Məhkəmə qərarları › İş №2(103)-5835/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5835/2021

18.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5835/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “müqavilənin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi barədə” iddiasına, üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “mənzilin miras əmlak siyasından çıxarılması və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş “iddianı təmin etmə tədbiri barədə” ərizə təmin edilsin, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev № 133-də yerləşən 17 №-li mənzilin, Xətai rayonu, Telnov küçəsi, ev № 5-də yerləşən 11 №-li mənzilin, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 140,7 kv.m olan fərdi yaşayış evinin və Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsi iddianı təmin etmə tədbiri kimi Cavabdeh qadağan edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz. Belə ki, həmin daşınmaz əşyalar mübahisə predmetidir, mübahisə həll edilənə qədər onların özgəninkiləşdirilməsi imkanı var. Bu imkanın qarşısı alınmayacağı təqdirdə mübahisə daha da mürəkkəbləşəcək, mübahisəyə yeni şəxslər cəlb ediləcək, əlavə mübahisələr yaranacaq, nəticədə isə qətnamənin icrası çətinləşəcək. Belə vəziyyətdə əşyaların özgəninkiləşdirilməsinin iddianı təmin etmə tədbiri kimi qadağan edilməsi Mülki-Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin göstərişlərinə uyğundur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar