Məhkəmə qərarları › İş №2(103)-5870/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5870/2024

04.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5870/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1201/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1960-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1960-cı il təvəllüdlü RF-da anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnamədən X7 apellyasiya şikayəti və maraqlarına toxunan şəxs kimi tanınması və müddətin bərpası barədə ərizə verərək, qətnamənin onun maraqlarına toxunduğundan müvafiq məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi tanınaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X7 marağına toxunan şəxs olaraq tanınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilərək, apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5870/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından iş üzrə Ərizəçi tərəfindən şikayətin verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması məqsədi ilə mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə, məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5870/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1201/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, Ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5870/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1201/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar