Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5880/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İmsayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsinə, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqısatqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-583/2020 saylı 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı adına Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40ha torpaq sahəsində olan yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin dövlət aktının dublikatının, Azərbaycan Respubblikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.01.2012-ci il tarixli reyestr nömrəsi **********10-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanan alğı-satqı müqaviləsinin, onların adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanan alğı-satqı müqaviləsinin, Cavabdeh7 adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 25.11.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.01.2012-ci il tarixli reyestr nömrəsi **********10- 12301qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı ilə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi barəsində Abşeron rayon 01 saylı dövlət notariat kontorunda bağlanılmış 07 avqust 2012-ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanılan alqı-satqı müqaviləsinin, onların adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanılan alqı-qatqı müqaviləsinin, Cavabdeh7 adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək adına Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40ha torpaq sahəsində olan yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin dövlət aktının dublikatının və Azərbaycan Respubblikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.01.2012-ci il tarixli reyestr nömrəsi **********110-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, mülkiyyətində olan qeyriyaşayış sahəsi barəsində Abşeron rayon 01 saylı dövlət notariat kontorunda bağlanılmış 07 avqust 2012-ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanılan alqı-satqı müqaviləsinin, onların adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanılan alqı-qatqı müqaviləsinin, Cavabdeh7 adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Yasamal rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılaraq, iddianın təmin olunmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində bildirdi ki, yanacaq doldurma məntəqəsini o tikdirmişdir. Bu işdə 3 nəfər olmuşlar. O, bu əmlaka görə qardaşına 100 min dollar pul verdi, iddiaçıya isə 4 otaqlı ev alıb vermişdir. O (şahid), o vaxtlar polis isçisi olduğu üçün əmlakı qardaşının adına keçirmişdir. Ancaq bütün işlərin başında o dururdu. Bu əmlakla bağlı bütün sənədlər onun adınadır. Həmçinin onların əsli də ondadır. Qardaşı ləğv edilmiş etibarnamə ilə əmlakı satıb. Əvvəlcə 2 nəfərə satırdı, o, onları ofisinə dəvət elədi, başa saldı ki, bu əmlak qanunsuz yolla əldə olunub. Onlar başa düşdülər, getdilər. İslama satanda da dedi ki, qanunsuz yolla alınıb, o da razı oldu, ancaq sonradan gedib alıb. Almağı normal idi, çünki əmlak dəyərindən 3-4 dəfə ucuz qiymətə satılmışdı. Bildiyinə görə İslam da hələ onların pulunu tam ödəməyib, mübahisə var. Ora onun halal yeridir. Ondan başqa ora bir nəfər bir manat da pul xərcləməyib. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə (dublikat) əsasən sözü gedən əmlak üzərində İddiaçı mülkiyyət hüququ 17.01.2012-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən sözü gedən əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququ 10.08.2012-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sözü gedən əmlak üzərində Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 paylı mülkiyyət hüquqları 03.12.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 18 mart 2015-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinnin surətinə əsasən, satıcılar Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 ilə alıcı Cavabdeh7 ilə müqavilə bağlayaraq, Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomagistralının sağı ünvanında yerləşən, ümumi sahəsi 352.2 kv/m olan digər daşınmaz əmlakın onlara məxsus olan hissələri alıcının mülkiyyətinə vermişdirlər. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən sözü gedən əmlak Cavabdeh7 tam mülkiyyətindədir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2(103)-5310/2014 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4813/2014 saylı mülki iş üzrə qəbul etdiyi 18 iyun 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abşeron rayon 1 saylı notariat kontoruna qarşı Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 07 avqust 2012-ci il tarixli 4Ə/2014 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. Yasamal rayon məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon 1 saylı notariat kontoruna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsi qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə mülki işin icraatına Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2(103)-5310/2014 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanılan zaman 04.06.2009-cu il tarixli etibarnamənin və reyestrdən çıxarışın əsillərindən deyil, etibarnamənin notariat qaydasında təsdiq olunmuş surətindən və çıxarışın dublikatından istifadə edilməsi, həmin etibarnamənin və torpağa mülkiyyət hüququna dair dövlət aktının əsillərinin iddiaçıda olması barədə də əsaslı hesab edilə bilməz. Belə ki, bu hallar özüözlüyündə etibarnamənin ləğv edilməsi barədə məlumatın cavabdehə verilməsini təsdiq etmir. Bundan başqa cavabdehlərin nümayəndəsi həmin dəlillərlə bağlı bildirdi ki, 04.06.2009-cu il tarixli etibarnamə üç nüsxədə tərtib olunmuş və bir nüsxə iddiaçıya verilmiş, çıxarış isə itirilmiş və DƏDRX-yə müraciət edilərək onun dublikatı götürülmüşdür Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçının adına Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40ha torpaq sahəsində olan yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin dövlət aktının dublikatının, Azərbaycan Respubblikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.01.2012-ci il tarixli reyestr nömrəsi **********10-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanan alğı-satqı müqaviləsinin, onların adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanan alğı-satqı müqaviləsinin, Cavabdeh7 adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılması üçün hüquqi əsaslar olmadığından, düzgün olaraq iddia ərizəsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5880/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5880/2021
22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver