Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5845/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ (“Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 451/2023 saylı işi üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-451/2023 saylı işi üzrə 12 iyul 2023cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127; Mülki Məcəllənin 180.1, 180.2, 180.4; Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2, 6.3, 6.4, 6.7; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin uzun müddət ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi və iddia ərizəsində qeyd olunan digər tikililər Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük- Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir. İddiaçı cavabdehin yaşadığı evin və digər tikililərin mühafizə zonasında inşa edilməsini iddia etsə də, Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin nə vaxt inşa edilməsini müəyyən edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının özünün də tərtib etdiyi sənədlərdən cavabdehin yaşadığı evin köhnə ev olması müəyyən edilsə də, iddiaçı həmin evin və digər tikililərin sökülməsi, yəni cavabdehin mühafizə zonasından çıxarılmasına dair iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikililər cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası DNŞ Təhlükəsizlik İdarəsinin qarovul rəisi əvəzi S.Ə.İsmayılovun, mühafizəçilər K.M.Babayevin və N.V.İsmayılovun tərtib etdikləri xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 17:10-da 13-14 saylı postların ərazisində Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1 -ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evə bitişik, 3 metr enində, 6 metr uzunluğunda, 4 metr hündürlüyündə dəmir konstuksiyadan ibarət dam örtüyü vurulmamış yeni çardaq quraşdırılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək sökülməsi tələb edilmiş, lakin o, xəbərdarlığa məhəl qoymaraq sökməkdən imtina etmişdir; - Neft Kəmərləri İdarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında Şirvan-Böyük-Şor Dş- 500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də kəmərin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir; - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ 030549 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü X1 Musayevdən Qaraqurbanlıya dəyişdirilmiş və bu barədə adın, ata adının və soyadının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 23 saylı akt qeydi tərtib edilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-584/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən X4 və ailə üzvlərinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 4 ünvana qeydiyyata alınması Binəqədi rayon Pİ-nin Qeydiyyat və ŞVŞ-nə tapşırılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1663 saylı rəyinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 9,55 metr məsafədə çardaq tikilisindən 10,0 metr məsafədə və fərdi yaşayış evindən 11,25 metr məsafədə yerləşdiyi nəzərə alınarsa həmin daş hasarın, çardaq tikilisinin və fərdi yaşayış evinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları ilə müəyyən edilmiş 50 metrlik mühafizə zonasının daxilində yerləşir(iş səh. 8-16, 40-45, 64). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(001)-451/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 22.5; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 217-ci maddələrinə ;“Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununa”; Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına; Nazirlər Kabinetinin 167 saylı, 02 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X9 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə; AZ DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarına istinadən qeyd edilmişdir ki, Cavabdeh torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmiş və daha sonra torpaq sahəsində tikililər inşa etmişdir. Belə ki, Azərbaycan Respublikası DNŞ Təhlükəsizlik İdarəsinin qarovul rəisi əvəzi S.Ə.İsmayılovun, mühafizəçilər K.M.Babayevin və N.V.İsmayılovun tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 17:10-da 13-14 saylı postların ərazisində Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evə bitişik, 3 metr enində, 6 metr uzunluğunda, 4 metr hündürlüyündə dəmir konstuksiyadan ibarət dam örtüyü vurulmamış yeni çardaq quraşdırılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək sökülməsi tələb edilmiş, lakin o, xəbərdarlığa məhəl qoymaraq sökməkdən imtina etmişdir. Neft Kəmərləri İdarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də kəmərin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir. Beləliklə cavabdehin fərdi yaşayış evinə iddiaçının dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olmuş, ədalətli balans prinsipi gözlənilmiş və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Tərəfimizdən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olmuşdur. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin özbaşına tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1 -ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında cavabdeh tərəfindən tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X9 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən,X9 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X6 cavabdehin yaşadığı evin 2000-ci ildə tikildiyini, 23 il ərzində onun həmin ərazidə yaşamasına etiraz edilmədiyini, əksinə dövlət tərəfindən evin qaz, su, elektrik enerjisi ilə təmin edildiyini, həmin ərazidə neft kəmərinə daha yaxın məsafədə evlərin yerləşdiyini, evin neft kəmərinin qarşısında olan yolun digər tərəfində olduğunu qeyd etmiş, mübahisəli evin cavabdehin yeganə yaşayış sahəsinin olduğunu bildirməklə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlamış və iclasın onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə diqqət yetirilməlidir: 139- 1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə,ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
10. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-584/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən X4 və ailə üzvlərinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Füzuli küçəsi 1-ci döngə 30 saylı evə yaşayış hüquqları tanınması barədə icrası məcburi olan və dövlətin adından qəbul edilən məhkəmə aktı mübahisələndirilmədən səlahiyyətlər baxımından hazırki mülki mühakimə icraatı çərçivəsində muzakirə oluna ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onun əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiyanın dəlilləri əsassızdır. Apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur, qətnamədə qeyd edilənlərin təkzib edilməsini iddia edən şəxs sübut etməlidir.
11. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-451/2023 saylı işi üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.