Məhkəmə qərarları › İş №2(103)-5851/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5851/2023

04.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5851/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, X10 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(010)-783/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 10 saylı Notariat Ofisinə, X5 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı Dövlət Notariat kontorunun 01 sentyabr 2020-ci il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, faktiki olaraq X2 onların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnaməsində onların adına qeyd edilməsi və yenidən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(010)-783/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə ona, 1/4 hissədə cavabdehə, 1/4 hissədə mərhumə Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən qətnamə ilə maraqlarına toxunduğunu irəli sürən İddiaçı2 apellyasiya şikayəti vermiş, iş hal-hazırda hakim Elnur Həsənovun icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(103)-5482/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə ona, 1/4 hissədə cavabdehə, 1/4 hissədə mərhumə Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılması tələbinə dair mülki işin icraatı hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə ona, 1/4 hissədə cavabdehə, 1/4 hissədə mərhumə Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılması tələbinə dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hakim Elnur Həsənovun icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə ona, 1/4 hissədə cavabdehə, 1/4 hissədə mərhumə Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılması tələbinə dair 2(103)-5482/2022 (yeni nömrə 2(103)-307/2023) saylı mülki iş, hazırki 2(103)-5851/2023 saylı mülki işdən əvvəl icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. (maddə 169.3). Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-5482/2022 (yeni nömrə 2(103)- 307/2023) və 2(103)-5851/2023 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 10 saylı Notariat Ofisinə, X5 və Cavabdeh3, X7, X8, X4, X9, X6 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras paylarının yenidən müəyyən edilməsi və s” tələbinə dair 2(103)-5851/2023 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə ona, 1/4 hissədə cavabdehə, 1/4 hissədə mərhumə Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılması tələbinə dair 2(103)- 5482/2022 (yeni nömrə 2(103)-307/2023) saylı mülki işlə bir icraatda birləşdirilsin, hər iki mülki işə 2(103)-307/2023 saylı nömrə verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar