Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5833/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cəfərov Aqil Əlqan oğlunaqarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), X2 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, Cavabdeh1 Mənzil Tikinti Koorperativinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(001)- 2405/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh1 MTK dəyəri 99.467 ABŞ dolları həcmində müəyyən edilmiş Bakı şəhəri, X.Şuşinski küçəsi, 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun, 9-cu mərtəbəsində yerləşən 180,85 kv.m. ümumi sahəsi olan 37 nömrəli 4 otaqlı mənzili inşa edərək, Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə hər kvadrat metr üçün 550 ABŞ dolları, cəmi 99.467 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən mübahisəli mənzil üçün Cavabdeh1 MTK-ya 90.425 ABŞ dolları məbləğində vəsait ödənilmiş, kassa mədaxil orderlərinin üzərində olan qeydlərə əsasən həmin məbləğ kassaya mədaxil edilmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. 4 otaqlı mənzilə maliyyə arayışının verilməsi, yaranmış maneələrin aradan qaldırılması və mənzilin ona təhvil verilməsi öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən inşa edilən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbəsi, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. 4 otaqlı mənzili qeyd olunan təşkilatdan 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında satın almışdır. Mənzili əldə edərkən müqavilədə göstərilən bütün məbləği 90.425 ABŞ dollarını 11 noyabr 2005-ci il tarixdə tam olaraq cavabdehə ödəmişdir. Lakin mənzilin dəyərini tam ödəməsinə baxmayaraq cavabdeh təşkilat ona maliyyə arayışı təqdim etməmiş və mənzili ona təhvil verməmişdir. Həmçinin, mənzildə təmir işlərinin həyata keçirilməsinə maneələr yaradılmışdır. Hesab edir ki, cavabdehdən əldə etdiyi mənzilin dəyərini tam ödədiyi üçün mənzilə sahiblik, istifadə hüquqları tanınmaqla mənzil ona təhvil verilməli və maliyyə arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
5. Daha sonra İddiaçı Cavabdeh2 da cavabdeh qismində işə cəlb etməklə, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbəsi, mənzil 37-də, ümumi sahəsi 185.85 kv.m. 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə həmin hüquqlarından istifadə etməsinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(001)- 2405/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi müqaviləni etibarsız sayarkən hesab etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmiş və onların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır.
8. Təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 08 oktyabr 2005-ci il tarixdə və Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə 11 noyabr 2005-ci il tarixdə eyni mənzilə dair podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh1 MTK eyni mənzili inşa edərək, ayrı-ayrılıqda həmin şəxslərin istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Halbuki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm faktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh1 MTK növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
9. Bu baxımdan həm Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 08 oktyabr 2005-ci il tarixdə, həm də Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə 11 noyabr 2005-ci il tarixdə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır.
10. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal "xxxx" MTK-nın mübahisəli mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə deyil, məhz ona təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh2 ilə müqavilə 8 oktyabr 2005-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 həmin mənzili təhvil almamış, bu mənzildən heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Məhkəmə 6 mart 2019-cu il tarixdə mübahisəli mənzildə yerində müayinə keçirmiş və həmin vaxt mənzilin açarı iddiaçı Gözəlov (Sorokin) Sergey Vladimiroviçdə olmuşdur. Yerində müayinədə iştirak edən gözətçi Şahverdiyev Bəxtiyar mənzilə Gözəlov (Sorokin) Sergey Vladimiroviçin gəldiyini və məhz onun mənzildən istifadə və mənzilə sahiblik etdiyini, başqa şəxsin mənzilə gəlmədiyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh2 sonuncu dəfə mənzildə 1 ay əvvəl olduğunu, mənzili 3 ay əvvəl təmizlətdiyini və mənzildə hər hansı tullantıların olmadığını, mənzilin açarlarının mütəmadi olaraq onda olduğunu, mənzilə dair açarların hər hansı başqa şəxsdə olmadığını, mənzilin iddiaçıya satıldığından məlumatlı olmadığını və mənzilin açarlarını bir müddətdir ki, binanın gözətçisi Şahverdiyev Bəxtiyara verdiyini bildirmişdir. Digər tərəfdən Cavabdeh2 açarları gözətçidə olduğu təqdirdə o, yerində müayinə zamanı bunu bildirmiş olardı və mənzilin məhz Cavabdeh2 məxsus olduğunu söyləyərdi və belə olan halda Gözəlov (Sorokin) Sergey Vladimiroviç həmin mənzilə dair açarlara malik olmazdı və məhkəmə mənzilə daxil ola bilməzdi. Bununla belə, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 mənzilin giriş qapısının açarları yoxdur, heç vaxtda olmamışdır. Onun ümumiyyətlə mənzildən məlumatı yoxdur (Cavabdeh1 MTK-nın ofisi bu binanın arxasında yerləşir). Belə olan halda, həmin kooperativin işçisi olan bu şəxsin qeyd edilən mənzilə 14 il müddətinə sahiblik etməsinə baxmayaraq, onun mənzilin açarlarının başqa şəxsdə olması, mənzilə dair başqa şəxslə müqavilənin bağlanması, həmin şəxsin mənzilə mütəmadi olaraq və sərbəst şəkildə gəlməsi barədə (onun çox yaxşı tanıdığı və hətta mənzilin açarlarını etibar etdiyi gözətçi Bəxtiyarın bu barədə məlumatlı olmasına baxmayaraq) məlumatının olmaması (bir halda ki, həmin mənzil onun üçün tam əlçatımlıdır və o, ixtiyari vaxt mənzilə gəlib-gedə bilər) qeyri-mümkündür) və o, mübahisəli mənzildə 8 oktyabr 2005-ci il tarixli müqavilənin tərəfi olaraq (Cavabdeh1 MTK-nın əməkdaşı olaraq bina inşa edilən dövr istisna olmaqla) heç vaxt olmamışdır. Mənzilin daxilinin, o cümlədən otaqların quruluşunun, habelə giriş qapısının onun tərəfindən təsvir edilməsi onun müqavilə üzrə mənzilə sahiblik və ondan istifadə etməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh1 MTK-nın əməkdaşı olaraq bu şəxsin binanın layihəsi ilə tam olaraq tanış olması, habelə mənzilin quruluşu barədə tam məlumatlı olması (həmin sırada olan ixtiyari mərtəbədə olan belə bir mənzilə baxmaq və onun quruluşunu yadda saxlamaq imkanına malikdir) adi haldır.
11. Bundan əlavə Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, sübut kimi X11 ilə Cavabdeh1 MTK arasında 21 aprel 2006-cı il tarixdə bağlanmış müqaviləni də təqdim etmişdir. Həmin, habelə tərəflərin Cavabdeh1 MTK ilə bağladığı müqavilələrin müqayisəli təhlilindən də görünür ki, bu müqavilələr eyni illərdə bağlansa da məzmun (buraxılmış hərif səhvləri, cümlə quruluşu, fikir ifadəsi və sair) baxımından da fərqlənir. Belə ki, qeyd edilən göstəricilər baxımından 11 noyabr 2005-ci və 21 aprel 2006-cı il tarixli müqavilələr biri-digəri ilə eynidir. Lakin Cavabdeh2 müqaviləsi bu müqavilələrdən fərqlənir. Məsələn 08 oktyabr 2005-ci il tarixli müqavilədən fərqli olaraq digər hər iki müqavilədə 1.8ci bənddən sonra 3.1-ci bənd təsbit edilmişdir. Halbuki, 08 oktyabr 2005-ci il tarixli müqavilədə 1.8-ci bənddən sonra 2.1-ci bənd təsbit edilmişdir. Hər iki müqavilənin 1.2-ci bəndinin 3-cü (tikintininsözü balaca hərflə yazılmışdır), 4-cü (“dəmirsözü balaca hərflə yazılmışdır), 5-ci (“ana xətlərinin sözü) və 7-ci (“liftlərinin” sözü) yarımbəndləri, 1.3-cü (əmlakinin təsədufusözü) bəndi, 1.5-ci bəndi (ayba ay sözü), 3.1-ci bəndi (bəndində sonunda nöqtə” işarəsi yoxdur), 3.2-ci bəndi məzmun baxımından eynilik təşkil edir və bu bəndlərin məzmunu baxımından 08 oktyabr 2005-ci il tarixli müqavilədən fərqlənir. Başqa sözlə, Cavabdeh2 müqaviləsi həmin illərdə mövcud olan müqavilələrin məzmununa uyğun gəlmir. Həmçinin, hər iki müqavilədə sifarişçi qismində çıxış edən həm Gözəlov (Sorokin) Sergey Vladimiroviçin, həm də X6 şəxsiyyət vəsiqəsinin rekvizitləri və onların pasport qeydiyyatında olan ünvanlar barədə məlumat əks olunmuşdur. Bu hal Cavabdeh2 müqaviləsində müşahidə olunmur. Məhkəmə bu halı təsadüfi hesab etməmiş və qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.1970-ci il təvəllüdlüdür və qanunvericiliyin tələblərinə görə o, xx.xx.2005-ci il tarixədək 35 yaşa çatması ilə əlaqədar şəxsiyyət vəsiqəsini dəyişməli idi və dəyişmişdir. Hazırda da yeni şəxsiyyət vəsiqəsi almışdır. Müqavilə sonradan, lakin arxa tarixlə bağlandığı təqdirdə isə xx.xx.2005-ci il tarixinədək qüvvədə olan şəxsiyyət vəsiqəsinin göstəricilərini bu müqavilədə təsbit etmək mümkün olmayacaqdır. Belə ki, xx.xx.2005-ci il tarixdə həmin şəxsiyyət vəsiqəsi artıq yenisinin alınması üçün təhvil verilməlidir. Məhkəmə hesab etmişdir ki, məhz bu səbəbdən 08 oktyabr 2005-ci il tarixli müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsinin göstəriciləri əks olunmamışdır. Cavabdeh2 fərqli olaraq digər müqavilələr üzrə hər iki sifarişçi tərəfin kassa mədaxil orderi mövcuddur. Cavabdeh2 isə müqavilə tarixindən 8 il sonra maliyyə arayışı verilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK oğlu arasında bu müqavilə bağlanmışdırsa da 11 noyabr 2005-ci il tarixdən sonra bağlanmış və hazırda onun 08 oktyabr 2005-ci il tarixdə bağlanmış müqavilə kimi təqdim edilməsi hüquqi nəticə etibarı ilə bu mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə təhvil verilməsinin qarşısını almaq və onu bu mənzildən məhrum etmək məqsədini daşıyır. Bu səbəbdən bu müqavilə etibarsız hesab edilməlidir.
12. Məhkəmə 11 noyabr 2005-ci il tarixli müqavilənin həqiqətdə kooperativin sədri X8 tərəfindən imzalanmaması barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür və belə şəxslər aldanma, əlverişsiz vəziyyət və savadsızlıq kimi dəlillərə istinad edə bilməzlər. Hər bir hüquqi şəxs mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə malikdir. Bu baxımdan fiziki şəxslərlə münasibətlərdə əqdlər bağlamış hüquqi şəxslər, o cümlədən, kooperativlər imzaladıqları və möhürlə təsdiq etdikləri sənədlərin əslində onların məzmununda qeyd edilənləri nəzərdə tutmadığını sübut etmək üçün kifayət qədər ciddi dəlillərə əsaslanmalı, tərəfi olduqları yazılı sənədləri şübhə altına ala biləcək kifayət qədər mötəbər sübutlara istinad etməlidirlər. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Belə olan halda, hazırki vəziyyətdə Cavabdeh1 MTK-nın 11 noyabr 2005-ci il tarixdə Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə bağlanmış əqdin kooperativin sədri tərəfindən imzalanmamasına istinad etməsi də onu birmənalı şəkildə mülki hüquqi məsuliyyətdən azad etmir. Həmin müqavilənin tərəfi olan Gözəlov (Sorokin) Sergey Vladimiroviç bu müqaviləni imza etmiş və bununla da öz iradə ifadəsini bildirmişdir və bunun qarşılığında Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş və üzərində müvafiq imza olan müqavilə, habelə müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsini təsdiq edən və ciddi hesabat blankı hesab edilən Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş kassa mədaxil orderi əldə etmişdir. Belə olan halda, o, müqavilənin və qəbzin səlahiyyəti olan və ya olmayan şəxs tərəfindən imzalandığının yoxlanılması vəzifəsini, habelə bu sənədlərin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmamasının məsuliyətini daşımır və daşıyada bilməz.
13. Məhkəmə iddia tələbinin “mənzilin istifadə və sahibliyə verilməsi və mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu mənzilə dair 08 oktyabr 2005-ci il tarixdə bağlanmış müqaviləyə artıq hüquqi qiymət verilmiş və nəticədə məhz Cavabdeh1 MTK ilə Gözəlov (Sorokin) Sergey Vladimiroviç arasında 11 noyabr 2005-ci il tarixdə bağlanmış müqavilənin etibarlı olması və müddət etibarı ilə daha əvvəl bağlandığı qənaətinə gəlinmişdir. Həmin mənzilin giriş qapısının açarının məhz Gözəlov (Sorokin) Sergey Vladimiroviçdə olması, mənzillə bağlı onun müəyyən hərəkətlər etməsi, o cümlədən mənzilin daxilində öz istəyinə uyğun təmizləmə işlərinin aparılması mənzilin məhz Gözəlov (Sorokin) Sergey Vladimiroviçə təhvil verildiyinə dəlalət edir. Belə ki, bu şəxs 11 noyabr 2005-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir və onun bu mənzilə münasibətdə hüquqları (istifadə, sahiblik və mülkiyyət hüququnun əldə edilməsində üstün hüququ) yaranmışdır. Bu da öz növbəsində müqaviləyə uyğun olaraq Cavabdeh1 MTKnın həmin mənzili ona təhvil verilməsi öhdəliyi yaranmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, mənzil Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməlidir.
14. Məhkəmə onu da qeyd etmişdir ki, mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, onun yalnız həmin mənzilə ixtiyari vaxt getməsi və mənzilə daxil olmasını özündə ehtiva etmir. Həmçinin, həmin mənzilə münasibətdə istifadə və sahiblikdən irəli gələn digər hərəkətlərin edilməsini, o cümlədən mənzildə təmir işlərinin aparılmasını, gələcəkdə orada şəxsən və ya mülahizəsinə əsasən müəyyən etdiyi şəxsin yaşamasına imkanın yaradılmasını, habelə mülkiyyət hüququnun əldə edilməsini nəzərdə tutur. Lakin Cavabdeh1 MTK-nın onunla hər hansı müqavilə bağlanmadığı barədə mövqeyi və bununla bağlı hərəkətləri onun mənzildən qeyd edilən qaydada tam istifadə və sahiblik etməsinə maneə yaradır. Bu baxımdan həmin binanı inşa edən Cavabdeh1 MTK mənzilin giriş qapısını, habelə giriş qapısının kilitini dəyişməklə onu mənzilə daxil olması imkanından məhrum etmək, habelə təmir işlərinin görülməsində və mülkiyyət hüququnun əldə edilməsində ona müxtəlif suni maneələr yaratmaq üçün real imkana malikdir. Bu səbəbdən belə halların qarşısının alınması üçün onun mənzildən istifadə və sahiblik etməsinə yaradılmış maneə aradan qaldırılmalıdır.
15. Bununla belə məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m. 4 otaqlı, 37 saylı mənzildən istifadə və ona sahiblik etməyə yaradılmış maneələrinin aradan qaldırılmasını tələb etməkdə haqlıdır və bu səbəbdən iddia tələbi bu hissədə də tam olaraq təmin edilməlidir.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 157.8, 337.1, 337.4, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: b) Apelyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Cavabdeh1 Mənzil Tikinti Koorperativi tərəfindən verilmiş apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz və əsassızdır. İddiaçının adına verilmiş müqavilə və kassa mədaxil orderi Cavabdeh1 MTK tərəfindən tərtib olunmamış, həmçinin müqavilə həmin vaxt MTKnın sədri olan İlham Qasımov tərəfindən imzalanmamışdır. Həmin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb, odur ki, etibarlı hesab edilə bilməz. Mənzil qanuni əsaslarla Cavabdeh2 xx.xx.2005-ci il tarixli müqavilə əsasında satılmış, dəyəri də sonuncu tərəfindən tam ödənilmiş və mənzil onun istifadəsinə verilmişdir.
19. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətində göstərilmişdir ki, o, 2005-ci ildən Cavabdeh1 MTK-nın əməkdaşıdır, lakin onunla əmək müqaviləsi 2007-ci il tarixdə bağlanmışdır. Mübahisəli mənzili MTK ilə arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən əldə etmiş, həmin vaxtdan mənzilə sahiblik və istifadə etmişdir. Mənzilin açarları həmişə onda olmuş, hazırda müvəqqəti olaraq açarları gözətçi olan Bəxtiyar adlı şəxsə vermişdir. Tez-tez olmasa da ən azı 3 ayda bir dəfə həmin mənzildə olmuşdur. Mənzil təmirsizdir, maddi imkanı olmadığından təmir etdirə bilməmiş, lakin mütəmadi olaraq özü və ailəsi mənzilə baş çəkmişdir. Maliyyə arayışından görünür ki, mənzilin dəyərini tam ödəmişdir. Onun müqaviləsində şəxsiyyət vəsiqəsinin rekvizitlərinin olmaması müqavilənin etibarsızlığına əsas ola bilməz. İddiaçının onun mənzilində qeyriqanuni təmir işləri aparması onun mülkiyyət hüquqlarını pozur. İlkin olaraq onunla müqavilə bağlanıb, dəyərini tam ödəməklə mənzilə sahiblik, istifadə və mülkiyyət hüququ əldə etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat:
21. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2084/2021 saylı mülki iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını düzgün müəyyən etmiş, onlara uyğun nəticəyə gəlmişdir.
23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 157.8, 337.1, 337.4, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
e) Kassasiya instansiya məhkəməsindəki birinci icraat:
24. Cavabdeh "xxxx" MTK tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
25. Qətnamədən eyni zamanda Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(103)-3862/2020 saylı mülki iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
f) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
27. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1148/2021 saylı mülki iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı “Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1- ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 185,85 kv.m. 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılması” barədə iddia tələbləri təmin edilməmişdir.
g) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat:
28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsində olan məlumatlarının müqavilədə göstərilməməsi faktına münasibət bildirərək bu halın müqavilənin etibarsızlığı üçün əsas yaratmadığını və mülki qanunvericiliyin müqavilə azadlığı prinsipinə əsaslanaraq Cəfərovun şəxsiyyət vəsiqəsi məlumatlarının yazılmaya biləcəyini qeyd etmişdir. Mülki Məcəllənin müqavilə azadlığı” adlı 390-cı maddəsində prinsipin anlayışı verilərkən qeyd edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu normadan da görünür ki, qanunvericilik hər kəsə azad müqavilə bağlamaq imkanı verir, lakin bunu məcəllədə tutulan bəzi hallarla məhdudlaşdırır, bunun əsas səbəbi isə, qanunvericiliyin cəmiyyət və dövlətin mənafelərini qorumaq məqsədindən irəli gəlir. Müqavilə bağlanılarkən tərəflərin şəxsi məlumatlarının qeyd edilməməsi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi zamanı kimin məsuliyyət daşıyacağını, gələcəkdə baş verə biləcək hər hansı hüquq pozuntusu zamanı şəxsin hüquqlarının nə dərəcədə qorunacağını sual altına qoyur. Cavabdeh1 MTK tərəfindən bu cür müqavilələrin bağlanması həmin müqavilələrin “lazımi vəziyyətlərdəözlərinin xeyrinə dəyişdirilə biləcəyinin də sübutudur. Bununla da Bakı Apellyasiya Məhkəməsi tərəfindən ədalət mühakiməsinin prinsiplərinə əməl edilməmiş, qanunsuz mülki məhkəmə icraatı həyata keçirilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3471/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1148/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Proses iştirakçılarının izahatı:
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Mənzil Tikinti Koorperativin nümayəndəsi X3 və Cavabdeh2 apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
24. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hazırki apelyasiya baxışının hədləri:
25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
28. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 13.3. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
30. Maddə 29.1 Hər kəsin mülkiyyət hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
39. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
42. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
45. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
46. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki apelyasiya baxışında apelyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərini iş materialları ilə qarşılıqlı olaraq, hərtərəfli, tam və obyektiv araşdırıb, kassasiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Hazırki mülki iş üzrə mübuhisə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus bir mənzilin iki fiziki şəxsə satılmasına dair müqavilələrin bağlanılması ilə əlaqədar baş vermişdir.
53. İddiaçı mübahisə predmeti olan mənzilə dair 11 noyabr 2005-ci il tarixdə onunla MTK arasında müqavilə bağlanmasını və mənzilin tam dəyərini ödəməsini, Cavabdeh2 ilə 08 oktyabr 2005-ci il tarixli müqavilənin saxta olmasını əsas göstərməklə həmin müqavilənin etibarsız sayılması, mənzilə dair onun adına maliyyə arayışının verilməsi və mənzilin ona təhvil verilməklə buna qarşı törədilən maneələrin aradan qaldırılması barədə məhkəmədə iddia qaldırmışdır.
54. Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq mənzilə dair onunla 08 oktyabr 2005-ci il tarixdə müqavilə bağlanmasını, mənzilin ondan başqa heç kimə satılmamasını əsas göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir.
55. Cavabdeh MTK-nın nümayəndəsi iddiaçı ilə bağlanmış müqavilənin saxta olması, həmin müqaviləni MTK rəhbərinin imzalamaması, iddiaçı tərəfindən MTK-ya hər hansı bir ödəniş edilməməsi, mübahisəli mənzilə görə müqavilənin Cavabdeh2 ilə bağlanılması və onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə əsaslanaraq, iddia tələbini qəbul etməmişdir.
56. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2005-ci il tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 MTK Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 185.85 kv.m, izolə edilmiş 4 otaqlı, 37 saylı mənzili Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə mənzilin ümumi dəyərini təşkil edən 99,467 ABŞ dolları məbləğində pulu "xxxx" MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyərini təşkil edən 99.467 ABŞ dolları məbləğində pulun Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilməsinə dair xx.xx.2013-cü il tarixli maliyyə arayışı verilmişdir. xx.xx.2005-ci il tarixdə Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış müqaviləyə əsasən MTK həmin mənzili X4 təhvil verməyi, X7 isə mənzilin dəyərini təşkil edən 90.425 ABŞ dolları məbləğində pulu Cavabdeh1 MTK-ya ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 MTK-nın xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinə əsasən həmin mənzilin dəyəri Gözəlov (Sorokin) Sergey Vladimiroviç tərəfindən “MTK-Real" MTK-nın kassasına xx.xx.2005-ci il tarixdə ödənilmişdir.
57. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərə bu barədə məlumat verilməklə xx.xx.2019-cu il tarixdə mübahisəli mənzilə yerində müayinə keçirilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Müəyyən edilmişdir ki, həmin mənzil liftdən çıxandan sonra sol tərəfdə sağ divar üzrə yerləşir. Mənzilin giriş qapısı İddiaçı tərəfindən açıldıqdan sonra məhkəmə tərkibi (hakim və məhkəmə iclasının katibi), iddiaçı və Şahverdiyev Bəxtiyar adlı şəxs mənzilə daxil olmuşdur (Şahverdiyev Bəxtiyar yerində müayinə zamanı məhkəmə tərkibini və iddiaçını şəxsən mənzilə müşaiyət etmiş və mənzilin daxilində olmuşdur, X5 Sergey Vladimiroviçi həmin mənzilə mütəmadi olaraq gələn bir şəxs kimi tanıdığını və mənzilin sonuncuya məxsus olduğunu, ondan başqa bu mənzildən hər hansı başqa şəxsin istifadə etmədiyini və hər hansı başqa şəxsin mənzilə gəlmədiyini bildirmişdir. İddiaçı Şahverdiyev Bəxtiyarın gözətçi olduğunu təsdiq etmişdir). Mənzil dörd otaqdan ibarətdir. Qapıdan girişdən solda yerləşən otağın pəncərəsi yoxdur. Dəhlizdə (xeyli sayda) və mətbəxtə (az sayda) bir araya yığılmış tulantı var (toz şəklində qum və sement qalıntıları, armatur və dəmir qırığı, kağızdan olan kisələrin kağız hissələri və s.). İddiaçı təmir etməyə hazırlaşdığı üçün mənzili ötən ilin sonlarından təmizlətdiyini və tullantıların mənzildən çıxarılması məqsədi ilə bir araya yığıldığını, lakin kooperativ tərəfindən ona maneələr yaradıldığından təmirə başlaya bilmədiyini bildirmişdir. Mənzil təmirsizdir.
58. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
59. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə və Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə xx.xx.2005-ci il tarixdə eyni mənzilə dair podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh1 MTK eyni mənzili inşa edərək, ayrı-ayrılıqda həmin şəxslərin istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Halbuki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm faktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh1 MTK növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
60. Bu baxımdan həm Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə, həm də Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır.
61. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal mübahisəli mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə deyil, məhz ona təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh2 ilə daha əvvəl bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 həmin mənzili təhvil almamış, bu mənzildən heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixdə mübahisəli mənzildə yerində müayinə keçirmiş və həmin vaxt mənzilin açarı iddiaçı Gözəlov (Sorokin) Sergey Vladimiroviçdə olmuşdur. Yerində müayinədə iştirak edən gözətçi Şahverdiyev Bəxtiyar mənzilə məhz Gözəlov (Sorokin) Sergey Vladimiroviçin gəldiyini və məhz onun mənzildən istifadə və mənzilə sahiblik etdiyini, başqa şəxsin mənzilə gəlmədiyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh2 sonuncu dəfə mənzildə 1 ay əvvəl olduğunu, mənzili 3 ay əvvəl təmizlətdiyini və mənzildə hər hansı tullantıların olmadığını, mənzilin açarlarının mütəmadi olaraq onda olduğunu, mənzilə dair açarların hər hansı başqa şəxsdə olmadığını, mənzilin iddiaçıya satıldığından məlumatlı olmadığını və mənzilin açarlarını bir müddətdir ki, binanın gözətçisi Şahverdiyev Bəxtiyara verdiyini bildirmişdir. Halbuki, yerində müayinə zamanı mənzilin həm dəhlizində, həm də mətbəxində tullantıların yığıldığı aşkar edilmişdir. Digər tərəfdən Cavabdeh2 açarları gözətçidə olduğu təqdirdə o, yerində müayinə zamanı bunu bildirmiş olardı və mənzilin məhz Cavabdeh2 məxsus olduğunu söləyərdi və belə olan halda Gözəlov (Sorokin) Sergey Vladimiroviç həmin mənzilə dair açarlara malik olmazdı və məhkəmə mənzilə daxil ola bilməzdi. Bununla belə, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 mənzilin giriş qapısının açarları yoxdur, heç vaxt da olmamışdır. Onun ümumiyyətlə mənzildən məlumatı yoxdur (Cavabdeh1 MTK-nın ofisi bu binanın arxasında yerləşir, belə olan halda, həmin kooperativin işçisi olan bu şəxsin qeyd edilən mənzilə 14 il müddətinə sahiblik etməsinə baxmayaraq, onun mənzilin açarlarının başqa şəxsdə olması, mənzilə dair başqa şəxslə müqavilənin bağlanması, həmin şəxsin mənzilə mütəmadi olaraq və sərbəst şəkildə gəlməsi barədə (onun çox yaxşı tanıdığı və hətta mənzilin açarlarını etibar etdiyi gözətçi Bəxtiyarın bu barədə məlumatlı olmasına baxmayaraq) məlumatının olmaması (bir halda ki, həmin mənzil onun üçün tam əlçatımlıdır və o, ixtiyari vaxt mənzilə gəlib-gedə bilər) qeyri- mümkündür) və o, mübahisəli mənzildə xx.xx.2005-ci il tarixli müqavilənin tərəfi olaraq (Cavabdeh1 MTK-nın əməkdaşı olaraq bina inşa edilən dövr istisna olmaqla) heç vaxt olmamışdır. Mənzilin daxilinin, o cümlədən otaqların quruluşunun, habelə giriş qapısının onun tərəfindən təsvir edilməsi onun müqavilə üzrə mənzilə sahiblik və ondan istifadə etməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh1 MTK-nın əməkdaşı olaraq bu şəxsin binanın layihəsi ilə tam olaraq tanış olması, habelə mənzilin quruluşu barədə tam məlumatlı olması (həmin sırada olan ixtiyari mərtəbədə olan belə bir mənzilə baxmaq və onun quruluşunu yadda saxlamaq imkanına malikdir) adi haldır.
62. Apelyasiya şikayətlərində cavabdehlər ümumiyyətlə yerində müayinə keçirilmədiyini qeyd etmiş, yerində müayinədə iştirak etmiş Bəxtiyar Şahverdiyev birinci apelyasiya icraatı zamanı şahid qismində dindirilərək, cavabdehlərin apelyasiya şikayətlərinin həmin dəlilini təsdiq edərək, məhkəmə tərəfindən mübahisəli mənzilə onun iştirakı ilə baxış keçirilmədiyini bildirmişdir.
63. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır. Görünür ki, məhkəmə tərəfindən mübahisəli mənzilə yerində müayinə keçirilmiş, iş materiallarında olan yerində müayinə protokolundan da müəyyən edilir ki, iddiaçı iştirak etmiş, lakin cavabdeh MTK-nın nümayəndəsi iştirak etməmiş, mübahisəli binanın yaxınlığında yerləşən MTK-nın ofisinə gedilmiş, lakin ofisin qapısının bağlı olduğu müəyyən edilmişdir. Yerində müayinədə özünü mübahisəli mənzilin yerləşdiyi binanın gözətçisi kimi təqdim etmiş Bəxtiyar Şahverdiyev adlı şəxs iştirak etmək üçün dəvət edilmiş, mübahisəli mənzildə olmuşdur (iş.v.26)
64. Qeyd olunanlara əsasən aşkardır ki, yerində müayinənin ümumiyyətlə keçirilməməsi, B.Şahverdiyevin orada iştirak etməməsi və digər bu kimi dəlillər əsassızdır və işin müəyyən edilmiş halları ilə təkzib olunur. B.Şahverdiyevin hazırda da MTK-da gözətçi işləməsi onun hazırki ifadəni təsir altında verməsinə dəlalət edir. Kollegiya birinci instansiya məhkəməsinin prosessual hərəkətlərinə və bu hərəkətlərin rəsmiləşdirilməsinə şübhə ilə yanaşmaq üçün heç bir əsas görmür. Ona görə də yerli baxış və onun nəticələrinə dair protokol mötəbər sübut kimi qəbul olunmalıdır.
65. Məhkəmə müqavilələrin fərqli olması barədə müəyyən edilmiş (həm məzmun baxımından, şəxsiyyət vəsiqələrinin rekvizitlərinin, qeydiyyat ünvanının əks olunmaması və digər hallar) halları, həmçinin Cavabdeh2la bağlanmış müqavilə üzrə kassa mədaxil orderinin olmaması və digər bu kimi halları ümumiləşdirərək, belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK oğlu arasında xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdırsa da, xx.xx.2005-ci il tarixdən sonra bağlanmış və hazırda onun xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilə kimi təqdim edilməsi hüquqi nəticə etibarı ilə bu mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə təhvil verilməsinin qarşısını almaq və onu bu mənzildən məhrum etmək məqsədini daşıyır. Bu səbəbdən bu müqavilə etibarsız hesab edilməlidir.
66. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti əsaslı və qanunidir.
67. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçıla MTK arasında mübahisəli mənzilə dair xx.xx.2005-ci ildə müqavilə bağlanmışdır. Lakin sonradan onun iştirakı olmadan, ona məxsus qeyd edilən mənzilə dair MTK ilə Cavabdeh2 arasında əvvəlki tarixlə müqavilə bağlanmışdır. Cavabdeh2 adına olan müqavilənin sonradan arxa tarixə bağlanması həm də onunla müəyyən olunur ki, o, apellyasiya baxışında mənzilin dəyərini hissə-hissə 2005-ci ildən 2013-cü ilədək apardığını bildirdiyi halda, çoxsaylı ödənişlərə dair bir dənə də olsun ödəniş qəbzi təqdim edə bilməmiş, nə də onun adına hissə-hissə ödənişlə bağlı «Öhdəçilik» adlanan ödəniş cədvəli təqdim olunmamışdır, halbuki xx.xx.2006-cı il tarixli müqavilə ilə həmin binada nisyə mənzil almış X6 adına olan «Öhdəçilik» adlanan ödəniş cədvəlindən görünür ki, nisyə alqı satqı zamanı hissə-hissə ödənişlərin aparılması tarixini və ümumi dövrünü ehtiva edən ödəniş cədvəli tərtib olunmuşdur. Cavabdeh2 adına olan xx.xx.2005-ci il tarixli «Öhdəçilik»də isə «Mənzilin qiyməti» qrafasının qarşısında 99467; «Payın miqdarı» qrafasının qarşısında 99467; «Qalan məbləğin miqdarı» qrafasının qarşısında 0 qeyd olunmuşdur. Buradan belə aydın olur ki, mübahisəli mənzilin dəyəri hələ müqavilə bağlandığı xx.xx.2005-ci il tarixdə tam olaraq ödənilmişdir və buna görə «Öhdəçilik»də qalıq məbləğin olmaması qeyd olunmuşdur. Göstərilən xüsusat da xx.xx.2005-ci il tarixli müqavilənin və onun əlavəsi olan eyni tarixli «Öhdəçilik» adlanan sənədin arxa tarixə tərtib olunduğunu təsdiq edir. Əgər belə olmasaydı, MTK mənzilin dəyərinin dərhal, Cavabdeh2 isə 2013-cü ilədək (qardaşı Ukraynadan göndərdikcə) hissə-hissə ödənilməsini bildirməzdilər. Görünən odur ki, Cavabdeh2 MTK-nın işçisi olmaqla etibarlı şəxs olduğundan, mübahisəli mənzili İddiaçı əlindən almaq məqsədilə xx.xx.2005-ci il tarixli müqavilə tərtib olunmuşdur.
68. Kollegiya onu da qeyd edir ki, hətta Cavabdeh2la bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə həqiqi sayılsa belə, həmin müqavilə üzrə ödənişlər (pay haqqı) tam olaraq 2013-cü ildə ödənilib qurtardığı üçün o, mənzilə mülkiyyət hüququnu da yalnız 2013-cü ildə (İddiaçı 8 il sonra) əldə etmiş olardı.
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
71. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxs arasında, əvvəlki tarixlə olsa belə, İddiaçı iradə ifadəsi olmadan qeyd edilən müqavilə bağlana bilməzdi.
72. Belə olan halda, kollegiya hesab edir ki, mübahisəli mənzilə dair MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Çünki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
73. Həmin Məcəllənin 423-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
74. Kollegiya hesab edir ki, mübahisəli mənzilin alğı-satqısına dair xx.xx.2005-ci il tarixli müqavilə Cavabdeh2la sonradan arxa tarixə bağlanmışdır. Həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir.
75. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
76. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələri).
77. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
78. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2la bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, ona görə də həmin əqd etibarsızdır.
79. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləni etibarsız hesab etməkdə haqlı olmuş və gəldiyi nəticəni kifayət qədər mötəbər dəlillərlə əsaslandırmışdır. O cümlədən məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə ehtiyac olmaması ilə bağlı nəticəni də məhkəmə düzgün əsaslandırmışdır ki, Kollegiya da həmin əsasla razılaşır.
80. Bundan başqa, kollegiya hesab edir ki, məhkəmə iddianın “mənzilin İddiaçı istifadə və sahibliyinə verilməsi və onun istifadə və sahiblik etməsinə yaradılmış maneələrin aradan qaldırılması” hissəsində də düzgün nəticəyə gəlmişdir, belə ki, Mülki Məcəlləsinin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.).
81. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
82. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
83. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı MTK ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etdiyindən, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.
84. Cavabdehlərin apelyasiya şikayətlərinin iddiaçıya məxsus müqavilə və kassa mədaxil orderindəki imzaların MTK-nın sədri işləmiş İlham Qasımova məxsus olmaması və bunun xəttşünaslıq ekspertizası rəyi ilə təsdiq edilməsi barədə dəlilləri ilə əlaqədar kollegiya aşağıdakıları qeyd edir.
85. İşin yuxarıda göstərilən halları, yəni iddiaçıya müvafiq qaydada imzalanmış və MTK-nın möhürü ilə təsdiq olunmuş və onun iştirakçılarının öhdəliklərini və məsuliyyətini müəyyən edən yazılı müqavilənin təqdim olunması, həmin müqavilədə MTK-ya məxsus bütün məlumatların göstərilməsi, mənzilin dəyərinin iddiaçıdan qəbul edilərək MTK-ya mədaxil olunması və bununla əlaqədar iddiaçıya həm müəssisənin rəhbəri və həm də baş mühasibi tərəfindən imzalanmış rəsmi sənədin (kassa mədaxil orderi qəbzinin) verilməsi, eləcə də mənzilin açarlarının təqdim olunması və uzun illər ərzində, yəni təxminən 14 il ərzində iddiaçıya mənzillə bağlı hər hansı iradın bildirilməməsi və onun mənzilə maneəsiz daxil olması belə bir nəticəyə gəlməyə əsas verir ki, İddiaçıla MTK arasında mübahisəli mənzilin tikintisi və alqı-satqısına dair müqavilə mövcud olmuş, həmin müqavilə əsasında tərəflərin öhdəlikləri yaranmışdır.
86. Göstərilən vəziyyətdə müqavilədəki və kassa mədaxil orderi qəbzindəki imzaların MTK-nın sədri işləmiş İlham Qasımova məxsus olmaması barədə ekspertiza rəyi, kollegiyaya görə, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmaması nəticəsinə gəlmək üçün əsas verməmişdir.
87. Belə halda müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmamasına görə iddiaçı deyil, MTK məsuliyyət daşımışdır.
88. MTK-nın müqavilə bağlanan zaman və ondan sonrakı rəftarı təsdiq edir ki, MTK iddiaçı qarşısında mənzilin tikintisi və onun iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüş və mənzilin dəyərini qəbul edib açarlarını ona təhvil verməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmişdir.
89. Lakin mənzildə təmir işlərinin aparılmasına MTK tərəfindən maneə törədilməsi və eləcə də mənzilə dair başqası ilə müqavilə bağlamasının bildirilməsi ilə əlaqədar iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
90. Kollegiya hesab edir ki, tərəflər arasında onların iradəsini ifadə edən müqavilə bağlanmışdır. Bu zaman təkçə müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmaması faktı kollegiyaya görə onlar arasında yuxarıda qeyd olunduğu kimi, müqavilə münasibətlərinin olmaması, eləcə də MTK-nın iddiaçı qarşısında mənzilin tikilib ona təhvil verilməsi barədə üzərinə öhdəlik götürməməsi kimi qiymətləndirilə bilməz.
91. Nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış müqavilə indiyə kimi qüvvədidir və müqavilədə müəyyən olunmuş öhdəliklərin icrasına görə MTK məsuliyyət daşıyır.
92. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını düzgün müəyyən etmiş və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(001)- 2405/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.