Məhkəmə qərarları › İş №2(103)-5849/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5849/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5849/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-612/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən onun ünvan 1 ünvandakı evinin qaz sayğacına (abonent kodu: **********0003) Cavabdeh tərəfindən yazılmış 22880.18 manat əsassız cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-612/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 22809.6 manat (iyirmi iki min səkkiz yüz doqquz manat altmış qəpik) məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, elektron portal sistemində yaranmış nasasızlıqlar səbəbi ilə apellyasiya şikayətini göndərmək mümkün olmamışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-612/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərardadı ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh məhkəməyə şikayət ilə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-612/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə kollegiyası şikayətin dəlilinə əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdehnə və cavabdehin vəkili Vəkil məxsus elektron kabinetlərə yerləşdirilmişdir. Bununla da qətnamə cavabdeh orqana məhz həmin tarixdə çatdırılmış hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, bununla da cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti buraxmışdır. Cavabdeh İB apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasını “Elektron məhkəmə” informasiya sistemində yaranmış nasazlıqla əlaqələndirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Rayon məhəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehə və cavabdehin vəkilinə məxsus elektron kabinetlərə yerləşdirilmiş, bununla da məhz həmin tarixdə cavabdehə çatdırılmışdır. Buna baxmayaraq qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni cavabdeh qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət bitdikdən üç gün sonra apellyasiya şikayəti vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “Elektron məhkəmə” informasiya sistemində baş vermiş hansısa qısamüddətli (adətən bir neçə saatlıq) nasazlıqlar (hərçənd bu sübut olunmur) üç günlük bir gecikmə üçün üzrlü səbəb hesab oluna bilməz. Üstəlik, nəzərə alınmalıdır ki, cavabdehin qətnamədən şikayət vermədiyi 19-20-21 iyun 2023-cü il tarixləri iş günləri olmuşdur. Digər tərəfdən, şikayət elektron qaydada verildiyindən vaxtında verilən şikayətin məhkəməyə gec daxil olması kimi bir haldan da söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən, məlum olur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-612/2023 nömrəli qətnaməsindən şikayət verilməsi üçün MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsi üçün cavabdehin irəli sürdüyü səbəb üzrlü hesab edilə bilməz. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh İB tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(010)-612/2023 nömrəli, 21 iyul 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar