Məhkəmə qərarları › İş №2(103)-5841/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5841/2025

07.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5841/2025 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və X13 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə4, Cavabdeh cavabdeh “xxxx” ASC-nin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Saldodan görünür ki, 2007-ci il tarixdə X20 adına 110203200020000 abunə kodu açılmış və həmin tarixdən etibarən hazırki vaxtadək 14528,40 manat məbləğində həmin abunə kodlu sayğaca borc hesablanmışdır.

2. “Azəriqaz” Istehsalat Birliyi tərəfindən ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Mehdiyev küçəsində yerləşən ünvanda yaşayan İddiaçı ilə ##.##.2018-ci il tarixdə təbii qazın alğı-satqı müqaviləsi bağlanaraq abonent kimi qeydiyyata alınmışdır. 3.Iddiaçı iddia edir ki, anası X14 2005-ci ildə vəfat edənədək mübahisə predmeti olan Bakı şəhəri, ünvan 2ndə inşa etdirdiyi qanunsuz tikilidə yaşamışdır. Iddiaçı isə 2023-cü ilin sonunda yaşadığı Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ** saylı evin sökülməsi ilə əlaqədar xxxx şirkətilə müqavilə bağlandıqdan sonra mübahisə predmeti olan evə köçüb yaşamışdır. Bu səbəbdən borcun silinməsini tələb edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 2 nömrəsiz evə *************** nömrəli abunə kodu üzrə «xxxx» ASC tərəfindən elektrik enerjisinə dair hesablanmış 14528,40 manat məbləğində debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ## ###### 1997-ci ildən, yəni nikaha daxil olduğu gündən ## ###### 2024-cü ilədək qayınanasına məxsus ünvan 1 ünvanda öz ailəsi ilə birlikdə yaşamışdır. Anası isə Bakı şəhəri, ünvan 2ndə inşa etdirdiyi qanunsuz tikilidə yaşamış, ## ###### 2005-ci ildə isə anası vəfat etdikdən sonra həmin evdə kimsə qalmamışdır. Anasının yaşadığı evdə heç bir kommunal xidmətlər, qaz, işıq və su olmamış, 2005-ci ilədək, anasına həmin evin yanında yerləşən zavoddan elektrik enerjisi verilmiş, anası həmin elektrik enerjisindən istifadə etmişdir. Ümumiyyətlə, həmin dalanda elektrik xətləri olmamış, həmin küçəyə elektrik xətləri 2013-cü ildə çəkilmişdir. Anası öləndən sonra iddiaçı arabir həmin evə gedib, evi havalandırır, təmizləyir, evə baxırdı. Yasamal rayonunda yaşadığına görə anasının evi ona lazım olmamış, onun həmin evə su, qaz və ya işıq çəkdirmək niyyəti olmamışdır. Lakin 2023-cü ilin axırlarında yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ** saylı ev Bakı şəhərinin abadlaşdırılması planı üzrə layihəyə daxil edilmiş və onlar layihəni icra edən “xxxx” Şirkəti ilə müqavilə imzalayaraq, evin sökülməsinə və həmin evin əvəzində onlara yeni mənzil verilməsi barədə razılığa gəlmiş və aralarında olan razılığa əsasən yaşadıqları evi ## ###### 2024-cü ilədək Şirkətə təhvil verməyi öhdələrinə götürmüşlər. Bununla əlaqədar iddiaçı müvəqqəti olaraq anasına məxsus Bakı şəhəri, ünvan 2ndə yerləşən evə köçüb orada yaşamaq qərarına gəlmişdir. Evə elektrik enerjisi çəkmək istədikdə evin divarında elektrik sayğacının olmasını görmüş və cavabdehə müraciət edərək həmin sayğacla anasının evinə verilən elektrik enerjisinə görə abunə nömrəsinin 110203200020000 olmasını öyrənmişdir. Daha sonra cavabdehin ustaları gələrək elektrik xətlərini bərkitmiş və sayğacın işlək olmasını görmüşlər. Iddiaçı artıq sayğacın necə, hansı yolla quraşdırılması ilə maraqlanmamışdır. ## ###### 2024-cü il tarixdən isə o, öz ailəsi ilə həmin evə köçmüş, məhz həmin gündən elektrik enerjisindən istifadə etməyə başlamışlar. Iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək istədikdə isə sayğacda borcunun 14000 manatdan çox olmasını görmüşdür. Bununla əlaqədar xxxx ASC-nin əməkdaşlarına dedikdə isə, onlar həmin sayğacın müvəqqəti quraşdırıldığını, sayğacda olan borcun ona aid olmamasını bildirmişlər. Bundan sonra isə o, heç kəsin ondan elektrik enerjisinə görə borcun tələb etməməsini görüb onlara inanmış, onların həmin sayğacı gəlib dəyişdirəcəklərini gözləmişdir. Lakin ## ######## 2024-cü il tarixdə “xxxx” ASC-nin əməkdaşları gələrək, elektrik enerjisinə görə yaranmış borcu ödəmədiyinə görə elektrik xətlərinin kəsiləcəyini bildirmişlər. Məhz bundan sonra xxxx ASC-dən onlara məxsus evə çəkilmiş elektrik enerjisinə dair məlumatları tələb etmiş və cavabdeh tərəfindən təqdim edilən “Abunə haqqında” sistemdən çıxarışdan görmüşdür ki, evə bərkidilmiş sayğaca dair 110203200020000 abunə kodu üzrə X21 adına ## ###### 2007-ci ildə açılıb. Həmin sənəddən də görünür ki, 110203200020000 abunə kodu üzrə sayğaclar ## #### 2013-cü ildə və ## ###### 2016-cı ildə quraşdırılıb və həmin abunə kodu üzrə ## ###### 2007-ci ildən 14528 manat məbləğində borc hesablanıb. Iddiaçının soyadı ## ###### 1997-ci ilə qədər Yusif-zadə olsa da, ## ###### 1997-ci il tarixdə o, X1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin tarixdən də soyadı dəyişərək Ağayeva olub. Yəni ümumiyyətlə ## ###### 2007-ci ildə onun soyadı Yusifzadə olmasa da, 110203200020000 abunə kodu onun köhnə soyadı ilə açılıb. Iddiaçı heç bir zaman xxxx ASCyə anasının evinə elektrik enerjisi verilməsi barədə müraciət etməmiş, heç kəs ona həmin evə elektrik enerjisinin veriləcəyini bildirməyib. Yəni “xxxx” ASC ilə elektrik enerjisinə dair heç bir müqavilə imzalamadan onlar iddiaçının adına abunə kodu açıb, hətta bu zaman da soyadını düzgün yazmayıblar. Işin əsl halı ondan ibarətdir ki, evin yerləşdiyi küçədə 2013-cü ilədək elektrik xətləri olmayıb, 2013-cü ildə ora elektrik xətti çəkilib, xxxx ASC-nin əməkdaşları isə öz kirli məqsədləri üçün onun adına sayğacı yazaraq əslində sayğacı başqa ünvanda quraşdırıb və sayğaca görə yazılan pulu isə nağd alıb özləri mənimsəyib, bununla da Sayğac quraşdırılan andan heç bir məbləğdə pul ödənilmədən qalmışdır. Məhz cavabdehin əməkdaşları həmin evə köçməsini gördükdən sonra sayğacı yerində quraşdırıb və bundan sonra onlardan borcun ödənilməsini tələb etməyə başlayıblar. Halbuki, cavabdehin əməkdaşları 40-50 manat borcu olan abunəçilərin elektrik enerjisini dərhal kəsir, borcun ödənilməsini tələb edirlər. Necə olur ki, 2007-ci ildən bəri iddiaçının adına yazılan sayğacla istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcdan heç bir məbləğ ödənilməyib, lakin bu müddət ərzində elektrik xəttini kəsməyiblər? Göründüyü kimi ## ###### 2007-ci ildən 110203200020000 abunə kodu üzrə istifadə edilmiş elektrik enerjisinə görə yaranmış 14528,40 manat məbləğində borcun iddiaçıya aid olmamasına dair kifayət qədər mötəbər sübutlar vardır. Belə ki, ## ###### 1997-ci ildən ## ###### 2024-cü ilədək Yasamal rayonunda yaşamağı rəsmi sübutlarla öz təsdiqini tapır. Bu hal isə onun həmin dövrdə hazırki evdə yaşamadığını sübut edir. 110203200020000 abunə kodu üzrə iddiaçı ilə xxxx ASC arasında heç bir müqavilə imzalanmayıb, 110203200020000 abunə kodu üzrə sayğacların ## #### 2013-cü ildə və ## ###### 2016-cı ildə quraşdırılması barədə heç bir akt imzalanmayıb, sayğaclar iddiaçıya təhvil verilməyib. Bu hal isə iddiaçının sayğaclardan xəbərinin olmamasını, onun cavabdeh qarşısında heç bir öhdəliyinin yaranmamasını sübut edir. 110203200020000 abunə kodu üzrə iddiaçının soyadı kimi qızlıq soyadı olan Yusifzadə göstərilib. Bu hal isə onu sübut edir ki, *************** nömrəli abunə kodu açılan zaman ümumiyyətlə cavabdehdə onun məlumatları olmayıb, haradansa onlar onun adını öyrənib və X21 adı ilə saxta abunə kodu açıblar. Anası ## ###### 2005-ci ildə ölüb, həmin tarixdən də evdə heç kəs yaşamayıb. Bu hal isə anasına məxsus ölüm haqqında şəhadətnamə ilə sübuta yetir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xəlilov Ramin) iddianın qismən təmin edilməsi, ##.##.2014-cü il tarixli akt əsasında İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 (abonent kodu: 110203200020000) ünvanına hesablanmış 25,32 (iyirmi beş manat, otuz iki qəpik) manat məbləğində borcun iddiaçının *************** saylı abunə hesabından silməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh “xxxx” ASC-dən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 7.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hər iki tərəfin təqdim etdiyi abonent saldosundan görünür ki, ##.##.2014-cü il tarixli, RI ****** nömrəli akta əsasən sayğacdan kənar işlədilməyə görə abunə kodu 110203200020000 olan sayğaca 25,32 manat məbləğində borc yazılmışdır. Göründüyü kimi həmin məbləğ iddiaçının istifadə etdiyi enerji sərfiyyatı ilə bağlı yaranan borc olmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının sırf həmin tarixdə (aktın tərtib ediliyi tarix) yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Sayğaca kənar müdaxilənin edilməsinin məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Bundan əlavə isə həmin aktın mövcud olması da cavabdeh tərəfindən sübutlarla təqdim edilə bilməmişdir. Ona görə də sözügedən akt üzrə hesablanmış 25,32 manat borc məbləği əsassız hesab edilməklə iddiaçıya məxsus abunə hesabından silinməlidir. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə isə qeyd etmişdir ki, yerdə qalan borc məbləğinin (tələb edilən 14.528,40 manat məbləğdən 25,32 manat silindikdən sonra yerdə qalan məbləğ) məhz elektrik enerjisindən istifadə ilə bağlı sərfiyyat borcunun olmaması iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçı 2005-ci ildə anası vəfat etdikdən sonra qeyd edilən ünvanda heç kimin yaşamadığını, özünün ailəsi ilə birlikdə 2024-cü ilin yanvar ayından etibarən yaşamağa başladığını, adına abunə kodunun 2007-ci ildə açıldığını, bundan sonra evə sayğacın quraşdırıldığını, lakin evdə 2005-ci ildən 2024-cü ilədək heç kimin yaşamadığını və evə dair sayğacın quraşdırılmasından və sayğac üzrə yazılan borc məbləğindən 2024- cü ildə evə köçdükdən sonra məlumatı olduğunu iddia etsə də, tələbinin dəlilləri məhkəmə tərəfindən sübuta yetirilə bilməmişdir.

8. Məhkəmə əlavə etmişdir ki, işin müəyyən edilən halları (əgər iddiaçının qeyd etdiyi kimi anası 2005-ci ildə vəfat etmiş və özü 2024-cü ildə evdə yaşamağa başlamışdırsa) evdə iddiaçı yaşamasa belə, başqa şəxslərin yaşaması ehtimalını ortaya çıxarır. Belə ki, məhkəmə araşdırması zamanı evdə qeyd edilən müddət ərzində qaz və su xəttinin olub olmaması, evdə qaz və sudan istifadə edilib-edilməməsi ilə bağlı müvafiq sorğular göndərilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Mehdiyev küçəsində yerləşən ünvanda yaşayan İddiaçı ilə ##.##.2018-ci il tarixdə təbii qazın alqı-satqı müqaviləsi bağlanaraq abonent kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X25 ifadəsində iddiaçı ilə yanbayan qonşu olduğunu, öz qazı olmadığına görə təxmini 20 gün iddiaçının yaşadığı evin qazından istifadə etdiyini, iddiaçıdan xahiş etdiyi üçün oğlunun kartı ona verdiyini və maksimum 1 ay istifadə etdiyini bildirmişdir. Həmçinin, şahid qismində dindirilən və evdə usta kimi işləmiş Qasımov Soltanağa da evdə işlədiyi vaxt su və qazın olduğu bildirmişdir. Həmçinin, abonent saldosundan görünür ki, təkcə 2015-ci il tarixə qədər 110203200020000 abunə kodu üzrə 5643,85 manat məbləğində borc mövcud olmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, evdə başqa şəxslərin yaşaması və kommunal xidmətlərdən istifadə etməsi ehtimalında bir növ evin sahibi kimi yarana biləcək hallara görə risk iddiaçının üzərinə düşmüş və nəticələri barədə iddiaçının özü məsuliyyət daşımışdır. Bu halda isə iddiaçı özü yaşamadığı barədə və enerji ilə təmin edilmənin dayandırılması barədə cavabdehə bu müddət ərzində rəsmi müraciət etməmişdir. Çünki ehtimal olunur ki, iddiaçı qeyd edilən sərfiyyat məbləğləri barədə 20 il ərzində heç bir məlumatının olmaması ağlabatan deyildir və bu müddət ərzində isə evdə təmir olduğunu, ara-sıra gedib gəldikləri məhkəməyə bildirdikləri halda həmin vaxt ərzində (20 il daxilində) enerji sərfiyyatı barədə məlumat almadıqları məhkəmə üçün inandırıcı deyildir.

10. Bundan əlavə, məhkəmə iclasında iddiaçı tərəfindən ifadə verən şahidlərdən bəzisi iddiaçını 2023-cü ildən, bəzisi 2024-cü ildən tanıdıqlarını bildirmiş, bununla da ifadə verən şahidlərin fikirləri iddiaçı barəsində ümumi ortaq fikir formalaşdırmadığına görə şahid ifadələri ilə konkret olaraq iddiaçının iddia etdiyi kimi 2024-cü ildən etibarən evdə yaşaması faktı təsdiq edilə bilməmişdir. Cavabdeh tərəfindən ifadə verən şahidlər isə cavabdehin əməkdaşları olaraq iddiaçının yaşadığı evə dair sərfiyyatla bağlı borc ödənilmədiyinə görə kəsimlə bağlı bir neçə dəfə iddiaçının yaşadığı mənzilə təhkim olunduqlarını, borcun ödənilməsini abonentdən tələb etdiklərini, lakin abonentin hər dəfə onlara maneə yaratdığını və borcu ödəmədiyini, üstəlik cavabdehin əməkdaşlarını təhdid etdiyini bildirmişlər.

11. Bundan əlavə, mülki iş materiallarında olan sənədlərdən görünür ki, abunə kodu 110203200020000 olan sayğaca dair hər dəfə müxtəlif tarixlərdə aylıq sərfiyyata görə məbləğlər (özü də həmin məbləğlər arasında da kəskin fərq, yəni azalma və ya artma halı görünmür) hesablanmış və bu məbləğlərə dair də istehlakçı tərəfindən ödənişlər həyata keçirilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi; «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsi; «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndi və 17-ci maddəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2, 7.6, 7.11, 8.17-1, 17-2, 9.1, 9.10-cu bəndləri; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.5, 9.4 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı Xətai rayonu, Elçin Əliyev küçəsi 4, Inzibati binada qeydiyyatda olmaqla ## ###### 1997-ci ildən, yəni nikaha daxil olduğu gündən ## ###### 2024-cü ilədək qaynanası X5 məxsus ünvan 1 ünvanda öz ailəsi ilə- qaynanası, əri və iki oğlu ilə birlikdə yaşayıb. Iddiaçının anası Yusif-zadə Zinyət Ibadulla qızı isə Bakı şəhəri, ünvan 2ndə inşa etdirdiyi qanunsuz tikilidə yaşayıb, ## ###### 2005-ci ildə isə anası vəfat etdikdən sonra həmin evdə kimsə qalmayıb. Iddiaçının anasının yaşadığı evdə heç bir kommunal xidmətlər, qaz, işıq və su olmayıb, 2005-ci ilədək, iddiaçının anasına həmin evin yanında yerləşən zavoddan elektrik enerjisi verilib, anası həmin elektrik enerjisindən istifadə edib. Iddiaçının anası öləndən sonra o ara-bir həmin evə gedib, evi havalandırır, təmizləyir, evə baxıb. Onlar Yasamal rayonunda yaşadığına görə anasının evi ona lazım olmayıb, onun həmin evə su, qaz və ya işıq çəkdirmək niyyəti olmayıb. Lakin, 2023-cü ilin axırlarında onların yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ** saylı ev Bakı şəhərinin abadlaşdırılması planı üzrə layihəyə daxil edilib və onlar layihəni icra edən “xxxx” Şirkəti ilə müqavilə imzalayaraq, evin sökülməsinə və həmin evin əvəzində onlara yeni mənzil verilməsi barədə razılığa gəlib və aralarında olan razılığa əsasən onlar yaşadığı evi ## ###### 2024-cü ilədək Şirkətə təhvil verməyi öhdələrinə götürüblər. Bununla əlaqədar iddiaçı müvəqqəti olaraq anasına məxsus Bakı şəhəri, ünvan 2ndə yerləşən evə köçüb orada yaşamaq qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin axırlarında həmin evi təmir etməyə başlayıblar. Hətta evə elektrik enerjisi çəkmək istədikdə isə evin divarında elektrik sayğacının olmasını görüb və “xxxx” ASCyə müraciət edərək həmin sayğacla anasının evinə verilən elektrik enerjisinə görə abunə nömrəsinin 110203200020000 olmasını öyrənib. Daha sonra “xxxx” ASC-nin ustaları gələrək elektrik xətlərini bərkidib və sayğacın işlək olmasını biliblər. ## ###### 2024-cü il tarixdən isə iddiaçı öz ailəsi ilə həmin evə köçüb, evi təmir etməyə başlayan gündən elektrik enerjisindən istifadə etməyə başlayıblar. O, istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək istədikdə isə sayğacda borcun 14 000 manatdan çox olmasını görüb, bununla əlaqədar “xxxx” ASC-nin əməkdaşlarına dedikdə isə, onlar həmin sayğacın müvəqqəti quraşdırıldığını, sayğacda olan borcun ona aid olmamasını bildiriblər. Lakin ## ######## 2024-cü il tarixdə “xxxx” ASC-nin əməkdaşları onlara gələrək, elektrik enerjisinə görə yaranmış borcu ödəmədiklərinə görə elektrik xətlərinin kəsiləcəyini bildiriblər. Məhz bundan sonra iddiaçı xxxx ASC-dən onlara məxsus evə çəkilmiş elektrik enerjisinə dair məlumatları tələb edib və cavabdeh tərəfindən ona təqdim edilən “Abunə haqqında” sistemdən çıxarışdan məlum olub ki, iddiaçının evinə bərkidilmiş sayğaca dair 110203200020000 abunə kodu, ünvan 3 ünvanına görə X21 adına ## ###### 2007-ci ildə açılıb. Həmin sənədə əsasən 110203200020000 abunə kodu üzrə sayğaclar ## #### 2013-cü ildə və ## ###### 2016-cı ildə quraşdırılıb və həmin abunə kodu üzrə ## ###### 2007-ci ildən 14 528 manat məbləğində borc hesablanıb. Belə hesab edir ki, məhkəmə ilk əvvəl işin faktiki hallarına düzgün qiymət verməmiş, bu səbəbdən iddianın sübuta yetməməsi qənaətinə gəlmişdir. Yəni məhkəmə ilk əvvəl aşağıdakı hallara qiymət verməli idi. 15.Iddiaçı elektrik şəbəkəsinə qoşulması barədə cavabdehə müraciət etmişdirmi; iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə olmuşdurmu; 110203200020000 abunə kodu üzrə ## #### 2013-cü ildə və ## ###### 2016-cı ildə quraşdırılan sayğaclar iddiaçıya təhvil verilmişdirmi. ## ###### 2007-ci ildə, yəni 110203200020000 abunə kodu açılan zaman iddiaçının soyadı Ağayeva olduğu halda, onun soyadının Yusifzadə kimi yazılmasının, ünvanı Bülbülə qəsəbəsi olduğu halda, ünvanın Əmircan qəsəbəsi kimi yazılmasının səbəbləri nə idi. 16.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarına əsasən abonent (əsas istehlakçı)- elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı hesab edilir. Yəni enerji təchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamayan şəxs elektrik enerjisinin istehlakçısı hesab edilə bilməz. Ümumiyyətlə öhdəlik yalnız müqavilə, əsassız varlanma, zərər vurma nəticəsində yarana bilər ki, məhkəmə ilk əvvəl cavabdeh tərəfindən iddiaçıya hesablanmış borca görə, yəni cavabdehin iddiaçıdan yerinə yetirilməsini tələb etdiyi öhdəliyə görə hansı normanın tələblərini tətbiq etməli olduğunu müəyyən etməli idi. Məhkəmə isə ümumiyyətlə iddiaçının elektrik şəbəkəsinə qoşulması barədə cavabdehə heç bir zaman müraciət etməməsinə, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmamasına əhəmiyyət vermədən iddiaçıdan tələb edilən borc məbləğinin (tələb edilən 14.528,40 manat məbləğdən 25,32 manat silindikdən sonra yerdə qalan məbləğ) məhz elektrik enerjisindən istifadə ilə bağlı sərfiyyat borcunun olması kimi qiymətləndirmişdir. Halbuki, enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda (9.13.4.) enerji təchizatı müəssisəsinin istehlakçıya elektrik enerjisinin verilməsini davam etdirmək hüququ yoxdur, yəni cavabdeh tərəfindən iddiaçıdan tələb edilən bu borc məbləği müqavilə öhdəliyi üzrə yaranan borc, elektrik enerjisnin sərfiyyat borcu kimi müəyyən edilə bilməzdi. Həmçinin işin hallarından da görünür ki, məhkəmə 110203200020000 abunə kodu üzrə ## #### 2013-cü ildə və ## ###### 2016-cı ildə quraşdırılan sayğacların iddiaçıya təhvil verilməməsinə, bu barədə heç bir akt olmamasına, ## ###### 2007-ci ildə, yəni 110203200020000 abunə kodu açılan zaman iddiaçının soyadının Ağayeva olduğu halda, abonent kodunda onun soyadının Yusifzadə kimi yazılmasına, ünvanı Bülbülə qəsəbəsi olduğu halda, ünvanın Əmircan qəsəbəsi kimi yazılmasının səbəblərinə aydınlıq gətirməmiş, iş üçün xüsusi əhəmiyyət kəsb edən bu halı obyektiv araşdırmamışdır. Məhkəmənin iddiaçının öz iddiasını sübut edə bilməməsi əsasına münasibətdə isə bildirmək istəyir ki, iddiaçının iddiasının əsaslandığı hallar aşağıdakılardan ibarət olmuşdur.

1. Iddiaçı elektrik şəbəkəsinə qoşulması barədə heç bir zaman cavabdehə müraciət etməmişdir.

2. Iddiaçı elektrik enerjisnin alqı-satqısı barədə cavabdehlə müqavilə imzalamamışdır.

3. 110203200020000 abunə kodu üzrə quraşdırılmış sayğaclar ona təhvil verilməmişdir.

4. 110203200020000 abunə kodunda o, deyil Yusifzadə Mehriban göstərilmiş, ünvan kimi isə Bülbülə qəsəbəsi deyil Əmircan qəsəbəsi göstərilmişdir.

5. ## ###### 1997-ci ildən- ## ###### 2024-cü ilədək ünvan 1 ünvanda yaşamış, mübahisəli evdə yaşamamışdır.

6. Həmin evin təmirini o 2023-cü ilin sonundan başlamış, ## ###### 2024-cü ildə həmin evə köçmüşdür. 17.Iddiaçının iddiasının əsaslandığı bu hallardan- elektrik şəbəkəsinə qoşulması barədə heç bir zaman cavabdehə müraciət etməməsi, elektrik enerjisnin alqı-satqısı barədə cavabdehlə müqavilə imzalamaması, 110203200020000 abunə kodu üzrə quraşdırılmış sayğacların ona təhvil verilməməsi- halları cavabdehin etirafı ilə də öz təsdiqini tapır. Belə ki, cavabdeh məhkəmə iclasında şifahi olaraq belə bir sənədlərin mövcud olmamasını etiraf etmiş, hətta məhkəmə iddiaçının sübutların təmin edilməsi barədə vəsatətini də bu əsasla, yəni ümumiyyətlə iddiaçı ilə bağlanmış müqavilənin, sayğacın quraşdırılması barədə aktların mövcud olmaması əsası ilə təmin etməmişdir. Yəni əgər cavabdeh iddianın iddiaçı ilə müqavilə bağlanmaması, iddiaçının elektrik şəbəkəsinə qoşulması barədə müraciət etməməsi əsasına etiraz edirsə, o, öz etirazının əsaslandığı halları sübuta yetirməli, yəni iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləni, iddiaçının ona müraciət etməsi barədə sənədi məhkəməyə təqdim etməli idi, əgər cavabdeh bu sənədi məhkəməyə təqdim etmirsə iddiaçının artıq bu əsası sübuta yetmiş hesab edilir. Yaxud cavabdeh iddiaçının əsaslandığı bu halları etiraf edirsə, artıq iddiaçının bu halları sübut etmək vəzifəsi qalmır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında heç bir müqavilənin olmamasının sübuta yetməsinə baxmayaraq məhkəmə bu hala qiymət verməmişdir. 110203200020000 abunə kodunun iddiaçı İddiaçı adına deyil, X20 adına olması, evin ünvanı kimi isə Bülbülə qəsəbəsinin deyil, Əmircan qəsəbəsi olması məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Abunə Haqqında” sənədlə öz təsdiqini tapır ki, məhkəmə bu hala da qiymət verməli olduğu halda, bu halın da üzərindən sükutla keçmişdir. Iddiaçının iddiasının ## ###### 2024-cü ilədək başqa ünvanda yaşaması, mübahisəli evdə yaşamaması, həmin evin təmirini o 2023-cü ilin sonundan başlaması, ## ###### 2024-cü ildə həmin evə köçməsi barədə əsaslandığı hallar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışlarla (** saylı MKTŞ-nin ##.##.2024-cü il tarixli, Bülbülə qəsəbəsi nümayəndəlyinin ##.##.2024-cü il tarixli və ** saylı şəhər poliklinikasıın ##.##.2025ci il tarixli arayışları), şahid ifadələri ilə sübuta yetmişdir. Iddiaçının iddiasının mübahisəli evin təmirinin 2023-cü ilin sonundan başlamasını, ## ###### 2024-cü ildə həmin evə köçməsi barədə əsaslandığı hallar da şahid ifadələri ilə sübuta yetmişdir. Göründüyü kimi iddiaçı öz iddiasının əsaslandığı bütün halları rəsmi sənədlər və şahid ifadələri ilə sübuta yetirsə də məhkəmə onun öz iddiasını sübuta yetirə bilməməsinə istinad etmişdir. Halbuki, iddiaçı sübuta yetirmişdir ki, o elektrik şəbəkəsinə qoşulması barədə heç bir zaman cavabdehə müraciət etməmiş, cavabdehlə bu barədə müqavilə imzalamamış, ## ###### 2024-cü ilədək həmin ünvanda yaşamamış, həmin tarixədək həmin ev yaşayış üçün yararlı olmamışdır. Bu baxımdan belə hesab edir ki, iddiaçının bu sübutları iddianın təmin ediməsi üçün kifayət qədər mötəbər sübutlar olmuşdur. Cavabdeh isə iddiaçının iddiasına etiraz edərək, iddiaçıdan dəfələrlə borcun ödənilməsi tələb edilsə də, iddiaçının borcu ödəməməsini göstərsə də, bu barədə, yəni 2007-ci ildən bu tarixədək iddiaçıya hər hansı bir bildirişin göndərilməsi, iddiaçının elektrik enerjisinin dayandırlıması barədə hər hansı bir aktın tərtib ediməsini sübut edən heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Işin halından da görünür ki, 110203200020000 abunə kodu üzrə ##.##.2015-ci ilə qədər olan borc 5643,85 manat təşkil etmişdir. Indi bir sual ortaya çıxır: Əgər iddiaçının ##.##.2015-ci ilə qədər 5643,85 manat borcu var idisə və o borcdan heç bir məbləğ ödəmirdisə niyə o zaman ## ###### 2016-cı ildə onun sayğacı dəyişdirilir və ona yenidən elektrik enerjisini “talamaq” imkanı yaradılırdı? Niyə o zaman onun elektrik enerjisinin dayandırılması barədə ona bildiriş verilmir, onun elektrik enerjisi dayandırılmırdı? Bütün bu suallara isə cavabdehin nümayəndəsi birbaşa cavab verməkdən yayınmış, sadəcə elektrik enerjisinin dayandırılmasına iddiaçı tərəfindən icazə verilməməsini göstərmşdir. Halbuki, cavabdeh iddiaçıya verilən elektrik enerjisinn dayandırılmasını yalnız 2024-cü ilin yanvar ayından sonra cəhd etmişdir. Məhkəmə öz qətnaməsində isə cavabdehin şahidlərinin izahatında bildirdikləri, iş üçün xüsusi əhəmiyyət kəsb edən halları göstərməmiş, ümumiyyətlə bu hallara qiymət verməmişdir. Belə ki, cavabdehin bütün şahidləri yalnız 2023-cü ilin sonları, 2024-cü ilin əvvəllərində olan hadisələr barədə danışmış, bundan əvvəl olan hallar barədə isə heç bir şahid hər hansı bir halı göstərə bilməmişdir. Şahidlər izahat verərkən əsasən 2024-cü ildə baş vermiş hala- cavabdehin əməkdaşlarının iddiaçının elektrik enerjisinin dayandırılması barədə hərəkətlərindən, iddiaçının isə buna icazə vermədiyindən danışmış, 2024-cü ildən əvvəl iddiaçının həmin evdə yaşayıb-yaşamaması bilmədiklərini, həmin evə elektrik enerjisnin dayandırılması üçün gəlməmələrini bildirmişlər. Cavabdeh tərəfindən şahid qismində məhkəmədə izahatı alınmış şəxslər başqa sahələrin əməkdaşları olmuş, mübahisəli ünvanın yerləşdiyi Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsinə baxan şəxsləri cavabdeh məhkəməyə şahid qismində dəvət etməmişdir. Halbuki, həmin ünvan barədə dolğun məlumatı yalnız həmin sahəyə baxan əməkdaş verə bilər, 2024-cü ilin yanvar ayınadək həmin ünvanda yaşayışın olubolmamasını həmin şəxs bilərdi. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, mübahisəli ünvanın yerləşdiyi sahəyə baxan şəxs Babayev Elnur adlı şəxs olmuş, cavabdeh isə Elnur Babayevi qəsdən məhkəməyə şahid qismində dəvət etməmişdir. X2 mübahisəli ünvanda 2024-cü ilədək heç kimin yaşamamasını, həmin evə heç bir zaman elektrik enerjisinin dayandırılması barədə bildiriş göndərilməməsini, elektrik enerjisinin kəsilməsinə cəhd edilməməsini, ümumiyyətlə həmin ünvanda elektrik enerjisindən istifadə edilməməsini yaxşı bilmişdir. Məhkəmənin qətnaməsində cavabdeh tərəfin şahidlərinin izahatları ümumi formada göstərilmiş, məhkəmə şahidlərin ifadələrində göstərilən halların baş vermə tarixlərinin gizlətməyə çalışmışdır. Məsələn cavabdehin əməkdaşı X6 ifadə verərək rəhbərliyin göstərişinə əsasən 2 dəfə borcun ödənilməsi ilə bağlı kəsimə təhkim olunduğunu və 2 dəfə iddiaçını gördüyünü, hadisə olan vaxtı və ondan 10 15 gün əvvəl orada olduğunu, aparıcı mühəndis və digər mühəndis olmaqla kəsimə gəldiklərini və göstərişə əsasən elektrik verilməsinin dayandırıldığını, həmin əraziyə təhkim olunduğunu bildirmişdir. Cavabdehin digər şahidləri, o cümlədən X15 , X10 , X10, X11 və X7 da eyni məzmunlu ifadələr vermiş və sualara cavab olaraq bu halların 2024-cü ildə olmasını göstərmişlər. Məhkəmə isə şahidlərin ifadəsində bunu qeyd etməməklə cavabdehin etirazının əsaslandığı halların sübut edilməsi görüntüsü yaratmağa çalışmışdır. Göründüyü kimi məhkəmə şahidlərin ifadəsində tarixi açıqlamamış, şahidlərin danışdıqlarının 2024-cü ildən sonraya aid olmasını gizlətməyə çalışmışdır. Məhkəmə təkcə şahidlərin ifadələrində tarixləri göstərməməklə kifayətlənməmiş, hətta bəzi sənədlərdə də iddiaçının əsaslandığı halları təsdiq edən sübutlara qiymət verməmiş, öz qətnaməsində iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “Abonent haqqında” arayışa qiymət verərkən arayışda ünvanın “Əmircan” qəsəbəsi kimi göstərilməsindən yan keçməsi üçün “Əmircan” sözünü göstərməmişdir. Belə ki, məhkəmə qətnamənin 19-cu bəndində həmin sübuta qiymət verərək göstərmişdir ki, “Mülki işin materiallarında olan və cavabdeh tərəfindən təqdim edilən “xxxx” ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, abunə kodu 110203200020000 və X21 adına olan Bakı şəhəri,Suraxanı rayonu, İ.Məmmədov ünvanına dair ödənilməmiş 14.736,2 manat borc mövcuddur. Bu abonentə hüquq şirkəti nəzarət edir və borc ##.##.2015-ci ilə qədər 5643,85 manat təşkil etmişdir.” Göründüyü kimi məhkəmə burada ünvanı göstərən zaman Suraxanı rayonu sözündən sonra “Əmircan” sözünü bilərəkdən göstərməyərək, birbaşa küçəni göstərmiş, bununla da hətta abonent kodunun Bülbülə qəsəbəsi deyil, Əmircan qəsəbəsi üçün açılması məsələsini də araşdırmadan yayındırmışdır. Halbuki, həmin arayışdan da görünür ki, 110203200020000 abunə kodu Bülbülə qəsəbəsi deyil, Əmircan qəsəbəsi ünvanı üçün açılmışdır. Beləliklə də cavabdeh iddianın əsaslandığı hallara etiraz olaraq, iddiaçının yaşadığı evə verilən elektrik enerjisinin əvvəllər də (2024-cü ildən əvvəl) kəsilməsinə cəhd edilməsini sübut etməyə çalışsa da, heç bir şahid 2024-cü ildən əvvəl kəsimin olmasını, kəsim üçün iddiaçıya bildiriş verilməsini, həmin ünvana getmələrini, ümumiyyətlə həmin ünvanda yaşayış olmasını göstərməmişdir. Yalnız şahidlərdən biri 2023-cü ilin sonunda iddiaçının evinə gəlməsini göstərmişdir ki, iddiaçı da özünün 2023-cü ilin sonlarında həmin evdə təmirə başlamasını öz iddiasında qeyd etmişdir. Göründüyü kimi cavabdeh iddiaya olan etirazının əsaslandığı heç bir halı sübut edə bilməmiş, iddiaçının qeyd edilən tarixdə mübahisəli ünvanda yaşamamasını bildiyi üçün əraziyə baxan mühəndisi belə şahid qismində məhkəməyə dəvət etməmişdir. Beləliklə də belə hesab edirəm ki, tərəflər arasında elektrik enerjisin alqı-satqısı barədə müqavilə olmadığına və yuxarıda qeyd edilən digər hallara görə məhkəmə bu iddiaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarını tətbiq edə, həmin qaydalara əsaslanaraq, iddiaçıya hesablanmış borcun enerji sərfiyatına görə hesablanmasını göstərə bilməzdi. Bütün bu qeyd edilənlərdən əlavə bir halı məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə də təəsüflər olsun ki, sübut qismində istinad edərək, qətnamənin 25-ci bəndində ərizənin məzmununu açıqlayaraq, göstərmişdir ki, “Ərizədən görünür ki, iddiaçıİddiaçı hər ay istifadə edilmiş elektrik enerjisinin hesabatı ilə bağlı qəbzlər təqdim edilmişdir. Lakin iddiaçı illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2024-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir”. Halbuki, cavabdeh tərəf iddiaçıya hər ay istifadə edilmiş elektrik enerjisinin hesabatı ilə bağlı qəbzlərin təqdim edilməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bütün bu hallar isə onun birinci instansiya məhkəməsinin bu işdə qərəzli mövqedə olmamasını, işə obyektiv baxmasını deməsinə imkan vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə4 apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq normaları:

21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı maddəsinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini iddianın təmin edilməyən hissəsində qətnamənin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

27. Saldodan görünür ki, 2007-ci il tarixdə X20 adına 110203200020000 abunə kodu açılmış və həmin tarixdən etibarən iddia verilən vaxtadək 14528,40 manat məbləğində həmin abunə kodlu sayğaca borc hesablanmışdır. 28.Iddiaçı iddia edir ki, anası X14 2005-ci ildə vəfat edənədək mübahisə predmeti olan Bakı şəhəri, ünvan 2ndə inşa etdirdiyi qanunsuz tikilidə yaşamışdır. Iddiaçı isə 2023-cü ilin sonunda yaşadığı Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ** saylı evin sökülməsi ilə əlaqədar xxxx şirkətilə müqavilə bağlandıqdan sonra mübahisə predmeti olan evə köçüb yaşamışdır. Bu səbəbdən borcun silinməsini tələb edir.

29. O, tələbini 2024-cü ilədək həmin mənzildə yaşamaması, cavabdeh müəssisə ilə aralarında elektrik enerjisinin verilməsinə dair müqavilə bağlanmaması, onun elektrik şəbəkəsinə qoşulması barədə heç bir zaman cavabdehə müraciət etməməsi, 110203200020000 abunə kodu üzrə quraşdırılmış sayğacların ona təhvil verilməməsi, 110203200020000 abunə kodunda iddiaçının, deyil Yusifzadə Mehribanın göstərilməsi, ünvan kimi isə Bülbülə qəsəbəsi deyil Əmircan qəsəbəsinin qeyd olunması ilə əsaslandırmışdır.

30. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xəlilov Ramin) iddianın qismən təmin edilməsi, ##.##.2014-cü il tarixli akt əsasında İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 (abonent kodu: 110203200020000) ünvanına hesablanmış 25,32 (iyirmi beş manat, otuz iki qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. 31.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, sayğaca kənar müdaxilənin edilməsinin məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Bundan əlavə isə həmin aktın mövcud olması da cavabdeh tərəfindən sübutlarla təqdim edilə bilməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə isə qeyd etmişdir ki, yerdə qalan borc məbləğinin (tələb edilən 14.528,40 manat məbləğdən 25,32 manat silindikdən sonra yerdə qalan məbləğ) məhz elektrik enerjisindən istifadə ilə bağlı sərfiyyat borcunun olmaması iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.

32. Apellyasiya baxışında əldə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən: 1.Cədvəlin təhlili zamanı məlum olmuşdur ki, ##.##.2026-cı il tarixinə mənzildə elektrik enerjisinə görə 15.899,80 manat borc vardır və sözügedən borc məbləği ##.##.2007-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan dövrdə yaranmışdır.

2. Cədvələ əsasən müəyyən edilmişdir ki, 15.899,80 manat borcdan 120,96 manat məbləği ##.##.2007-ci il tarixində ****** nömrəli akta görə aparılmış hesabata, 4470 manat məbləği ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixədək olan müddətdə işlədicilərin gücünə görə orta sərfiyyatlara görə aparılmış hesabatlara, 25,32 manat məbləği ##.##.2014-cü il tarixli RI ****** nömrəli akta görə aparılmış hesabata, 4 manat məbləği müvafiq olaraq ##.##.2026-cı il tarixdə yanvar ayı üçün 1 manat, ##.##.2026-cı il tarixdə fevral ayı üçün 1 manat, ##.##.2026-cı il tarixdə mart ayı üçün 1 manat, ##.##.2026-cı il tarixdə aprel ayı üçün 1 manat olmaqla aylıq sabit tarifə, qalan 11.279,52 manat məbləği isə sayğacla müəyyənləşən sərfiyyatın dəyərinə əsasən yaranmışdır. Aktlar və hesabat sənədləri təqdim edilməmişdir.

33. Kollegiya qeyd edir ki, mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşür.

34. Halbuki, mütəxəssis rəyinə əsasən ##.##.2007-ci il tarixində ****** nömrəli akta əsasən istehlaçının hesabına 120,96 manat borc hesablandığı müəyyən edilsə də, həmin aktın mövcudluğu iş materiallarından müəyyən edilmir.

35. Buna görə də kollegiya hesab edir ki, həmin akt üzrə hesablanmış borc silinməlidir.

36. Eyni zamanda rəydən müəyyən edilir ki, ümumi borcun 4470 manat məbləği isə ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixədək olan müddətdə işlədicilərin gücünə görə orta sərfiyyatlara görə aparılmış hesabatlara əsasən hesablanmışdır.

37. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan aonra - Qaydalar) 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydalara əsasən işlədicilərin gücünə görə orta sərfiyyatlara görə hesablaşma nəzərdə tutulmamışdır.

38. Buna görə də kollegiya hesab edir ki, 4470 manatın istehlakçıdan tələb edilməsi də qanunsuz olmaqla həmin borc məbləğinin silməsi tələbi əsaslı hesab edilməlidir.

39. Kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi ##.##.2007-ci il tarixli, ****** nömrəli akta əsasən hesablanmış 120,96 manat borc və ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixədək olan müddətdə işlədicilərin gücünə görə orta sərfiyyatlara görə aparılmış hesabatlara əsasən hesablanmış 4470 manat borcla bağlı hissədə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

40. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi qeyd olunan hissədə təmin edilməli, ##.##.2007-ci il tarixli, ****** nömrəli akta əsasən hesablanmış 120,96 manat borc və ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixədək olan müddətdə işlədicilərin gücünə görə orta sərfiyyatlara görə aparılmış hesabatlara əsasən hesablanmış 4470 manat borc iddiaçının *************** saylı abunə hesabından silinməlidir.

41. Sayğacla müəyyənləşən sərfiyyatın dəyərinə əsasən yaranmış borca münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və mütəxəssis rəyindən göründüyü kimi, borcun bu hissəsi orta aylıq və ya akt əsasında deyil, məhz mənzildə quraşdırılmış sayğacın faktiki qeydə aldığı real sərfiyyat əsasında formalaşmışdır.

42. “xxxx” X3 tərəfindən verilən ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “xxxx” X3 elektron bazasında Ağayeva (Yusifzadə) Mehriban Əliabbas qızının (X14) adına qeydiyyatın olmadığı müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu hal hazırki mülki işin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etmir. Çünki iddiaçının bildirdiyi əsas götürülərsə iddiaçı 2024-cü ilin əvvəlindən həmin ünvanda yaşayır. Amma 2025-ci il tarixli məktuba əsasən qeydiyyat barədə məlumat yoxdur. 43.Lakin mülki işin materiallarında olan “Azəriqaz” Istehsalat Birliyi tərəfindən ##.##.2025ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Mehdiyev küçəsində yerləşən ünvanda yaşayan İddiaçı ilə ##.##.2018-ci il tarixdə təbii qazın alqı-satqı müqaviləsi bağlanaraq abonent kimi qeydiyyata alınmışdır. 44.Garep göstəricisindən müəyyən olunur ki, 2018-ci ildən qazdan istifadə ilə bağlı ödəniş edilmişdir.

45. Birinci instansiya məhkəəsində dindilirmiş şahidlərdən X25 ifadəsində bildirmişdir ki, Mehriban 2024-cü ildə gəlib orada yaşadığına görə tanış olmuşdur. Orada heç kim yaşamayıb. 2018-ci ildən etibarən orada qaz sayğacı yerləşdirilməsi ilə bağlı suala cavabı belə olmuşdur ki, onun qazında problem olduğuna görə öz qazından istifadə edə bilmirdi, qonşunun qazından istifadə edirdi. Xahiş etdiyi üçün Mehriban xanımın oğlu kartı ona vermişdir. Maksimum 1 ay istifadə etmişdir (i.v.92). 46.Şahid ifadəsində gah Mehriban xanımı 2024-cü ildə gəlib orada yaşadığına görə tanıdığı, gah da 2018-ci ildən etibarən orada qaz sayğacı yerləşdirilməsi ilə bağlı suala cavab olaraq qonşunun qazından istifadə etməsini, Mehriban xanımın oğlu tərəfindən kartın ona verildiyini qeyd etmişdir. 47.Daha sonra iddiaçı arayış təqdim etmişdir ki, 2024-cü il tarixədək iddiaçı mübahisə predmeti olan evdə yaşamamış və həmin evdə müvəqqəti qeydiyyatda yaşayan şəxs olmamışdır. 48.Kollegiya qeyd edir ki, iddiaçı özü yaşamasa da başqa şəxsin istifadəsinə verməsi mümkün haldır. O cümlədən, evdən qeydiyyata düşmədən də istifadə edilməsi də mümkündür. 49.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, sayğacın faktiki qeydə aldığı real sərfiyyat əsasında yazılmış borcun silinməsi barədə iddiaçının tələbi əsassızdır. Qeyd edilən ünvana 2007-ci ildən elektrik sayğacı, 2018-ci ildən isə qaz sayğacı quraşdırılmışdır. ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixədək olan müddətdə işlədicilərin gücünə görə orta sərfiyyatlara görə hesabat aparılsa da daha sonra borc real sərfiyyat əsasında yazılmışdır.

50. Belə olan halda kollegiya qeyd edir ki, idiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - ##.##.2007-ci il tarixli, ****** nömrəli akta əsasən hesablanmış 120,96 manat borc və ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixədək olan müddətdə işlədicilərin gücünə görə orta sərfiyyata görə aparılmış hesabatlara əsasən hesablanmış 4470 manat borcla bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilərək ##.##.2007-ci il tarixli, ****** nömrəli akt əsasında İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 (abonent kodu: 110203200020000) ünvanına hesablanmış 120,96 manat borc və orta sərfiyyata əsasən hesablanmış 4470 manat borc iddiaçının *************** saylı abunə hesabından silinməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 51.Kollegiya o cümlədən qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün hazırda apellyasiya şikayəti üzrə iddianın təmin edilən hissəsinə mütənasib olaraq dövlət rüsumu 33 manat cavabdehdən dövlət nəfinə tutulmalıdır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti cavabdehə münasibətdə 5000 manatdan az olduğu üçün qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - ##.##.2007-ci il tarixli, ****** nömrəli akta əsasən hesablanmış 120,96 (yüz iyirmi manat doxsan altı qəpik) manat borc və orta sərfiyyatlara görə aparılmış hesabatlara əsasən hesablanmış 4470 (dörd min dörd yüz yetmiş) manat borcla bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. ##.##.2007-ci il tarixli, ****** nömrəli akt əsasında İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 (abonent kodu: 110203200020000) ünvanına hesablanmış 120,96 (yüz iyirmi manat doxsan altı qəpik) manat borc və orta sərfiyyata əsasən hesablanmış 4470 (dörd min dörd yüz yetmiş) manat borc iddiaçının *************** saylı abunə hesabından silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehdən 33 (otuz üç) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, iddiaçı tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar