Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5832/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X6, Cavabdeh, onun nümayəndəsi X7, vəkili Vəkil2 iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(010)-2932/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Suraxanı rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında əldə etmişdir. 2.İddiaçı həmin 70 saylı bağ sahəsində cavabdehin məskunlaşdığını, həmin ərazinin səhvən ona verildiyini, əslində cavabdehin adına qeydə alınan ərazinin ona məxsus olduğunu və cavabdehin ona məxsus ərazidə fərdi yaşayış evi tikdiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsindən çıxarılması və həmin torpaq sahəsində özbaşına inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 24 oktyabr 2023-cü il tarixli AN-1 saylı ******* saylı alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən18 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışla X3 tam mülkiyyət hüququ tanınmış Bakı şəhəri, Suraxanı rayonu (Abşeron rayonu) Hövsan qəsəbəsi “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsini almışdır. Bağ sahəsi əvvəl Abşeron rayon ərazisinə aid olmuş, sonradan Suraxanı rayon ərazisiniə daxil edilmişdir. Alğı-satqı müqaviləsini və zəruri sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinin 12 yanvar 2024-cii il tarixli bildirişi ilə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinaya əsas olmanın baxış zamanı həmin torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə olunması və dövlət reyestrində həmin şəxsin adına qeydiyyatdan keçirilməsi göstərilmişdir. Məsələni aydınlaşdırarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsini zəbt edən və orada ev inşa etdirən Cavabdehdur. Torpaq sahəsini könüllü olaraq boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, Cavabdeh bundan imtina etmiş və ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə çıxarışın kserosurətini təqdim etmişdir. Lakin DƏDRX-i tərəfindən verilmiş ********** saylı 28 iyul 2020-ci il tarixli çıxarışla Cavabdeh 70 saylı bağ sahəsinə deyil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Qəsəbəsi, “Əkinçi” bağ massivinin 86 saylı bağ sahəsinə mülkiyyət hüququ tanınmışdır. Mübahisə ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki mühakimə qaydasında həll olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsinə dair digər şəxsilərin adına hər hansı bir sənədləşdirilmənin aparılıb-aparılmaması və aparılıbsa həmin sənədlərin surətlərinin məhkəməyə təqdim etmək üçün ona təqdim olunması barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 aprel 2024cü il tarixli məktubla imtina edilmişdir. Hesab edir ki, Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış binası inşa etdirməsi onun əmlak hüquqlarını pozmuş və alğı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə mülkiyyət hüquqularının qeydiyyatına maneçilik yaratmışdır. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun iddiası həmin ünvanda yerləşən 70 saylı bağ sahəsinə aiddir və cavabdehdən oradan çıxmasını tələb etmişdir. Cavabdeh isə ona 86 saylı bağ sahəsinə dair müvafiq sənədləri təqdim etmişdir, lakin onun 86 saylı bağ sahəsinə dair hər hansı bir iddiası yoxdur. Hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X13 bildirmişdir ki, cavabdehin 86 saylı bağ sahəsinə dair mülkiyyət hüququ qanuni şəkildə dövlət qeydiyyatına alınmış və orada fərdi yaşayış evi tikmişdir və hazırda yaşayır. Hesab etmişlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı həmin bağ sahəsinin 70 saylı olduğunu iddia etsə də, lakin bu iddia əsassızdır. 7.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyul 2024-cü il tarixli, 2(010)-2932/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Tural Məmmədov) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid ediləsi qət edilmişdir. İş materiallarında olan: 8.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı, **********97 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi X3 mülkiyyətində olmuşdur. 9.xx.xx.2023-cü il tarixli, AN-İ nömrəli “Daşınmaz əmlakın alğı-satqısı müqaviləsi”nin surətindən görünür ki, satıcı X1 rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini alıcı İddiaçı 5400 manata satmışdır. 10.AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “70” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadənizdə deyil). Həmçinin elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən ərazi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. 11.AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” b/y-nın 86 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. 12.xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş X6 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 13.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf daşınmaz əmlakın alğısatqısı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsində cavabdehin qanunsuz (səhvən) məskunlaşdığını bildirir və bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbinin əsası kimi daşınmaz əmlakın alğı-satqı müqaviləsinə və müvafiq icra hakimiyyəti orqanının ona ünvanlanan cavab məktubuna əsaslanır. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, onun 86 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ qanuni şəkildə dövlət qeydiyyatına alınmış və orada fərdi yaşayış evi tikmişdir və hazırda yaşayır. İddiaçının iddia etdiyi 70 saylı bağ sahəsinə aiddiyatı yoxdur. 14.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyinin onunla əsaslanırmışdır ki, işin araşdırılan hallarına görə İddiaçı Suraxanı rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında əldə etmişdir. Hazırki iddia tələbində iddiaçı həmin 70 saylı bağ sahəsində cavabdehin məskunlaşdığını, həmin ərazinin səhvən ona verildiyini, əslində cavabdehin adına qeydə alınan ərazinin ona məxsus olduğunu və cavabdehin ona məxsus ərazidə fərdi yaşayış evi tikdiyini bildirsə də, lakin iş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” b/y-nın 86 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu mülkiyyət hüququnun əsassız və ya qanunsuz olmasına dəlalət edən heç bir faktiki və ya hüquqi hal yoxdur. Göründüyü kimi, cavabdehin mülkiyyətində olan torpaq sahəsi 70 saylı deyil, 86 saylı bağ sahəsində yerləşir. Yəni, iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. 15.Bundan başqa, iddiaçı tərəfin tələbində, eyni zamanda məhkəmədə verdiyi izahatlarında əsaslandığı AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda cavabdeh tərəfindən həmin ərazinin zəbt edilməsinin qeyd edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının bu dəlili öz təsdiqini tapmır. Belə ki, həmin cavab məktubunda imtinanın əsası o olmuşdur ki, iddiaçının qeyd etdiyi ərazinin onun istifadəsində olmadığı müəyyən edilmiş, həmçinin iddiaçı tərəfindən göstərilən ərazinin digər fiziki şəxsin adına, yəni cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi məktubla da, iddia tələbinin əsassız olması aydın olur. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 180.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 17.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda olmaqla əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında torpaqşünaslıq sahəsində mütəxəssislərin dəvət olunması ilə yerli baxış keçiriləciyi barədə qərar versə də, yerli baxış keçirmədən ikinci məhkəmə iclasında iş üzrə mahiyyəti üzrə qətnamə qəbul edərək iddia tələbini təmin etməməsi qanunsuzdur. Belə ki, mübahisəli torpaq sahəsinin zəbt edilib-edilməməsini torpaqşünaslıq sahəsində xüsusi biliyə malik olan mütəxəssislər müəyyən edə bilərlər. Birinci instansiya məhkəməsinə iddianın əsaslarını təsdiq edən sübutlar- alğı-satqı müqaviləsi, torpaq sahəsininin ilkin mülkiyyətçisinin adına olan çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü, bağçılıq təsərrüfatının tərtib etdiyi və ayrılmış torpaq sahələrinin nömrələri və yerləşdiyi yerləri barədə sxemi, Suraxanı rayon Polis İdarəsinin qərarını təqdim etməyimə baxmayaraq, nədənsə həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübutları təqdim edə bilmədiyi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmamasını təsdiq edən sübutları mötəbər subut kimi tanımaması anlaşılmazdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı izahat şəklində yazılı etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehin mülkiyyət sənədlərini mübahisələndirməmişdir. 21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında qeyd etdi ki, o, mülkiyyətində olan torpaq sahəsini 07 iyul 2020-ci ildə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna görə ona mülkiyyətlə bağlı adına çıxarış verilmişdir. O, həmin torpaq sahəsində ev tikmişdir. O, torpaq sahəsində tikidiyi evdə yaşadığı vaxtı iddiaçı torpaq sahəsi almış, onun evini görmüşdür. İndi iddiaçı onun torpaq sahəsinə əsassız iddialar irəli sürür. Onun mülkiyyətində olan və tikdiyi evdə yaşadığı torpaq sahəsi reyestrdə adına qeydə alınmışdır. Buna görə də, reyestr xidməti tərəfindən iddiaçıya çıxarış ona görə verilməmişdir ki, həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Xahiş etdi ki, iddia əsassız olduğundan təmin edilməsin. 22.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X13 və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin izahatına uyğun məzmunda izahat verdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 23.Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24.Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolu: 25.Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 27.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 28.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 29.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 30.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(010)-2932/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 36.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, İddiaçı Suraxanı rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında əldə etmişdir. İddia tələbində iddiaçı həmin 70 saylı bağ sahəsində cavabdehin məskunlaşdığını, həmin ərazinin səhvən ona verildiyini, əslində cavabdehin adına qeydə alınan ərazinin ona məxsus olduğunu və cavabdehin ona məxsus ərazidə fərdi yaşayış evi tikdiyini bildirsə də, iş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” b/y-nın 86 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 37.AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda imtinanın əsası o olmuşdur ki, iddiaçının qeyd etdiyi ərazinin onun istifadəsində olmadığı müəyyən edilmiş, həmçinin iddiaçı tərəfindən göstərilən ərazinin digər fiziki şəxsin adına, yəni cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi bildirilmişdir. 38.Göründüyü kimi, cavabdehin mülkiyyət hüququnun əsassız və ya qanunsuz olmasına dəlalət edən heç bir faktiki və ya hüquqi hal yoxdur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi 70 saylı deyil, 86 saylı bağ sahəsində yerləşir. Yəni, iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. 39.Digər tərəfdən MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı tərəfindən cavabdehin mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə bağlı aparılmış qeydiyyat və onun əsasında duran sənədlər (mülki-hüquqi əqd və ya inzibati akt) mübahisəndirilməmişdir. 40.Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). -Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). -Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). 41.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin adına qeydə alınmış reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, hazırki iddia tələbi əsaslı hesab edilə bilməz. 42.Göründüyü kimi iddiaçının iddia etdiyinin əksinə cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ qanuni əsaslarla mövcud olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış verilmiş, bu hüququn əsassız və ya qanunsuz olmasına dəlalət edən heç bir faktiki və ya hüquqi halın mövcudluğu müəyyən edilməmişdir. 43.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbinin əsassızlığı ilə bağlı birnci instayansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 44.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 45.Kollegiya apellyatorun dəlillərini əsassız hesab edərək, qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehin mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmaqla, onun tərəfindən cavabdehin mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə bağlı aparılmış qeydiyyat və onun əsasında duran sənədlər (mülki-hüquqi əqd və ya inzibati akt) mübahisəndirilməmişdir. 46.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 48.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 49.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(010)-2932/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov