Məhkəmə qərarları › İş №2(103)-5878/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5878/2021

26.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5878/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 21 saylı Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) azyaşlı uşaqları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı uşaqları ilə birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X10 ilə Cavabdeh1 arasında 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda bağlanmış Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İsmayılova (Əlizadə) Jalə Nizami qızının övladları ilə birlikdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(005)- 4108/18 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 vəsatəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh İsmayılova (Əlizadə) Jalə Nizami qızına qarşı “evdən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə 2(005)- 4108/2018 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan İddiaçı cavabdehlər X2, Bakı şəhəri, 21 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4058/2018 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilmiş və birləşdirilmiş iş üzrə 2(005)- 4058/2018 qeydiyyat nömrəsi saxlanılmışdır. Məhkəmə baxışı dövründə iddiaçı, eyni zamanda cavabdeh İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə iddiaçı, yəni İddiaçı azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 13 saylı evin, 108 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X5 birinci nikahdan olan tək uşağıdır, İddiaçı ilk dəfə 2013-cü ildə nənəsinin ad günündə görmüş, onunla ümumiyyətlə ünsiyyəti yoxdur. X11 ilə İddiaçı nikahından doğulmuş uşaqlarla yalnız tədbirlərdə görüşmüş, atası X5 İddiaçı ilə bir yaşamadığını eşitmiş və onda olan məlumata görə İddiaçı mübahisəli mənzildə yaşamamışdır. Həmin mənzildə hansı şəxslərin yaşaması barədə dəqiq məlumata malik deyil (İ cild, səh.95); 15 fevral 2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə X10 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzili Cavabdeh1 bağışlamış (İ cild, səh.82) və mənzil 26.02.2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir (İ cild, səh.64); X10 ilə X15 arasında 25 dekabr 2010-cu il tarixdə nikah bağlanmışdır(İ cild, səh.9); Doğum haqqında şəhadətnaməələrə əsasən X6 və İddiaçı övladları X7 02.11.2011-ci il tarixdə, X8 20.06.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşlar (İ cild, səh.10,11); X10 19.04.2018-ci il tarixdə qaraciyərin digər xəstəlikləri səbəbi ilə ölmüşdür (İ cild, səh.14). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı, övladları 02.11.2011-ci il təvəllüdlü X7 və 20.06.2013-cü il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, İddiaçı iddiası qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzildən uşaqları ilə birlikdə çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4058/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi onun qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10764/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilən apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin «08» oktyabr 2018-ci tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilməmiş, Cavabdeh1 iddia tələbi təmin edilmiş, İddiaçı övladları ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2570/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10764/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilən apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin «08» oktyabr 2018-ci tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilməmiş, Cavabdeh1 iddia tələbi təmin edilmiş, İddiaçı övladları ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6/2021 saylı, 05.04.2021-ci il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 10764/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərarda Mülki Məcəllənin 152, 157,667, 1133, 1145, 1151, 1159, 1193, 1200, 1243; Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08.01.2021-ci il tarixli qərarına; MPM-nin 13, 420-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici mülkiyyətçinin əmlak üzərində həm bağışlama üzrə sərəncamı, həm də vəsiyyət üzrə sərəncamı ilə bağlı münasibətlərin ədalətli həllini nəzərədə tutsa da, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsini səhv təfsir etmişdir. Lakin işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və əvvəlki məhkəmə tərkibinin mövqeyini olduğu kimi təkrarlamışdır. Kollegiya nəzərə alır ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.01.2021-ci il tarixli qərarında istinad olunan maddələrə məhz həmin məzmunlu şərh verilmişdir. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə və həmin normaların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş məhkəmələr üçün məcburi olan rəsmi şərhinə uyğun məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X12 apellyasiya şikayətini müdafiə edərək, avtomobil və mənzilin miras payları olduğunu, bağışlama ləğv edilmədən qərarın icrasının mümkün olmadığını, Ali Məhkəmənin qərarında istifadə hüququ ilə bağlı heç bir göstərişin olmadığını, barışığın mümkün olmadığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, barışıq təklif edildiyini ancaq qarşı tərəfin razılaşmadığını, mülkiyyətin bağışlanıldığını, buna görə də məcburi payın mövcud olduğunu, məcburi payın tanınmasını istədiklərini, iddiaçının mülkiyyətçi kimi istifadə hüquqlarının olduğunu, iddiaçının başqa yaşayış sahəsinin olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən 21 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən olunur ki: İddiaçı nümayəndəsi, Vəkil tərəfindən iddia tələbinə aydınlıq gətirilməsi barədə ərizə təqdim edilərək, İddiaçı azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 13 saylı evin, 108 saylı mənzilinə onlara çatan məcburi pay həcmində mülkiyyət və mənzilə tam istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə MPM-in 13.7, 420-ci maddəsinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 420ci maddəsinin tələblərini pozaraq kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və əvvəlki məhkəmə tərkibinin mövqeyini olduğu kimi təkrarlamışdır. Kollegiya nəzərə alır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.01.2021-ci il tarixli qərarında İstinad olunan maddələrə məhz həmin məzmunlu şərh verilmişdir. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1159.1.1 və 1193- cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi məhkəmələr üçün məcburidir. Mübahisə edilən hissədə apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 139-158, 228, 667,1159-1200; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6, 8, 12, 29, 30; Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14, 88, 217, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə əsasən qətnamənin formal mülahizələr əsasında ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsi tərəfindən artıq tətbiqi müəyyən edilmiş göstərişlərinə müvafiq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərində hər hansı faktiki halların araşdırılması halları müəyyən edilmədiyindən və yalnız istinad olunan maddi hüquq normalarının tələblərinə və həmin normaların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş məhkəmələr üçün məcburi olan rəsmi şərhinə uyğun məhkəmə aktı qəbul edilməsinə dair göstəriş verilmişdir. Kollegiya bu göstərişlərin tətbiq edilməməsinə və ya əlavə təfsir verilməsinə əsaslar müəyyən etmədiyindən, habelə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar müəyyən etmədiyindən hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.01.2021-ci il tarixli Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Mülki Məcəllənin 667.1-ci maddəsnə əsasən, Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Hazırki münasibətlərdə bağışlama vərəsəlik hüququ ilə məhdudlaşmış olmuş və qeyd edilən konstitusiya məhkəməsinin qərarı ilə tələb hüququ bağışlama müqaviləsinin ləğvini deyil onun müəyyən etdiyi əmlaka dair pay hüququnun nisbətini dəyişdirir. Beləliklə, kassasiya instansiya məhkəməsi bağışlama müqaviləsinin mübahisələndirilməsi halı olmadığı təqdirdə belə məcburi pay hüququ olan şəxslərin dairəsinə aid mülki hüquq sübyektlərin paylarının tamalanmasını tələb etməkdə haqlı olması müəyyən etmiş, payın nisbətində isə fərqli dəlillər və bu dəlillərə dair sübutlar müəyyən edilmədiyindən tələbin təmin edilən hissəsində digər xüsusatların müzakirəsinə prosessual zərurət qalmır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onları odəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar