Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5817/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2024-cü il il tarixli, e- 2(003)-323/2024 nömrəli qərardadından İddiaçı2 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 2u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli 19 may 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 2unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli 21 iyun 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış 22 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh1 qarşı məcburi pay hüququnun tanınması və evin satışından əldə edilmiş vəsaitin mütənasib şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olmuş atası X12 vərəsəsi kimi məcburi payının müəyyən edilməsi və alqı-satqı müqaviləsi üzrə əldə edilmiş vəsaitin payına mütənasibşəkildə Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)- 323/2024 nömrəli qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilməsi, Cavabdeh2 937,5 manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi qət edilmişdir.
4. Qətnamə 17 may 2024-cü il tarixdə elektron kabineti olan proses iştirakçılarının, o cümlədən Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, digər proses iştirakçılarına, o cümlədən İddiaçı2 poçt vasitəsilə göndərilmiş, sonuncu tərəfindən 03 iyun 2024-cü il tarixdə alınmışdır.
5. Həmin qətnamədən İddiaçı2 tərəfindən 01 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(103)-4635/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
7. Qərardad onunla əsaslandırlmışdır ki, birgə iddiaçılardan İddiaçı3 apellyasiya şikayətini 18 iyun 2024-cü il tarixdə verdiyi halda, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 01 iyul 2024-cü ildə apellyasiya şikayəti vermişdir. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsi müzakirə olunmaq üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(003)- 323/2024 nömrəli qərardadı ilə İddiaçı2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
9. Qərardadın əsaslarına görə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 323/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürməklə verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Həmin qərardaddan İddiaçı2 tərəfindən şikayət verilmişdir.
11. Şikayətin dəlillərinə görə, Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən iş üzrə İddiaçı2 tərəfindən məhkəmənin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qəbul edilmiş 23 avqust 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qərardad həmin iş üzrə İddiaçı2 Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrində təsbit edilmiş hüquq və azadlıqlarının əsaslı dərəcədə pozuntusuna gətirib çıxarmışdır. Belə olan halda hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(003)-323/2024 saylı qərardadı qanuni və əsaslı sayıla bilməz. Qətnamə İddiaçı2 03 iyun 2024-cü il tarixində rəsmi qaydada verilmişdir. İddiaçı2 tərəfindən ona rəsmi qaydada 03 iyun 2024-cü il tarixində verilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətini MPM-nin 360-cı maddəsi ilə müəyyən edilmiş 1 ay müddətində 01 iyul 2024-cü il tarixində verilmişdir. Göründüyü kimi, İddiaçı2 Bakışəhəri Xəzər rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini MPM-nin 360-cı maddəsi ilə müəyyən edilmiş müddətdə verdiyindən həmin apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin məhkəmənin gəldiyi mövqeyə görə “apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün” geri qaytarılması üçün qanuni əsas yoxdur. Bu baxımdan da hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsi İddiaçı2 məhkəmənin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən MPM-nin 360-cı maddəsi ilə müəyyən edilmiş müddətdə verdiyi apellyasiya şikayətini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmaqda haqlı olmamışdır. Bu səbəbdən də, iddiaçı ƏliyevaSamirə Əli qızının Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 23 avqust 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qərardadı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il il tarixli, e- 2(003)- 323/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsini İddiaçı2 rəsmi qaydada 03 iyun 2024-cü il tarixində poçt vasitəsilə almışdır. Qətnamədən şikayət verilməsi üçün müddət aylarla hesablandığından bu halda müddətin sonuncu günü 03 iyul 2024-cü ildir.
13. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə qərardad 17 may 2024-cü ildə yerləşdirilsə də, həmin vaxt Vəkil1 İddiaçı2 nümayəndəsi olmamışdır.
14. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı2 Vəkil1 etibarnaməni məhz 27 iyun 2024-cü il tarixdə vermiş, orderin isə tarixi 28 iyun 2024-cü ildir.
15. Belə olduğu halda, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsasən verdiyindən şikayət təmin olunmalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2024-cü il il tarixli, e- 2(003)- 323/2024 nömrəli qərardadından İddiaçı2 verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2024-cü il il tarixli, e- 2(003)- 323/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.