Məhkəmə qərarları › İş №2(103)-5828/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5828/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5828/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadanibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-612/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Hundai” markalı “Sonata” modelli **-PK-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 14200 manat əsas lizinq borcu, 4017 manat lizinqdən istifadəyə görə faiz borcu, 1200 manat hesablanmış penya, cəmi 19417 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Pərvin Etibar oğlu ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 1801/0463 saylı X5 əsasən İddiaçı MMC Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə №1-də göstərilən və ümumi dəyəri 21000 manat olan 1 ədəd “Hyundai” markalı “Sonata” modelli **-PK-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsinə əsasən 14700 manat məbləğində borclu illik 32% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh lizinq müqaviləsinə əlavə № 2-də (lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 32% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş,lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeni bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya iddia qaldıran günə 14200 manat əsas lizinq borcu, 4017 manat lizinqdən istifadəyə görə faiz borcu, 1200 manat hesablanmış penya, cəmi 19417 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. xx xxxxxxx 2018-ci il tarixli 1801/0463 saylı X4 14.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər. 14.1.3 Lizinq alan lizinq ödənişlərinin müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-612/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Hundai” markalı “Sonata” modelli **-PK-*** qeydiyyat nömrəli avtomaşının Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 14200 (on dörd min iki yüz) manat əsas lizinq borcunun, 4017 (dörd min on yeddi) manat lizinqdən istifadəyə görə faiz borcunun, 1200 (bir min iki yüz) manat hesablanmış penyanın, cəmi 19417 (on doqquz min dörd yüz on yeddi) manat borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-612/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, o avtomobili X1 istifadəsinə vermişdir. Həmin şəxs də Mingəçevir şəhərində yaşayır. Avtomobil onun istifadəsində olsa da, o lizinq borcunu ödəmədiyinə görə və lizinq müqaviləsi onunla bağlandığına görə hazırda problemli məsələni yaşayır. Həmçinin xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış və xx.xx.2019-cu il tarixdə iddiaçı iddianı qaldıran günə qədər onun lizinq borcunun 14200 manat və əlavə istifadəyə görə 4017 manat və 1200 manat penya olmaqla, cəmi 19417 manat məndən tələb edilməsi İddiaçı MMC tərəfindən hüquqdan sui-istifadə kimi başa düşülməlidir və bu qanuna ziddir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-612/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 1801/0463 saylı daxili lizinq müqaviləsindən görünür ki, “İddiaçı ” MMC-nin mülkiyyətində olan və ümumi dəyəri 21000 manat olan 1 ədəd “Hyundai” markalı “Sonata” modelli **-PK-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X7 illik 32% hesablanmaqla 36 aylıq müddətinə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, PB-01/190 saylı borclu Cavabdeh ilə xx xxxxxxx 2018-ci il tarixində İddiaçı MMC arasında bağlanmış 1801/0463 saylı daxili lizinq müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə lizinq borcu haqqında maliyyə arayışından görünür ki, müqavilə üzrə ödənilmiş faiz məbləğləri 769 manat, ödənilmiş əsas lizinq məbləğləri 500 manat, müqavilə üzrə ödənilməli olan əsas lizinq məbləğinin borcu 14.200 manat, müqavilə üzrə vaxtı keçmiş faiz borcunun məbləği 4.017 manat, lizinq müqaviləsi üzrə hesablanmış penya məbləği 1.200 manat və borc üzrə iddia tələbinin (əsas, faiz, penya) cəmi məbləği (9+10+11) 19.417 manat təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 1801/0463 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcalan Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən ödəməni başlamalı, hər ay 641 manat, xx xxxxxxx 2021-ci il tarixdə bitirməli idi. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747.2, 748-1.12.4, 748-2.1, 748-2.2, 748-10.4, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1801/0463 saylı “Daxili lizinq müqvailəsi”nə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan və ümumi dəyəri 21000 manat olan 1 ədəd “Hyundai” markalı “Sonata” modelli **-PK-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X7 illik 32% hesablanmaqla 36 aylıq müddətinə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin 14200 manat əsas lizinq borcu, 4017 manat lizinqdən istifadəyə görə faiz borcu, 1200 manat hesablanmış penya borcu yaranmışdır ki, həmin borc ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Apellyator lizinq avtomobilini X1 istifadəsinə verməsini və ödəməni həmin şəxsin etməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, avtomobil lizinq verən olan iddiaçı tərəfindən lizinq alan olan cavabdehin istifadəsinə verildiyinlən, sonuncunun lizinq obyektini kənar şəxslərin istifadəsinə verilməsi riski onun özü daşıdığından, ödənişlərlə bağlı məsuliyyəti cavabdeh özü daşıyır. Bundan əlavə kollegiya apellyatorun ondan tələb edilən pulun düzgün hesablanmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh işdə olan maliyyə arayışını şübhə altına ala biləcək hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 612/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar