Məhkəmə qərarları › İş №2(103)-5816/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5816/2024

08.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5816/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" X5 Səhmdar Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Avid oğlu və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2861/2024saylı, 30 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" X5 Səhmdar Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Avid oğlu və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 7 fevral 2015-ci il tarixli, 099UGİ/15-2 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər “X3” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Avid oğlu, Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Daha sonra İddiaçı sözügedən qərardaddan şikayət verərək, həmin qərardadın ləğv olunmasını və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2861/2024 saylı qərardadından İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 4920/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qeyrimümkün hesab edilməsi və şikayətin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadından (xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş) verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2861/2024 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və şikayət ona geri qaytarılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv olunmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilərək şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun Elektoron məhkəmə sistemindən anlayışının olmaması, hüququnun pozulması ilə nəticələnə bilməz. O, qərardadı poçt vasitəsi ilə aldıqdan sonra orada yazılanlara riayət etmiş, yəni 10 gün müddətində şikayət vermişdir. Hazırda yaranmış vəziyyət eyni ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsində göstərildiyi kimi üzrlü səbəblərdir. Bu maddədə konkret hansı hallar göstərilmədiyi üçün məhkəmə öz mülahizəsi ilə buraxılmış müddəti bərpa edir və ya etmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadında qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadı İddiaçı məxsus Elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, onun tərəfindən sözügedən qərardaddan şikayət isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, həmçinin bunun üzrlü səbəbdən baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin o, hazırda sistemdən təqdim etdiyi şəkillərdən də aydın şəkildə görünür ki, o, həmin asan nömrəni aktiv şəkildə iştifadə etmədiyi üçün gələn bildirişləri də almır. Yalnız poçt vasitəsi ilə sənəd gəldikdə həmin nömrədən istifadə qaydasını bilən şəxslərə müraciət edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2861/2024saylı, 12 sentyabr 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, İddiaçı məhkəmə aktlarından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. Belə ki, mülki işin materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2861/2024 saylı 7 iyun 2024-cü il tarixli qərardadı İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə 24 iyun 2024-cü il tarixdə yerləşdirilmişdir. O, isə məhkəmə qərardadından şikayəti qərardad ona rəsmi qaydada təqdim olunduğu gündən 20 gündən çox müddət keçdikdən sonra 17 iyul 2024cü il tarixdə elektron kabineti vasitəsilə vermişdir. Hansı ki, şikayət verdiyi qətnamə də həmin kabinetə yerləşdirilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, cavabdeh tərəf Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2861/2024 saylı 7 iyun 2024-cü il tarixli qərardadından apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş on günlük müddəti ötürmüşdür. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırki işdə müəyyən edilməmişdir. İddiaçının prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan iddiaçı tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2861/2024 saylı 7 iyun 2024-cü il tarixli qərardadından şikayəti üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2861/2024saylı 30 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar