Məhkəmə qərarları › İş №2(103)-5854/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5854/2022

18.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5854/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X5 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı X1 nümayəndəsi və vəkili X2 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh4 MTK-ya, Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytaılması və sair tələbinə dair” iddiası təmin edilərək, Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 52 saylı evin 34 saylı mənzilinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh4 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə və müvafiq maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilin sənədləşməsinin əvvəlki vəziyyətə qaytarılaraq, Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilənin bərpa edilməsi öhdəliyinin Cavabdeh4 MTK-nın üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, X3 2(004)-4222/2018 saylı mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınaraq, verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X1 nümayəndəsi və vəkili X2 şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması və X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə X3 tərəf olmadığından şikayət vermək hüququ yoxdur. Qətnamədən tərəflər və hüququları pozulmuş şəxslər şikayət verə bilərlər. Belə ki, sözügedən mübahisəli Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən, 52 saylı evin 34 saylı mənzilinə dair "xxxx" MTK ilə X4 arasında alqı-satqı müqaviləsi nikahdan qabaq 21 oktyabr 2008-ci il tarixdə bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarından və şikayətə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2834/2021 saylı qətnaməsinə əsasən, X3 ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə 928 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Cavabdeh4 MTK-nın 06 nömrəli xx.xx.2012-ci il tarixli protokolundan çıxarışa, 48 nömrəli xx.xx.2012-ci il tarixli maliyyə arayışına və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 52 saylı evin 34 saylı mənzili Cavabdeh2 adına xx.xx.2013-ci il tarixdə, yəni, tərəflərin birgə nikahda olduqları dövrdə qeydiyyatdan keçmişdir. Beləliklə, 1-ci instansiya məhkəməsinin qənaəti haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, xx.xx.2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar