabdehdən alınmışdır.
42. Qalıq borcun müəyyən edən məhkəmə kollegiyası qeyd edir ki, müqaviləyə əsasən avtomobilin dəyəyri 73234 manat müəyyən olunmuş, 6514 manat ilkin ödəniş aparılmış, və 11120 manat aylıq ödənişlər aparılmışdır və qalıq borc 55600 manat təşkil edir.
43. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobil iddiaçıya qaytarıldıqdan sonra 05 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 53654 manata X1. Yəni, avtomobil 3-cü şəxsə satılarkən satış məbləği alınıcının borcunu bağlamadığından cavabdehə hər hansı bir məbləğdə vəsaitin qaytarılması da mümkün deyildir.
44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(002) 2822/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(002) 2822/2024 nömrəli qətnaməsi əldən çıxmış fayda olaraq 2224 manat əsas borc və 447 manat cərimənin tutulması hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın, həmin hissədə iddia təmin edilsin. 2224 manat əsas borc və 447 manat cərimə Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin 5462 manat təmir (servis) xərclərinin tutulması hissəsində qətnamə dəyişdirilərək tutulmalı olan məbləğ 4675 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin alınmasına görə ödənilməli olan 500 manat məbləğində pul vəsaitinin 400 manat məbləğində hissəsi Cavabdeh, 100 manat məbləğində hissəsi İddiaçındən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.