Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5850/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra və Probasiya şöbəsi və DƏDRX-in 01 saylı Bakı Ərazi İdarəsi olmaqla qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan İddiaçı bu qərardaddan da şikayət verərək ləğv edilməsini xahiş etmışdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 18 dekabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2485/2021 saylı, 04.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı iş üzrə 13 noyabr 2020-ci il tarixli qərardadı ləğv olunmuş və iş, 23 oktyabr 2020-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması, yaxud rüsum ödənilməməsi səbəbilə şikayətin geri qaytarılmalı olubolmadığı məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsi və əvvəlki şikayəti üzrə müvafiq prosessual hərəkətlər etməyi, əks halda şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, MPM-in 399-cu maddəsində konkret olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Nəsimi Rayon Məhkəməsi tərəfindən isə yuxarı məhkəmənin göstərişi yanlış- məhkəmənin “öz istədiyi kimi” başa düşülmüş-yozulmuş, şikayət yenə eyni əsasla geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 23 oktyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayəti müdafiə etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı onlara təqdim edilmədiyindən 15 mart 2021-ci il tarixli qərardadın ləğv edilməsindən məlumatsız olmuşdur. Apellyasiya instansiya məhkəməsi şikayəti iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Əvvəla ona görə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-2222/2020 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayətini təmin edərək özünün 15 mart 2021-ci il tarixli qərardadını ləğv etsə də mübahisəyə (bu halda 23 oktyabr 2020-ci tarixli qərardaddan verilmiş şikayətə) baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməmişdir. Düzdür, elə həmin qərardadla iddiaçının 23 oktyabr 2020-ci(səhvən 2021-ci il göstərilib) il tarixli qərardadından verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. Ancaq məhkəmə 23 oktyabr 2020-ci il tarixli qərardaddan iddiaçının şikayətinə də Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin imperativ tələbinə görə baxmalı, bu qərardaddan verilən şikayətin də əsaslı yaxud əsassız olmasına hüquqi qiymət verməli idi. Lakin 29 aprel 2021-ci il tarixli qərardadda 23 oktyabr 2020-ci il tarixli qərardadın əsaslılığına yaxud əsassızlığına heç bir münasibət bildirilməmişdir. Başqa sözlə 29 aprel 2021-ci il tarixli qərardadın əsaslandırıcı hissəsində həmin şikayətə münasibət bildirilməsə də, nəticə hissəsində də 23 oktyabr 2020-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətin təmin yaxud rədd edilməsi göstərilməmişdir. Bu hal onu təsdiq edir ki, məhkəmə iddiaçının 23 oktyabr 2020-ci il tarixli qərardaddan deyil, yalnız 15 mart 2021-ci il tarixli qərardaddan şikayətinə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə uyğun baxmış və sonuncu qərardadı ləğv etmişdir. Ancaq 23 oktyabr 2020-ci il tarixli qərardaddan şikayətə də Mülki Prosessual Məcəllənin 269cu maddəsinin tələbinə uyğun baxmaq məhkəmənin vəzifəsi idi. Lakin məhkəmə prosessual qanunvericiliyin bu tələbinə riayət etməmişdir. Göründüyü kimi, bu ziddiyyətli hallar araşdırılmadan işə apellyasiya qaydasında baxılması mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış şikayət, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 29 aprel 2021-ci il tarixli qərardadının nəticə hissəsinin ikinci abzasında nəzərdə tutulan, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2222/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin imperativ tələbinə əsasən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 29 aprel 2021-ci il tarixli qərardadının nəticə hissəsinin ikinci abzasında nəzərdə tutulan, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin imperativ tələbinə əsasən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5850/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5850/2021
09.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver