Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5833/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Məhiyyəddin oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər Maraqlı şəxs) “alqı-satqı, icarə müqavilələrinin və çıxarışın etibarsızlığı” tələbinə dair ilk, Cavabdeh1 Məhiyyəddin oğlunun İddiaçı MMC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizələri üzrə 2(005)-151/2020 nömrəli mülki işlə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Məhiyyəddin oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC cavabdehlər Cavabdeh1 Məhiyyəddin oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Məhiyyəddin oğlu ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 6919 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi üçün əsas olmuş icarə müqaviləsinin, xx.xx.2018-ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin və **********36-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Məhiyyəddin oğlu İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliəşrəf Əlizadə küçəsi 6 ünvanında yerləşən, mülkiyyətində olan 28,8 kv.m-lik qeyri-yaşayış sahəsini söküb məhv etməklə ona vurulan maddi ziyana görə cavabdeh İddiaçı MMC-dən onun xeyrinə 200000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin əmlakını qəsdən qanunsuz məhv etməsinə görə İddiaçı MMC-nin təqsirli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad çıxarıb, Nərimanov rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Cavabdeh1 Məhiyyəddin oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən məsələyə obyektiv yanaşılmamış, maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Başçısının xx.xx.2016-cı il tarixli 430 №-li Sərəncamı ilə Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Nərimanov RİH ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №-li qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddəti çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində vaşayan sakinlərin köçürülməsi, köçürmə ilə əlaqədar həmin sakinlərin istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi İddiaçı MMCyə həvalə edilmişdir. Sərəncama əsasən İddiaçı MMC-yə Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən isrifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Buna baxmayaraq bəzi sakinlər tərəfindən mənzil fonduna aid, mənzillərin köməkçi sahələri sayılan və sakinlərin ümumi istifadəsində olan zirzəmiləri özəlləşdirərək mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edirlər. İddia ərizəsində onun guya 2018-ci ilin iyun ayında İddiaçı MMC-nin ofisinə gələrək Əliəşrəf Əlizadə küçəsi 6 ünvanda onun mülkiyyətində olan 28,8 kv.m-lik zirzəmi üçün pul tələb etməsi və ya əvəzində qeyri-yaşayış sahəsinin ona verilməsini tələb etməsi və sair göstərilir. Qeyd etməyi zəruri hesab edir ki, qətnamə ilə iddiaçının gətirdiyi bütün uydurma dəlillər əsas götürülməklə onun Konstitusiya ilə qorunan xüsusi mülkiyyətinə qəsd edilmişdir. Bununla da tək mülkiyyətindən məhrum olunmamış, eləcə də gələcəkdə kompensasiya və ya müvafiq qeyri-yaşayış sahəsi tələbindən məhrum olunmuşdur. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi uzun illərdir ki, faktiki sahibliyində və istifadəsindədir. Nərimanov MKTB-nin 37 saylı MKİS-in rəisi tərəfindən verilmiş 37/565 saylı xx.xx.2018-ci il tarixli arayışla da təsdiq olunur ki, Əliəşrəf Əlizadə küçəsi 6 ünvanda yerləşən qeyriyaşayış sahəsi 2004 cü ildən onun istifadəsindədir və 37 saylı MKİS-ə borcu yoxdur. Bundan başqa, Ə.Əlizadə küçəsində yaşayan qonşular tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktla da təsdiq olunur ki, ailə üzvləri ilə birlikdə 2004-cü ildən Əliəşrəf Əlizadə küçəsi 6 ünvanda olan zirzəmidə məskunlaşmışdır. Qeyd olanlara müvafiq olaraq həmin qeyri-yaşayış sahəsini qanuni əsasla oz mülkiyyətinə keçirmişdir. İddiaçı MMC-nin rəhbərliyi isə oz səlahiyyətlərini aşaraq onun əvvəllər qanuni sahibliyində və istifadəsində, sonradan isə mülkiyyətində olan qeyri-yaşayış sahəsindən qanunsuz məhrum etmək istəyir. Lakin İddiaçı MMC-yə yalnız torpaq sahəsi daimi istifadəyə verilib, torpağın üzərindəki yaşayış və qeyri-yaşayış sahələri verilməyib. Əksinə, ona tapşırılıb ki, mənzil və ya qeyri-yaşayış sahələrinin istifadəçilərinə və ya mükliyyətçilərinə razılaşma əsasında müvafiq kompensasiya və ya mənzil sahəsi verilməklə onların köçürülməsini təmin etsin. Bundan əlavə, mülkiyyətində olan qeyri-yaşayış sahəsi hər hansı məhkəmə qərarı olmadan İddiaçı MMC tərəfindən qanunsuz sökülmüş, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində əmlakı tamamilə məhv edilməklə ona küllü miqdarda ziyan vurulmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər şəxslər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə, qarşılıqlı iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlsə də, mülki mübahisə üzrə etibarsız sayılmış müqaviləyə dair restitusiyanı tətbiq etməyərək maddi hüquq normasını pozduğu üçün apelyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki: İddiaçı MMC-nin xx.xx.2006-cı il tarixdə 0102-A1-497 nömrə ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsidir. Bakı şəhəri Maraqlı şəxs Başçısının xx.xx.2016-cı il tarixli, 430 nömrəli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Bakı şəhəri Maraqlı şəxs ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətinə əsasən, şirkət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində (yaşayış və qeyriyaşayış sahələri olmaqla)binaların sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvqəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* saylı Çıxarış”a əsasən, ünvan 1, mənzil 8 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ əsasında X4 və X3 məxsusdur. X4 ilə İddiaçı MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarxli 239 saylı müqavilə üzrə mənzilin təhvil-qəbuluna dair xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1, mənzil 8 ünvanında yerləşən fərdi yaşayış evi sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilir. X1 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus olan ünvan 1, mənzil 8 ünvanında yerləşən mənzilin, sahəsi 28.8 kv.m olan zirzəmisinin Cavabdeh1 Məhiyyəddin adına sənədləşdirilməsinə heç bir etiraz etmir və gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. X2 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus olan ünvan 1, mənzil 8 ünvanında yerləşən mənzilin, sahəsi 28.8 kv.m olan zirzəmisinin Cavabdeh1 Məhiyyəddin adına sənədləşdirilməsinə heç bir etiraz etmir və gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. xx.xx.2018-ci il tarixli, 10212 nömrəli icarə müqaviləsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh1 Məhiyyəddin oğluna xx.xx.2018-ci il tarixədək icarəyə vermişdir. xx.xx.2018-ci il tarixli, 6919 №-li icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsini 8000 manata Cavabdeh1 Məhiyyəddin oğluna satmışdır. Əmlakın satış qiyməti ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* saylı Çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 007/xxxx tərəfindən verilmiş rəyə əsasən, ünvan 1 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinin bazar qiyməti 88000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2 və 35.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1 və 337.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, dövlət mənzil fonduna aid olmuş yaşayış evinin zirzəmisinin təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi dövlətin və vətəndaşların bu sahədə olan hüquqlarının pozulmasına səbəb olduğundan, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İlk növbədə məhkəmə kollegiyası iddiaçının qeyd edilən icarə və alqı-satqı müqavilələrini mübahisələndirməyə subyektiv hüququnun olmasını araşdırır. Məhkəmə kollegiyası, mübahisəli sahəyə dair Cavabdeh1 Məhiyyəddin oğlu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında icarə və alqı-satqı müqaviləsinin bağlanılmasından xeyli müddət əvvəl Bakı şəhəri Maraqlı şəxs Başçısının xx.xx.2016-cı il tarixli, 430 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verildiyini, Maraqlı şəxs ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində (yaşayış və qeyri- yaşayış sahələri olmaqla) binaların sökülməsini, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvqəqqəti yaşayış sahələrinə köçürülməsini, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etmək öhdəliyi götürdüyünü, artıq xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmazdan əvvəl iddiaçı tərəfindən həmin ünvanda sakinlərin, o cümlədən mübahisəli zirzəmi sahəsinin üstündə yerləşən mənzilin sahibinin (xx xxxx 2018-ci il tarxli müqavilə və mənzilin təhvil-qəbuluna dair xx.xx.2018-ci il tarixli akta əsasən) köçürülməsinə başlandığını nəzərə alaraq, hesab edir ki, qeyd edilən icarə və alqı-satqı müqavilələrinin bağlanması iddiaçının qanuni maraqlarını pozduğu üçün onları mübahisələndirməyə subyektiv hüququ olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatrçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşıdırılması Qaydaları”na görə ümumi istifadə sahələrinin, xüsusi zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa məqsədlər üçün istifadə olunması yolverilməzdir. Baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. Qanunvericiliyin qeyd edilən müddəalarına görə yaşayış binalarının zirzəmiləri ümumi paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsus olduğundan göstərilən vəziyyətdə zirzəmilərin satılmasının mümkünlüyü məsələsinə qiymət verilməsi zəruridir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli sahə yaşayış evinin zirzəmi sahəsi olmuş və həmin sahənin digər məqsədlər üçün icarəyə verilməsi və satılması mənzil qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə, qarşılıqlı iddia əizəsini rədd etməkdə düzgün nəticəyə gəlmiş, lakin mübahisəli sahəyə dair alqı-satqı müqaviləsini etibarsız hesab etdiyi halda restitusiyanı tədbiq etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. ünvan 1 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 Məhiyyəddin oğlunun həmin sahəyə görə ödədiyi 8000 manat pul vəsaiti dövlət büdcəsindən ona qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və ilk iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Məhiyyəddin oğlunun apelyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia ərizəsi təmin olunsun. ünvan 1 ünvanında yerləşən 28,8 kv.m sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Məhiyyəddin oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10212 nömrəli icarə müqaviləsi və xx.xx.2018-ci il tarixli, 6919 nömrəli alqı-satqı müqaviləsi, həmçinin bunun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 28,8 kv.m sahənin Cavabdeh1 Məhiyyəddin oğlunun adına rəsmiləşdirilməsi barədə **********36-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 Məhiyyəddin oğlunun həmin sahəyə görə ödədiyi 8000 manat pul vəsaiti dövlət büdcəsindən ona qaytarılsın. Cavabdeh1 Məhiyyəddin oğlunun İddiaçı MMC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5833/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5833/2020
11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver